Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə2/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   2   3   4   5   6   7   8   9   ...   21

gedərdilər və on-ön beş dəqiqəyə bir-iki stəkan çay içib gedərdilər. İlk dəfə Bakıda rəhmətlik 

Zülfü  Qubernator  bağında  olan  bu  çayxananı  açdı  və  onu  təqribən  bir  klub  halına  gətirdi. 

Müştərilər  gəlib  qabaqlarına  bir  çaynik  çay  qoyub  saatlarla  oturaraq  müxtəlif  mövzular 

haqqında söhbətlər edərdilər. 

Bələliklə,  bu  çayxana  əməlli-başlı  istirahət  yerinə  çevrilmişdi.  Sonralar  Bakıda  çoxlu  belə 

çayxanalar yarandı. Demək olar ki, bu çayxanaların əksəriyyəti bu gün klub rolunu oynayır. 

Hər çayxananın özünün daimi müştəriləri var. Bütün yuxarıda yazılanları nəzərə alaraq demək 

olar ki, 60-cı illərin axırlarında bizim çayxana artıq içtimai təşkilata çevrilmişdi. Lakin içtimai 

təşkilatla çayxana arasındaki fərq bundan ibarət idi ki, çayxana təşkilatının üzvləri özlərinin bir 

içtimai təşkilata çevrildiklərindən xəbərsiz idilər. Bu məsələdən xəbəri olan, daha doğrusu onu 

təşkilat halına salan və yönəldən bir adam var idi ki, o da Əbülfəz bəy idi. 

Əbülfəz  bəy  çayxanaya  işə  gələn  adam  kimi  gəlirdi,  yəni  müəyyən  saatlarda  Universitetdə 

dərsləri olduğu kimi, müəyyən saatlarda da çayxanada məşğələləri olurdu. 

Bu  işi  Əbülfəz  bəy  o  qədər  ustalıqla  görürdü  ki,  o  dövrdə  hətta  adamların  yataq  otağına 

qədər girə bilən KQB, bu məsələni 70-ci illərin əvvəllərində ancaq duya bildi. 

KQB-nin  bu  məsələni  duymasının  əsas  səbəbkarı  yenə  Bəy  özü  oldu,  çünki  o  artıq  aktiv 

fəaliyyətə başlamışdı. Bu aktivlik özünü əsasən Universitetdə göstərirdi. Keçirdiyi mühazirə və 

məşğələlərdə  tələbələrə  açıq  şəkildə  rus  şovinizmindən,  Rusiya  imperiyasından,  xalqımızın 

zorla  ikiyə  bölünməsindən,  fars  və  rus  dövlətlərinin  Azərbaycana  qarşı  yönəldilmiş  iş 

birliyindən, 37-ci il repressiyalarının törədilmə səbəblərindən və bu kimi məsələlərdən geniş 

şəkildə məlumat verməyə başlamış və KQB-nin diqqətini ciddi şəkildə özünə və ətrafına cəlb 

etmişdi. 

Beləliklə,  o  zamandan  çayxanalar KQB-nin  diqqət  mərkəzinə  çevrildi və hal-hazırda da həm 

MTN,  həm  də  DİN  çayxanalara  çox  ciddi  surətdə  nəzarət  edir.  O  vaxt  mənə  ən  qəribə 

görünən  şey  bu  idi  ki,  Bəy  qətiyyən  manevr  etmir,  tərsinə  vəziyyəti  bir  az  daha 

kəskinləşdirirdi, sanki istəyirdi ki, onu həbs etsinlər. Bu minvalla gəlib 1974-cü ilin axırlarına 

çatdıq. Artıq bizim hamımıza bəlli idi ki, yaxın vaxtlarda Bəyi həbs edəcəklər. Bəyin ətrafında 

olan adamları artıq bir-bir KQB-yə çağırırdılar. Bütün bu hadisələr haqqında bizim xəbərimiz 

olurdu. 

Təxminən  noyabr  ayı  idi.  Mən  Bəyə dedim  ki,  belə  getsə  səni həbs  edəcəklər.  O,  çox  sakit 

şəkildə cavab verdi ki, bilirəm. 

Soruşdum ki, bəs nə üçün heç bir tədbir görmürsən? 

"Daha nə tədbir görüm ki, qoy tutsunlar" dedi. 

O zaman mənim 26 yaşım var idi və Universitetin müəllimi, elmlər namizədi olan bir şəxsin 

heç bir cinayəti olmadan həbs olunması mənə qəribə gəlirdi. 



Bəy gördü ki, bu qısa söhbətin mənası mənə tam aydın olmadı, əlavə etdi ki, qardaş, bəs elə-

belə danışmaqla, çayxanada oturmaqla nə iş görmək olar? Çayxanadı, məclislərdi, bu birinci 

mərhələ idi. İndi ikinci mərhələ başlayır. Millət müstəqil olmaq istəyirsə, birləşmək istəyirsə, 

qurban verməyi bacarmalıdır. Qurbansız azadlıq olmaz. Ona görə də bu gün mən və mənim 

kimi adamlar həbs olunmalıdır. Həbs olunmayan var isə, əhalinin içərisində fəal iş aparmalı və 

bunun üçün bütün vasitələrdən istifadə etməlidir. 

Xalqa  aydın  olmalıdır  ki,  onun  oğulları  niyə  həbs  olunub  və  yaxud  əzab-əziyyət  verilərək 

öldürülüb.  Və  öz  içərisindən  bizim  mücadiləmizi  davam  etdirən,  irəli  apara  bilən  oğullar 

verməlidir. 

Həmin zaman Bəy mənə dedi ki, təşkilata üzv olmaq məsələsinə neçə baxırsan? 

Mən  cavab  verdim  ki,  mən  ailənin  böyük  oğluyam,  atam  da  müharibə  əlilidir,  həm  də 

xəstədir. Ailənin  böyük oğlu kimi bütün  ümidlər mənədir.  Mən  təşkilatın  üzvü  olsam,  gərək 

bütün  məsələlərdə  təşkilatı  önə  çəkəm.  Bu  da  mənim  ailə  vəziyyətimə  uyğun  gəlmir.  Yəni 

mən daima təşkilat işləri ilə məşğul ola bilmərəm. Ancaq hər hansı bir konkret tapşırığı yərinə 

yetirməyə hər zaman hazıram. 

Cavab  Bəyin  çox  xoşuna  gəlmişdi  və  sonralar  bizim  bu  söhbətimizi  bir  neçə  yerdə  misal 

çəkmişdi. 

Beləliklə  1975-ci  il  yanvar  ayının  16-da  Əbülfəz  bəyi  KQB  həbs  etdi.  Sonra  düz  dörd  aylıq 

uzun  bir  istintaq  işi  başladı.  Və  demək  olar  ki,  bizim  çevrədən  olan  uşaqların  əksəriyyətini 

KQB-yə çağrıb müxtəlif psixoloji və psixi təsir göstərərək ifadələrini alırdılar. İstintaq zamanı 

bəlli oldu ki, bizim içərimizdə olanlardan bəziləri əvvəlcədən KQB tərəfindən vəzifələndirilmiş 

adamlardı. 

Fərhad  Vahabov  (hal-hazırda  Azərbaycan  Respublikası  DİN-də  qərargah  rəisi  vəzifəsində 

işləyir,  polis  polkovnikidir)  və  Aydın  Hacıyev  (Rəhim  Qazıyevin  dayısı,  Hikmət  Hacızadənin 

əmisi  oğlu)  xüsusi  canfəşanlıq  göstərirdilər.  Yəni  istintaq  əsasən  bu  iki  nəfərin  ifadəsinə 

əsaslanırdı.  KQB  tərəfindən  psixoloji  təzyiqlərlə  sındırılmış  adamlar  da  var  idi.  Fəzail 

Ağamalıyev, Habil Habilov, Aydın Əzimov və başqaları belə adamlardan idilər. 

O zaman KQB çox dəhşətli bir yer idi. Adamların arasında KQB bir kabus kimi dolaşırdı. Təkçə 

oraya cağırılmağın özü insanlarda böyük bir vahimə yaradırdı. 

SSRİ  miqyasında  Andropovun  rolunun  güclənməsi  və  onun  yaxın  adamları  olan  H.Əliyevin 

Azərbaycanda,  E.Şevardnadzenin  Gürcüstanda  hakimiyyətə  gətirilməsi  KQB-nin  rolunu 

artırmış, əhali KQB-yə 37-ci illərin çərçivəsi ilə baxmağa başlamışdı. 

KQB  xərçəng  kimi  cəmiyyətin  hər  tərəfinə  yoluxmuş,  70-ci  illərdən  sonra  hətta  Daxili  İşlər 

Nazirliyinə də KQB tərəfındən nəzarət edilməyə başlamışdı. 

Üstü açılmayan ölüm hadisələri, sui-qəsdlər artmış, adamların qəflətən yoxa çıxması, normal 

və sağlam şəxslərin dəlixanaya salınması halları kütləvi hal almışdı. Xalqın bir qismi bütün bu 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə