Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə4/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   2   3   4   5   6   7   8   9   ...   21

Əbülfəz bəy özünü məhkəmədə çox sərbəst aparırdı. O, etdiyi çıxışlar zamanı, suallara cavab 

verəndə, çayxanada, cəmiyyət içində, Universitet auditoriyalarındakı prinsiplərindən qətiyyən 

geri çəkilmirdi. Yəni o, məhkəmə iclaslarında bizim gördüyümüz və eşitdiyimiz Bəy idi. Fərq 

sadəcə orasında idi ki, o burada müttəhimlər kürsüsündə oturmuşdu və dediklərini Marksdan, 

Lenindən  gətirdiyi  faktlarla  sübuta  yetirməyə  çalışırdı.  O,  qorxmadan,  çəkinmədən  bütün 

günahları öz  üstünə  götürür,  işdə  adı  keçən  adamların  hamısını müdafiə  edirdi,  hətta  onun 

ələyhinə ifadə vermiş adamları belə. Bu məsələyə bir az sonra bir daha qayıdacağıq. 

Məhkəmə  iclaslarından  birində  prokuror  Bəyə  belə  bir  sual  verdi:  "Əliyev,  filan  vaxtı  (ayın 

tarixini dedi)  Siz beş  nəfərin  iştirak  etdiyi bir məclisdə  olmuşunuz.  O məclisdə  rus xalqının, 

Sovet  dövlətinin  əleyhinə  çox  sərt  sözlər  demisiniz".  Sonra  o  həmin  məclisdə  iştirak  etmiş 

adamların  bir  neçəsinin  adını  dedi  və  Bəyin  o  məclisdə  danışdıqlarını  onun  yadına  salmağa 

çalışaraq, soruşdu ki, "Siz mənim bu dediklərimi təsdiq edirsinizmi?".

 

Bəy cavab verdi ki, mən heç nə xatırlamıram, əgər yadımda olsaydı, təsdiq edərdim. Prokuror 



dedi  ki,  əgər  o  məclisdəki  adamlardan  bunu  təsdiq  edən  olarsa,  nə  dəyərsən?  Bəy  "gəlsin 

təsdiq etsin, mən də sözümü deyərəm" deyərək cavab verdi. Prokuror şahid qismində ifadə 

vermək üçün Universitetin Şərq tarixi kafedrasının müəllimi dosent Habil Habilovu çağırdı və 

eyni  sualı  ona  verdi.  O,  prokurorun  iddialarını  tamamilə  təsdiq  etdi.  Prokuror  Əbülfəz  bəyə 

müraciət edərək soruşdu: "Müəllim, buna nə deyə bilərsiniz?".

 

Bəyin cavabı çox qəribə idi: "Habil müəllim mənim neçə illik dostumdur. Uzun zaman biz bir 



kafedrada işləmişik. Əgər o deyirsə ki, mən bu sözləri demişəm, deməli, demişəm. Lakin mən 

yenə də təkrar edirəm ki, heç nə xatırlamıram". Həmin vaxt diqqətlə Habil müəllimə baxırdım 

və açıq-aydın görürdüm ki, o bu vəziyyətə düşdüyünə görə özü-özünə nifrət edir. O özünü o 

qədər itirmişdi ki, oturmaq üçün zala keçmək istədi, lakin tələbələr hay-küy salıb onu zaldan 

çıxartdılar.

 

Məhkəmə gedən günlərin birində Bəyin başının üstündə duran əsgərlərdən biri türkmən idi və 



hiss olunurdu  ki,  o,  məhkəməni çox  maraqla izləyir.  Xüsusilə  Bəy  danışanda diqqətlə qulaq 

asırdı.  Bəyin  bir  çıxışı  zamanı  zalda  olan  tələbələr  Bəyin  hər  fikrindən  sonra  əl  çalmağa 

başladılar. Bu səs-küy içində Bəyin sözlərini tam anlamaqda çətinlik çəkən və başını bir qədər 

Bəyə tərəf əyib diqqətlə qulaq asan əsgər qəflətən zala tərəf dönüb qışqırdı ki, "sakit olun, 

qoyun qulaq asaq görək Kişi nə deyir!".

 

Artıq məhkəmənin axırları idi və Bəyə son söz demək imkanı verildi. Ənənəvi olaraq son söz 



deyən  müttəhim  özünü  müdafiə  etməyə,  günahını  yumşaltmaq  üçün  müxtəlif  səbəblər 

göstərməyə çalışar, məhkəmə heyətinin onu əfv etməsini və ya yüngiil cəza verməsini xahiş 

edər və bir daha cinayət etməyəcəyinə dair söz verər. Lakin Bəyin çıxışı çox qısa və qəribə 

oldu,  məhkəmə  heyəti  də  daxil  hamını  çaş-baş  vəziyyətdə  qoydu.  O,  çox  qısa  danışığında 

özünü  müdafiə  üçün  bir  kəlmə  belə  danışmadı.  Prokuror özünün  əvvəlki  çıxışında  prosesdə 

şahid qismində dindirilmiş bir neçə tələbə haqqında cinayət işinə başlanmasını məhkəmədən 

xahiş etmişdi. Orası maraqlıdır ki, həmin adamların demək olar ki, hamısı Bəyin əleyhinə ifadə 

vermişdilər.  Bəy  məhkəmədə  çıxışını  təxminən  bu  şəkildə  qurmuşdu.  O  dedi  ki,  mən 

məhkəmə  heyəti  və  prokurordan  xahiş  edirəm  ki,  o  adamlar  haqqında  cinayət  işinə 

başlanması haqqında qərar verməsinlər. Nəzərə alsınlar ki, həmin adamlar çox cavandırlar və 




mənim  kimi  təcrübəli  adam  üçün  onları  aldatmaq  və  öz  məqsədləri  üçün  istifadə  etmək  o 

qədər də çətin deyil. Bu mənada onların günahı da mənim üzərimə yazılmalıdır. Sizdən xahiş 

edirəm ki, onların nə cəzası varsa, onları da mənim üstümə əlavə edin və uşaqlar haqqında 

heç bir tədbir görməyin. 

Bəy bu sözləri dedi - və son sözünü bitirərək oturdu. 

Nəhayət, il qədər uzun kəçən bu 20-25 günlük məhkəmənin gərar saatı çatdı. Hakim hökmü 

oxumaq  üçün  məhkəmə  zalına  girdi.  Bütün  zal  ayaq  üstündə  donmuşdu.  Hakim  hökmü 

oxuyurdu,  lakin  hakimin  görünüşü  və  səsi  elə  idi  ki,  sanki  o,  hökmü  özü  üçün  oxuyurdu. 

Zalda olanların əksəriyyəti ağlayırdı. İclasçı qadın ağladığını gizlətmək üçün üzünü tutmuşdu. 

İclasçı  kişi  də  çox  fəxrlə  Bəyə  baxırdı.  Hakim  hökmü  oxuyub  qurtararaq  ağır-ağır  öz 

kürsüsünə  çökdü.  Hamının  gözlədiyinin  əksinə  olaraq  hökm  yüngül  idi.  Biz  daha  ağır  cəza 

gözləyirdik.  Bir  il  yarım  əvəzinə  ən  azı  7-8  il.  Sonradan  camaat  arasında  belə  söz-söhbət 

gəzməyə  başladı  ki,  cəzanın  belə  yüngül  olması  Azərbaycan  SSR  KP  MK-nin  I  katibi 

vəzifəsində işləyən Heydər Əliyevin təsiri nəticəsində olmuşdur. Əslində əsl həqiqət bu idi ki, 

Əbülfəz  bəyin  həbs  edilməsinə  də,  onun  cəzasının  nisbətən  yüngül  olmasına  da  H.Əliyev 

qərar vermişdi. 

Yuxarıda  yazılanlardan  aydın  olduğu  kimi,  Əbülfəz  bəy  Azərbaycanın  rayonlarında  da 

tanınmağa  başlamışdı.  Naxçıvanda,  Cəlilabadda,  Göyçayda,  Qazaxda,  Lənkəranda  və  başqa 

səhərlərdə Əbülfəz bəyə pərəstiş edən gənclərin sayı artırdı. Bakıda isə bu cür gənclərin sayı 

lap çox idi. Bu barədə artıq Moskva KQB-sinə belə məlumatlar sızmağa başlamışdı. O zaman 

Respublikanın rəhbəri olan, Moskva qarşısında xüsusilə fərqlənməyə çalışan, Azərbaycandan 

nümunəvi  (oxu:  Moskvanın  istədiyi)  respublika  düzəltməyə  çalışan  və  bunun  üçün  bütün 

vasitələrdən istifadə edən H.Əliyevə bu sərf etmirdi. 

Əbülfəz bəyin həbs olunmasına da elə buna görə razılıq vermişdi, lakin ona çox iş versə idilər 

o,  Rusiyada  siyasi  dustaqların  yaşadığı  həbsxanaya  göndərilməli  idi  ki,  bu  da  H.Əliyevin 

nümunəvi  respublika  düzəltmək  planına  zərər  idi.  Dolayısı  ilə  H.Əliyevin  məqsədi  Əbülfəz 

bəyin  cəzasını  yüngülləşdirmək  deyil,  Moskva  qarşısında  yaratdığı  nümunəvi  respublika 

imicinin pozulmasının qarşısını almaq idi. 

O zaman Sovet İttifaqının bir çox bölgəsində dissidentlər yaranmağa başlamışdı. KQB bu cür 

adamların  artıq  kütləvi  həbslərinə  başlamışdı.  Moskvanın  özündə  və  Ukraynada  belə 

adamların sayı daha çox idi. 

Həmin  dövrdə  Əbülfəz  bəylə  təxminən  eyni  zamanda  Gürcüstanda  Qamsaxurdiya, 

Ermənistanda Ayrikyan həbs edilmişdi. 

Sovet  respublikalarının  rəhbərləri  çalışırdılar  ki,  ərazilərdə  bu  dissident  hərəkatı  çox 

genişlənməsin. 

Azərbaycan SSR-in rəhbərləri də o zaman Moskva qarşısında tez-tez vurğulayırdılar ki, bizim 

respublikada  özgə  cür  fikirləşən  adam,  dissident  yoxdur.  Hətta  H.Əliyev  ikinci  dəfə 

Azərbaycanda hakimiyyətə gələndən sonra da bu sözləri bir neçə dəfə təkrar etmişdi. 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə