Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

arpasından götürüb yabının qabağına tökürdü. Yabı elə kökəlmişdi ki

dərisinə sığmırdı. Bir gün Koroğlu töyləyə atların yanına gəlmişdi. 

Yabıya baxıb mat-məhəttəl qaldı, dedi: 

– Ay Kaloğlan, sən ata yaxşı muğayat olurmuşsan. İndi ki, belə ata 

baxmaq əlindən gəlirdi, niyə məndən gizlədirdin? Afərin sənə! 

Keçəl Həmzə çox hörmətə minmişdi. Hansı işə buyururdular 

yarıdırdı, hansı ata muğayat olmağı tapşırırdılar, beş gündə dərisinə 

sığmaz eləyirdi. Axırda Koroğlu Dürata bağmağı keçəl Həmzəyə tapşırdı. 

Bu işə xanımlar, dəlilər razı olmadılarsa da, Koroğlu onlara qulaq 

asmadı. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki, bir 

neçə gün keçdi, atın arpasını xırpadan kəsdi. Dürat başladı arıqlamağa. 

Koroğlu işi belə görüb bir gün Həmzədən soruşdu: 

– Ay Kaloğlan, bu at niyə belə günü-gündən dala gedir? Olmaya 

yaxşı baxmırsan? 

Keçəl Həmzə dedi: 

– Mən əlimdən gələni eləyirəm, amma at gecə-gündüz içəridə 

başından axura bağlı, ayaxları da buxovlu. Eşik üzü görmür, çox güman 

ki, ondan sınıxdır. 

Qırat ilə Dürat bir töylədə bağlanırdı. Atların ikisinin də ayağında 

buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxartdı Düratın 

açarını keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər: 

– Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir 

adama etibar eləyib Düratın buxov açarını verirsən? 

Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki, qorxmayın, heç 

zad olmaz. Keçəl Həmzə bir neçə gündə Düratı dərisinə sığmaz elədi. 

Keçəl Həmzə buraya gələni az qalmışdı ki, bir ay olsun. Onun 

Mahmud paşaya verdiyi vədə tamam olurdu. Keçəl Həmzə gecələrin 

birində ayağa qalxıb öz-özünə dedi: – Mən bir il də burada qalsam 

Koroğlu Qıratın nə mehtərliyini, nə də buxovunun açarını mənə verməyəcək. 

Toqat şəhərində nə tanıyırlar ki, Qırat hansıdı, Dürat hansıdı. 

Elə bunu aparım, paşanı aldadım, qızı alım, beş gün bu dünyada 

kef çəkim. 

Keçəl Həmzə bunu deyib, gecə xəlvətcə Düratı mindi. Asta qaçan 

namərddi, birbaş qaçdı. Sabah açıldı, mehtərlər yerlərindən qalxıb, 

atlara arpa-saman vermək üçün töyləyə gəldilər. Gördülər ki, nə Dürat 

var, nə də keçəl Həmzə. Başı lovlu Koroğlunun yanına gəlib dedilər: 

– Nə Dürat var, nə də keçəl Həmzə. 

Dəlilər çaxnaşıb bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər 

Koroğlunun üstünə, başladılar onu məzəmmətləməyə. Taxsırkar 

olduğundan Koroğlu nə dəlilərin, nə də xanımların töhmətinə dinmədi. 

Kiriyib qaldı. Amma dəlilər sakit olmayıb deyirdilər: 

– Biz sənə demədikmi, tanımadığın adama etibar eləyib atı tapşırma. 

İyidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. Bizim 

qorxumuzdan quş quşluğu ilə Çardaxlı Çənlibelin həndəvərinə gələ 

bilmir. Qoç Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, 

bəylər tir-tir titrəyir. Bir keçəl gədənin birisi gəlib buradan at aparsın. 




İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstümüzə ayaq alacaq. Özün 

öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı, eləyə bilməzdi. İndi de 

görüm Düratı haradan tapacaqsan, necə gətirəcəksən? 

Koroğlu dedi: 

– Dürat gedib, Qırat durur, minib gedib tapıb gətirərəm. Az məni 

məzəmmət eləyin. 

Koroğlunun hirsi tutanda yanına gedib onu dindirmək olmazdı. 

Deyirlər ki, belə vaxtlarda bir üzü üstə, iki-üç gün yatardı, acığı soyuyardı. 

İndi də ki, Koroğlunun hirsindən, qəzəbindən tay danışma, 

gözləri qanla dolmuşdu. Acığından az qalırdı dəmir gəmirsin. Necə ki, 

üzü üstə düşdü düz iki gün-iki gecə ac-susuz yatdı. Üçüncü gün yuxudan 

ayılıb, Eyvazı səsləyib tapşırdı ki, bir ayrılıq məclisi qursun. 

Eyvaz məclis qurdu. Təkcə Koroğluya yeddi batman düyünün plovunu, 

yeddi qoyun şaqqası, yeddi tuluq şərab hazırlatdı. Yedilər, içdilər, 

Koroğlu bığlarını eşdi, qulaqlarının dalında burdu. Altdan geyinib 

üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, axırıncı badəni bığlarının 

altından ötürüb ayağa qalxdı. Qıratı ifçin yəhərləyib, qabağına 

çəkdilər. Xanımlarla, dəlilərlə halallaşıb sıçradı Qıratın belinə mindi. 

Düratın üç günd getdiyi yolu Qırat bir gündə gedirdi. Koroğlunun elə 

bircə Qırata mindiyi göründü. At elə bil ki, quş kimi qanad açdı. 

Dağları, daşları düz elədi, ildırım kimi çaxıb gözdən itdi. Qıratın nallarından 

qığılcım qalxırdı. Yolu başına götürmüşdü. Elə gedirdi ki, elə 

bil bir ox idi kamandan qurtarmışdı, süzürdü. 

Koroğlu getməkdə olsun, o tərəfdən keçəl Həmzə də üç gün, üç 

gecə idi ki, canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. 

Yolun üstündə Qırx dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa 

az qalmışdı ki, Həmzə dönüb geri baxdı ki, yolda toz-dumana qarışıb, 

duman toza. Bir də diqqət eləyəndə gördü budu Koroğlu Qıratın üstündə 

elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi ağzında 

qurudu. Ha udqundu gördü yox, ağzının suyunu uda bilmir. Çünki öz 

işini bilirdi. Bilirdi ki, Koroğlu yetişən kimi onunkunu ona verəcək. 

Düratı qamçılayıb, özünü tez qırx dəyirmanların qapısına saldı. Atdan 

düşdü, atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı: 

– Ay dəyirmançı, bir tez eşiyə çıx! 

Dəyirmançı tez eşiyə çıxıb soruşdu: 

– Qardaş, nə istəyirsən? 

Həmzə dedi: 

– Bax o yol ilə gələn qoç Koroğludu, Çənlibeldən gəlir. İlxısına 

qotur düşüb, dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın. 

Tez başına çara tap. Yetişsə ömrünü tamam eləyəcək. 

Dəyirmançı dili tutar-tutmaz dedi: 

– Ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtarım? 

Həmzə dedi: 

– Soyun paltarını mənə ver, mən geyim, mənim də paltarımı sən 

gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını 

yana sala bilsəm salmışam, yox sala bilməsəm onda qoy məni öldürsün, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə