Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə32/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   28   29   30   31   32   33   34   35   ...   112

dedi: 

– Əliboş gedərik. Bunları Çənlibelə töhfə aparaq. 

Əsirlər də qabaqlarında gəlib Çənlibelə yaxınlaşdılar. Elə ki, dağlar 

Koroğlunun gözünə göründü, aldı görək nə dedi: 

Bir zamanlar səfa sürüb gəzərdim, 

Onda səndin mənim qardaşım, dağlar! 

Nə zaman ki, yağı düşman gələndə 

Səndə çox olurdu savaşım, dağlar! 

Taladım şahları, hələ az dedim, 

Türfə gözəllərə işvə, naz dedim, 

Neçə tacir, tüccar səndə gizlədim

Açmadın sirrimi, sirdaşım, dağlar! 

Koroğluyam, gəzdiyimi tapırdım, 

Qayalar başında qala yapırdım, 

Ağ süfrədən əmlik quzu qapırdım, 

Yeyib qurtlar ilə ulaşım, dağlar! 

Koroğlu sözünü tamam elədi. 

O tərəfdən dəlilər Koroğlunun gec gəldiyini görüb dalınca gəlirdilər 

ki, birdən yolda qabaqlaşdılar. Görüşüb öpüşdülər, bərabər Çənlibelə 

qayıtdılar. Yol yorğunluqları çıxdı. Bir yaxşı məclis qurub toy 

elədilər. Dünya xanımı İsabalıya verdilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Koroğlu dastanı  

"Həmzənin Qıratı aparması" qolu 

 

Bolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr 

yata bilmirdilər.  

Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər. 

Xotkar özü də qorxuya düşmüşdü. Odu ki, yenə bütün paşalara namə göndərmişdi ki, kim 

Koroğlunu tutsa, ya öldürsə onu dünya malından qani eyləyəcək, özünü də böyük mənsəbə 

çatdıracaq. 

Toqatlı Mahmud paşa xotkarın bu naməsini alıb oxuyandan sonra, bir məclis qurdurdu, vəzirləri, 

vəkilləri, bəyləri, xanları, tacirləri o məclisə çağırtdı. Adamlar cəm olanda Mahmud paşa üzünü 

onlara tutub dedi: 

– Koroğlu getdikcə günü-gündən tuğyan eləyir. Belə getsə çox 

çəkməz ki, bizi də Camal paşanın gününə salıb yerimizdə turp əkəcək. 

Sizi buraya cəm eləməkdə məqsədim budu ki, deyin görək necə 

eləyək ki, bu bəlanı başımızdan dəf eləyək. 

Vəzirlər, vəkillər dedilər: 

– Paşa sağ olsun, Koroğlunun nə ki hünəri var, hamısı Qıratdadı. 

Gərək Qıratı ələ keçirək. 

Paşa dedi: 

– Qıratı ondan necə almaq olar? 

Vəzir dedi: 

– Nəmər, pul, mal versəniz bəlkə özünə umudu gələnlərdən biri 

gedib Koroğlunun Qıratını gətirə bilə. 

Mahmud paşa dedi: 

– Mənim yurduma, yuvama sahib olan, gözümün ağı, qarası bir 

qızım var. Hər kim gedib Çənlibeldən Koroğlunun Qıratını gətirsə, 

qızım Dona xatunu ona verib, özünü də dünya malından qəni edərəm. 

Mahmud paşa bunu deyib, bir cam şərab doldurub əlinə aldı, üzünü 

məclisdəkilərə tutub ucadan bir də dedi: 

– Kimin özünə gümanı gəlir ayağa dursun, alsın bu şərabı içsin, 

getsin Koroğlunun Qıratını gətirsin. 

Məclis əhli hamısı başını aşağı tikdi. Cıqqırtısını çıxardan olmadı. 

Mahmud paşa bir də dedi. Yenə səs çıxardan olmadı. Məclisin alt tərəfində 

Həmzə adlı sayılmayan, urvat olunmayan bir keçəl oturmuşdu. 

Ayağa qalxıb dedi: 

– Paşa sağ olsun, əyər razı olub vədənizə doğru çıxsanız, mən 

gedərəm, Koroğlunun Qıratını gətirərəm. 

Keçəl Həmzə bu sözü deyəndə məclisdəki adamlar çaxnaşıb birbirinə 

dəydilər. Hamı keçəldəki bu cürətə mat-məhəttəl qaldı. Mahmud 

paşanın qızı Dona xatun pəncərənin ağzında durub buna qulaq 

asırdı. Gülüb özü-özünə dedi: 




– Mən ölüm, qoç Koroğlunun Qıratını gətirənə bir bax. Gedib 

başının keçəlinin dərdini çəkmir, gör nə qələtlər eləyir. 

– Mahmud paşa sözünü bir də təkrar elədi. Yenə də keçəl Həmzədən 

savayı gedirəm deyən olmadı. Mahmud paşa axırda çarəsiz qalıb 

razı oldu. Keçəl Həmzə irəli yeridi, aldı şərabı içdi, dedi: 

Mahmud paşa, mənə bir ay vədə ver. Koroğlunun Qıratını gətirə 

bilmədim, heç, gətirə bildim, onda sözümüz sözdü. 

Mahmud paşa dedi: 

– Get, gətirə bilsən Dona xatun sənindi. 

Keçəl Həmzə ordan çıxıb, evlərinə gəldi. Bir parça çörək götürüb 

bir dəsmal ilə belinə bağlayıb yola düşdü. Pay-piyada, günə bir mənzil 

neçə gündən sonra xəbər ala-ala gəlib Çənlibelə çıxdı. 

Keçəl Həmzə gəlməkdə olsun, sənə kimdən xəbər verim, Koroğludan. 

Koroğlu bir qayanın başında durub yola baxırdı. Gördü ki, bir adam 

budu üz qoyub Çənlibelə gəlir. O qədər gözlədi ki, keçəl Həmzə 

gəldi, yetişdi. Koroğlu qayadan enib, onu qabaqladı ki: 

– Oğul, nəçisən? Haradan gəlib, haraya gelirsən? 

Keçəl Həmzə dedi: 

– İlxıçıyam. Paşanın atına gedirdim. Yeddi il ona at otardım, axırda 

haqqımı da verməyib, qapısından qovaladı. İndi Çənlibeldə səni deyib 

gəlmişəm. Əl mənim, ətək sənin, gərək məni dolandırasan. 

Koroğlu keçəl Həmzəni götürüb Çənlibelə gəldi. Dəlilər Həmzəni 

görüb dedilər: 

– Ay Koroğlu, bunu haradan tapıb gətirdin! Keçəllər fəndgir 

olurlar. Bunun gözləri üçtəpə sağsağanının gözləri kimi qayır-qayır 

qaynayır. Heç əməlli adama oxşamır. Rədd elə, getsin. 

Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. 

Koroğlu xanımları, dəliləri bir təhər sakit eləyib, dedi: 

– Görürsünüz yazığın birisidi. Sizə nə eləyəcək. Qoyun süfrəmizin 

qırıq-quruğundan yeyib, qapıda, bacada dolansın. 

Keçəl Həmzə qırıx-quruxdan yeyib, qapı-bacanı süpürürdü. 

Xanımlar, dəlilər nəyə buyururdularsa gedirdi. Getdiyi işi də yaxşı yarıdırdı. 

Belə zirəkliyinə görə dəlilərin, xanımların yanında keçəl Həmzənin 

hörməti artdı. 

Koroğlu keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişdirib 

Kaloğlan qoydu. 

Günlərin bir günü Koroğlu keçəl Həmzəni yanına çağırıb soruşdu: 

– Kaloğlan, ata muğayat ola bilərsənmi? 

Keçəl Həmzə dedi: 

– Əlimdən gələr, yaxşı baxa bilərəm. 

Töylədə bir yük yabısı var idi. O qədər yükləmişdilər ki, sümükləri 

çıxmışdı. Koroğlu ona baxmağı keçəl Həmzəyə tapşırdı. Keçəl 

Həmzə yabıya muğayat olmağa başladı. 

Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, 

gəl görəsən. 

Dəlilərin gözlərini oğurlayıb, töylədəki o biri atların otundan, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə