Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə28/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   24   25   26   27   28   29   30   31   ...   112

Zay Koroğlu, zay Koroğlu! 

Koroğlu ayağa qalxdı. Qılınc bağladı, qalxanını keçirdi. Qıratın 

belinə qalxdı. Dəlilər də atlandılar. 

Koroğlu üzünü dəlilərə tutub dedi: 

– Bu yolda iyidlik, mərdlik göstərmisiniz. Məhbub xanımı, Bəlli 

Əhməd, sənə, Şirin xanımı da, Dəli Həsən, sənə verirəm. Götürün 

gedək. 

Bəlli Əhməd Məhbub xanımı Ağcaquzunun tərkinə, Dəli Həsən 



də Şirin xanımı Düratın tərkinə çəkib yola düşdülər. O tərəfdən 

keşikçilərdən salamat qurtaranlar özlərini paşaya yetirdilər, dedilər: 

– Çənlibeldən iki atlı gəlmişdi. Koroğlunu da zindandan çıxartdılar. 

Paşa hökm elədi. Qoşun gecə gözü atlandılar yola düşdülər. Koroğlu 

gördü qoşun yetişir, aldı görək nə dedi: 

Misri qılınc alın ələ, 

Siz o yandan, mən bu yandan

Al qanı döndərək selə, 

Siz o yandan, mən bu yandan. 

Paşanın qəddini bükək, 

Başlar kəsib yerə tökək, 

Müxənnətə qılınc çəkək, 

Siz o yandan, mən bu yandan. 

Dönüm mərd iyid başına, 

Gəldiz Koroğlu xoşuna, 

Qan udduraq bu qoşuna, 

Siz o yandan, mən bu yandan. 

Söz tamam oldu. Üç nəfər özlərini qoşuna vurdular. Gecə vaxtı 

Koroğlu bir yandan, Bəlli Əhməd bir yandan, Dəli Həsən də bir yandan 

qoşunu qırmağa başladılar. Koroğlu hərdən nərə çəkib qılınc vuranda 

qoşun əhli qorxusundan ağacda yarpaq əsən kimi əsirdi. Axırda dəlilər 

qoşunu yarıb aradan çıxdılar. Məhbub xanım Bəlli Əhmədin, Şirin 

xanım da Dəli Həsənin tərkində üz Çardaxlı Çənlibelə qoydular. 

 

 



 

 

 



 

 

 



 


 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Koroğlu dastanı  

"Koroğlynan Bolu bəy" qolu 

 

Xotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına 

göndərsinlər.  

Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Camal paşanın da canını qorxu almışdı. 

Bir gün, beş gün fikir, xəyal, axırda bu gün qoşun sərkərdələrini başına yığıb məsələdən onları 

hali elədi.  

Koroğlunu tutmaq adı gələndə bütün sərkərdələr başlarını aşağıya saldılar. Camal paşa gördü 

yox, belə olmayacaq. Axırda əlacsız qalıb dedi: 

– Kim gedib dəli Koroğlunun başını, ya da özünü gətirsə qızım Dünya xanımı ona verəcəm. 

Sərkərdələrin içində Bolu bəy adlı birisi var idi. Bolu bəy çoxdan idi 

ki, Camal paşanın qızı Dünya xanımı almaq fikrində idi. Ancaq nə qədər 

xərc qoymuşdu, pul tökmüşdüsə də, qızın ürəyini ələ gətirə bilməmişdi. 

İndi işıq yeri görüb fürsəti fota verməyib yerindən qalxıb dedi: 

– Mən gedib Koroğlunu tutub gətirərəm. Ancaq bu şərtlə ki, əzəl 

əhdinizə əməl eləyəsiniz. Sonra da Qəcəralını mənə yoldaş verəsiniz. 

Qəcəralı Ərzincanda məşhur pəhləvanlardan idi. 

Paşa razılaşdı. 

– Qəcəralı! 

Qəcəralı ayağa qalxıb dedi: 

– Mən gedərəm, amma gərək mehtər Murtuzu da bizə qoşasınız. 

Mehtər Murtuz yeddi il Koroğluya mehtərlik eləmişdi. Ona görə 

də Koroğlunu yaxşı tanıyırdı. 

Bəli, Camal paşa bütün şərtlərə razı oldu. Bolu bəy Qəcəralı ilə 

Mehtər Murtuzu götürüb, başında da çoxlu qoşun, Çənlibelə yola düşdü. 

Bunlar getməkdə olsunlar, sizə kimdən xəbər verim, Koroğlunun dostu 

ərzincanlı bir tacirdən. Tacir bu əhvalatı eşidən kimi bir at mindi, kəsə bir 

yol ilə Bolu bəydən qabaq özünü Çənlibelə yetirdi. Elə ki, tacir Koroğlunu 

əhvalatdan xəbərdar eləyib geri döndü, Koroğlu dəliləri yığıb dedi: 

– Paşalar, bəylər, xanlar mənim əlimdən zara gəlib, mənim qorxumdan 

gecələr evlərində yata bilmirlər. Heç inanmıram ki, Bolu bəy 

mənim üstümə gəlsin. 

Dəlilərin içindən İsabalı yerindən qalxıb dedi: 

– Koroğlu, nə qədər iyid olsan ehtiyatı əldən qoyma, ehtiyat ki var 

iyidin bəzəyidi. İzn ver yaraqlanaq, yasaqlanaq, düşmənin qabağına 

çıxaq. 

Koroğlu razı olmadı. Məclis qurdurdu, dəlilər ilə yeyib-içib kefə 



başladı. O tərəfdən Bolu bəy başında qoşun gecə-gündüz at sürüb 

gəlib Çənlibelə yetişdi. 

Mehtər Murtuz Koroğlunun Yağı qoruğunu görən kimi tanıdı. Dedi: 

– Bolu bəy, bu qoruq Koroğlunun Yağı qoruğudu. Bura Koroğlunun 




oylağıdı. Bura Çənlibelin ətəyidi. Məni öldürsən də buradan o 

yana gedəsi deyiləm. Qorxuram, Koroğlu dədəmə od vurar. 

Bolu bəy bir az fikirləşib əmr elədi ki, atdan düşsünlər. Bolu bəy, 

Qəcəralı, Mehtər Murtuz, qoşun əhli hamısı düşüb, atları Koroğlunun 

Yağı qoruğuna buraxdılar, özləri də bir tərəfdə oturub dincəlməyə 

başladılar. 

Səhər tezdən idi. Koroğlu yasaqsız-yaraqsız Qoşabulağın altındakı 

qayanın yanına çıxmışdı. Bir də baxdı ki, bir bölük yəhərli-yüyənli at 

Yağı qoruğunu başına götürüb. Koroğlu elə oradan tay heç kəsə xəbərzad 

verməmiş Yağı qoruğuna yüyürdü. Qoruğa enəndə birdən-birə 

Bolu bəylə üz-üzə çıxdı. Bolu bəy Koroğlunun təhər-töhürünə baxıb 

dedi: 


– Kimsən, burada nə gəzirsən? 

Koroğlu dedi: 

– Mən qoruqçuyam. 

Bolu bəy dedi: 

– Kimin qoruqçususan? 

Dedi: 


– Koroğlunun qoruqçusuyam. Qoruqda at gördüm, gəldim ki, çıxardım 

sizə rast oldum. 

Bu sözdə Mehtər Murtuz gəlib çatdı. Mehtər Murtuz Koroğlunu 

görən kimi tanıdı. Dalı-dalı çəkilib Koroğlunun geri yanına keçdi. 

Oradan Bolu bəyə göz vurdu ki, evin yıxılsın. Yalan deyir, qoruqçu, 

zad nədi, Koroğlunun özüdü. 

Bolu bəy hökm elədi, qoşun birdən tökülüb Koroğlunu tutdular. 

Koroğlunun nə atı, nə yanında bir yarağı-yasağı yoxdu. Baxdı ki, yox 

işlər şuluqdu. O, burada Koroğlu olduğunu boynuna alsa, səssiz-sədasız 

başını kəsəcəklər. Deyirlər ki, Koroğlu nə qədər iyid, mərd idisə, bir 

o qədər də əyyar idi. Yeri gələndə özünü başqa qılığa salıb düşməni 

aldadırdı. Bir də belə bir xasiyyəti var idi ki, düşmən əlinə düşəndə 

ölsə də, Koroğlu olduğunu boynuna almazdı ki, özünün, dəlilərin, Çənlibelin 

adı batmasın. Odu ki, indi də Bolu bəy onu nə qədər döydüsə 

Koroğlu olduğunu boynuna almadı ki, almadı. Yaxında bir göl var idi, 

axırda Bolu bəy Koroğlunu o gölə saldırdı ki, bəlkə Koroğlu olduğunu 

boynuna ala. O yenə də Koroğlu olduğunu boynuna almadı. Axırda 

Bolu bəy şübhəyə düşdü ki, bəlkə elə doğrudan da bu, Koroğlu deyil. 

Bolu bəy düşdü fikrə ki, uzaq yerdən gəlmişik. Bunu aparrıq 

Koroğlu olmaz, paşanın yanında yalançı çıxıb biabır olarıq. Axırda 

üzünü ona tutub dedi: 

– Gəl sən xoşluqla boynuna al ki, Koroğlusan. Yoxsa bu saat səni 

öldürrəm. 

Belə deyəndə aldı Koroğlu görək nə dedi: 

Bolu, nahaq gəl, eyləmə yamanlıq, 

İnan Bolu, mən Koroğlu deyiləm. 

İnnən belə yaxşılığın günüdü, 

İnan Bolu, mən Koroğlu deyiləm. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə