Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

sözdən qızların arasına çaxna-vaxna düşüb, odu ki, tez dedi: 

– Ay qızlar, aşığın qaydasıdı, yar-yar deyər, dilbər deyər, Məhbub 

söyləyər. Məhbub istəkli deməkdi. Yoxsa fikrinizə ayrı şey gəlməsin. 

Qərəz, Şirin xanım qızları sağ saldı. Bir az keçdi, elə ki, qızlar durub 

çıxıb getdilər, Koroğlu yeyib, içib başını atıb yatdı. Bu yatmaqla 

Koroğlu düz sabaha kimi bir yanı üstə yatdı. Dünya – aləmdən xəbəri 

olmadı. Elə ki, səhər açıldı, durdu, yenə yedi, içdi, geyinib çıxmaq 

istəyəndə Məhbub xanım dedi: 

– Koroğlu, belə haraya getmək istəyirsən? 

Koroğlu cavab verdi ki, şəhəri gəzmək istəyirəm, tez qayıdacağam. 

Sən də hazırlaş, gəlim gedək. 

Məhbub xanım dedi: 

– Yaraqsız, yasaqsız getmə. Atam buraya gəlməyini bilər, səni tutdurar. 

Koroğlu dedi: 

– Mən heç kəsdən qorxub gizlənən deyiləm. 

Məhbub xanım çox dedi, Koroğlu az eşitdi. Axırda onun sözünə 

baxmayıb şəhərə çıxdı. 

Rum əhli Koroğlunun tamaşasına yığışmışdı. Hamı onun təhərtöhürünə, 

boy-buxununa baxıb mat qalmışdı. Axırda söz gedib paşaya 

çatıb ki, bəs Ruma bir adam gəlib təhər-töhüründən heç bizim yerin 

adamlarına oxşamır. 

Paşa üç nəfər göndərdi ki, gedin mənim yanıma gətirin. Paşanın 

adamları Koroğlunun yanına gəldilər ki, paşa səni çağırır. 

Koroğlu dedi: 

– Mən paşa-maşa tanımıram. İşi varsa özü gəlsin, mənim yanıma. 

Paşanın adamları Koroğlunu güclə aparmaq istədilər. Koroğlu bir 

dedi əl çəkin məndən, iki dedi əl çəkin məndən, gördü yox, olmayacaq, 

bunlar elə ora-burasını çəkişdirirlər. Axırda hirslənib onların 

üstünə düşdü. Elə bir-iki dəfə əl tovlayan kimi gələnlərdən ikisi mitil 

kimi yerə düşüb cəhənnəmə vasil oldu. Biri bir təhər aradan çıxıb 

özünü paşaya yetirib əhvalatı ona nağıl elədi. 

Paşa bu dəfə 15 adam göndərib, dedi: 

– Gedin, onun ya dirisini gətirin, ya ölüsünü. 

Koroğlu bir də baxdı ki, on beş nəfər yasaqlı adam siyirmə qılıncla 

ətrafı tutdular. Koroğlu baxdı ki, tay ayrı əlac yoxdu. Qılıncı çəkib düşdü 

bunların üstünə. Gələnlərdən ikicəsi salamat qalıb təngənəfəs özlərini 

paşanın yanına saldılar. Paşa acıqlanıb iki yüz yaraqlı-yasaqlı adamla 

Koroğluya hücum elədi. Koroğlu qılınc çəkib onların qabağına çıxdı. 

Xeyli vuruşdu, çox adam öldürdü. Paşanın adamları davam eləyə bilməyib 

qaçmağa üz qoydular. Paşa gördü yox, buna yüz, iki yüz qoşun kar 

salan deyil. Əmr elədi, bütün qoşun yeridi. Koroğlu şiri-nər kimi meydana 

girib gün batana kimi onlardan qırdı. Amma piyadalıq ona üz 

vermişdi. Vuruşa-vuruşa özünə yol açıb özünü Qırata çatdırmaq istəyirdi. 

Bu burada mərdanə qılınc vurmaqda olsun, sənə kimdən deyim 

paşadan. Paşa gördü, beləliklə Koroğlu bu qoşunu qırıb qurtaracaq. Rum 

əhlinə hökm elədi, Koroğlunun yolunun ağzında bir quyu qazıb üstünü 




də örtsünlər. Koroğlu qılınc vura-vura qoşunu dağıdıb yol aça-aça Qırata 

tərəf gedəndə birdən-birə quyuya düşdü. Qoşun hər yandan tökülüb 

onun qollarını bağlayıb paşanın yanına gətirdilər. O saat paşa hökm 

elədi ki, Koroğlunun boynunu vursunlar. Vəzir irəliyə yeriyib dedi: 

– Paşa sağ olsun, buna qoç Koroğlu deyərlər. Bunun Çənlibeldə 

yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var. Yeriyib Rum elini 

dağıdarlar. Koroğlunu hələlik zindana saldır. Görək başımıza nə gəlir. 

Paşa vəzirin məsləhətinə razı olub Koroğlunu zindana saldırdı. 

Koroğlu zindanda qalmaqda olsun, sənə Çənlibeldə dəlilərdən 

xəbər verim. Dəlilər çox gözlədilər Koroğlu qayıtmadı. Bildilər ki

dara düşüb. Çox fikirləşəndən sonra dalısınca adam göndərəsi oldular. 

Belə deyirlər ki, bir uzaq səfərə getmək lazım olanda özünə umudu 

gələn dəlilər öz aralarında püşk atardılar. Püşk hər kimə düşsə, o 

səfərə haman dəli gedərdi. 

Bu dəfə də püşk atdılar. Püşk Əhmədnən Dəli Həsənə düşdü. Bəlli 

Əhməd çəkdi Ağcaquzunu yəhərlədi, Dəli Həsən də Düratı mindi, hər 

ikisi yaraxlandı, altdan-üstdən qurşanıb Ruma yola düşdülər. Aşırımlar 

aşdılar, keçirimlər keçdilər, özlərini Ruma yetirdilər. Dəlilər Ruma 

çatanda gecə idi. Hamı yatmışdı. At üstündə şəhərdə dolanırdılar. Bir 

də gördülər ki, bir yerdə bir xeyli yaraqlı adam keşik çəkir. Bəlli 

Əhməd soruşdu: 

– Gecə vaxtı burda nə eləyirsiniz? 

Keşikçilərdən biri dedi: 

– Çənlibelli Koroğlu burada dustaqdı. Ona keşik çəkirik. 

Dəli Həsən bu sözü eşidən kimi qılıncını çəkib, döşəndi bunlara. 

Keşikçilər davam gətirə bilməyib qaçıb dağıldılar. Dəlilər atdan düşüb 

özlərini zindana saldılar. Gördülər Koroğlu dardadı. Bəlli Əhməd 

götürdü görək nə dedi: 

Dara düşübsən Koroğlu, 

Yetişdik, budu yetişdik. 

Hara düşübsən Koroğlu, 

Yetişdik, budu yetişdik. 

Aldı Koroğlu: 

Yaxşı yetişdiz dadıma, 

Bəlli Əhməd, Dəli Həsən. 

Bəlkə çatam muradıma, 

Bəlli Əhməd, Dəli Həsən! 

Dəli Həsən: 

Ağcaquzum şuqutmağa, 

Düşman qanın axıtmağa, 

Bu zindanı dağımağa, 

Yetişdik budu yetişdik 

Koroğlu: 

Peymanamdı dolha-dolda, 

Halqa zəncir bağlı qolda, 

Məhbub, Şirin gözü yolda, 




Bəlli Əhməd, Dəli Həsən! 

Bəlli Əhməd: 

Misri qılınclar toyladıq, 

Dərin dəryalar boyladıq, 

Keşikçiləri qoyladıq, 

Yetişdik, budu yetişdik. 

Koroğlu: 

Koroğlu qaynayıb coşa, 

Şeşpəri getməyə boşa, 

Qaça qabağından paşa, 

Bəlli Əhməd, Dəli Həsən! 

Dəlilər Koroğlunun qollarını açıb, zindandan çıxartdılar. Koroğlu 

dedi: 

– Gedək, Qıratı tapmaq lazımdı. 



Deyirlər Koroğlu zindana düşəndə Məhbub xanımla Şirin xanım 

onun qılıncını, qalxanını gizlədib, Qıratı da ot-ələf verib saxlayırdılar. 

Koroğlu dəlilər ilə Məhbub xanımın yanına gəldilər. Koroğlu 

Məhbub xanımı görəndə aldı, görək nə dedi: 

Yolum düşüb Çənlibelə, 

Məhbub xanım, Şirin xanım. 

Geyin gedək bizim elə 

Məhbub xanım, Şirin xanım, 

Aldı Məhbub xanım: 

De görək, bu nə səfərdi, 

Ay Koroğlu, ay Koroğlu, 

Paşa bundan bixəbərdi, 

Bay Koroğlu, bay Koroğlu... 

Koroğlu: 

Qızıb çəkərəm haşanı, 

İndi qılın tamaşanı, 

Bir muy saymaram paşanı, 

Məhbub xanım, Şirin xanım! 

Aldı Şirin xanım: 

Düşman səndən qisas alar, 

Meydan açıb, qılınc çalar, 

Axan qanlar axır olar, 

Çay Koroğlu, çay Koroğlu. 

Koroğlu: 

Koroğlu mayıl saçına, 

Gözəlliyin şux tacına. 

Qarğalar neylər laçına, 

Məhbub xanım, Şirin xanım! 

Məhbub xanım: 

Gözəllər qadanı ala, 

Eşqin dəryasına dala, 

Qorxuram əməyin ola, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə