Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   19   20   21   22   23   24   25   26   ...   112

nəfər atlı gəlib atlarını bağa buraxıb, özləri də bütün durnaları qırıb 

çatıblar. Aslan paşa hökm elədi ki, bu saat özlərini də, atlarını da tutub 

mənim yanıma gətirin. 

Qoşuna əmr olundu, bağın dörd tərəfini gəzdilər. Qırat düşmənin 

yaxınlaşdığını görüb bərk kişnədi. Dəmirçioğlu ilə Bəlli Əhməd 

Qıratın səsinə yuxudan ayıldılar. Gördülər ki, bağda otun, ağacın sanı 

var, qoşunun sanı yoxdu. Dəmirçioğlu istədi ki, dava başlasın, Bəlli 

Əhməd razı olmadı ki, Eyvaz özündə deyil, biz dava başlasaq burdan 

uzaqlaşarıq, Eyvaz ələ keçər. Dəmirçioğlu gördü qoşun yaxınlaşır, 

amma Eyvaz yuxudan oyanmır ki, oyanmır. Axırda aldı, görək nə dedi: 

Qoşun gəlib dört yanımızı aldılar, 

Belə nə yatmısan, ayıl, Eyvaz xan!.. 

Hər tərəfdən mansıraya saldılar, 

Axırda olarıq zayıl, Eyvaz xan!.. 

Qəbul qılma müxənnətin sözünü, 

Sənə ərz eləyəm sözün düzünü, 

Dur, göstər yağıya dönməz üzünü, 

Gün kimi aləmə yayıl, Eyvaz xan!.. 

İnsafdırmı Bəlli Əhməd tutula, 

Qulac qolu dal gərdəndə çatıla, 

Dəmirçioğlu qul adına satıla, 

Koroğlu dəlisi sayıl, Eyvaz xan!.. 

Sazın səsinə, Dəmirçioğlunun səsinə Eyvaz yuxudan ayıldı. 

Yüyürdülər ki, özlərini atlara yetirsinlər. Baxdılar ki, atlar tutulub. Halı 

belə görəndə hər üçü qızmış nər kimi nərə çəkib özlərini vurdular 

dəryayi-ləşkərə, sağa vurdular, sola vurdular, nə qədər qırdılarsa nə 

qoşunun dalı kəsilirdi, nə də ki, bir yol tapıb bir tərəfə çıxa bilmirdilər. 

Axırda qoşun onları bir-birlərindən ayrı salıb, təklədi. Aralığa salıb 

üçünü də tutdular, qollarını bağlayıb, atları ilə birlikdə Aslan paşanın 

yanına gətirdilər. Aslan paşa hökm elədi ki, özlərini zindana salıb, 

atlarını da bazara çəkib satsınlar. Sonralar kimin hayfı varsa gəlsin, alsın. 

Aslan paşanın adamları dəliləri zindana salıb atlarını da bazara 

apardılar. Bunlar burada qalsınlar, sənə Koroğlunun dostu bəzirgandan 

xəbər verim. 

Koroğlunun bir bəzirgan dostu var idi. Neçə illər Koroğlu ilə dostluq 

işlətmişdi. İndi mallarını satmaq üçün Bağdada gəlmişdi. Bir də eşitdi 

ki, car çəkirlər ki, Koroğlunu tutublar. Tez bir təhər özünü zindana 

saldı, gördü yox, tutulanlar Koroğlunun dəliləridi. Eyvaz bəzirganı 

görcək tanıdı, bir təhər onu başa saldı ki, bəs Qıratı bazara çəkib satacaqlar, 

get çalış, satın al. Koroğluya xəbər ver! 

Bəzirgan oradan çıxıb birbaş bazara gəldi. Gördü budu atları satırlar. 

Bəzirgan Qıratı satan dəllala yanaşıb dedi: 

– Əyə, bu şılxoruna neçə verim? 

Dəllal dedi: 

– Gözlərini sil bir yaxşı-yaxşı bax. Şılxor nədi? Buna Koroğlunun 

Qıratı deyərlər. 




Bəzirgan dedi: 

– Əyə, başına at təpməyib ki, Qırat nədi? Bu yabı niyə Qırat olur? 

Dəllal hirslənib “yabı nədi, ədə, tərlandı! Tərlan gör nə çəkir?!.” 

– deyib atı hərəkətə gətirdi ki, camaat baxsın. 

Gözünə dönüm Qırat gözünün birini yumdu, quyruğunu qısdı, 

özünü vurdu şılxorluğa. 

Bəzirgan dedi: 

– Ha gördün. Yaman çəkir, ədə, ay yelbeyin. 

Qoç Koroğlunun Qıratını paşalar minə bilmirdi. Qorxudan bir pəhlivan 

onun yanına gedə bilməzdi. İndi Qırat elə ölü olmuşdu ki, gəl 

görəsən... 

Bazar adamları tökülüb ata baxdılar. Gördülər bir gözü kor, qısıq, 

yeriyəndə də azca topallayan bir atdı. 

Hamısı bəzirganın sözünü təsdiqlədi. Qərəz, bəzirgan dəllalı aldadıb 

Qıratı ucuz qiymətə alıb mənzilinə gətirdi. Atı bir yana bağlayıb 

qabağına yem-zad tökdü. Şəyirdini göndərib bazardan bir batman qır, 

bir top da bez aldırdı. Elə ki, qır da, bez də hazır oldu bəzirgan qabaqca 

o ki, var bezi qırladı. Sonra bu qırla bezi Qırata möhkəm-möhkəm 

sarıyıb özü də mindi. Qır bəzirganı elə tutdu ki, kəndir-qayış kimi. Elə 

ki, bəzirgan arxayınlaşdı ki, tay atdan yıxılmayacaq, yüyənini buraxdı. 

Qırat götürüldü, nə götürüldü. Elə bil ki, Çənlibeldə bala qoyub 

gəlmişdi. Vallah bir gedirdi, bir gedirdi ki, ildırım deyim sənə yalandı. 

Amma kimdən deyim sənə bəzirgandan. Yazıq bəzirganda bəzirganlıq 

qalmamışdı. Köhnə bəzirganda elə bircə quru nəfəs qalmışdı. Bayax ha 

özündən getmişdi. Qırat nə qədər yol getdi bəzirgan bilmədi. Bir vaxt 

bir də at bərkdən kişnədi. Bəzirgan gözlərini açıb gördü Çənlibeldədi. 

Dəlilər Qıratın səsini eşidib tökülüb gəldilər. Baxdılar vallah Qırat 

budu ilan vurmuş kimi elə gəlir ki, az qalır dırnaqları çatlaya. Amma 

ki, təkdi. Eyvaz da üstündə yoxdu. At bir az da yaxınlaşanda diqqət 

verib gördülər at sahibsizdi. Amma deyəsən üstündə nədirsə bir yaman 

şey qaralır. Hamı fikir dəryasına cumdu ki, görəsən bu nə sirdi. 

Bunlar elə bu fikirdə Qırat gəlib düz Koroğlunun qabağında dayandı, 

üzünü gəldiyi tərəfə tutub elə bir nərə çəkib kişnədi ki, dağ-daş 

lərzəyə gəldi. Sonra dönüb Koroğluya baxdı, ayaqlarını yerə döyməyə 

başladı. Koroğlu vəfalı atının boynunu qucaqlayıb üzündən, gözündən 

öpdü. Baxıb gördülər ki, Qıratın üçtündə bir adam var. Amma özündən 

gedib. Bunu açıb atdan düşürdülər. Başına su-zad töküb özünə gətirdilər. 

Baxdılar ki, bəzirgandı. Koroğlu onu görcək tanıdı, soruşdu ki: 

– Bəzirgan, Eyvaz hanı, yoldaşları harada qalıb ki, sən Qıratı götürüb 

gəlibsən? 

Bəzirgan dedi: – Koroğlu! Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi 

Aslan paşa tutub zindana salıb. Bu günlərdə dara çəkdirəcək. Durma, 

tez özünü onlara yetir. 

Koroğlu bəzirgandan bu sözü eşidib üzünü dəlilərə tutdu, aldı, 

görək nə dedi: 

Xəbər verin dəlilərim oyansın, 




Tutulubdu bir Eyvazım əldədi! 

Misri qılınc qızıl qana boyansın, 

Tutulubdu bir Eyvazım, əldədi! 

Yatmışdım aşkara gördüm duşumu, 

Əzəlindən mən bilirdim işimi, 

Çəkin, yəhərləyin çərləmişimi, 

Tutulubdu bir Eyvazım, əldədi! 

Düşmənlərim tamaşaya durarlar, 

Şad oluban keyf məclisi qurarlar

Koroğlu getməsə yəqin qırarlar 

Tutulubdu bir sərdarım, əldədi! 

Dəlilər tələsik yaraqlandılar, atlarını yəhərlədilər. Koroğlu Misri 

qılıncı belinə bağladı. Qalxan asdı, əmud götürdü, üstündən də bir saz 

keçirib Qırata mindi. Dəlilər də başında Bağdada tərəf yola düşdü. Hər 

yerdən keçib gəldilər Bağdadın kənarına yetişdilər. Şəhərə girməyə az 

qalmışdı ki, bir qoca biçinçiyə rast gəldilər. Gördülər qoca taxıl biçir. 

Amma gözündən dolu kimi yaş tökür. Koroğlu yaxınlaşıb soruşdu: 

– Ay qoca niyə ağlayırsan? 

Qoca dedi: 

– Neyləyirsən, səndən ki mənim dərdimə dərman olmayacaq, çıx 

yolunla get. 

Qoca sözünü nə qədər yayındırdısa Koroğlu əl çəkmədi. Axırda 

qoca soruşdu: 

– İndi ki, əl çəkmirsən, qabaqca de görüm Koroğluynan dostsan, 

düşmən? 

Koroğlu dedi: – Dost olarıq. Nə var ki, onu niyə xəbər aldın? 

Qoca dedi: 

– Koroğlunun üç dəlisi gəlib buraya çıxıbdı. Bu gün Bağdadda 

onları dar ağacından asacaqlar. Üç cavan iyid oğlanlardı. Elədilər ki, 

şəkil kimi, elə doğrusu onların halına ağlayıram. 

Koroğlu qocanı belə mərd, namuslu görüb dəlilərə hökm elədi ki, 

qılıncları çəkib qocanın taxılını biçsinlər. Dəlilər qılıncları çəkib taxıla 

doluşanda qocanın gözləri alacalandı. İki əlini dizinə vurub öz-özünə 

dedi: 


– Vay evi yıxılan canım! Yəqin bu kələ-kötür oğlu kələ-kötür 

paşanın adamlarından imiş. Bu saat taxılı vel-veran eləyib, məni də 

öldürəcəklər. 

Amma diqqət eləyib baxdı ki, balam bunlar taxılı biçirlər. Qoca 

qaldı mat-məhəttəl ki, görəsən bunlar kimdilər. Bu belə fikirlərdə 

olsun, dəlilər taxılı biçib dərz-dərz bağlayıb bir tərəfə yığdılar. Elə ki, 

hazır oldu Koroğlu üzünü qoca biçinçiyə tutub dedi: 

– Qoç Koroğlu elə mənəm ki, varam. İndi Aslan paşanın başına 

göydən od tökəcəyəm. Xəzinəsini dağıdıb paylayacağam. Bir xurcun 

götürüb xəzinənin qapısında olarsan. 

Qoca sevindiyindən bilmirdi ki, nə eləsin. Axırda bir təhər ki, 

özünü cəmləyib dedi: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə