Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   22   23   24   25   26   27   28   29   ...   112

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


Koroğlu dastanı  

"Koroğlunun Rum səfəri" qolu 

 

Aşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir 

gözəl gördü. 

Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız. 

Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi.  

Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir. 

 Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı. 

Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım. 

Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.  

Qırx incəbel qızlardan birinə Aşıq Cünunu göstərib dedi: 

– Get, o aşağı buraya çağır. 

Qarabaş getdi. Aşıq Cünun baxdı imarətin qapısından bir qız çıxdı, 

budu ona tərəf gəlir. Aşıq Cünun qabaqca qorxdu. Elə əkilmək istəyirdi

qız gəlib çatdı ki: 

– Aşıq, Rum paşasının qızı Məhbub xanım səni çağırır. 

Aşıq Cünun gördü yox bu, qəzəbdən deyil, deyəsən iş var. Qarabaşla 

Məhbub xanımın yanına gəldi. 

Məhbub xanım aşığa yer göstərdi, elə ki, aşıq Cünun əyləşdi, qız 

soruşdu: 

– Aşıq, kimsən? Haradan gəlibsən? Hara gedirsən? Sizin yerlər 

necə yerdi? Mənə bir qədər söhbət elə. 

Aldı aşıq Cünun, görək nə dedi: 

Mərd oylağı Çənlibeldi, 

Məhbub xanım, bizim yerlər, 

Dəliləri durna telli 

Məhbub xanım, bizim yerlər. 

Dağları var alçaq-uca, 

Əylər qəflə, tacir, xoca, 

Tutulub hasarlı burca, 

Məhbub xanım, bizim yerlər. 

Eyvazbalı ordu basan, 

Bəlli Əhməd bərə pusan, 

Dəmirçioğlu Dəli Həsən 

Məhbub xanım, bizim yerlər. 

Dəliləri qoşa-qoşa, 

Düşman görsə çəkər haşa, 

Bata bilməz sultan, paşa, 

Məhbub xanım, bizim yerlər. 

Gülü, nərgizi bitəndə, 

Tuti qumrular ötəndə, 

Cünun çənliyə yetəndə, 



Məhbub xanım, bizim yerlər. 

Aşıq Cünun sözünü tamam elədi. Məhbub xanım dedi: 

– Aşıq, sizin bu yerin bir yiyəsi varmı? Dəlilərin sərkərdəsi kimdi? 

Aşıq Cünun dedi: 

– Xanım, qulaq as deyim. 

Aldı, aşıq Cünun: 

Nərə çəkib düşman üstə gedəndə, 

Meydanda göstərir hünər Koroğlu! 

Qulaş qolun gərib şeşpər atanda 

Vurar dağı-daşı dələr Koroğlu! 

Bilmək olmaz onun fitnə-felini

Namərd qoya bilməz yerə belini, 

Yön çevirsə yıxar şahlar evini, 

Qoymaz ölkənizdə mələr Koroğlu! 

Düşər hərdən paşalarla davası, 

Kəsilməz savaşı, cəngi, qovqası, 

Cünun deyər Çənlibelin ağası, 

Yeddi min dəliyə sərkər Koroğlu! 

Söz tamama yetişdi. Məhbub xanım dedi: 

– Aşıq Cünun, sən ki, Koroğlunu bu qədər təriflədin, əyər iyid isə 

gəlsin məni də Çənlibelə aparsın. 

Aşıq Cünuna da elə bu lazım idi. Ayağa durub, görüşüb məclisdən 

çıxdı. Ağamı allah saxlasın, birbaş Çənlibel deyib yol gedib, gəlib 

axırda Çənlibelə yetişdi. 

Koroğlu ayağa durdu, aşığın qabağına çıxdı, gətirib öz yanında əyləşdirdi. 

Aşıq yedi, içdi, elə ki, toqqanın altını bərkitdi, Koroğlu soruşdu: 

– Aşıq Cünun, Çənlibeldən çoxdan çıxıbsan. De görək nə gördün, 

nə eşitdin? 

Aşıq Cünun dedi: 

– Koroğlu, bu dəfə gördüyümü dil ilə desəm dilimi yandırar. Qoy 

saz ilə deyim. 

Aşıq Cünun üç telli sazı döşünə basıb başladı: 

Gedərkən çıxdı qarşıma, 

Məhbub xanım, Məhbub xanım. 

Sevdasın saldı başıma, 

Məhbub xanım, Məhbub xanım. 

Gözü göyçək, qaşı qələm, 

Olmaz belə şirin kəlam, 

Çəkər həsrətini aləm 

Məhbub xanım, Məhbub xanım. 

Duruşu bənzər tərlana, 

Gözəl doğub, gözəl ana, 

Töküb tellərin gərdana, 

Məhbub xanım, Məhbub xanım. 

Dəli könül talaşında, 

Can qovrulu ataşında, 




Qırx incə qız var başında, 

Məhbub xanım, Məhbub xanım. 

Aşıq Cünun çəkər nazı, 

Ürək açar xoş avazı, 

Rum elində paşa qızı, 

Məhbub xanım, Məhbub xanım. 

Aşıq Cünun sazla dediyi kimi sözlə də əhvalatı nağıl eləyib dedi 

ki, Məhbub xanım dedi: – “Əgər kişidirsə gəlib məni də Çənlibelə 

aparsın” – Nigar xanım bu sözü eşitcək Koroğluya dedi: 

– O ki buraya gəlmək istəyir, gətirməmək namərdlik olar. Bir də 

ki, Rum gözəllərini çox tərifləyirlər. Hökman gərək gedib Məhbub 

xanımı gətirəsiniz. 

Koroğlu Qıratı çəkdirdi, yəhərlətdirdi, qılınc-qalxan götürdü, çiyninə 

də saz keçirtdi. Atlanmaq istəyəndə dəlilər: 

– Bizi də özünnən apar, – dedilər. 

Koroğlu razı olmadı. Xanımlarla, dəlilərlə halallaşıb Qıratı mindi. 

Tək-tənha Ruma tərəf getməyə başladı. Alçaqlar keçdi, ucalar aşdı, 

yel oldu əsdi, mənzillər kəsdi axırda gəlib Rum elinə çatdı. 

Koroğlu Qıratın üstündə, çiynində saz gedirdi, işə bax ki, Məhbub 

xanım da yenə küləfirəngidən baxırdı. Koroğlunu aşıq hesab eləyib 

qarabaşını göndərib yanına çağırtdırdı. Koroğlu gəldi, düşdü Qıratı bir 

yanda bağlayıb içəri girdi. Məhbub xanım hörmətlə ona yer göstərdi. 

Özü də qırx incəbel qızla yanında əyləşib dedi: 

– Aşıq, gəlişin hardandı? Bir qədər söhbət elə, qulaq asaq. 

Aldı Koroğlu, görək nə dedi: 

Qırata sarılıb düşmüşəm yola

Urum deyib Çənlibeldən gəlirəm. 

Gümüş qolçaqları bağlayıb qola 

Polad geyib Çənlibeldən gəlirəm. 

Dolanıb dağları gəzmişəm əzəl, 

Hayvalı bağlarım görməyib xəzəl, 

Bu Rum ölkəsində bir türfə gözəl, 

Seçib sevib, Çənlibeldən gəlirəm. 

Məhbub xanım “Çənlibeldən gəlirəm” deməsindən bildi ki, bu 

Koroğludu. Dedi: 

– Belə deməkdə yerin var. Söylə görək Rum elində sevdiyin gözəlin 

adı nədi? Kimin qızıdı? 

Məhbub xanım belə deməkdə Koroğluya işarə eləyib bu işi yanındakı 

qızlardan gizlətmək istəyirdi. Ancaq Koroğlu işarəyə baxan deyildi. 

Onunku mərd-mərdanə idi. Dedi: 

Koroğlunun dəlilərdi imdadı, 

Qılınc çəkdi, hasil ola muradı. 

Rumlu paşa qızı, Məhbubdu adı, 

Məhbub deyib, Çənlibeldən gəlirəm. 

Söz tamam oldu. Məhbub xanımın əmisi qızı Şirin xanım da qızların 

içində idi. Özü də əmisi qızının xatirini çox istəyirdi. Baxdı ki, bu 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə