Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə22/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   18   19   20   21   22   23   24   25   ...   112

Eyvaz Dəmirçioğlunun yanına gəldi. Gördü yarasından qan o qədər 

axıb ki, rəngi ağappaq ağarıb, elə zəifləyib ki, dili yoxdu danışa. 

Nəfəsi zorla gedib-gəlir. Koroğlunun yanına qayıdıb dedi: 

– Dəmirçioğlunun yarası çoxdu, sağalası deyil, bunu bu halda 

Çənlibelə niyə aparırsan? Gəl buralarda bir yerdə qoyaq, rahat ölsün. 

Eyvazın cavabında aldı Koroğlu görək nə dedi: 

Binadan gözəl olmayan 

Telin qədrini nə bilər? 

Göydə uçan boz sərçələr 

Gülün qədrini nə bilər. 

Kəl qoşub kotan əkməyən, 

Nanın süfrəyə tökməyən

Arının qəhrin çəkməyən 

Balın qədrini nə bilər. 

Utan, Eyvaz xan, bir utan, 

Dağların damənin tutan, 

Namərdliklə başa çatan, 

Elin qədrini nə bilər. 

Koroğlu saz ilə dediyi kimi söz ilə də dedi: 

– Eyvaz, mən dəlilərin hərəsini bir yerdə atıb getsəm, onda başımda 

adam qalmaz. Dəmirçioğlunu Çənlibelə aparacağam. Həkim tapacağam. 

Yarasına dərman qoyub yağlayacağam. Əgər sağalsa bir yaxşı 

toy eyləyib Telli xanımı ona verəcəyəm. Sağalmayıb ölsə, onda da 

Çənlibeldə basdıracağam. 

Eyvaz səhvini başa düşüb dinmədi. Gəlib Çənlibelə çatdılar. Nigar 

xanım qabağa çıxdı. Dəmirçioğlunu yaralı, rəngi qaçmış görəndə 

özünü saxlaya bilməyib ağladı. Nigarı ağlar görən Koroğlu aldı görək 

nə dedi: 




Ağlama alagöz Nigar! 

Dəmirçioğlu sağalacaq. 

Bağrıma basma köz, Nigar!.. 

Dəmirçioğlu sağalacaq. 

Çənlibeldi mənə pənah, 

Köksün ötürüb çəkmə ah, 

Tapdıracam həkim, cərrah, 

Dəmirçioğlu sağalacaq. 

Koroğlu heç əyməz boyun, 

Tutacam Telliynən toyun. 

Kəsəcəm tuncu, qoç, qoyun, 

Dəmirçioğlu sağalacaq. 

Koroğlu bir həkim tapdırıb gətirtdi. 

Dedi: 


– Həkim, Dəmirçioğlunun yarasına yaxşı məlhəm eylə sağalsın. 

Sənə xələt verəcəyəm. Yaxşı baxmasan, Dəmirçioğlu sağalmasa yəqin 

bil ki, səni onun yerinə öldürəcəyəm. 

Həkim bilirdi ki, Koroğlunun sözü sözdür. Canı dilnən Dəmirçioğlunun 

yarasına əlindən gələn qədər yaxşı dava-dərman eləməyə 

başladı. Bir qədər keçdi, Dəmirçioğlu sappasağ olub ayağa qalxdı. 

Koroğlu həkimə xələt verib yola saldı. 

Koroğlu Çənlibeldə gözəl bir məclis düzəltdirib bir yaxşı toy 

qurdurub, Telli xanımı Dəmirçioğluna verdi. 

 

 



 

 

 




Koroğlu dastanı  

"Durna teli" qolu 

Eyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi. 

 

Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir 



yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq 

biridi ki, o da Nigardaydı.  

 

Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: “Görəsən bütün arvadların 



arasında heç mənim kimi xoşbaxtı varmı?”. 

 

Koroğlunun damağı ondan da çağ idi. O, həm özünə oğul gətirmişdi, həm də arxa, kömək 



gətirmişdi.  

 

Eyvaz çox çəkmədi ki, canlara dəyən iyid bir oğlan oldu.  



 

Dəlilərin hamısı bu iyidliyə görə ona hörmət eləyirdilər. Hamının gözündə əvvəl Koroğlu idi, 

sonra Nigar, sonra da Eyvaz. 

 

Deyirlər ki, Koroğlu boş vaxtları həmişə dəlilərlə məşq eləyib 



təlim keçərdi. At minmək, nizə atmaq, qılınc vurmaq, qalxan tutmaq, 

ox atmaq onların peşəsi idi. Heç elə gün olmazdı ki, dəlilər içində təzətəzə 

adamlar onlara qoşulmasın. Onlar da bu təlimdən öyrənirdilər. 

Ustad belə deyir ki, yenə bir gün dəlilər Çənlibeldə bölük-bölük 

olub məşq eləyirdilər. Eyvaz da yaraqlı-yasaqlı bir dəstə ilə atlanıb 

dava məşqinə çıxmışdı. Dəlilər məşq eləyə-eləyə Koroğluya sarı at 

çapırdılar. Eyvaz Ərəbatın üstündə dəlilərin qabağınca gəlirdi. Koroğlunun 

onun başına taxdığı durna teli də papağında idi. Koroğlu Eyvazı 

belə görəndə ürəyi telləndi, qolları açıldı, üzünü Nigar xanıma tutub, 

aldı görək nə dedi: 

Nigar xanım, sənə deyim, 

Bu gələn Eyvaz, bu gələn. 

Dili dodağıyı yeyim, 

Bu gələn Eyvaz, bu gələn. 

Eyvazım on beş yaşında, 

Qüdrət qələmi qaşında, 

Durna teli var başında, 

Bu gələn Eyvaz, bu gələn. 

Meydanda iyidlər mərdi, 

Qabaqda ər oğlu ərdi, 

Dava günü qızmış nərdi, 

Bu gələn Eyvaz, bu gələn. 

Misri qılınc dəstindədi, 



Ərəbatın üstündədi, 

Şirin canın qəsdindədi, 

Bu gələn Eyvaz, bu gələn. 

Cəmi dəlilərin xası, 

Meydanda var mərd davası, 

Koroğlunun tək balası, 

Bu gələn Eyvaz, bu gələn. 

Nigar xanım dedi: 

– Koroğlu, doğrudan da durna teli Eyvazı yaxşı tutur. Durna teli 

dəliləri belə tutanda gör bizi necə tutar. Göndər dəliləri getsinlər bizə 

də durna teli gətirsinlər. 

Koroğlu hələ Nigar xanıma cavab verməmişdi ki, Eyvaz dəlilərlə 

gəlib yetişdi. Nigarın Koroğluya dediyi sözləri eşidib, dedi: 

– Durna teli nədi ki, ondan ötəri anamın qəlbini sındırırsan? İzn ver 

gedib Bağdatdan ona durna teli gətirim. 

Koroğlu dinməmiş Dəmirçioğlu yerindən dedi: 

– Ay Koroğlu, Eyvaz tək getməsin, izn ver mən də onunla gedim. 

Bəlli Əhməd dedi izn ver, mən də gedim. 

Çoxdan idi ki, dəlilər səfərə çıxmamışdılar. Bu burdan dedi, mən 

də getmək istəyirəm, o ordan dedi, izn ver mən də gedim. Koroğlu 

bilmədi ki, hansına cavab versin, hansını durna telinə göndərsin. Hələ 

Koroğlu özü də durna telinə getmək istəyirdi. Nigar xanım Koroğlunun 

dəliləri başsız qoyub getməyinə razı olmayıb dedi: 

– Yox, özün qal, gözün dəlilərin üstündə olsun. Qoy durna telinə 

Eyvazgil getsinlər. 

Koroğlu Eyvaza izn verdi. Yol uzaq olduğundan tapşırdı ki, Qıratı 

minsin. Eyvaz Misri qılınc bağladı, qalxan taxdı. Qıratı çəkib yəhərlədi, 

tərlan kimi qalxıb atın üstünə əyləşdi. Dəmirçioğlu ilə Bəlli Əhməd 

də dava libası geyindilər, atlandılar, üçü də birlikdə yola düşdülər. 

Koroğlu dəlilərə uzaq səfərə gedəndə özləri ilə içgi götürməyə izn 

verməzdi. Amma Dəmirçioğlu ondan xəlvət tuluqları şərabla doldurub 

götürmüşdü. Dəlilər atlarını sürüb yola düşdülər. De günə bir mənzil, 

teyyi-mənazil at sürdülər, yol yordular, dərə keçdilər, düz getdilər, 

dağ aşdılar, mənzil keçdilər axırda gəlib Bağdad elinə çatdılar. Atları 

bağlara otlamağa ötürüb özləri calandılar durnaların canına. Durnaları 

qırdılar, tellərini bir yerə üst-üstə yığdılar, ətlərini də ocaq qalayıb 

kabab çəkdilər. Ola durna ətinin kababı, qara üzümün şərabı, özü də 

harda-harda Bağdadın gül-gülü çağıran sərin bağlarında. Çeşmələr elə 

axırdı ki, elə bil göz yaşıdır. 

Belə səfalı bir yerdə üç nəfər Çənlibel dəlisi, durna kababı, şərab 

da ki, elə bil ceyran qanıdı... 

Qərəz yedilər, içdilər, gözləri dumanlandı, yavaş-yavaş məst olub 

üçü də başlarını yerə qoydular, yat ki, yatasan. 

Bunlar burada məst-bihuş yatmaqda olsunlar, sənə kimdən deyim, 

Bağdad paşası Aslan paşadan. 

Bu tərəfdən Bağdad paşası Aslan paşaya xəbər verdilər ki, üç 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə