Krzysztof Kieślowski (Kənan İsaxanlı)



Yüklə 7,21 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix08.09.2018
ölçüsü7,21 Mb.
#67140
1   2   3   4   5   6   7   8   9   ...   12

8

F İ L M   F İ C T İ O N

Edward Norton 18 Avqust 

1969  –  cu  ildə  ABŞ-ın 

Massaçusets  ştatının 

Boston şəhərində anadan 

olub. Atası Edward Mower 

Norton  vəkil,  anası  Lydia 

Robinson  isə  müəllim 

olmuşdur. Aktyor,  uşaqlıq 

i l l ə r i n i   K o l u m b i y a d a 

k e ç i r m i ş d i r .  

K i ç i k 

yaşlarından etibarən ağlı və 

ciddiliyi ilə ətrafındakıların 

diqqətini  çəkən  Norton’un 

aktyorluğa  olan  marağı 

hələ beş yaşında olarkən, 

sonradan  özü  də  aktrisa 

olan baxıcısı Betsy True ilə 

birlikdə  getdiyi  “Sindrella” 

(“Cinderella”)  adlı  operet-

tada başlamışdır.

Bundan qısa müddət sonra 

Kolumbiyanın Orensteynov 

adlı  teatr  məktəbində 

oxumağa başlayan Norton, 

ilk səhnə həyəcanını səkkiz 

yaşında  dadmışdır.  Kiçik 

yaşına baxmayaraq, rolunu 

böyük  professionallıqla 

canlandıran Norton, bundan 

sonrakı rollarında da ciddili- 

yini davam etdirdi.

EDWARD

NOR TON 


   

BİOQRAFİYA                                                                   




9

F İ L M   F İ C T İ O N

L i s e y d ə n   s o n r a   Ye y l 

Universitetində  astronomiya, 

tarix  və  yaponca  təhsili  alan 

aktyor,  universitetin  teatr 

sahəsində  də  fəal  fəaliyyət 

göstərmişdir.

O,  tarix  diplomunu  aldıqdan 

sonra bir neçə ayını Yaponiyada 

keçirdi  və  burada  babasının 

“Enterprise  Foundation”  adlı 

şirkətində  işləməyə  başlayır. 

Bu dövrdə də aktyorluq möv-

zusunda  qarşısına  çıxan  hər 

fürsəti qiymətləndirməyə davam 

edən aktyor, nəticədə aktyorluğu 

peşə  olaraq  mənimsəməyə 

qərar verdi.

1994-cü ildə Edward Albeenin 

“Fraqmentlər”  (“Fragments”) 

adlı  tamaşası  üçün  aktyor 

seçmələrinə  qatıldı  və 

s e ç m ə l ə r d ə   s ə r g i l ə d i y i 

diqqətçəkici performansla rolu 

asanca  aldı. Ardınca  o,  Nyu-

Yorkun bir neçə teatr səhnəsində 

çıxış edir və nəticədə “New York 

Signature  Theater  Company” 

şirkətinə qəbul edilir.

Daha  sonra  aktyor,  2100 

adamın  qatıldığı  seçmələri 

keçərək  “Primal  Fear”də  rol 

aldı. Seçmələrə gələn rejissor, 

Norton’un qüsursuz bir Kentucky 

aksentiylə danışdığını eşitdiyi 

anda  (canlandırılacaq  xarak-

terin gəldiyi yer Şərqi Kentucky 

idi) rolu Nortona verməyə qərar 

vermişdi.

Deyilənə  görə,  Norton  bu 

aksenti  “Koal  Minerin  qızı” 

(“Coal  Miner’s  Daughter” 

(1980))  filmini    izləyərək 

öyrənmişdi. Seçmələrdə olanlar 

arasında,  aktyorun  səhnədə 

göstərdiyi  performansı  görüb 

təsirlənməyən adam yox idi.

1996-cı ildə rol aldığı “İlk qorxu” 

(Primal  Fear)  adlı  filmdəki 

roluyla  aktyorun  ulduzu  bir 

anda  parladı.  Filmdəki  nəfəs 

kəsən  performansı  ilə    “Qızıl 

Qlobus”  mükafatına  layiq 

görülüb, ardından da Oscar’a 

və BAFTA mükafatına namizəd 

göstərilən  Norton,  “Amerika 

tarixi  X”  (“American  History 

X”),  “Xalq  Larri  Flintə  qarşı” 

(“The People vs. Larry Flynt”) 

və “Döyüş klubu” (“Fight Club”) 

kimi  müvəffəqiyyətli  filmlərlə 

yoluna davam etdi. 

Eyni  ildə  (1996-cı  il)  Woody 

Allen’in  rejissoru  olduğu 

“Hər  kəs  səni  sevirəm  deyir” 

(“Everyone Says I Love You”) 

adlı  Hollywood  operettasında 

Drew Barrymore’nin nəzakətli 

nişanlısını  canlandıran 

aktyor,  rolundakı  mahnıları 

özü  söyləyərək  bu  sahədəki 

m ü v ə f f ə q i y y ə t i y l ə  

d ə 


tamaşaçıların  diqqətini  cəlb 

etməyi bacarmışdı.

Bir il içində bir-birindən bu qədər 

fərqli iki filmdə rol alan aktyor, 

Milos Forman’ın bəyənilən filmi 

“The  People  vs.  Larry  Flynt” 

adlı filmdə də əzmli vəkil roluyla 

diqqətləri üzərində yığmışdı.

1998-ci  ildə  Nortonun  iki 

ayrı  filmdəki  performansı 

yenə  kinosevərlər  tərəfindən 

bəyənildi. Bunlardan birincisi, 

“Rounders”  filmindəki,  Matt 

Damon’un  “Soxulcan”  ləqəbli 

yoldaşı rolu idi. Siqaret çəkməyə 

nifrət  edən  Norton,  bu  filmin 

ssenarisini dəyişdirərək xarak- 

terinin  siqaret  çəkməməsini 

təmin  etdi.  Film  haqqındakı 

şərhlərin  qeyri-kafiliyi  aktyo- 

run müvəffəqiyyətini də bir az 

kölgələdi.  Eyni  ildə  rol  aldığı 

“American  History  X”  filmi  də 

box-office’də çox müvəffəqiyyət 

əldə edə bilmədi, amma Norton 

filmdəki  roluyla  tamaşaçıları 

heyran  buraxaraq  Oscar 

namizədliyini əldə etdi.

1999-cu  ildə  Brad  Pitt  və 

Helena  Bonham  Carter  ilə 

birlikdə  “Döyüş  klubu”  (“Fight 

Club”) filmində rol aldı. Ardınca 

2000-ci il istehsalı olan “İman 

saxlanması”  (“Keeping  the 

Faith”) ilə rejissorluğa addım atan 

Norton, filmdə eyni zamanda ən 

yaxın  yoldaşıyla  eyni  qadına 

aşiq  olan  keşiş  rolunda  idi. 

2001-ci  il  istehsalı  olan  “The 

Score” filmində yenə tam fərqli 

bir  şəxsiyyətlə  -  təcavüzkar 

və  qabiliyyətli  gənc  bir  oğru 

olaraq  -  pərəstişkarlarının 

qarşısına  çıxdı.  Aktyorun 

filmdəki rol yoldaşları arasında, 

Hollywoodun  nəhəng  adları 

Robert  də  Niro  və  Marlon 

Brando da vardı.

2002-ci  il  istehsalı  olan 

“Smoochy-a ölüm” (“Death to 

Smoochy”)  komediya  janrlı 

filmində  Norton,  sadəlövh 

uşaq verilişinin aparıcısı rolunu 

oynamışdır. Həmin ildə “Frida” 

(2002)  filminin  ssenarisini 

tamamlayır və film çəkilir.

Aktyor “Qırmızı əjdəha” (“Red 

Dragon”  2002)  filmində  rol 

alır və filmdə oynadığı rolu ilə 

kinotənqidçilərin müsbət rəyini 

alır.

Yenə 2002-ci ildə çəkildiyi “25-ci 



saat” (“25th Hours” 2002) filmi 

ilə  də  izləyicilərin  rəğbətini 

qazanır.

2003-cü ildə “İtalyan işi” (“The 

Italian Job”) filmində Charlize 

Theron,  Mark  Wahlberg  kimi 

aktyorlarla birgə rol alır.

Az  bir  müddətə  yaradıcılıq 

məzuniyyətinə  çıxan  aktyor, 

həmin ərəfədə səyahət etmiş, 

pilot  təlimi  keçmişdir.  2005-ci 

ildə “Aşağı Vadidə” (“Down in 

the  Valley”)  filmi  ilə  prodüser 

və baş rol ifaçısı kimi səhnəyə 

qayıdır.      



Yüklə 7,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə