Krzysztof Kieślowski (Kənan İsaxanlı)



Yüklə 7,21 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix08.09.2018
ölçüsü7,21 Mb.
#67140
1   ...   4   5   6   7   8   9   10   11   12

21

F İ L M   F İ C T İ O N

ALEJANDRO GONZALEZ

İNARRİTU


   

XƏYALİ MÜSAHİBƏ                                                                     




22

F İ L M   F İ C T İ O N

Onu tapmaq elə də asan olmadı. Bunu öncədən 

də bilirdik. Mexikoda axtarışlarımız ümidsizliklə 

sonuclandı.  Onu  tanıyanlar  Alexandronun 

Mexikoda  tapmağımızın  imkansız  olduğuna 

inandırdılar. Uzun çək-çevirdən sonra nəhayət 

ki, rejissorun yerini öyrənə bildik... Və içimizdə 

közərməkdə olan ümid qığılcımlarını yenidən 

alovlandırıb, rejissorun olma ehtimalı olan ölkəyə, 

İspaniyaya  gəldik.  İnarritunu  tapmağımızda 

bizə yardımçı, rejissorun sonuncu – “Biutiful” 

filminin qəhrəmanı olan aktyor, Xavier Bardem 

oldu. Nəhayət ki, rejissorla əlaqə saxlaya bildik. 

Azərbaycandan gəldiyimizi eşidəndə ilk sualı 

“Azərbaycanın hansı qitədə yerləşməsi” oldu. 

Avropa eşidəndə xeyli təəcübləndi. Və bir az 

tərəddüd sonrası nəhayət ki, bizimlə görüşməyə 

razı oldu. Məkan isə “Kafka” kafesi idi... İspaniya, 

İnarritu, Kafka kafesi və azərbaycanlı bizlər...



– Necəsiniz, cənab Alexandro?

– Cənab deməsəniz əla olaram (gülümsədi və 

anladıq ki, qarşımızdakı insan bizimlə səmimi 

söhbət etmək əhvalındadır)



– Azərbaycandan sizə salam gətirmişik.

–  Mənə  telefonda  azərbaycanlı  olduğunuzu 

deyəndə, doğrusu, təəcübləndim. Çünki həmin 

ana qədər belə bir dövlətin mövcudluğundan 

xəbərsiz idim. Coğrafyanı, tarixi yaxşı bilirəm, 

amma nədənsə heç bir elmdə ölkəniz haqqında 

məlumat qarşıma çıxmayıb. Sizinlə danışdıqdan 

sonra, yəni dünən axşam internetdən Azərbaycan 

haqda bir az oxudum. Neftiniz, qazınız var və İran, 

Türkiyə, Rusiya kimi dövlətlərlə həmsərhədsiniz. 

Amma deyəsən nəsə problemlər də var hansısa 

dövlət ilə aranızda. 



– Doğrudur. Bəs kinomuz, musiqimiz haqda 

heç vaxt eşitməmisiniz? 

– Siz türk mənşəli dövlətsiniz məlumatıma görə...



– Aha...

– Hə, Türkiyənin əla rejissorları var. Nuri Bilge 

Ceylan,  Yusuf  Güney...  Güneyin  “Yol”  filmi 

var,  o  mənim  ən  sevimli  filmlərimdən  biridir. 

Azərbaycan rejissorları, filmləri haqda, amma 

eşitməmişəm.  Bəlkə  də  gözəl  filmləriniz  var, 

amma məlumatsızam bu barədə.

– Sizə Azərbaycan filmlərindən 1-2 film dvd-si 

gətirmişik. 

– Əla, çox təşəkkürlər. Mütləq baxacağam. (Ona 

“Şərikli çörək” və “Bizim cəbiş müəllim”, “Ölsəm 

bağışla” adlı filmlərin ingilis subtitrları ilə olan 

disklərini veririk.) 



23

F İ L M   F İ C T İ O N



– Bir az da sizdən, filmlərinizdən danışaq. 

“Ölüm” trilogiyası necə yarandı?

–  “Ölüm”  trilogiyası  yaranmadan  öncə  bir 

qısametraj  işləmişdim.  1996-cı  ildə.  Düzünü 

desəm maraqlı, həyəcanverici gəlsə də, rejis-

sorluq bir az da ağır gəlmişdi. Düzdü, televiziya 

ilə uzun illər bağlılığım var, amma kino tamam 

ayrı  sahədir.  Sən  müəyyən  zamana  başında 

olan,  torpaqla  dolu  olan  quyunu  qazıb,  içinə 

səpilmiş qızılları tapıb tamaşaçıya ötürməlisən. 

TV  şoularda  isə  məkan  anlayışı  mövcuddur. 

Zaman isə reklama, uzun cümlələrə, hər cür zir 

zibilə hesablanıb. Qısametrajla başlamaq ekspe-

rimental xarakterlidir rejissor üçün. Yəni qabın 

dərinliyi və ölçüsü ilə tanış olursan. Sizə deyim, 

ətrafımızda, elə bu kafedə o qədər rejissor var ki, 

ətrafınıza baxın, görün tanıya bilirsiz onları? -Yox. 

-Niyə? Çünki, onlar öz qablarının nəinki ölçüsünü, 

həcmini,  heç  qablarının  mövcudluğunu  belə 

anlamayıblar. Anlayıblarsa da, risk etmədən daha 

asan, daha rahat, daha əlçatan işlərə yönəliblər.



– Sizcə istənilən insan rejissor ola bilərmi?

– Yox, mən elə demədim. İstənilən insan həyata 

bir peşə ilə gəlir. Əgər hər kəs öz qabını tapsa, 

ölçüsünü, həcmini bilsə, inanın, dünya dəyişər.



– Bu qədər optimist təsəvvür etmirdik sizi... 

– Haha (ucadan gülür)... Jurnalistlərin hər biri 

adətən, mənimlə söhbətdə belə deyirlər. Bilirəm 

təsviriniz nəyə görə formalaşıb. Filmlərimə görə. 

Amma filmlərimdə siz tamaşaçılar pessimizm, 

ölüm  və  s.  görürsüz.  Əslində  filmlərimin  hər 

birində  optimizm  var.  Mən  ölümü  son  olaraq 

təsvir etmirəm. Mənim düşüncəmdə ölüm doğuluş 

qədər gözləniləndir. 

–  Maraqlıdır...  Sizin  ilk  tammetraj  filminiz 

“Amores Perros” olub. Hər rejissorun imza 

filmi olur filmoqrafiyasında. Necə düşünürsüz, 

imzanızı atmağa tələsmədiz? 

– (Bir qədər düşünür)... Elə deməzdim. “Amores 

Perros” la mən, mənə, görə sevginin necə bir hiss 

olduğunu göstərdim. Heç kimin fikir vermədiyi 

reallıqları, insan talelərini toqquşduraraq. Film 

itlərin üstündə cərayan edirdi, eyni zamanda da 

film boyu bu bağlılıq undulurdu. Filmin uğurunun 

səbəbi yetəri qədər səbrli olmağımızdır. Mənim 

imza filmimi kinodan getdiyimi açıqladıqdan sonra 

təyin etmək mümkün olacaq. Hələ ki, bu haqda 

düşünmürəm...

– “Amores Perros”, “21 grams”, “Babel”dən 

sonra “Biutiful”.... Tərzinizdən niyə bezdiz?

–  Fərqlilik  istədim  bir  qədər.  Amma  haqlısız 

bezdim...  “Biutiful”  bütünlükdə  Bardemin 

çiyinlərində oturdu. O isə əla aktyordur. Nə vaxtsa 

mütləq yenə onunla işləmək istəyərdim.

– Bir az da dünya kinosundan danışaq. Hansı 

filmlərə baxırsız? 

– Düzün desəm, filmə baxmağa vaxtım çox azdır. 

Çünki çox xırdaçıyam və bir işə başladımsa, o iş 

bitməyincə rahat ola bilmirəm. Rahat olmadan 

filmə baxa bilmirəm. Son baxdıqlarımdan Trierin 

“Antichrist”ini, Terens Malikinin “Tree of life” filmləri 

olub. Hər ikisi əla filmlərdir. Terens Maliki usta 

rejissordur. Bu filmə sadəcə film demək olmaz. 

Çünki filmdə zaman, məkan anlayışını bu rejis-

sor yox edib. 



–  Sevdiyiniz,  bəhrələndiyiniz  rejissorlar 

kimlərdi?

– Antonioni, Bergman, Tarkovski, Ozu, Fellini, 

Kiarostami, Pazolini, Trier, Maliki, Tarr, Kieslovski, 

Almodovar, Carmuşu deyə bilərəm...



–  Əla!  Sirr  deyilsə  “Kafka”  kafesini  nədən 

seçdiz? 

– Sevdiyim yazardır. Onun “Kənd həkimi” hekayəsi 

var. İlk dəfə oxuyanda heç nə anlamamışdım, 

amma  bir  neçə  ay  sonra  təkrar  oxudum  və 

deyərdim,  dünyanın  ən  yaxşı  hekayələrindən 

biridir.  Qəribə  həyat  yaşamış  bir  insan  olub. 

Yazıları qədər sirli, möcüzəvi... 

– Sonda oxucularımıza deyəcəyiniz sözünüz 

varsa, buyurun...

– Təşəkkür edirəm sənətə olan sevginizə görə. 

Jurnal  haqda  məlumatlandım  və  bu  cür  kino 

sevgisi  olan  insanları  –  sizi  və  oxucularınızı 




Yüklə 7,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə