Krzysztof Kieślowski (Kənan İsaxanlı)


F İ L M   F İ C T İ O N Qəfləti  təhlükələr  deməklə  nəyi  nəzərdə



Yüklə 7,21 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix08.09.2018
ölçüsü7,21 Mb.
#67140
1   2   3   4   5   6   7   8   9   ...   12

18

F İ L M   F İ C T İ O N



Qəfləti  təhlükələr  deməklə  nəyi  nəzərdə 

tutursunuz?

Skandal  yaratmaqdan  qaçınan  molaristin 

hücumunu.

Müharibə  ərəfəsində  İtaliyada  qurulmuş 

bir  cümhuriyyət  modeli  yaratdınız.  Salo 

Fransada işğal vaxtındakı Vichy rejimini bir 

az xatırlatmırmı?

Bəli, şübhəsiz Vichy ilə eynidir.



Bu yer təxminən haradadır?

İtaliyanın şimalında, paytaxtı Salodur. Filmin adı 

da buradan gəlir.

Bəs bunu kim yaradıb?

Səhv etmirəmsə, Mussolini.



Geriləmə  dövründə  olduğunumu  demək 

istəyirsiniz?

Böyük Qərb Kapitalizmi Dövründəki geriləmə 

yox, Hitlerin vaxtlarındakı geriləmə.

Filmdə  yüzlərlə  gənc  oğlan  və  qızların 

qorxunc və şiddətli rəftarlara məruz qaldığını, 

hərəkətlərə və işgəncələrə göz yumduğunu 

bilirik. Bu gəncləri necə bir yerə yığa bildiniz?

Bunu edərkən Markiz De Sadın sehrli rəqəmlərini 

izlədim,  4  rəqəmi  kimi...  Qurbanlar  cəmi  20 

nəfər olardı, yüz deyil. Onları seçərkən digər 

filmlərimdə  etdiklərimi  təkrarladım.  Yüzlərlə 

insanla tanış oldum və sadəcə uyğun olanları 

seçdim. 

Bunlar mazoxist aktyorlardırmı?

Seçmişəmsə, demək, hər biri mazoxistdir.



1 noyabr 1975-ci il... Pier Paolo Pasolinin 

ölümündən bir neçə saat öncə Salo haqqında 

dedikləri:

Circeo cinayətindən öncə Sal Cümhuriyyəti 

haqqnda film çəkdiniz...

Bəli,  görmək  üçün  səbirsizlənirəm.  Filmimi 

əvvəl  ola  biləcəyi  qədər  qorxunc  bir  hiss, 

sonra  isə  düşündüyümüz  faktların  sakitliyi 

və  harmoniyası  olaraq  düşünmüşdüm.  Hələ 

də  üzərində  işləyirəm.  Kino  bir  az  da  texniki 

işdir, səhnə səhnə, plan plan. Bu film adamı 

müəyyən məqamlarda düşündürür. Hələ montaj 

mərhələsindəyik. Nəticə həmçinin mənim etdiyim 

və istədiyim kimidir. Amma ilk dəfə baxmadan 

öncə bir neçə məqam da var. Narahatam və 

qorxuram. 



2 Noyabr 1975-ci il... Pier Paolo Pasolinin 

döyülmüş cəsədi Romadan kənarda, Ostia 

adlı bir yerdə, tərk edilmiş ərazidə tapıldı...


19

F İ L M   F İ C T İ O N



Əgər  

alkoqol 

danışa 

bilsəydi, o 

da insan 

haqqında 

çox şey 

deyə 

bilərdi.

(A. Hiçkok)


20

F İ L M   F İ C T İ O N

Müasir  müəlliflərin  filmlərində 

alkoqol təkcə stressi yatırmaq 

üçün deyil, eləcə də qəhrəmanın 

daxili  aləminin  açılmasına 

yönəlik  priyomdur.  A.Hiçkok 

demişkən, “Əgər alkoqol danışa 

bilsəydi, o da insan haqqında 

çox şey deyə bilərdi”. İntuitiv və 

emprik olaraq tez-tez rejissor-

lar bu mövzuya əl atır. Alkoqol 

(burda istənilən növ spirtli içki 

nəzərdə tutulur) süjetə daxili və 

xarici təzahür kimi də gələ bilər.   

Xon  Sonsu  özünün  sonuncu, 

“Onun  gəldiyi  gün”  filmində 

ənənəvi iaşə məntəqəsini təsvir 

edir. Burada hər dəfə süzülən 

içki  qəhrəmanların  müxtəlif 

vəziyyətilərini  əks  etdirir, 

qəhrəmanlar  günün  istənilən 

vaxtı içir, əhvallarının yaxşı və ya 

pis olmasından asılı olmayaraq, 

filmin  interpretasiyasına 

inansaq, içki ən yaxşı dostu əvəz 

edir. Rejissor bizi inandırmağa 

çalışır ki, içki ilə dünya cəhaləti 

və  sevincini  yaşamaq  olar. 

Koreyalı  rejissor  bəlkə  də 

Dekartın məşhur maksimasını 

özünəməxsus  şəkildə  bizə 

belə çatdırır: “İçirəmsə, demək 

yaşıyıram”  Aleksandr  Peynin 

“Yolkənarında”  içki,  unison 

təsir kimi qəhrəmanın ətrafında 

“hərəkət  edir”  Ailəsini  itirmiş 

yalqız  kişi  Kaliforniya  üzüm 

tarlalarında  özünə  iş  tapmaq 

üçün sərgərdan həyat keçirir. 

Aki Kaurismiyakinin “Havr” film-

inin qəhrəmanı Marsel Marks 

kalvadossuz  keçinə  bilmir. 

Rejissor filmin çəkilişləri zamanı 

hər 100 kadrdan sonra aktyor-

lara  bir  stəkan  alma  brendisi 

içməyə  icazə  verirmiş.  Onun 

filmlərində  içki  içmək  ətrafda 

baş verən prosesləri dərk etmək 

anlamına gəlir.

Alkoqol  mövzusu  haqqında 

danışarkən Otar İoselianini də 

qeyd  etmək  lazımdır.  Onun 

filmlərində qırmızı gürcü çaxırını 

tez-tex  görmək  mümkündür. 

Kinotənqidçi  Maykl  Siçinski 

Kaurismiyaki və İoseliani filmləri 

haqqında yazarkən qeyd edir ki, 

“Bu iki rejissor üçün içki “əsas 

mütənasiblik yaradan” amildir. 

Hər  bir  konflikt  kiçik  süfrə 

arxasında həll edilir.”       

İçki  haqqında  yəqin  ki,  ən 

maraqlı film “İtirilmiş həftsonu” 

hesab edilə bilər. Bu filmdə Billi 

Uayler, demək olar ki, alkoqolun 

həyatda  və  filmdə  tam  yerini 

göstərib.  Onun  traktovkasına 

görə, alkoqol bir çox bədbəxtlik 

və sevinclərin baiskarı ola bilər. 

İçki sevgili verə bilər, pul verə 

bilər, amma şöhrəti və hörməti 

alır.    

IN VİNO VERİTAS 

   

VƏ YA FİLMDƏ ŞƏRAB                                                                     




Yüklə 7,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə