Krzysztof Kieślowski (Kənan İsaxanlı)



Yüklə 7,21 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix08.09.2018
ölçüsü7,21 Mb.
#67140
1   2   3   4   5   6   7   8   9   ...   12

10

F İ L M   F İ C T İ O N

Eyni  ildə  “Cənnətin  krallığı” 

(“Kingdom of Heaven”) filminə 

çəkilir. 

Aktyora  ən  uğur  gətirən 

filmlərindən biri isə “Sehrbaz” 

(“The  Illusionist”  2006)  filmi- 

dir.  Bu  filmdə  Norton  öz 

sənətini  çox  gözəl  səviyyədə 

və  intellektuallığı  ilə  nümayiş 

etdirir.  Və  film  kinotənqidçilər 

tərəfindən bəyənilmişdir.

2008-ci ildə “Ağlasığmaz Halk” 

(“The Incredible Hulk”) filmində 

aktyor rol alır. Ancaq bu film çox 

da  uğurlu  olmur.  Daha  sonra 

“Qürur və Şöhrət” (“Pride and 

Glory”) filmində Norton, qaranlıq 

keçmişi  olan  detektiv  rolunu 

oynamışdır.

2009-cu  ildə  rejissoru  Tim 

Blake olan “Leaves of Grass” 

filmində  Edward  Norton,  biri 

fəlsəfə 

professoru, digəri isə bir 

ot yetişdiricisi olan tək yumurta 

əkizlərini canlandırır. Bu filmdə 

o, həm baş rol həm produser, 

Tim Blake isə həm rejissor, həm 

ssenarist, həm də aktyor olaraq 

iştirak edir.

Emi Adams (tam adı Emi Lou 

Adams)  1974-cü  il  20  avqust 

tarixində  İtaliyanın  Aviano 

şəhərində  Riçard  və  Ketrin 

Adamsların ailəsində dünyaya 

gəlmişdir. Eminin atası hərbçi idi 

və bir müddət İtaliyada yerləşən 

hərbi  hissədə  xidmət  edirdi. 

Lakin Eminin yeddi yaşı olanda  

onların  ailəsi  artıq  Kolorado 

ştatında  yerləşən  Kast  Rok 

şəhərinə köçmüşdülər. Sonralar 

onun atası Riçard hərbi qulluğu 

ataraq müğənni olmuş, tez-tez 

gecə klublarında və restoran-

larda çıxış edirdi. Odur ki, Emi 

yaradıcı mühitdə böyümüşdür. 

Onun valideynləri mormon idilər 

və öz övladlarında dinə qarşı

AMY


ADAMS

   


BİOQRAFİYA                                                                       


11

F İ L M   F İ C T İ O N

hörmət yetişdirməyə çalışırdılar. Lakin Emminin 12 yaşı tamam 

olanda ailəsi kilsəni tərk etmişdi.

Orta məktəbdə Emi Adams məktəb xorunda oxumuş, yerli teatr 

tamaşalarında aktiv iştirak etmiş, Devid Teylorun rəqs məktəbində 

baletlə məşğul olmuş və vaxtının əksər hissəsini heykəltəraşlığa 

həsr etmişdir. Məktəbdə tədris olunan fənlərdən Emi human-

itar elmlərə daha çox meyl etmiş, xüsusən də ədəbiyyatı çox 

sevmişdir. Ədəbiyyata olan sevgisi Emiyə teatrda çox yardımçı 

olurdu. Bunula belə, qeyd etmək lazımdır ki, orta məktəbdə 

oxuyarkən Emi həm balet, həm teatr, həm də xor dərslərinə 

eyni həvəsi göstərmiş, bunlardan hər birinə özünü eyni əzmlə 

həsr etmişdir. 

Yeniyetmə  yaşlarında  Emi  ciddi  şəkildə  yüngül  atletika  ilə 

məşğul olurdu. Valideynləri də qızlarını idmanla məşğul olmağa 

həvəsləndirirdilər. Adamsların ailəsində Emidən əlavə daha altı 

övlad (iki qız və dörd oğlan) böyüyürdü. Odur ki, valideynləri 

övladlarına kollec təhsili verə bilməyəcəklərini anlayırdılar. Uğurlu 

idmançı olması Emiyə stipendiya proqramı hesabına kollecdə 

təhsil ala bilmək imkanı verirdi. Lakin Eminin öz arzuları var idi. 

O, peşəkar balerina olmaq istəyirdi. Odur ki, Emi atletikanı atıb 

özünü dərslərə, Devid Teylorun rəqs məktəbinə qəbul olmağa 

imkan verəcək imtahan nəticələrinin əldə olunmasına həsr etdi. 

Bununla belə, 18 yaşı olanda Emi nə qədər səylə çalışmasından 

asılı  olmayaraq,  heç  vaxt  yaxşı  balerina  ola  bilməyəcəyini 

düşündüyündən baleti də atır. Bu dəfə onun seçimi musiqili 

teatr üzərinə düşdü. Gənc qız musiqili teatrın özünü ifadə etmək 

üçün daha geniş imkanlar yaratdığına inanırdı. Emi daima ulduz 

olmağı arzulamışdır və bir dəfə onu yaralanmış aktyoru əvəz 

etmək üçün “Boulder`s Dinner” teatrına dəvət etdilər. Hazırlığa 

çox az vaxtı olmasına baxmayaraq, Emi bütün mahnı və rəqsləri 

çox diqqətlə öyrənmiş, tamaşanın lent yazısını əzbərləyənədək 

təkrarən izləmişdir. 

Orta məktəbi bitirdikdən sonra Emi “The Gap in Atlanta” (Atlantada 

dağlar arasındakı məşhur turistik ərazi olan uçurumun şərəfinə 

adlandırılmışdır) mağazasında işə düzəlmişdir. Emi oradakı işi 

haqqında deyir: “Mən həmin vaxtlar Atlantada yaşayırdım. Oralar 

dağlıq ərazilərdir və mən uçurum üzərində yerləşən bir mağazada 

satıcı işləyirdim. Əslində mən anbarda işləmək istəyirdim, lakin 

mağazanın meneceri mənə məhz mağazanın girişində, birbaşa 

alıcılarla işləməli olduğumu söylədi. O, mənim hər bir insanla dil 

tapdığımı söyləyirdi”.  Bununla paralel olaraq Emi həm də ofisi-

ant kimi çalışırdı. 90-ci illərin ortalarında Emi çox nüfuzlu teatr 

olan “Chanhassen Dinner Theater” teatrında çalışmağa başladı. 

Teatrın direktoru Maykl Brindizi o zaman qeyd etmişdir: “Gəlin 

açıq danışaq, Emi çox qeyri-adi aktrisadır. Mən onu tapmışam 

və indən sonra onun karyera inkişafında birbaşa iştirak etmək 

istəyirəm”. Brindizi Emi Adamsı ilk dəfə Denverdə, “Crazy for 

you” tamaşasına aktyor seçimləri zamanı görmüşdü. Həmin günü 

xatırlayaraq Brindizi deyir: “Onda o qədər cazibə var idi ki, Emi 

dərhal rola qəbul edildi”. Emi bu teatrda üç ildən artıq müddətdə 

çalışmışdı və onun sözlərinə görə həmin illər ona bir çox şey 

bəxş etmişdi.




12

F İ L M   F İ C T İ O N

Elə məhz “Chanhassen Dinner Theater”-in səhnəsində 

olarkən Emi və onun təkrarolunmaz cazibəsi prodüsser 

Maykl Nelosnun diqqətini cəlb etmişdi. Növbəti ildə 

(1999-cu il) Emi Minnesota ştatında çəkilmiş “Drop 

Dead Gorgeous” (“Heyranedici gözəllər”) filmi ilə ekran-

larda debüt edir. Kristi Alleyin (Kristie Alley) təkidi ilə 

filmin  təqdimatı  üçün  Emi ABŞ-ın  kinematoqrafiya 

beşiyinə təşrif buyurdu. “Los Ancelesə gəlməyim mənim 

həyatımı tamamilə dəyişdi. Hollivuda gəlmək fikri heç 

mənim ağlımdan da keçmirdi. O vaxtlar mənə elə gəlirdi 

ki, filmlərə xüsusi insanlar çəkilir. Amma film aktyorları 

olmaqla  yanaşı,  sadə  insan  kimi  qalmağı  bacaran 

insanlarla  tanışlıq  bu  haqda  olan  fikrimi  tamamilə 

dəyişdi. Kristi də mənim  bu işə yaradığımı düşünürdü. 

Qəribədir, amma bəzən insanın kənardan veriləcək bir 

təkana ehtiyacı olur”.

Los  Ancelesdə  olarkən  Emi  “The  Firm”  şirkətinin 

meneceri Steysi Bonillo ilə tanış oldu və həmin şirkətin 

hazırladığı televiziya serialında rol aldı. Həmin serial 

Eminin  Ketrin  Merolun  rolunu  ifa  edəcəyi  nəzərdə 

tutulduğu  “Qəddar  oyunlar”  filmində  danışılacaq 

hadisələri təqdim etməli idi. Lakin “Fox Broadcasting” 

və “Columbia TriStar” şirkətləri arasında baş vermiş 

münaqişə  nəticəsində  serialın  təzəcə  başlamış 

çəkilişləri dayandırılmışdı. Artıq çəkilmiş materialdan isə 

sonradan “Qəddar oyunlar 2” (“Cruel İntentions2”) filmi 

hazırlanmışdı. Emi həmişə mənfi obrazı canlandırmaq 

istədiyini bildirsə də, Ketrin rolunun ifasında o çox da 

məmnun deyildi – “Mən ona (Ketrinə) haqq qazandıra 

bilmirdim. O sadəcə mənim xoşuma gəlmirdi və mən 

onun kimi olmaq istəmirdim. Los Ancelesə təzə köçəndə 

mən, demək olar ki, əsl ifritə xasiyyətli biri idim”. Daha 

sonra Emi “Çimərlik dəlilik” (“Psycho Beach Party”) 

komediya  filmində  Enn  Marvelin  rolunda,  həmçinin 

“Bu, 70-ci illərin şousudur”, “Ovsunlanmışlar”, “Baffi, 

vampir  ovçusu”,  “Smolvillin  sirləri”  kimi  seriallarda 

çəkilmişdir. Emi, həmçinin müxtəlif kinofestivallarda 

təqdim olunmuş “The Chorium Hook” filmində də iştirak 

etmişdir. 2002-ci ildə Emi “The Slaughter Rule” (“Qırğın 

qanunları”), “Pumpkin” (“Balqabaq”) filmlərində kiçik rol-

larda, “Serving Sara” (“Fırıldaqçılar”) filmində isə Metyu 

Perri ilə birgə çəkilmişdir.  Bundan əlavə, Emi sevimli 

şousu olan “Qərb qanadı”da və qardaşı Eddinin



Yüklə 7,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə