Krzysztof Kieślowski (Kənan İsaxanlı)



Yüklə 7,21 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix08.09.2018
ölçüsü7,21 Mb.
#67140
1   2   3   4   5   6   7   8   9   ...   12

15

F İ L M   F İ C T İ O N

mükafatları daxil olmaqla bir çox 

mükafat  qazanmış,  “Satellite 

Award”  mükafatına  namizəd 

olmuşdur.  Bütün  bunlar  Emi 

Adamsa birinci dərəcəli aktrisa 

adı qazanmasına yardımçı oldu. 

Emi baş rollarda Tom Hensk və 

Culia Robertsin çəkildiyi “Çarli 

Uilsonun müharibəsi” filmində 

Bonni Bak rolunu ifa etmişdir.

2008-ci ilin fevralında SunDance 

f e s t i v a l ı n d a   “ S u n s h i n e 

Cleaning” (“Tərtəmiz”) filminin 

premyerası baş tutdu. Bu filmdə 

Emi  oğlunun  özəl  məktəbdə 

təhsilinə pul yığmaq üçün qeyri-

adı bizneslə, cinayət törədilmiş 

yerlərin təmizlənməsi ilə məşğul 

olmağa başlayan qadın obrazını 

canlandırmışdır.  Bundan 

sonra  Emi  hadisələrin  İkinci 

Dünya Müharibəsi ərəfəsində 

Londonda baş verdiyi komediya 

filmi “Miss Pettigrew Lives for a 

Day” (“Miss Pettiqryu bu günlə 

yaşayır”) filmində baş rolu ifa 

etmişdir. Emi müğənni və aktrisa 

olan  Delisiya  Lafosun  rolunu 

mükəmməlliklə  yaratmışdır. 

Filmdə  onunla  birgə  Eminin 

ən  sevimli  aktrisalarından 

biri  Frensis  Makdormand  da 

çəkilmişdir.

2007-ci ilin sonunda Emi Meril 

Strip və Filip Seymur Hofmanla 

birgə “Doubt” (“Şübhə”) filmində 

çəkilmişdi. Filmdə Meri Stripin 

canlandırdığı  rahibə  obrazı 

F.S.Hofmanın  qəhrəmanını 

( r a h i b i )  

p e d o f i l i y a d a 

günahlandırır. Emi isə müharibə 

aparan  bu  iki  tərəf  arasında 

qalmış  gənc  rahibə  rolunu 

oynayır.  “Şübhə”  filmindən 

sonra Emi Meril Strip ilə daha 

bir filmdə “Julie & Julia” (“Culi 

və Culiya”) bir yerdə çalışırlar. 

Meril Strip kulinariya aləminin 

əfsanəsi Culiya Çayldın rolunu, 

Emi isə məşhur müəllifin kuli-

nariya  kitabından  olan  bütün 

reseptlərin  sirrini  tapmağa 

çalışan  həvəskar-aşpazın 

rolunu ifa edir. Eminin növbəti 

rolu  “Night  at  the  Museum2” 

(“Muzeydə  gecə2”)  komediya 

filmindəki  Emiliya  Ertxartın 

obrazı olmuşdur.

2010-cu  ildə  Eminin  iştirakı 

ilə  daha  iki  film,  “3  gün 

ərzində  evlənmək”  romatik  

komediyası  və  “The  Fighter” 

(“Döyüşçü”)  bioqrafik  dramı 

işıq  üzü  gördü.  Sonuncuda 

Emi  məşhur  İrland  boksçusu 

Mikki Uordun sevgilisi cəsarətli 

Şarlinq  Fleminqin  obrazını 

canlandırmışdı. “Döyüşçü” Ən 

yaxşı  Film  kategoriyasında 

“Oskar”  namizədi  olmuşdur. 

Aktrisanın  filmdəki  rolu  çox 

yüksək  qiymətləndirilmişdir. 

Kino-tənqidçi Co Morqenşteyn 

Wall Street Journal üçün yazırdı:  

“Emi “Ovsunlanmış” filmində nə 

dərəcədə heyranedici və gözəl 

idisə,  “Döyüşçü”  filmində  də 

bir o qədər mətanətli, diqqətli, 

ağıllı və istehzalıdır. İnanılmaz 

dərəcədə  istedadlı  aktrisa!”. 

Bu  roluna  görə  Emi  Adams  

“BAFTA”,  “Broadcast  Film 

Critics  Association  Award”, 

Kinoaktyorlar  Gildiyası, 

“Qızıl  Qlobus”,  və  “Oskar” 

mükafatlarına namizəd olmuş, 

birinci iki mükafatı qazanmışdır. 

2012-ci ildə Emi bütün karyerası 

ərzində  bəlkə  də  mükəmməl 

rollardan  biri,  Pol  Tomas 

Andersin “Master”filmində Filip 

Seymur Hofmanın canlandırdığı 

dini təşkilat liderinin nüfuzlu və 

amansız  həyat  yoldaşı  Peqqi 

Dottun  rolunu  ifa  etmişdir. 

“Rolling  Stone”  jurnalının 

yazarı  Piter  Trevers  Eminin 

ifası haqqında qeyd edir: “Sadiq 

həyat yoldaşı obrazına qatdığı 

zərif despotizm üçün Emi Adams 

kino mükafatları birliklərinin ən 

yüksək diqqətinə layiqdir”.

Elə həmin il Emi Klint İstvudun 

c a n l a n d ı r d ı ğ ı   b e y s b o l 

məşqçisinin  qızı  rolunda 

çıxış  etdiyi“Trouble  with  the 

Curve”  (“Fırlanan  top”)filmi 

işıq üzü gördü. Film tamaşaçı 

və  tənqidçilər  tərəfindən 

birmənalı  qarşılanmasa  da, 

aktrisanın rolu bir daha müsbət 

qiymətlənidirilmişdir.  AdamS, 

həmçinin  Braziliyalı  rejissor 

Valter Sallensin “Yolda” filmində 

də  iştirak  etmişdir.  Burada 

o,  narkotik  vasitələrdən  asılı 

olan  şairə  Ceyn  Li  obrazını 

yaratmışdır.  Film  Kann 

Festivalında  təqdim  olunmuş 

və qarışıq rəylər almışdır.

Yaxın  gələcəkdə  Emi Adams 

Spayk  Consun  “Onu”  və 

Stiv  Martinin  “Gözəllik 

obyekti”filmlərində yer alacağı 

planlaşdırılır. Həmçinin, Emi ilk 

dəfə  olaraq  prodüser  rolunda 

çıxış  etməyi  planlaşdırır. 

Bundan  əlavə  Emi  “Qaranlıq 

sərhədlər”  dramında  da  rola 

təsdiqlənmişdir.



16

F İ L M   F İ C T İ O N



Bu müsahibə 31 oktyabr 1975-ci ildə Parisdə “Antenne-2” kanalında 

yayımlanan “Dix de Der” verlişində alınıb. Bu, rejissorun 1 noyabr 

1975-ci ildə öldürülməsindən əvvəl verdiyi son müsahibəsidir.

PAOLO 


PAZOLINI

   


REJİSSORUN SON MÜSAHİBƏSİ 

                                   




17

F İ L M   F İ C T İ O N



Son filminiz - (Salò o le 120 giornate di Sodoma) 

kinoteatrlarda göstərilməyə başlayanda biz 

növbəti skandalın şahidi olacağıq?

Xeyr.  Doğrusu  insanların  qanını  dondurmaq, 

skandal yaratmaq böyük bir zövqdür. Skandal 

yaratmağın zövqünü rədd edən insan moralistdir. 



Cinsəllik, siyasilikmi?

Təbii ki...



Skatologiya?

O  da  həmçinin.  Siyasi  olmayan  heç  bir  şey 

yoxdur. 

Hanibalizm?

Bəzən siyasi və real bir  fakt, bəzən isə siyasi 

bir metafor.

Bu siyasi düşmənlərinizdən xilas olmaq üçün 

ən yaxşı yoldu sizcə?

Baxın,  son  zamanlar  Swift  kimi  iki  təklif  irəli 

sürmüşdüm: ibtidai müəllimləri və italyan tele-

viziya prodüsserlərini parçalayaraq yemək.



Sizcə, çox qəddarcasına deyil?

Mədəmiz sağlamdır.



Burjua  və  Burjuaziyaya  həmişə  kininiz 

qalıbmı?

Bu kin deyil, daha çox həm artan, həm də azalan 

bir şeydir. Təəssüf ki, bu məqamda kinə qarşı 

çıxmalı oluram, çünki İtaliyada hər kəs burjua 

olub.

Bəs  burjualılar  filmlərinizdən  birinin 

uğurundan  daha  çox  müvəffəqiyyət  əldə 

edərsə, bu sizə təsir edər?

Burjualılar  heç  vaxt  bunu  edə  bilməz.  Bunu 

bacarsa, ancaq elit burjualılar edə bilər ki, mən 

özüm də onlardan biriyəm.



Niyə daha mübarizə aparmırsınız?

Nə mənada?



Artıq siyasi bir döyüşçü deyilsiniz.

Hal-hazırda siyasi müharibənin içindəyəm. Bu 

günə kimi heç bir partiyaya üzv olmamışam. Mən 

azad bir marksistəm. Müharibəyə davam edirəm.



İnsanların sizə küçədə söyüşlər yağdırdığı 

vaxtlar üçün darıxırsınızmı?

Hələ də söyürlər.



Bu sizə zövqmü verir?

Söyüşlərə cavab vermirəm, çünki mən bir mor-

alist deyiləm.

Siz hansını seçərdiniz? Şair, roman yazarı, 

ssenarist, aktyor, tənqidçi, yoxsa rejissor?

Pasportumda “Yazıçı” deyə göstərilir.



Belə bir sirrdən, “Sodomun 120 günü”dən 

niyə hər yerdə danışdınız?

Bütün əsərlər sirrli başlamalıdır. Salo`nu digər 

filmlərimdən daha çox müdafiə edirəm, çünki 

onda yaxın, qəfləti təhlüklələr var.




Yüklə 7,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə