Krzysztof Kieślowski (Kənan İsaxanlı)



Yüklə 7,21 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix08.09.2018
ölçüsü7,21 Mb.
#67140
1   2   3   4   5   6   7   8   9   ...   12

6

F İ L M   F İ C T İ O N

rın heç birində ifratçılığa getməmişdir. Bəlkə də 

bu trilogiyanın bir şah əsər hesab olunmasının 

əs əsas səbəblərindən biri də budur: təbiilik 

və səmimilik. Personajların hər birinin başına 

gələn hadisələr bizim yaşamımızdan bir 

parçadır. Ya da hələ yaşamamış olduğumuz, 

yaşayacağımız yaşamdan. Tale məfhumuna, 

”həyatın bizimlə bağlı heç vaxt başa düşə 

bilməyəcəyimiz planları var” kimi fikirlərə 

dərindən bağlı olan Kieslowski,  əvvəlki filmləri 

kimi bu filmdə də bunları bizə hiss etdirir. 

Həyata nə qədər yön verməyə çalışsaq da 

səmərəsizdir, əlimizdə olmayan hər hansı bir 

kiçik dəyişiklik hər şeyi dağıda, o ana qədər 

planladığımız hər şeyi məhv edə bilər. Və 

“Mavi”də toxunduğu azadlıq məfhumu ilə bağlı 

Kieslowski: “Əslində azadlıq və sevgi bir-biri 

ilə təzad təşkil edir. Əgər biri sevərsə, digərinin 

azadlığını məhdudlaşdırar. Bir qadını sevər, 

həyatınızı yaşayar və bilmədiyiniz yönlərinizi 

həmin qadının gözlərindən görə bilərsiniz. 

Azadlığımızı məhdudlaşdıran çox şey var: bir 

it, bir maşın, bir televizor. Filosofluq etmək 

istəmirəm ,amma bu nümunələrlə insan 

azadlıq məfhumunu düşünə bilər. Məhz bizim 

eləmək istədiyimiz şeyin də əsas məğzi budur 

”– deyə buyurmuşdu.

Filmləri haqqında danışarkən tez-tez kom-

munizm, Hitler, Lenin kimi adlar çəkən 

Kieslowski’nin yaradıcılığı üzərinə 2-ci 

Dünya Müharibəsinin və onun sonrasındakı 

vəziyyətin nə qədər təsiri olduğunu anlaya 

bilərik. Bu səbəblə özünün də dediyi kimi 

siyasətdən uzaqlaşmış və sənətinə apolil-

tik deyə biləcəyimiz bir münasibət bəsləmişdi. 

Amma bu apolitikal münasibət heç vaxt hər 

şeyə biganə tərzdə olmamışdır. O, dünyanın 

dəyişməsi və xəyal etdiyi ideallara çatması 

üçün ən əsas faktor olan insanı düşünmüş, 

yuxarıdan aşağıya doğru deyil, aşağıdan 

yuxarı doğru bir əlaqə yaratmaq istəmişdir. 

Məhz buna görə də Kieslowski özündən yüz 

illər öncə yaşamış filosoflar kimi kameranı bir 

fəlsəfə alətinə çevirmişdi. Kinonun ədəbiyyat 

qədər güclü olmadığını deyən Kieslowski yenə 

də gördüklərini, görmək istədiklərini ekrana əks 

etdirməyi üstün tutmuşdur. Bunun səbəbi isə 

əlbəttə ki, fikirərini insana daha rahat, və daha 

vizual bir üsulla çatdırmaq olmuşdur.

Əslində hər şeydən öncə Kieslowski kinonun 

şairidir. Çünki filmlərində istifadə etdiyi hər əşya 

başdan sona qədər çox təsirlidir. Hər səhnədə, 

hər dialoq və monoloqda, səssizlikdə belə çox 

vacib detallar gizlənir. Kieslowski filmlərinə bir 

dəfə də olsun boş səhnə əlavə etməmişdir. 

Kieslowski filmlərində səhnələrarası keçidlərlə, 

istifadə etdiyi filtrlərlə, musiqilərlə, məkanlarla 

inanılmaz bir əlaqə və özünün vizual qafiyəsini 

yaradıb. Bunlar bəlkə də tamaşaçılar tərəfindən 

ilk dəfə baxıldıqda aydın olmaya bilər, lakin 

filmlərə ikinci və ya üçüncü dəfə baxdıqda heç 

kim bu qafiyələrin qüsursuz uyğunluğundan 

zövq almaya bilməz. Rejissorun istifadə 

etdiyi çəkiliş texnikası da söz edilməyə dəyər 

başqa bir mözvzudur. Məsələn, “Mavi”nin 

başlanğıc səhnəsində maşının hidravlik 

yağının damla-damla sızıntısı insanın içində 

nəsə uğursuz, pis bir şey olacağına işarədir 

və insanın içində istər-istəməz bu kimi fikirlər 

oyadır. Rejissorun digər filmlərində bu kimi 

“xəbardarlıq” səhnələri boldur. Əlavə olaraq

birləşik səhnələrdə dəyişən incə detallar bir-

birini tamamlayır. Buna da bir nümunə olaraq 

“Dekalog 1”də həyatda hesablana bilməyəcək 

heç bir şey olmadığına inanan, ruhun varlığını 

qəbul etməyən bir atanın oğlunun ölümünə 

qədər qədər uzanan zaman aralığındakı 

çox incə bir detalı verə bilərik. Hər nəticənin 

hesablana biləcəyini düşünən və bunların 

maddi səbəblərdən olduğuna inanan bir riyazi-

yyat professoru bir gün oğlu ilə birlikdə öncəki 

günün hava məlumatlarını alır və növbəti 

gün üçün göldə buzun qalınlığını hesablayır. 

Donan göl təqribən 275 kiloluq bir kütləyə 

tab gətirə bilərdi. Lakin Kieslowski-nin tale 

və həyatın planları ilə bağlı fikirlərini yenidən 

düşünsək xatırlaya bilərik ki, bəzən bir çox şey 

planladığımız kimi getməz. Oğlu buz üstündə 

sürüşərkən ata evdə işləyirdi. Birdən mürəkkəb 

şüşəsi partlayır və professorun kağızları və 

qarşısında olan kitab  mürəkkəbə boyanır. 

Bu tamamilə əvvəlcədən görülə bilinməycək 

bir situasiya idi. Stolu təmizləyərkən qonşusu 

zəng edir və professorun oğlu ilə buz üzərində 

sürüşməyə gedən oğlu haqqında narahat 

olduğunu söyləyir. Mürəkkəb şüşəsinin duran 

yerdə partlaması ardından gələn daha böyük 

bir fəlakətin başlanğıcı... Kieslowski bəzən 

bunun tam tərsini edər. Gözlənilməyən gözəl 

bir sürprizdən sonra qəhrəmanımızın başına 

nəsə uğursuz bir şey gələr. Yəni həyatda bütün 

uğursuzluqlar və sürprizlər bir-biri ilə inanılmaz 

bir şəkildə bağlıdır və aralarında bir qafiyə 

mövcuddur.




7

F İ L M   F İ C T İ O N

Kieslowskinin sirri də belə səhnələrdə 

üzə çıxır, tamaşıçını detallarla 

bezdirmədən, saniyəlik təsvirlərlə və 

incəliklərlə mövzunu bütünlükə ələ 

alıb, bir film nədir sualına cavab verir.

Kieslowski filmlərində tamaşıçıları 

istədiyi kimi istiqamətləndirir və onlara 

personajlarla empati yaratması üçün 

şərait yaradır. Bəhs etdiyimiz bu 

empati müxtəlif yollarla yaradıla bilər. 

Lakin bunun ən əsas yaradıcısı, heç 

şübhəsiz, səmimiyyətdir. Əsərlərindəki 

səmimiyyətdən heç vaxt şübhə edə 

bilmədiyimiz bu böyük yazıçı-rejissor 

personajları başa düşməyimiz və 

mövcud situasiyanı onların gözləri ilə 

görməyimizi istədiyində bəzən Juliette 

Binochenin yaralı gözünün içinə soxar 

bizi və hər şeyi tutqun görməyimizi, və 

beləliklə Binochonun yaşadığı tutqun, 

dağılmış həyatı başa düşməyimizə 

yardım edər.

“Üç Rəng” trilogiyasını bitirdikdən 

sonra bir daha rejissorluq etməyəciyini 

açıqlayan Kieslowski “evimə gedib 

siqaret çəkəcəyəm” deyir.  Karyerasına 

son nöqtəni qoyan bu cümlənin belə 

altında çox gizli məqamlar vardır. 

Filmlərində toxunduğu azadlıq, 

bərabərlik, qardaşlıq məfhumlarına 

çox bağlı olan Kieslowski film çəkiliş 

meydançasında 4 fərqli – Almaniya, 

Polşa, Fransa, İngiltərədən olan insan-

larla işləmişdir. Amma Kieslowski 

“Özünüzü avropalı hiss edirsin-

izmi?” sualına bəlkə də sənətinin 

ruhunu açıqlayan bir cavab vermişdir. 

“Xeyr, özümü polşalı hiss edirəm, 

hətta özümü Polşanın şimal-şərqində 

yerləşən balaca bir kəndə sahib 

olduğum evə aid hiss edirəm, orada 

yaşamaqdan xoşbəxtəm, ama orada 

işləmirəm, film çəkmirəm, sadəcə odun 

toplayıram”. Bir gerçək sənət insanının 

özündən, aid olduğu yerdən qopmadan 

dünyəvi olması necə imkansızdırsa, 

Kieslowski də bu gerçəyin təməlləri 

ilə yaşadı və dünyaya böyük bir miras 

buraxdı.

Və insan övladı təəssüf ki, bu əlaqəni izah etməkdə 

acizdir. 

Vizual təsvirlərin yanında səslər və musiqi də 

Kieslowki filmləri üçün çox böyük önəm daşıyır. 

Kieslowski yaradıcılığından danışarkən Zbigniew 

Preisner’dən söz açmamaq çox böyük yanlışlıq 

olardı. Kieslowski’nin yaxın dostu olan bu bəstəkar 

bəstələdiyi musiqilər ilə rejissorun filmlərinə ölümsüz 

ruh qazandırmışdır deyə bilərik. Musiqilərdən əlavə 

bəzi səhnələrdə istifadə olunan səslər, bəzən bir 

personajın sadəcə nəfəs alıb verməsini eşitməyimiz, 

ya da bir uşağın boğuq səslə danışması hər zaman 

həm öz-özlüyündə həm də filmlə birlikdə çox böyük 

bir vəhdət yaradır. Kieslowski filmlərində təsvirlərin 

güzgülərdə, şüşələrdə əks olunması çox ayrıca 

bir özəllikdir. Şüşə insanları həm ayıran, həm də 

birləşdirən bir şeydir. Personajların güzgülərə düşən 

əksləri, onların üzərinə düşən işıqlar, kölgə oyunları o 

an personajların ruh hallarını bilməyimizə kömək olur.




Yüklə 7,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə