Krzysztof Kieślowski (Kənan İsaxanlı)



Yüklə 7,21 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix08.09.2018
ölçüsü7,21 Mb.
#67140
1   2   3   4   5   6   7   8   9   ...   12

13

F İ L M   F İ C T İ O N

ssenari müəllifi olduğu “Pennies” (“Pennilər”) 

qısametrajlı filmində rol almışdır. 

Bundan sonra Emi Leonardo Di Kaprio ilə birgə  

Stiven Spilberqin “Catch me if you can” (“Bacara 

bilsən, tut məni”) avantürist komediya filmində 

Brenda  Stronq  rolunda  çəkildi.  Spilberqin 

köməkçisi Eminin rollarından birini Spilberqə, o 

da öz növbəsində həmin videoyazını Di Kaprioya 

göstərmişdi. Eminin cazibəsi onların hər ikisini 

o  andaca  məst  etmişdir.  Eminin  ifası  kino-

tənqidçilər və aktrisanın pərəstişkarları tərəfindən 

xoş qarşılanmışdı. “Bu rol mənim belə yüksək 

səviyyədə, bu cür görkəmli insanlarla birgə ilk 

işim idi. Stiven Spilberq mənə inandı...mən film 

aktrisası  kimi  hansı  səviyyədə  olduğumdan 

əmin deyildim. Bununla belə, bunun hələ son 

olmadığına və gələcəkdə daha yüksək səviyyəyə 

qalxacağıma ümid edirəm. “Bacara bilsən, tut 

məni” filminin çəkilişlərində qazandığım təcrübə 

mənə buna qadir olduğumu göstərdi”, deyə Emi 

qeyd edir.

Lakin “Bacara bilsən, tut məni” filmi ekranlara 

çıxdıqdan sonra tam bir il ərzində Emi heç bir 

yeni rol təklifi almamışdı. Bu fakt Stiven Spilberqi 

çox təəccübləndirmişdi – “Bizim kiyafət qədər 

uğurlu olan filmimizdən sonra Eminin belə az 

çəkilməsi məni çox təəccübləndirirdi. Əslində 

bu film ona yeni təkan verməli idi. Lakin Emi 

gözlənildiyi qədər məşhurlaşmamışdı”. 

2004-cü ildə Emi “The Last Run” (Soununcu 

təqib”) filmində ikinci dərəcəli rol almış, “The King 

of the Hill” cizgi serialında bir neçə qəhrəman 

obrazını səsləndirmiş, “Doktor Veqas” televiziya 

serialında  Elis  Doqerti  rolunu  almışdır.  Lakin 

bir müddət sonra müqavilə ilə bağlı yaranmış 

problemlər səbəbindən, Emi serialdakı rolun-

dan azad edilmişdi. “Onlar mənim müqaviləmə 

dəyişikliklər  etmək  istəyirdilər.  Güzəştə 

getmədiyim üçün məni roldan azad etdilər. Mənə 

elə gəlir ki, qadınlara qərar qəbuletmə prosesini 

nəzarət altına almaq üçün müəyyən zaman tələb 

olunur. Baş verən hər bir şeyin qismət olduğunu 

düşünüb, olanlara müdaxilə etmirsən. Həmin yay 

ilk dəfə idi ki, mən o müqavilənin şərtlərini yerinə 

yetirmək və sonrakı nəticələrə görə məsuliyyət 

daşımaq istəmədiyimi bildirdim. Yayın sonunda 

mən işsiz olsam da, xoşbəxt idim və verdiyim 

qərara görə özümlə fəxr edirdim”, deyə Emi qeyd 

edir. Az sonra “Doktor Veqas” televiziya serialı 

bağlanmışdı. Bununla belə, Emi Adamsı qarşıda 

bundan daha yaxşı rollar gözləyirdi.

2005-ci ildə Emi Adams “The Wedding Date” 

(“Toy Günü”) komediya filmində Debra Messinqin 

bacısı rolunda çəkilmişdir. Onun növbəti rolu 

“Junebug” (“İyun böcəyi”) filmindəki Eşli Consten 

obrazı  olmuşdur.  Bu  rol  onun  karyerasında 

dönüş nöqtəsi oldu. Rejissor Fil Morrisson Emini 

“Bacara  bilsən,  tut  məni”  filmində  görmüşdü. 

Lakin aktrisa özü bu filmə xoş təsadüf nəticəsində 

gəldiyini deyir: “Mən “Doktor Veqas” teleserialının 

çəkilişlərində idim, lakin studiya rəhbərliyi bir 

neçə gün ərzində mənə ehtiyac olmayacağını 

söyləyərək məni evə göndərdi. Əslində, mən 

işlərin bu cür gedişatından narazı idim. Lakin 

sonradan məlum oldu ki, mən həmin günlər “İyun 

böcəyi” filminin aktyor seçimlərində 




14

F İ L M   F İ C T İ O N

iştirak etməliyəm. “İyun böcəyi” 

filminin çəkilişləri 2004-cü ilin 

yayında Şimali Karolina ştatının 

Uinston-Seylem şəhərində  üç 

həftə ərzində başa çatmışdı”. 

Emi həmin yay ərzində özünü 

tapdığını  deyir.  Hətta  filmin 

çəkilişləri bitdikdən sonra belə 

təbiətən sarışın olan Emi saçının 

rəngini  filmdəki  qəhrəmanı 

Eşlinin kürən saçları rəngində 

saxladı. Həmin il Eminin 30 yaşı 

tamam  olurdu. Aktrisanın  hər 

iki bacısı hamilə idilər. Aktrisa 

özü isə filmdəki rolu üçün süni 

hamiləlik qarnı gəzdiridi.

Eşli  Consten  rolunu  son 

dərəcə gözəl ifa etməsi Emiyə 

SunDance  kinofestivalında 

mükafat  qazandırdı.  Bu  uğur 

Eminin  özünə  olan  inamını 

daha da artırmışdı. Bu rol ona 

mükafat qazandırmağa davam 

edirdi.  “Milli Kino Tənqidçiləri 

Cəmiyyəti” ona bu roluna görə 

ən yaxşı ikinci dərəcəli qadın rolu 

mükafatı tədqim etmişdi. İfasına 

görə  Emi  “Oskar”  mükafatına 

da  namizəd  olmuşdu,  lakin 

həmin il “Oskar” aktrisa Reyçel 

Vayza təqdim olundu. “Bütün bu 

hadisələr tam zamanında baş 

verdi. Los Ancelesə köçəndən 

sonra ağlımı itirmədiyim üçün 

çox  şadam.  20  yaşında  ikən 

müstəqil həyat çox çətin olur. 

Mən  çox  utancaq  biri  idim”, 

deyə  Emi  qeyd  edir.  Bununla 

yanaşı,  aktrisa  “Oskar” 

almadığına  hətta  sevindiyini 

də qeyd edirdi: “Bu mükafatın 

adıma  gətirəcəyi  məşhurluq 

və diqqətə hazır deyildim. Mən 

həm də məzəmmət olunmaq-

dan qorxurdum”.

“ İ y u n   b ö c ə y i ”   f i l m i n i n 

auditoriyasının  kifayət  qədər 

dar  olmasına  baxmayaraq, 

tənqidçilər  Emi Adamsın  işini 

yüksək qiymətləndirirdilər. Bu 

isə  öz  növbəsində  aktrisaya 

olan  marağı  artırırdı.    “İyun 

böcəyi”dən sonra Emi “Standing 

Still”  (“Geriyə  baxmadan”) 

və  “Talladega  Nights:  The 

Ballad of Ricky Bobby” (“Rikki 

Bobbi: Yollar kralı”) filmlərində 

çəkilmişdi.  Emi  Adams  tele-

viziya  layihələrində  iştirak 

təklifləri də alırdı. Həyatında baş 

vermiş hadisələrdən biri olaraq 

Emi  “Ofis”  teleserialındakı 

iştirakını qeyd edir. Burada o, 

Keti obrazını canlandırmışdır. 

2006-ci  ilə  Emi  “Tenacious 

D  in  The  Pick  of  Destiny” 

(“Bəxtəvərlər”) və “Fast Track” 

(“Keçmiş  məşuq”)  filmlərində 

çəkilmiş, 2007-ci ildə isə Uolt 

Disney  studiyasının  layihəsi 

olan  “Underdog”  çoxseriyalı 

cizgi filminin səsləndirilməsində 

iştirak etmişdir.

2007-ci ilin sonunda Emi Disney 

studiyasının  daha  bir  uğurlu 

layihəsi  olan  “Enchanted” 

(“Ovsunlanmış”)  filmində 

çəkilməklə,  nəhayət,  əsl 

ulduza  çevrildi.  Filmin  rejis-

soru Kevin Lima 200 namizəd 

aktrisa  arasından  qəti  olaraq 

Emi Adamsı bəyənmişdi. “Emi 

seçimlərə  gələn  gün  mən 

soyuqlamışdım.  Özümü  çox 

pis hiss edirdim. Lakin Eminin 

ifası  mənə  xəstə  olduğumu 

unutdurmağı  bacardı”.  Ən 

geniş  anlamda  götürdükdə, 

həmin vaxtlar Emi geniş izləyici 

kütləsi üçün məşhur deyildi və 

rejissor  seçimi  təsdiqləməklə 

studiya böyük risk altına girirdi. 

Amma Eminin ifası riskin haqlı 

olduğunu göstərdi və nəticədə 

“Ovsunlanmış”  filmi  əsl  xitə 

çevrilməyi bacardı. Filmdə Emi 

həm oynayır, həm də oxuyurdu 

və bununla bütün dünya üzrə 

milyonlarla  izləyicinin  qəlbini 

ovsunlamağı və tənqdçilərdən 

öz ünvanına təriflər qazanmağı 

bacarmışdı.  Bu  filmdəki 

roluna görə Emi Adams “Qızıl 

Qlobus”,  “Critic`s  Choise”  

afatları  ş  verdiyi  komediya 



Yüklə 7,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə