L ü Ğ Ə t V ə e n s I k L o p e d I y a L a r



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67592
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

ƏSASƏN -  QİSMƏN
ƏSASƏN -   QİSMƏN  Maarif sahosindo 
mübahisə asasan  tədris  ocaqlarına  münasi­
bətdə meydana çıxırdı (A.Şaiq); Qismən bizlə 
razılaşdı.
ƏSASLI -  TUTARSİZ  Belə mühüm  bir 
məsələni Telli kimi avam bir qadına qandır­
maq  üçün  əsaslı  dəlillər  vo  sübutlar  lazım 
gələcəkdir  (S.Hüseyn);  Onun  gətirdiyi 
dəlillər tutarsız idi (“Jurnalist”).
ƏSASSIZ  -   TUTARLI  Onun  verdiyi 
xəbərlərin  bir  çoxu  əsassız  xəbərlər  idi 
(M.S.Ordubadi),  Vəkilin  tutarlı  dəlillərini; 
Eşidib  az  qalır  qalxıb  əl  vura  (B.Vahab­
zadə).
ƏSƏBİ  -   SAKİT  Mollaycv  qaraqabaq, 
zəhmli və əsəbi bir adamdı (M.Hüseyn); Hər 
yer,  hər  tərəf  sakit  və  durğun  görünürdü 
(Mir Cəlal).
ƏSƏBİLƏŞMƏK  -   SAKİTLƏŞMƏK
Cahandar  ağa  yenidən  əsəbiləşdi  (İ.Şıxlı); 
Aralıq  bir az sakitləşmişdi ki, mən şalı  boy­
numdan açdım (Mir Cəlal).
ƏSƏBİLİK  -   SAKİTLİK  Səlimin  əsə­
biliyi  artır,  narahatçılığı  çoxalırdı  (S.Rəhi­
mov); Zeynəb yenə də sakitliyini pozmamış, 
“işində ol, belə boş sözlərə inanma” -  deyə 
Gülsümə təskinlik  vermişdi  (İ.Şıxlı).
ƏSİL  —  YALANÇI  Lakin  yenə  təkrar 
edirəm,  məncə,  əsil  qəhrəmanlıq  yara 
bağlamaqdadır, abad etməkdədir (H.Cavid); 
Onun qəhrəmanlığı yalançı qəhrəmanlıqdır.
ƏSKİ  -  TƏZƏ Sonradan qövr eylər əski 
yaralar  (S.Vurğun);  Təzə  paltarı  ona  çox 
yaraşırdı  (M.Hüseyn).
ƏSKİ  -   YENİ  Əski  kənd  gecədir, yeni 
kənd  gündür (S.Rüstəm).
ƏSKİKLİK  -   A kT IQ L IQ   Özündə  bir 
əskiklik  duyurdu  (Mir  Cəlal);  Hər  zaman 
özündəki  artıqlığı  başqalarına  çatdırmağa 
can atırdı  (“Azərbaycan”).
Ə SKİLİK  -   YENİLİK  Yenilik  əskiliyi 
udmaq  üçün  səfərbər (S.Rüstom).
ƏTİACI  -   MÜLAYİM  Ax,  ncco  ətiacı 
arvadsan, 
dedim,  lakin  birdən  Yaqutu
52
ƏYLƏNMƏK -  GETMƏK
düşünüb səsimi  yumşaldaraq ona yalvardım 
(Ə.Məmmodxanlı); Zahidin şirin söhbətləri, 
zahirən  mülayim  xasiyyəti  mənim  üçün 
ideal ola bilməz (Mir Cəlal).
ƏTLƏNMƏK -  ARIQLAMAQ Sifəti o 
qədər  ətlənmişdi  ki,  göyəm  çərdoyi  boyda 
gözləri  güclə görünürdü (A.Makulu);  Lyuba 
arıqlamışdı  (Y.Əzimzadə).
ƏTLİ  -   ARIQ  Onların  əlləri  yumru, 
ətlidir
barmaqları 
olduqca 
qısadır 
(M.S.Ordubadi); Atlaz paltar, qırmızı çəkmə 
geymiş  bu  arıq  qızın  qaşları  mötərizə, 
bumu sual  işarəsinə oxşayırdı  (Mir Cəlal).
ƏTRAFLI -  QISACA Axşam mütləq sizə 
gələrəm,  ətraflı  söhbət  edərik  (C.Əmirov); 
Şən əhvalatı qısaca danışdım (Y.Əzimzado).
ƏVVƏL  -   SON  İslana-islana  xeyli 
dolandıq;  Yolun  nə  əvvəli,  nə  sonu  vardı 
(H.Hüseynzadə).
ƏVVƏLA  -   SONRA  Qəhrəman  bəyin, 
əwəla,  pulu  yoxdur (Ə.Haqverdiycv);  Sonra 
ağır-ağır qalxıb, kölgəlikdə, göy otun üstündə 
dirsəkləndilər (Mir Cəlal).
ƏVVƏLCƏ  -   SONRA  Əvvəlcə  Lyud- 
milanı  yola  salınq,  sonra  isə  bir az  gəzirik 
(C.Əmirov).
ƏVVƏLİNCİ  -   AXIRINCI  Doğrudur, 
bir  neçə  adam  bilir  ki.  Yusif  ilən  sən 
əvvəlinci  dəfə  görüşməyirsən  (N.Nərima­
nov);  Başa  salmadın  məni  ki,  niyə  bu 
axırıncı  görüşümüzdür  və  nə  səbəbdən 
ayrılmalıyıq (Anar).
ƏYİLM ƏK  -   DURMAQ  Masa  ətra­
fında  dörd  nəfər  də  əyilmişdi  (H.Nəzərli); 
Bir sutka ayaq üstündə durdum (Mir Cəlal).
ƏYİLM ƏK  -   QALXMAQ  Əyildi, 
ovcunu  qoşalayıb,  suya  saldı  (M.Eynulla- 
yeva);  Ev sahibi  də qalxdı  (Mir Cəlal).
ƏYLƏNCƏLİ  -   CANSIXICI  Ona  da 
bir qız  nişanlarıq;  Əyləncəli  bir  toy  moclisi 
qurarıq (H.Cavid);  Evin  havası cansıxıcıdır.
ƏYLƏNMƏK  -   GETM ƏK  Əylən,  bir 
qulaq as sözə (“Koroğlu”); Qədir fürsət bilib 
yayındı,  üzünü  bağlara  tərəf tutub  yavaşca, 
dala  baxmadan gedirdi (Mir Cəlal).


FACİƏ -   KOMEDİYA
FƏLAKƏT -  SƏADƏT
Ff
FACİƏ  -   KOMEDİYA  Bu  dohşotlı 
faciəni  görüb  ürəyi  sıxıldı  (S.Voliycv); 
Komediya  müəllifi  istor  yumor,  istorso  do 
satira gülüşü ilo cəmiyyətin eyiblərini  tənqid 
atəşinə  tutmaqla  onları  islah  və  ya  məhv 
etmək  istəyir (F.Qasımzadə).
FACİƏLİ  -   KOMİK  Hamınız  tədricən 
bu  ağır faciəli günlərə  alışır  və  hadisələrin 
sonunu  gözləyirsiniz (S.Voliycv);  Komedi­
yanın  əsas  tənqid  hədəfi  və  komik  qəhrə­
manı Tanverdidir (F.Qasımzadə).
FAĞIR  -   DƏCƏL  O, fağır,  nəzakətli, 
rəhmli bir gəncdir (M.S.Ordubadi); Rizvan ilə 
beş dəcəl, hər gün burda oynayır (M.Dilbazi).
FAĞIRLIQ  -   DƏCƏLLİK  Elə  onu  bu 
günə  qoyan  onun  /ağırlığıdır  (“Ulduz’*); 
Dəcəlliyinə baxmayaraq,  məktəbdə  oğlanlar 
da, qızlar da xətrini istəyirdilər (S.Qədirzadə).
FANTASTİK -  REAL Bəs real həyatsız 
fantastik  əsərin  taleyi  necə  olardı  (“Azər­
baycan").
FANTASTİKA  -   REALLIQ  Mən bilən 
bu  cür  fantastika  reallığı  zənginləşdirir 
(“Azərbaycan").
FARAĞAT -   SƏRBƏST  Svcllana  Slc- 
panova  ayağa  qalxıb farağat durdu,  ucadan 
dedi  (C.Əmirov);  Çoxdan  bəri  ürəkdən  və 
sərbəst  hərəkət  etməyən  əl-qolu  istədiyi 
səmtə əyilib  büküldü (Ə.Vəliyev).
FASİLƏLİ  -   MÜNTƏZƏM  Onların  işi 
fasihUdir.  ...Mərmər koridorda yalnız divar 
saatının  müntəzəm  tıqqıltıları  eşidilirdi 
(M.Hüseyn).
FASİLƏSİZ -  ARABİR  Demək olar ki, 
bütün  ömür  boyu  fasiləsiz  işləmişəm 
("Azərbaycan");  Arabir  qəribsədilər,  təzə­
dən  yollara,  səfərlərə  çıxmaq  istədilər 
(“Azərbaycan").
FAYDA  -   ZƏRƏR  Danışmaqdan fayda 
yoxdur (Ə.Haqvcrdiycv); Əzizbəyov!  Bunlar 
hamısı  sizin zərərinizədir (M.Hüseyn).
FAYDALI -  ZƏRƏRLİ Oxuyun faydalı 
kitablardan (A.Şaiq); O kı qaldı kirpiyə, o da 
zərərli heyvan deyildir.
FAYDASIZ  -   XEYİRLİ  Ancaq  Rantik 
yaxşı  başa düşdü  ki,  bütün  bunlar faydasız­
dır (C.Əmirov);  Əvvəlcə ev sahibəsi,  sonra 
da Mikola, Alyonuşkaya xeyirli gecə diləyib, 
ah-ufla sobanın üstünə qalxdı (S.Qədirzadə).
FƏAL -  PASSİV O nəinki fəal bir şəfqət 
bacısı,  həm  də  Anita  kimi  qəhrəman  bir 
qadın  idi  (S.Voliycv);  Vasilyevskayanın 
romanları  passiv  müşahidə  məhsulu  deyil­
dir (C.Mehdi).
FƏALLAŞMAQ  -   PASSİVLƏŞMƏK
Formasız  materiya  passivdir,  yalnız  mate­
riya  forma ilo  birləşdikdə.fəallaşır.  Məchul 
fellərdə subyekt passivləşir.
FƏALLIQ -  PASSİVLİK Məclisin kişi­
lər hissəsi xüsusi fəallıq göstərirdi (M.İbra­
himov); Sən  bu işdə passivlik göstərirsən.
FƏDAİ  -   FƏRARİ  Adım fədaidir,  bil 
ağa  dərviş;Ç'əkmə  xəyalımı  uzağa,  dərviş 
(M.Rahim);  Bizim nəslimizdə fərari yoxdur.
FƏDAKAR -  QORXAQ Fədakar adam­
lardır  (M.İbrahimov);  Söhrab  əqrəb  kimi 
zəhərli,  amma  dozanqurdu  kimi  qorxaqdır 
(M.Hüseyn).
FƏDAKARLIQ -  QORXAQLIQ Sənət 
dostluq  və  məhəbbət  kimi fədakarlıq  tələb 
edir  (C.Mommədov);  Ehtiyat  qorxaqlıq 
demək  deyildir ("İzahlı  lüğət").
FƏHMLİ  -   KÜT  Çox  fəhmli,  qabiliy­
yətli  uşaqdır  (Mir  Cəlal);  İndi  onun  sima­
sında,  intihara  qərar  vermiş  kimi,  küt  bir 
durğunluq  vardı  (Mir Cəlal).
FƏHM SİZ  -   AĞILLI  Fəhmsiz  övladı 
valideyn  nə  etsin?  ("Azərbaycan”);  Sadə, 
mülayim  xasiyyətli,  ağıllı,  tərbiyəli  qız  idi 
(S.Qədirzadə).
FƏLAKƏT -  SƏADƏT O, ailə həyatını 
gah səadət,  gah da fəlakət törədici  bir şəkildə 
görürdü  (M.S.Ordubadi).
54


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə