L ü Ğ Ə t V ə e n s I k L o p e d I y a L a r



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə65/65
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67592
1   ...   57   58   59   60   61   62   63   64   65

YAVAN -  YAĞLI
kimi  bulvarda  yava  qızlar  kimi  açıq  gozib 
onunla-bununla mırt vurub gülür (S.S. Axun­
dov); Əxlaqlı uşaqdır ("Azərbaycan qadım”).
YAVAN  -   YAĞLI  Kasıbın  dürmoyi 
yavan olsa da, dili yağlı olar (Ata. sözü).
YAVAŞ -  BƏRK Əvvol yavaş, sonradan 
bərk öskürdüm  (Mir Colal).
YAVAŞ  -   CƏLD  Qız yavaş  addımlarla 
onu  izləyir  (M.Hüseyn);  O  cəld xostolorin 
yanma qaçdı  (C.Mommodov).
YAVAŞ  -   SÜRƏTLİ  Bu  məktub  gecə­
yarısı  Hacı  Həsənin  içəri  otağında  yavaş 
səslə  oxundu  (Mir  Colal);  Şairin  iti  gözü, 
həssas ağlı,  həm do sürətli yerişi  var...
YAVAŞ -  TEZ Stəkanı  nəlbəkiyə yavaş 
qoy  (Mir  Cəlal);  Tez  əncir  ağacının  altına 
çəkildim  və  fikirləşdim (Y.Əzimzado).
YAVAŞ  -   TƏLƏSİK 
Ay  lələ,  yavaş 
sürün! (Mir Cəlal); Sürmə xala Əzizi hamam- 
xanaya  salıb  mətbəxə  qayıtdı  və  tələsik 
yemək hazırlamağa başladı  (S.Rəhimov).
YAVAŞCA  -   BƏRK  Bır  dəfə  axşam 
kim  isə  qapını  yavaşca  döydü  (C.Məm- 
mədov);  Əkbərin  baldırı  bərk göynədi  (Mir 
Colal).
YAVAŞDAN  -   BƏRKDƏN  Elə  belə 
çağırıb  oyada  bilməyəcəyini  görəndə  cəld 
onlara  yanaşdı,  hərəsinə  bir  dürtmə  iliş­
dirdi,  əlbəttə,  bərkdən  yox,  yavaşcadan 
(M. Hüseyn).
YAVAŞIMAQ -  GÜCLƏNM ƏK Yağış 
yağırdı,  gah  güclənir,  gah  da  yavaşıyırdı 
(“Ulduz").
YAVAŞIMAQ -  TƏLƏSMƏK At səhərə 
yaxın  lap  yavaşıdı  (İ.Şıxlı);  Gavur  malını 
yeməyə  tələsmək  gərəkdir,  tələsmək  (Mir 
Colal).
YAVAŞITMAQ  -   ARTIRMAQ  Bəbir 
bəy  səsini  yavaşıtdı,  nökərinə  xəlvəti 
danışdı  (Mir Cəlal);  Xasayın  iştahı  daha  da 
artdı (M.Hüseyn).
YAVAŞITMAQ  -   YEYİNLƏTMƏK
...Zeynal  təqib  etdiyi  düşmənin  yuvarlan­
dığını  görüncə atmı yavaşıtdı  (Ə.Əbülhosən); 
Salatın addımlarını yeyinlətdi (İ.Şıxlı).
________________YAZMAQ -  SİLMƏK
YAYĞIN  -   YIĞCAM  Otağın  döşəməsi 
yayğın  yox, yığcam  döşəməlidir.
YAYILMAQ  -   YIĞILMAQ  Su  kimi 
ürəyimə  yayılır,  sözün  düzü  (S.Rüstəm); 
Şah  yedi  doydu,  süfrə yığıldı (M.F.Axund- 
zado).
YAYLAQ  -   ARAN  Köçər  arandan  el, 
gedər;  Yavaş-yavaş yaylağa (A.Səhhət).
YAYMAQ  -   BÜKMƏK  Qadınlardan 
birisi  yuxa  yayır,  o  birisi  də  çevirirdi 
(Ə. Vəliyev);  Hədiyyə bir parça çörək götü­
rüb qəzetə bükdü (Mir Colal).
YAZ  -   QIŞ  Yazda  çalan,  qışda  oynar 
(Ata.  sözü).
YAZ -   POZ  Ey,  da  dığ olduq,  gah  deyir 
yaz, gah deyir poz (Anar).
YAZI -  POZU  Yazıya pozu yoxdur (Ata.
sözü).
YAZIQ  -   DƏLƏDUZ  Bu yazıq  qız  heç 
də satqın adama oxşamır (C.Əmirov); Yaxşı, 
ay dələduz!  Bir danış görək;  Neçəyə satmı­
san yox  vicdanını?  (S.Vurğun).
YAZIQLIQ -  DƏLƏDUZLUQ O bütün 
yazıqlığı,  kimsəsizliyi  ilə  göz önündə  can­
lanır  (Mir  Cəlal);  Mən  Mirzənin  də  dələ­
duzluğunu görmüşəm  (S.Rəhimov).
YAZILI  -   ŞİFAHİ  Bu  dediklərinizi 
yazılı  surətdə  təsdiq  cdirsinizmi?  (T.Kazı- 
mov);  Bu  nəticə hələlik həkimin şifahi rəyi 
idi (T.Kazımov).
YAZILIŞI -   POZULUŞU Məqalənin nə 
yazılışı,  nə  də pozuluşu  məni  açdı.  "Azər­
baycan  gəncləri”
YAZLAMAQ  -   QIŞLAMAQ  Çox  tez
yazlamısan  (“İzahlı  lüğət”);  Bizimlə  qışla- 
ytr fəqət dolaşa, sərçə, sağsağan (A.Səhhət).
YAZLIQ  -   QIŞLIQ  Yoxsa  biz  bostan 
üçün,  yazlıq  əkin  üçün  ayırdığımız  sahəyə 
su çatdıra bilməyəcəyik (Ə.Əbülhəson); Pəri 
nənə öz qışltq azuqəsini  yığmışdı.
YAZMAQ -   POZMAQ Önümdoki  dəf­
tərə bir çox şey yazdım, pozdum (S.Rüstəm).
YAZMAQ -  SİLM Ə K Qaz lələyi qanun 
yazar  (Ata.  sözü);  Zaman  silər  ürəklərdən 
naləni  (S.Rüstom).
136


YEZİD -   RƏHMLİ
YEZİD -  RƏHMLİ  Bunun yanında yezid 
adam  nr>  qəlot  cloyir  (S.Voliycv);  Rəhmli 
adamsan, yolunda can qurbun.
YƏQİN -  ŞÜBHƏ Bollidir yerimiz yəqin 
divana (H.K.Sanılı); Sonin davranışın mondo 
şübhə yaradır ("Azerbaycan").
YƏQİNLİK  -   ŞÜBHƏLİLİK  Bos  elo 
iso. bir balaca üzünü göstor ki, yəqinlik hasil 
olsun  (Ü.Hacıbəyov);  Şübhəliliyim  daha  da 
artdı.
YIĞINTI  -   DAĞINTI  Əjdor  bir  az  da 
uzaqlaşmalı, konardan, daş vo qum yığıntıla- 
rının  arası  ilə  getmoli  oldu  (S.Rəhman); 
Tağın o tərəfindəki  dağıntım  görmürsən?
YIĞMAQ -  BİÇMƏK Biçin do, yığın da 
oldon çıxdı  (Mir Cəlal).
YIĞMAQ  -   DAĞITMAQ  Allah  onu 
yığmağa yox, dağıtmağa yaratmışdı (M.İbra­
himov).
YIĞMAQ -  SÖKMƏK  Tüfəngin hissə­
lərini  yağlayıb,  bir-bir yerini yığdı  (“Azər­
baycan");  Tüfəngi  söküb  çula  bürüdülər, 
qatırların qamı altında gizlətdilər (Mir Cəlal).
YIĞMAQ -  TÖKM ƏK Böyük nə töksə, 
uşaq onu yığar (Ata. sözü).
YIĞNAQ -  DAĞINIQ Gündə bir qapıya 
salırlar yığnaq (Q.Zakir); Qədir atın üstündə 
dağınıq saçlı Qumrunu qucaqladı (Mir Cəlal).
YIXMAQ -  QALDIRMAQ Uşağı vunıb 
yerə yıxdılar (“Ulduz"); Gərək siz qolundan 
tutub qaldırasınız (Mir Cəlal).
YIXMAQ  -   QURMAQ  Böyük  bir dün­
yanı  yıxmaq,  uçurmaq;  Yerində  başqa  bir 
dünya da qurmaql (S.Vurğun).
YIXMAQ  -   T İK M Ə K   Arvad  var,  ev 
tikər, arvad  var, ev yıxar (Ata.  sözü).
YIRTICI  -   MƏDƏNİ  Rəzil  düşmən 
yaralanmış;  Yırtıcı  bir canavardır (S.Vurğun); 
Onlar istəyir ki, biz də qabağa gedəkmədəni 
xalqlar cərgəsinə çıxaq (M.İbrahimov).
YIRTIQ -  TƏ ZƏ   Aslanın  köhnə, yırtıq 
çəkməsi təzə paltanna yaraşmırdı (S. Vəliyev); 
Təzə ayaqqabısını  geyinib getdi  (“Ulduz”).
YOĞUN -  ARIQ  Arabaçı yoğun  bir kişi 
idi  (Ə.Əbülhosən);  Onun  o  mehriban  kənd
Y Ö N D Ə M SİZ -B İÇ İM L İ
qızının arıq, düz, millor kimi cəlb edən bar­
maqlarını  aşkar görürdü (Mir Cəlal).
YOĞUN  -  NAZİK  Baldır, deyərmiş,  nə 
çox yoğun,
 
nə do nazik
 
ola,  ayaqlan elo ton 
gərək ki, sağ ilə sol seçilməsin (Mir Cəlal).
YOĞUNLAŞMAQ -  NAZİKLƏŞMƏK 
Səsi  bir 
üz
 yoğunlaşmışdı
 
(S.Voliycv);  Səsi 
nəsə nazikləşib.
YOX  -   BƏLİ  Almaz  mənim  deyilsə, 
səninmi  olmalıdır?  Yox  (C.Cabbarlı);  Qüd­
rət  İsmayılzadəni  tanıyırsanmı?  -   Bəli 
(M.Hüseyn).
YOXSUL  -   KALAN  Çox  yoxsulu 
qoparmış; Zalımın pəncəsindən  (A.Şaiq); -  
Həri, özü do kalandır (C.Əmirov).
YOXSULLAŞMAQ  -   VARLANMAQ 
Şamaxı  bazan  zəngin  bazardır;  Əfsus, yox- 
sallaşır
 
get-gedə bir az (M.Rahim); Baloğlan 
müvoqqoti  olaraq  varlanmaq
 
fikrindən  əl 
çəkdi  (C.Əmirov).
YOXSULLUQ  -   VARLILIQ  Varlılığa 
tələsən, yoxsulluğa tez düşər (Ata. sözü).
YOXUŞ -   ENİŞ  Enişi, yoxuşu,  düzü  bir 
olub;  Məramı,  məqsədi,  üzü  bir  olub 
(H. Hüseynzadə).
YOXUŞLU -  ENİŞLİ Enişli, yoxuşlu bu 
yollarda  bax!  Varmı  topuq  salıb  büdrə­
məyən  kos (H.Hüseynzadə).
YOXUŞLUQ -  ENİŞLİK Yolun enişliyi 
vo ya yoxuşluğu  yox,  sənin  hərəkətin  meni 
cana gətirdi (“Ulduz").
YOXUŞSUZ -   ENİŞSİZ  Yeri  uşaqlarla 
gəz,  dolan  bir az;  Bu dünya  enişsiz, yoxuş- 
suz olmaz (Z.Xolil).
YORULMAQ -  DİNCƏLMƏK Zəhmət 
çəkibsən, yorulubsan,  get  rahat  ol  (Ə.Haq- 
verdiyev);  Bir  az  yatıb  dincəlmək  istəyirəm 
(C.Əmirov).
YÖN  -   ARXA  Gah  yönümü  çevirirəm 
Şirvana;  Gah  üz  tutub  Gürcüstana  ağlaram 
(Molla  Cümə);  Arxa  cərgədən  başıaçıq  bir 
adam qışqınrdı  (Mir Cəlal).
YÖNDƏMSİZ -  BİÇİMLİ  Kobud sifəti, 
yöndəmsiz  bədəni  vardı  (S.Rəhman);  Gözol 
biçimli paltarlar vardı.
138


ZABİTƏLİ -  YUMŞAQ
ZƏKALI  -   FƏRASƏTSİZ
Zz
ZABİTƏLİ  -   YUMŞAQ  Qız  da  no  iso
başqa  milis  işçilorindən  bir  a/,  scçilon  bu 
zabitəli oğlana baxıb gülümsündü (H.Scyid- 
bəyli);  Bəndalı  ncco  dili  yumşaq,  sözünü 
bilon qanacaqlı olmuşdu  (Mir Colal).
ZAHİD -   RİND  İstoyir connəti zahid bu 
qodor  hiylo  ilo;  Əbləhin  fikrini  gör,  dildo 
təmənnasına  bax  (S.Ə.Şirvani);  Rind  hər 
şeyi danan, qeydsiz vo  laübalı adamdır.
ZAHİDLİK  -   RİNDLİK  Heç  birimiz 
müqəddəslik  vo  zahidlik  iddiası  etmirik 
(M.F.Axundzado); Gəl son rindlikdən ol çək.
ZALIM  -   ADİL  Bu,  Cahan  xanım  kimi 
zalım  və  qorxulu  deyildi  (M.İbrahimov); 
Mötəbər  hədisə  görə,  üç  nəfor  adil  şahid 
şəhadət  versə,  ...övrətin  nikahı  fəsx  hesab 
olunur (Mir Cəlal).
ZARAFATCIL  -   QARADİNMƏZ  Biz
onları  kəndimizin  Şahmar  kimi  zarafatctl 
gəncləri  ilə  qarşılayaq  (İ.Əfəndiyev);  Xəlil 
əslində qaradinməz adam  idi... (Mir Colal).
ZAVAL  -   SEVİNC  Hünərdir  keçirən 
bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral 
(B.Vahabzadə);  Yollarda  yubanmış  əsgər 
məktubları yenidən evimizə ümid, sevinc və 
inam  gətirdi  (Y.Əzimzadə).
ZAVALLI  -   XOŞBƏXT  Mən  səndən 
no  istəyə  bilərəm  zavallı  qadın  (C.Məm- 
mədov);  Son  nə qədər xoşbəxtsən,  Reyhan... 
(M. Hüseyn).
ZAY  -   YAXŞI  Öküzün  taydı,  işin  zaydı 
(Ata.  sözü);  Şəhərin  ən  yaxşı  saraylarını  o 
yaratmışdı  (M.Hüseyn).
ZEHİNLİ -  KÜT Səlim çox zehinli uşaqdır 
(İ.Şıxlı); -  Ay küt, niyə başa düşmürsən, “liçni 
dclası” odur ey, göz qabağında (Mir Colal).
ZƏDƏLİ -  SAĞLAM Qayçılayanlar isə 
şüşə  kimi  ağ, qara  salxımları  zədəli gilədən 
tomizləyirdilor  (Mir  Cəlal);  Gənc  sağlam 
salxımları  bir tərəfə qoydu (“Jurnalist”).
ZƏ FƏ R  -   M Ə ĞLUBİYY ƏT  Yazır 
tarixlərə  uğurlu  zəfər.  Bizim  qəhrəmanlar.
bizim igidlər (S.Rüstom); Bütün başqa yollar 
məğlubiyyətə, ölümo aparır (M.Hüseyn).
ZƏHƏR -  ŞİRİN  Daima zəhərlər şirin­
lərin dalında gizlənir (M.S.Ordubadi).
ZƏ H Ə RLƏ N M Ə K   -   SAĞALMAQ 
Havada  mığmığa  sancır  insanı;  Dönüb 
zəhərlənir  insanın  qanı  (S.Vurğun);  -  Çar­
payı...  Ana,  ay  ana  mən  sağalacağam,  elə 
deyilmi? (M.Hüseyn).
ZƏHƏRLİ -  ŞİRİN Həftələr, aylar keçir 
axşamlı-səhərli;  Bəzən  şirin,  bəzən  zəhərli 
(R.Rza).
ZƏHMƏTKEŞ -  TƏNBƏL Ancaq  indi 
ona  aydın  oldu  ki,  buradakı  zəhmətkeş 
adamlar çox sadədirlər (S.Vəliycv);  Yoxsa, 
bu  tənbəldən  sənə  nə  arvad  olacaqdır 
(S.S.Axundov).
ZƏHM Ə TSEV Ə R  -   MÜFTƏXOR
Ata-anası  kimi  zəhməısevərdi  (M.İbrahi­
mov); Özgənin zəhməti ilə çörək yeyənlərə 
müftəxor deyərlər (Ə.Haqvcrdiycv).
ZƏHMLİ  -  MÜLAYİM  Aslan  müəllim 
zəhmli bir adam idi (İ.Əfəndiyev);  Sizi inan­
dırıram ki, bütün Bakıda mənim kimi müla­
yim  xasiyyətli,  dostluqda  sədaqətli  kişi 
tək-tək tapılar (C.Əmirov).
Z Ə İF -  GUR Qızcığazın zə if səsini eşit­
dim (M.Talıbov); Xeyli keçdikdon sonra içə­
ridən bir qadının gur səsi eşidildi (C.Əmirov).
ZƏ İF-TU TA RLI Yetər məni eylədin təb­
liğ vo sandın zaı/(S.Rüstəm); Ancaq buna dair 
əlində lıolo tutarlı sübut yox  idi (C.Əmirov).
ZƏ İFLƏ M Ə K   -   GÜCLƏNM ƏK  Mal 
azalmış,  alver  zəifləmişdi  (Ə.Vəliyev); 
Sonanın  hıçqırığı gücləndi (Ə.Cofərzadə).
ZƏ İFLƏ R  -  GÜCLÜLƏR  Axırda zəif­
lər yavaşca  başlayırlar  əkilməyə  vo güclü­
lər.  yəni  dəstə  sahibləri  qalırlar  məclisdə 
(C.Məmmədquluzadə).
ZƏ K A LI  -   FƏ RA SƏ TSİZ  Zəkalı 
adamdı.  Bir dəfə eşitdiyi söz həmişəlik hafı-
140


ZIR PILIQ  -  BALACALIQ____________
ZIRP1LIQ -   BALACALIQ -  Əfondim, 
yapdığın  qobahotin  zırpı lığını  qanırsanmı? 
(Mir Colal); Onu boyunun balacalığı narahat 
edirdi  (“Ulduz”).
ZIRRAMA -   AĞILLI  O dol i zırramaya 
bu büsat no gorok  idi? 'M.İbrahimov); Ağıllı 
adam  buna dözmozdi  (Mir Colal).
ZİYA  -  QARANLIQ  Dağların,  bağların 
libası  sarı;  Güneşin  do  sönük  ziyası  san 
(A.Sohhot);  Yalnız  indi-indi  qaranlıq  cvo 
alışan doktor qomgin-qomgin Badam xalaya 
baxdı  (M.Hüseyn).
ZİYAN  -  XEYİR  Ziyana  tələsdim, xeyrə 
gecikdim; Bir də bu dünyaya gələcoyommi? 
(H.Hüseynzadə).
ZİYANÇILIQ  -   XEYİRXAHLIQ  Bu.
ziyançılıqdan başqa bir şey deyildir (S.Rəhi­
mov);  Onun  xeyirxahlığı,  dünəndən  bəri 
ürəklərində  düyün  bağlamış  qəmi,  kədəri 
büsbütün  unutdurmuşdu  (M.Hüseyn).
ZİYANKAR  -   XEYİRXAH  Rəzil  və 
ziyankur o adamdır ki, öz bəxtinə qürrələnir 
(M.Talıbov);  Müəllimin  xeyirxah  adam 
olduğunu çoxdan  bilirdi  (M.Hüseyn).
ZİYANKARL1Q  -   XEYİRXAHLIQ 
Vəhşilik  başqa  şeydir,  ziyankarlıq  başqa 
(M.Talıbov);  Belə  xeyirxahlıq  mərhəmət 
deyildir (M.Talıbov).
ZİYANLI -  XEYİRLİ Onlar ziyanlı qurd­
ları  və  kəpənəkləri  tutub  yeyirlər (A.Şaiq); 
Onun  hər  bir  doğru,  xeyirli  sözü  və  işi 
həmişə alqışla  qarşılanacaqdır (Mir Colal).
ZİYANLIQ -  XEYİRLİLİK Zof eylədi 
aciz  məni,  qaldım  əməlindən;  Çəkdim  no 
ziyanlıq  (M.Ə.Sabir);  Xeyirliliyin  yolunu 
göstərdim.
ZİYANSIZ  -   XEYİRSİZ  Əcəb  xoşxa­
siyyət.  ziyansız  heyvandır  (M.Talıbov);  O 
həmişə xeyirsiz işdən yapışır (“Azərbaycan").
ZOR  -   ASAN  Müqim  bəy  sabahkı  işin 
çox  zor  iş  olduğunu  kəsdirdi  (S.Rəhimov); 
Silvionun  ducli  indiki  vuruşmadan  çox 
asandır (M.Hüseyn).
ZORAKI -   KÖNÜLLÜ  İstəyən  könüllü, 
istəməyən  zorakı  -   deyib  muzdur  Vəli  düz 
Hacı Qulunun gözünün  içinə baxdı (M.İbra­
himov).
ZÜLMKAR -  ƏDALƏTLİ
ZO R A K ILIQ   -   KÖNÜLLÜLÜK  İş
zorakılıq  məsələsinə  gəlirsə,  bizimkilər 
oradadırlar,  qorxmayın  (M.S.Ordubadi); 
Vozifoni  könüllülük prinsipi  əsasında  bölüş­
dürmək  lazımdır ("Azorbaycan").
ZORBA  -   BALACA  Xeyli  axtarışdan 
sonra  qarşılarına  zorba  bir  dovşan  çıxdı 
(A.Şaiq);  Balaca,  isti  və səliqəli  bir mənzil 
idi (Mir Colal).
ZORBALAŞMAQ  -   BALACALAŞ­
MAQ Günlər keçdi, aylar keçdi, balaca Cobi 
yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü 
kiçik,  başı  isə zorbalaşırdı  (N.Nərimanov); 
Mənim gözümdə qonşum balacalaşırdı.
ZORBALIQ  -   BALACALIQ  Bu  zor- 
balıqda  ayı  mənim  qamçımın  qorxusundan 
hər cür oyun  çıxarır,  amma  bu  balacalıqda 
qızın əlində  aciz qalmışam (S.S.Axundov).
ZORLA  -   XOŞLA  Sizin  onu  zorla 
pozdurmağa  haqqınız  yoxdur  (C.Cabbarlı); 
Bu  gün  xoşla  qoymasan,  sabah  qaçar  gələr 
(C.Cabbarlı).
ZORLU  -   ZƏ İF  Qüvvətli  olsan  da, 
yoxsulu döymə;  Demə  ki, zorluyam, qolum 
yaxşıdır  (Xəstə  Qasım);  -  Bəzi  kəndlərdə 
yoxsullar qrupu zə if idi (Mir Colal).
ZORLUQ  -   ZƏ İFLİK   Hacı  Vəlinin 
müəyyən  prinsipləri  var idi, şeyləri zorluqla 
qəbul  edirdi (Çəmənzəminli); O öz zəifliyini 
bilirdi  (M.Hüseyn).
ZÖVQ  -   CÖVR  Həm  zövqüdür,  həm 
cövrüdür ömrün  o,  həyatın;  İnsanı  ucaldan 
da,  qocaldan  da məhəbbət (B.Vahabzado).
ZÜLM ƏT  -   İŞIQLIQ  Zülmət  çökdü, 
gecə gəldi; Zalım gecə necə gəldi (M.Dilbazi); 
Aşağıda Cobir ağzında başlanan açıqlıq, işıqltq, 
düzlükdə isə azad təbiət dincəlirdi (Mir Colal).
ZÜ LM Ə T  -   NURLU  Yüz  zülmət 
gecənin  fırtınasından;  Bir nurlu səhərin  yeli 
gözəldir (H.Hüseynzadə).
ZÜLM ƏTLİ -  İŞIQLI Zülmətli vo sakit 
bir  gecə  idi  (C.Məmmədov);  Xəstənin 
işıqlı,  havalı,  təmiz bir otaqda saxlanmasını 
məsləhət  gördüm...  (Mir Colal).
ZÜLM KAR  -   ƏDALƏTLİ  Boy  çox 
xəsis  vo  zülmkar  idi  (Ə.Sadıq);  Ədalətli 
hökmdar ol!  (A.Şaiq).
142


Buraxılışa məsul: 
Əziz Giiləliyev
Texniki redaktor: 
Rövşən Ağayev
Kompyuter səhifələyicisi: 
Aslan Almasov
Korrektorlar: 
Fəridə Səmədova
Pəriııaz Musaqızı
Yığılmağa  verilmişdir  13.03.2007.  Çapa  imzalanmışdır  15.05.2007. 
Formatı  60x90  V|6.  Fiziki  çap vərəqi  9.  Ofset çap üsulu.
Tirajı  10000.  Sifariş 6 1.
DÜST 5773-90,  DÜST 4.482-87
Kitab “C B S -P P”  MMC  m ətbəəsində çap  olunmuşdur. 
Bakı,  Şərifzadə  küçəsi, 3.


um
A 99
Azərbaycan Respublikasının  Prezidenti 
İlham Əliyevin
“Azerbaycan dilində latın qrafikası  ilə 
kütləvi  nəşrlərin  həyata keçirilməsi  haqqında” 
12 yanvar 2004-cü  il 
tarixli sərəncamı  ilə nəşr olunur.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə