L ü Ğ Ə t V ə e n s I k L o p e d I y a L a r



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə20/65
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67592
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

QƏFLƏT -  MƏDƏNİYYƏT
QƏFLƏT -  MƏDƏNİYYƏT Vay sonin 
halına,  vay  sonin  halına  ki.  qəflət  gözünü 
örtübdür  (M.F.Axundzado);  Mədəniyyət 
xalqın gözünü açır, onun inkişafına tokan verir.
QƏFLƏTƏN  -   TƏDRİCƏN  Su  kəna­
rında  qəflətən  naçar;  bir  quzu  bir  gün  oldu 
qurda düçar (A.Sohhot);  O tədricən  dostuna 
yanaşdı.
QƏHƏR  -   SEVİNC  Uşaqların  belə 
kədərli  ağlamasını  görüncə  Gövhərə  qəhər 
üz  verirdi  (Ə.Vəliyev);  Sevincini  mahnıya 
çevrilmişdi...  (S.Qədirzadə).
QƏHƏTLİK  -   BOLLUQ  Təbrizdə  bu 
saat  qəhətlikdir  və  əhali  çörək  üziino  həs- 
rotdi  (C.Məmmədquluzadə);  İl  var  bolluq 
olur; İl var kasad olur; Bu il bolluq idi (R.Rza).
QƏHQƏHƏ -  AĞLAŞMA  Kərim baba­
nın  elə  sükut  ilə  büzülüb  durmasından  bir 
qəhqəhə  qopdu  (A.Şaiq);  Ağlaşma  qurub 
ərlərinin  ətəklərindən  yapışıb  davaya  get­
məyə qoymurlar (S.S.Axundov).
QƏHRƏMAN  -   QORXAQ  Ceyran 
cəsur,  mətin,  qəhrəman  bir  qadın  idi 
(S.Hüseyn); Ana yurdu bu şən torpaq; Yetiş­
dirməz xain, qorxaq (A.Şaiq).
Q Ə HRƏM ANLIQ  -   QORXAQLIQ 
Qəhrəmanlıq  yalnız  silah  deyil,  bilik  də 
tələb edir (M.S.Ordubadi); Qıraqdan baxan­
lar  müəllimin  qorxaqlığına  gülmüşdülər 
(Mir Cəlal).
QƏLBİ -  ALÇAQ Göylərə baş vuran bu 
qəlbi  dağlar;  həyata  çağırır  hər  zaman  bizi 
(S.Vurğun);  İndi  dostunun  evində  onun 
başaltısı  alçaq  idi (Ə.Vəliyev).
QƏLBİQARA  -  TƏ M İZ Hər qəlbiqara 
nakəs  ilə  eyləmə  ülfət  (S.Ə.Şirvani);  O 
qızın  təmiz  məhəbbətinə  özümü  layiq  bil­
mirdim (S.Qədirzadə).
QƏLƏBƏ  -   MƏĞLUBİYYƏT  Qələbə 
bayrağı qaldırıb yenə; Əmək cəbhəsinin qəh­
rəmanları (O.Sarıvəlli); Sığdıra bilmədi dağ 
qüruruna;  Təpə  önündəki  məğlubiyyəti 
(B. Vahabzadə).
QƏLƏT -  DOĞRU A qardaş, bircə qulaq 
as,  gör  nə  deyirəm,  sən  qoçaqlığı  lap qələt
84
QƏNŞƏR -  ARXA
anlayırsan  (M.F.Axundzado);  Yar  yanında 
günahkaram; Doğru sözüm yalan oldu (Aşıq 
Əlosgər).
Q ƏLİZ  -   ASAN  Dursun  ölmədiyini... 
qəliz  andlar  ilo  zor-giic  Ballıya  inandırdı 
(A.Şaiq);  İndiyo  qodor  sənin  ifadə  etdiyin 
vozifolor  bundan  asan  vəzifələr  idimi? 
(M.S.Ordubadi).
Q ƏLİZ  -   SADƏ  Çox  qəliz  soruşmadı- 
mzmı?  (C.Cabbarlı);  Niyo  son  sadə  şeyləri 
başa düşmürsən? (M.İbrahimov).
Q Ə LİZLİK   -   SADƏLİK  Məsələnin 
qəlizliyindən  bir  şey  anlamaq  olmur 
(“Azərbaycan”);  Bəli!  -   deyə  sarışın  bir 
uşaq sadəliyi ilo cavab verib, Solimxanovun 
üzünə  baxdı (S.Qədirzadə).
QƏM  -   ŞAD  Olubdu  qəm  yatağı  şad 
gördüyün  könlüm (Heyran xanım).
QƏM GİNLİK -  ŞADLIQ Qəmginliyiııə 
səbəb  sevimli  müəllimlərindən  ayrılacağı 
idi  (S.S.Axundov);  Qəlbinə  şadlıq  doldu 
(S.Qədirzadə).
QƏMLƏNMƏK -  ŞADLANMAQ Eldar 
qəmləndi  bu  işə  (A.Şaiq);  Lyudmila  ilə 
birlikdə Kiyevə gedəcəyindən sevinən Ran- 
tik  ürəyində şadlandı (C.Əmirov).
QƏM Lİ -  ŞAD  Hüseyn Günəşə baxaraq 
nə  isə  qəmli,  dərin  şeylər  düşünürdü 
(S.Rəhimov); 
xəbər  alan  kimi  sevinə-
sevinə qadına  müraciət etdi  (C.Əmirov).
QƏNAƏT  -   İSRAF  Xəstənin  borcu  bir 
qənaətdir  (M.S.Ordubadi);  İsraf  haramdır 
(Ata.  sözü).
QƏNAƏTKAR -   İSRAFÇI  Öz sənətini 
sevən, son dərəcə qənaətkar, ağırtəbiətli bir 
kəndli  var  (A.Şaiq);  Əlbəttə,  bilirsiniz  ki, 
adətən israfçılar çox vaxt xəsis, saxta, xeyir­
xahlar isə  lovğa olurlar (M.Talıbov).
QƏNİM  -   DOST  Hər  şeyin  bir qənimi
bir zavalı var (M.İbrahimov); Son həyat dos­
tusan, ellər zinəti!  İnsanlıq eşqidir köksündə 
yanan (S.Vurğun).
QƏNŞƏR -  ARXA Yanında xırda gümüş 
qaşıq  olan  fincan  isə qocanın  qarşı  tərəfin­
dəki  həsir  səndəlin  qənşərinə  qoyulmuşdu


Q IR A Q -O R T A
ilığı mühitə Nocofboy kimi deyil, gö/ü açıq 
baxır,  kiminlə  nə  cür  davranmağı  bacarır 
(Ə. Haqverdiyev).
QIRAQ  -   ORTA  Sağ  əlimi  masanın 
qırağına  dayayıb  durdum  (A.Şaiq);  Qulam 
bu  dəfə  arxa  tərəfdə  yox,  ortada,  qurşağa 
qədər suyun  içində oturdu (S.Qədirzado).
QIRAQ  -   ORTA  Sağ  əlimi  masanın 
qırağına  dayayıb  durdum  (A.Şaiq);  Qulam 
bu  dəfə  arxa  tərəfdə  yox.  ortada,  qurşağa 
qədər suyun  içində oturdu  (S.Qədirzadə).
QIRAQ  -   DOST  Dəryada  çıraq  yanar; 
Baxdıqca  iraq  yanar;  Yar  yarına  qovuşsa; 
Dost gülər, qıraq  yanar (Bayatı).
QIRX DİLLİ  -   NAMUSLU  Yaxanı  ona 
tanıtma,  qır.xdilli  qadındır,  səni  tələyə  sala 
bilər. Qiymətin dediyinə görə, Gülsabah çox 
çalışqan  və namusludur (Ə.Vəliycv).
QIRIQ -  BÜTÖV Bahadır bu fikirdə ikən 
İvan  qapını  açıb,  əlində  samovar,  üstündə 
mıs  çaynik.  ıkı  fincan,  bır  neçə qənd  qırığı 
içəri  daxil  oldu  (N.Nərimanov);  Bütöv  bir 
qəndi  ağzına qoydu.
QIRIQ -  SAZ Sarxan əlindəki qırıq fənəri 
yuxarı  qaldırdı  (M.Hüseyn);  Rabitə  hələlik 
saz  işləyirdi  (S.Qədirzadə).
Q IR IQ L IQ - SAZLIQ Bütün vücudumda 
bir  qırıqlıq,  bir sızıltı  hiss edirəm  (A.Şaiq); 
Əhməd  kişinin sazlığı  qaldı  qiyamətə.
QIRIŞIQ -  AÇIQ  Polkovnikin alnındakı 
qırışıqları  sıxlaşdı  (S.Qədirzadə);  Açıq 
yaxasından görünən sarğı qabaqdan da qana 
bulaşmışdı  (S.Qədirzadə).
QIRIŞMAQ  -   AÇILMAQ  Onun  alnı 
qırışmışdı,  qaşları  az  qala  gözlərini  bürü­
müşdü  (Ə.Vəliycv);  Çəmənlikdə  xudmani 
süfrələr  açıldı,  şirin  söhbətlər  başlandı 
(S.Qədirzado).
QIRMAQ -  DÜZƏLTMƏK  Ləpələr bu 
pilləkənləri  saxsı qab  kimi  vurub qırır (Mir 
Cəlal);  Qərənfil  pəncərənin  şüşəsinə  baxıb 
kəlağayısını düzəltdi (S.Rəhman).
QISA  -   ƏTRAFLI  Oxundu  qısa  dua; 
əyildilər  torpağa  (A.Şaiq);  Kürd  Əhməd, 
xarici  ticarətxanalarla  əlbir olmuş  bir  ovuc
QIŞQIRMAQ -  SUSMAQ
tacirlərin  işlədiyi  cinayətləri  ətraflı  olaraq 
Friduna danışdı...  (M.İbrahimov).
QISA  -   GENİŞ  Heyif ömür  qısa,  arzu 
genişdir.  Kim  bu  qayğı  ilə  titrəməmişdir? 
(M.Müşfiq).
QISABOYLU  -   UCABOYLU  Kərim 
baba...  qısaboylu,  geniş  kökslü  qoca  idi 
(A.Şaiq);  Onlar  bir-biri  ilə  çox  məsləhət 
etdi, nəhayət, ucaboylu  kök jandarm  yavaş- 
yavaş pilləkənləri çıxmağa başladı (A.Şaiq).
QISALIQ -  UCALIQ Ağıl adamın boyca 
qısalığı  və ya ucalığı  ilə ölçülmür.
QISALMAQ  -   UZANMAQ  Gecələr 
uzanır,  günlər  qısalır.  Göy  üzünü  qara 
buludlar alır (A.Şaiq).
QISILMAQ  -   AÇILMAQ  Heç  qısılma 
bu məclisdə;  Bu məclis or meydanıdır (Aşıq 
Vəli); Salmanın  rəngi açıldı (M.İbrahimov).
QISIR -  DOĞAR Şirinin qızı qısır Nann- 
güllə  bərk  alışıb  (İ.Əfəndiyev);  Çobanlar 
doğar qoyunlara qış aylarında daha çox  fikir 
verirlər.
QISIR  -   SAĞMAL  Südün  dadını  qısır 
əmən  dana  bilər (Ata.  sözü);  Gecə-gündüz 
çörəyini yeyib, çayını içib özünü də qumarda 
sağmal inək  kimi sağırdı  (S.S.Axundov).
QISQANC -  ÜRƏYİAÇIQ Qaynana bu 
səadətə  qarşı  qısqanc  və  zidd  vəziyyət 
almışdı  (Çəmənzəminli);  Ürəyiaçıq  adam­
dır (“Azərbaycan”).
QISQANCLIQ  -   T Ə M İZLİK   Sənin 
qısqanclıqların  da,  şübhələrin  də mənə xoş 
gəlir  (M.İbrahimov);  Ürəyimdə  qoşun- 
qoşun  təmizliklər.  Bir də  infarkt  uyuyarmış 
(C.Novruz).
QIŞ  -  YAY  Qışda  yel  tutmayan,  yayda 
günəş görməyən bir skamyaları ver (Çəmən­
zəminli).
Q IŞQ IR IQ   -   SA K İTLİK   Bu  qodor 
qışqırığa  durdu  qonum-qonşu  tumanı 
(M.Ə.Sabir);  Sakitliyi  gorginliyo  doyişon 
var (C.Novruz).
QIŞQIRM AQ  -   SUSMAQ  Bir  do  var
qüvvosi  ilo qışqırdı (S.Qodirzado);  Bondar- 
çuk  birdon susdu (S.Qodir/ado).
86


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə