Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 

52 


 

Münaqişələr zamanı jurnalistikanın missiyası mübahisəli məsələ olaraq qalır. Bir çox hökumətlərarası institutlar 

və  beynəlxalq  jurnalist  təşkilatları  öz  deklarasiyalarında  dəfələrlə  münaqişələrin  konstruktiv  həllində  və 

millətlərarası nifrətin qarşısının alınmasında KİV-in rolunu xüsusi qeyd ediblər (UNESKO-nun 16 noyabr 1995-ci 

il Əsas Konfransının təsdiqlədiyi 5.61 saylı Qətnaməsinin Tolerantlıq Prinsipləri haqda  Deklarasiyası; BMT Baş 

Assambleyasının Dünya Mədəniyyəti haqda Deklarasiyası

154

).  Duşan Reljic



155

 bu missiyanın ayrıca bəndini qeyd 

etdi. Bu bənd “Konsensus (konsosiativ) demokratiyası və “konstruktiv jurnalistika” adlanır ”. O belə yazır:  

“İdealda  kütləvi  informasiya  vasitələri  məsələnin  sülh  yolu  ilə  həllinə  ən  azından  şərait 

yaratmağa  çalışmalıdırlar,  əksinə,  münaqişəni  gərginləşdirən  önyarğıları  şişirtməməlidirlər. 

Konsensus  demokratiyasının  konsepsiyasında  bu  cür  ideal  jurnalistikaya  münaqişələrin 

qarşısının  alınması  və  həllində  önəmli  yer  ayrılır...  Bununla  belə,  KİV-in  bütünlükdə  sülh  və 

vətəndaş  cəmiyyətinin  dəyərlərini  fəal  şəkildə  qorumağı  öz  peşə  borcu  hesab  edəcəyinə  ümid 

bəsləmək sadəlövhlük olardı”

156

Jurnalistin neytrallığının sərhədi hardan keçir? 

Jurnalistin  neytrallığı  və  qərəzsizliyi  ətrafında  diskussiyalar  həmişə  aktualdır,  sadəcə  bu  və  ya  digər  hadisə 

kontekstində bu aktuallıq azalıb-arta bilər. Jurnalistika “ağsaqqalları” hesab edirlər ki, jurnalist və KİV istənilən 

halda  qərəzsizliyini  qorumalıdır.  Bu  yanaşma  jurnalistin  çiyninə  böyük  məsuliyyət  yükləyir,  onu  öz  insani  və 

vətəndaş rəğbətlərinin fövqündə durmağa məcbur edir və jurnalistin də bəni-insan olduğu, üstəlik onun da öz 

zamanının və ölkəsinin “məhsulu” olduğu həqiqətinin üzərindən xətt çəkilir.  

Mənə  elə  gəlir  ki,  neytrallıq  və  qərəzsizlik  haqda  tezis  adi şərtlərdə  keçərli  ola  bilər,  bu  zaman  həqiqətən  də 

güzəştlər yersizdir, amma fövqəladə durumlarda vəziyyət fərqlidir. Klem Makkartni isə hesab edir ki, jurnalistin 

qərarını müəyyən edən amil onun hamıdan yaxşı edə bildiyi şey olmalıdır:  



“Ola  bilər  ki,  həyat  hekayələrinin  işıqlandırılması  ancaq  jurnalistlərin  öhdəsindən  gələ  biləcəyi 

bir  işdir.  Məsələn,  lektor  öz  nəzəri  biliklərini  böhran  anında  tətbiq  edə  biləcək  durumda  deyil, 

buna görə də jurnalistin müdaxiləsi gərəkdir. Bu, əsasən jurnalistin hadisə yerində olan yeganə 

şəxs olub-olmamasından asılıdır. Əgər orada hücuma məruz qalan insana yardım edəcək və ya 

müəyyən  məsələ  ilə  bağlı  mübahisə  edəcək  başqa  birisi  varsa,  o  zaman  jurnalist  bu  hadisəni 

işıqlandırıb-işıqlandırmayacağı  ilə  bağlı  qərar  verməkdə  azaddır.  Yox,  əgər  yaxınlıqda  heç  kim 

yoxdursa,  o  zaman  vəziyyətə  müdaxilə  etməsilə  bağlı  jurnalistin  üzərinə  daha  ciddi  öhdəlik 

düşür.  Bundan  başqa  elə  şərait  yaranır  ki,  jurnalist  çox  sayda  insana  qarşı  tək  qalır,  o  zaman 

onun üçün tək mümkün davranış baş verənləri yazmağa və ya çəkməyə çalışmaqdır”

157

Klem  Makkartni  haqlıdır,  amma  düşünürəm  ki,  ictimai  qavrayış  daha  önəmli  amildir.  Jurnalistin  neytrallığı  və 

“vətəndaş  hərəkətsizliyi”  ictimai  təfəkkürdə  necə  qəbul  olunacaq?  Vəziyyətdən  asılı  olaraq,  jurnalist  peşə 

vəzifəsinə xələl gətirmədən vətəndaş borcunu yerinə yetirməyi üstün tuta bilər, məsələn, əgər hadisə onsuz da 

yetərincə  işıqlandırılırsa,  digər  KİV-də  yer  alan  məsələləri  təkrar  etməklə  o,  mahiyyət  etibarilə  heç  nəyi 

dəyişməyəcək.  Amma  əksər  peşəkarlar  hesab  edirlər  ki,  vətəndaş  aksiyasında  iştirak  edən  jurnalistin  həmin 

hadisəni işıqlandırmağa haqqı yoxdur, çünki bu, “rollar münaqişəsi” və ya maraqlar münaqişəsi olacaq.   

                                                           

154

 

http://www.tolz.ru/library/?id=440



  

155


Duşan Reljic, «Kütləvi informasiya vasitələri və etno-siyasi münaqişələrin transformasiyası», səh. 375, 

http://www.berghof-handbook.net/documents/publications/russian_reljic_handbook.pdf

    

156


D.Reljic, «Kütləvi informasiya vasitələri və etno-siyasi münaqişələrin transformasiyası», s. 375. URL: 

http://www.berghof-handbook.net/documents/publications/russian_reljic_handbook.pdf

.  

157


Müəllifin Klem Makkartni ilə müsahibəsi, 26 iyun 2013-cü il (Belfast). 


 

53 


 

Bu  mövzuya  bir  zamanlar  yuxarıda  adını  çəkdiyimiz  Deniz  Mürrey  də  müraciət  edib,  o,  şəxsi  təcrübəsi  və 

neytrallıq haqda söz açıb.  

“1998-ci  il  Omda  baş  verən  terror  aktı

158

 zamanı  mənim  və  ITN-in  müxbiri  Con  İrvinin 

hazırladıqlarımız reportajları diqqətlə analiz etsəniz, emosiyaların ifadəsini və şəxsi mülahizələri 

tapmayacaqsınız.  Amma  düşünürəm  ki,  ən  diqqətsiz  tamaşaçı  da  sadəcə  səsimizin  tonundan 

həmin anlarda bizim nələr hiss etdiyimizi anlaya bilər. Məndən tez-tez soruşurdular ki, siz necə 

“neytral” və ya “qərəzsiz” qala bilirdiz və həmişə eyni cavabı verirdim:  siyasi cəhətdən neytral 

olmaq çətin deyil. Doyl (İrlandiya Parlamenti),  Vestminster (Böyük Britaniya  Parlamenti) və ya 

istənilən şaqa ölkənin parlament iclasını işıqlandıran istənilən bir jurnalistdən soruşsanız təsdiq 

edərlər  ki,  hər  birimiz  istənilən  partiyanın  tərkibində  rəğbət  bəslədiyimiz,  hörmət  etdiyimiz, 

həmçinin  də  bizdə  antipatiya  doğuran,  hörmət  hissi  oyatmayan  şəxslərə  rast  gəlirik.  Mən 

anladım ki, zorakılıq əməllərindən sonra neytrallığımı qorumaq daha çətindir, xüsusən də silahlı 

güc  tətbiq  etməyin  mənasızlığı  yaraqlılar  üçün  gün  kimi  aydın  olduğu  hallarda/.../  Mən  qəti 

şəkildə inanıram ki, bu adalarda ictimai yayım üçün neytrallıq ideyası hədsiz dərəcədə vacibdir. 

Faktları  analiz  edən  reportyorların  dürüstlüyü,  həmçinin  televiziya  proqramları  ilə  tamaşaçı 

arasındakı etimad əvəzedilməz amillərdir”

159

Bununla  bağlı  Klem  Makkartni  qeyd  edir  ki,  Mürreyin  haqqında  danışdığı  BBC  Böyük  Britaniyanın  KİV 

dünyasında qeyri-adi rol oynayır.  

“BBC-nin  Nizamnaməsində  müəyyən  edilib  ki,  yayım  “müstəqil,  qərəzsiz  və  vicdanlı”  olmalıdır. 

BBC  əməkdaşları  əslində  “neytrallıq”  haqda  danışmırlar.  Onlar  daha  çox  başqa  sözdən  – 

balanslaşdırılmış  sözündən  istifadə  edirlər.  Bundan  fərqli  olaraq,  əksər  kütləvi  informasiya 

vasitələrində  redaksiya  xətti  mövcuddur  ki,  bu  da  onların  balansa  can  atmadıqlarını  göstərir. 

Arqumentlərdən  biri  ondan  ibarətdir  ki,  çoxsaylı  nəzər  nöqtələrini  əks  etdirmək  üçün 

informasiya  agentliklərinin  müxtəlifliyinə  ehtiyac  var.  Denis  Mürrey  həmçinin  göstərir  ki, 

jurnalistlərin  əksəriyyəti  kütləvi  konsensusun  iştirakçısıdırlar  və  bu  mənada  qərəzsiz  deyillər. 

Problem  müəyyən  qədər  ondan  ibarətdir  ki,  jurnalistlər  özləri  qərəzli  olduqlarının  fərqində 

olmurlar  və  bu  da  özünü  tez-tez  nəinki  faktların  seçimilə  bağlı  qərarın  qəbulunda,  sadəcə  hər 

hansı  bir  sözdə,  və  ya  səs  tonunda  göstərir  (burada  mən  Denis  Mürreyin  Omdakı  çəkilişlər 

zamanı öz səs tonu ilə bağlı dediklərini nəzərdə tutmuram)”. 

Qiymətləndirmə və özünüqiymətləndirmə 

Denis Mürrey həmçinin Şimali İrlandiya təcrübəsinin unikal xüsusiyyətlərini ifadə etməyə çalışdı:  

“Əgər bütün dünyadakı münaqişələrin sülh yolu ilə nizamlanması prosesləri bizə nəsə öyrədibsə, 

o da onların hər birinin unikal olmasıdır. Münaqişələrdə oxşarlıqlar, səsləşmələr və rezonans ola 

bilər,  amma  onlardan  heç  biri  digəri  ilə  identik  deyil.  Amma  bu  və  ya  digər  vəziyyətdən  dərs 

götürmək  mümkün deyil demək  yanlış olar. Məsələn,  Şimali İrlandiya sülh  prosesində bir neçə 

element var ki, onları universal mütlət tələb hesab etmək olar: bütün tərəflərin razılığa gəlmək 

və  ya  heç  olmasa  münaqişəyə  son  qoymaq  istəyi;  beynəlxalq  nümayəndələrin  arbitr  qismində 

                                                           

158

Omda (Tiron qraflığı, Şimali İrlandiya) avtomobilin partladılması nəticəsimdə 29 nəfər həlak olmuşdu. 



Buterroraktı IRA-dan qopan Real IRA qrupu tərəfindən Müqəddəs Cümə Sazişinə etiraz olaraq törədilmişdi. 

159


D. Murray, p. 22.

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə