Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   2   3   4   5   6   7   8   9   ...   33

 

 



Giriş 

International  Alert  təşkilatı  Cənubi  Qafqazda  münaqişələrin  transformasiyası  ilə  1990-cı  illərin  ortalarından 

məşğul  olur.  Dağlıq  Qarabağ  münaqişəsi  kontekstində  biz  qarşılıqlı  etimadın  yaradılması  sahəsinə  münaqişə 

tərəflərinin  bütün  mümkün  cəmiyyət  sektorlarının  potensialının  artırılmasına,  münaqişəyə  alternativ 

narrativləri  nəzərdən  keçirməyə  və  qərar  qəbul  edən  şəxslər  arasında  sülhün  təbliğinə  çalışırıq.  International 

Alert təşkilatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində 

digər münaqişə kontekstlərinin müqayisəli təhlilini aparmaq məqsədilə münaqişə regionundan olan ekspertlər 

qrupunu bir araya toplamışdır. 

 

Digər  münaqişələrin  öyrənilməsi  müxtəlif  səviyyələrdə  və  müxtəlif  məqsədlərlə  həyata  keçirilə  bilər  – 



münaqişənin  səbəblərinin,  dinamikasının,  hərəkətverici  qüvvələrinin  aydınlaşdırılmasından  tutmuş,  münaqişə 

tərəflərinin  mövqeyinin  öyrənilməsinə  və  spesifik  həll  yollarının  araşdırılmasına  qədər.  Hazırkı  layihədə  bu 

məqsədlərdən  heç  biri  araşdırma  fokusu  deyil.  Digər  münaqişələrin  təhlilinə  biz  vətəndaş  sülh  yaradıcılığı 

mövqeyindən  yanaşırıq.  Yəni  sülh  proseslərində  vətəndaş  cəmiyyətinin  iştirakını  və  çoxkanallı  diplomatiyanın 

rolunu, bilavasitə siyasi rıcaq və resursları olmayan institutlar və konkret mexanizmlər vasitəsilə münaqişənin 

transformasiyası üzrə səyləri öyrənməyə çalışırıq. Layihənin digər önəmli tərəfi münaqişənin transformasiyası 

ilə  bağlı  yeni  ideyaların  və  baxışların  əhalinin  ən  müxtəlif  qruplarında  geniş  müzakirə  olunmasını 

stimullaşdırmaqdan və icmalarla birbaşa dialoqlara yeni yanaşmaların inkişaf etdirilməsindən ibarətdir. 

 

Ekspert qrupunun ilk təşəbbüsü vətəndaş cəmiyyətinin sülhyaratma səyləri ilə bağlı mövcud qavrayışının təhlil 



edilməsindən ibarət oldu. Bu araşdırmanın nəticəsi kimi “Sülh perspektivinin yaxınlaşdırılması: Dağlıq Qarabağ 

münaqişəsi  kontekstində  vətəndaş  sülhyaratma  prosesinin  20  illiyi”  nəşri  ərsəyə  gəldi.  Bu  nəşr  özlüyündə 

vətəndaş  cəmiyyətinin  iyirmi  illik  sülhyaratma  səylərinin  kollektiv  şəkildə  dərk  edilməsinə  dair  yenilikçi  bir 

cəhddir.   

 

İlk müştərək işi digər münaqişələrin gələcək müqayisəli araşdırması üçün istiqamət nöqtəsi kimi qəbul edərək, 



qrup Şimali İrlandiyadakı sülh prosesi kontekstində ictimai iştirak və çoxkanallı diplomatiyanın mexanizmlərini 

öyrənmişdir.  Ekspertlər  münaqişənin  dərin  nəzəri  təhlilini  aparmış  və  eləcə  də  Londona,  Belfasta  və  Dublinə 

səfər  edərək,  bir  sıra  ekspertlərlə,  vətəndaş  cəmiyyəti  liderləri  ilə,  katolik  və  protestant  icmalarının 

nümayəndələri  ilə,  silahlı  qarşıdurmada  iştirak  etmiş  insanlarla,  danışıqlarda  iştirak  etmiş  siyasətçilərlə, 

bugünkü millət vəkilləri ilə görüşmüşlər. Bu işin nəticələri hazırkı araşdırmanın əsasını təşkil edir. 

 

International  Alert  ekspert  qrupunun  üzvlərinə,  eləcə  də  London,  Belfast  və  Dublində  tədqiqata  töhfə 



verənlərə  və  xüsusən  proqram  çərçivəsində  öz  bilik  və  vaxtını  əsirgəməyən  Klem  Makkartniyə  öz 

minnətdarlığını bildirir. 




 

 



Biz necə bu vəziyyətə düşdük? 

Klem Makkartni 

Şəxsi fikir 

Münaqişələrin  əksəriyyətini kənardan, bu münaqişələrin tam ortasında  olmadan anlamaq çətindir. Münaqişə 

tərəfləri  bir  sıra  transformasiya  və  dəyişikliklərə  məruz  qalırlar  və  ilk  baxışdan  bir-birlərindən  o  qədər  də 

fərqlənmirlər.  Münaqişənin  özülündə  dayanan  məsələlər  çox  vaxt  o  qədər  bəsit  olur  ki,  bunlardan  ötrü  qan 

tökmək məntiqsiz görünür. Hətta münaqişədə istifadə olunan terminlər də öz məna yükünü mütəmadi olaraq 

dəyişir  və  bu  terminlərin  özü  münaqişə  səbəbinə  çevrilir.  “Axı  niyə  onlar  özlərini  yetkin  insanlar  kimi  apara 

bilmirlər  və  əmin-amanlıqda  yaşamağı  öyrənmirlər?!”  –  bütün  bunlara  baxanda  məhz  bu  sualı  vermək 

istəyirsən. Bu mənada Şimali İrlandiya münaqişəsi digər münaqişələrdən heç nə ilə fərqlənmir. 

Hətta  münaqişə  tərəfləri  özləri  də  bəzən  onu  dəyərləndirməkdə,  izahını  tapmaqda  çətinlik  çəkirlər.  Onlar 

münaqişəyə dair öz versiyalarını “quraşdırırlar” və münaqişə tarixini hazırkı davranışlarına, təklif etdikləri həll 

yollarına  haqq  qazandıracaq  şəkildə  öz  baxışlarına  uyğunlaşdırırlar.  Əksərən  bu  cür  versiya-narrativlər 

özlüyündə  faktları  inkar  etmir,  amma  bu  faktlara  yüklənən  məna  tamamilə  fərqli  ola  bilər.    Avstriyalı 

konfliktoloq  Frits  Qlasl

1

 münaqişə  eskalasiyasının  doqquz  vəziyyətini  təsvir  edən  model  təklif  edib.  Bu  model 



ilkin  mərhələdə  tərəflərin  münaqişənin  mərkəzində  dayanan  məsələlər  ətrafındakı  mübahisəsindən  bu 

məsələlərin nədən ibarət olduğu haqda mübahisəsinə necə keçdiyini göstərir. Beləliklə, onlar öz narrativlərini  

müdafiə  etmək  üçün  rəqabətə  girirlər,  çünki  istədikləri  versiya  qəbul  olunsa,  arzuladıqları  nəticəni  əldə 

edəcəklər.  Eyni  zamanda  bu  digər  tərəf  və  ya  tərəflərlə  məntiqi  və  emosional  baxımdan  balansın  əldə 

edilməsinə imkan vermir. 

Şimali İrlandiyada  Belfastlı keçmiş politologiya  üzrə professor Con Uayd

2

 Şimali İrlandiya  münaqişəsinə dair o 



dövrdə  elmi  ədəbiyyatında  rast  gəlinən  əsas  dəyərləndirmələri  müəyyənləşdirmişdir.  Müəyyən  siyasi 

subyektlər  tərəfindən  istifadə  olunan  bu  versiya-narrativlər  sinfi,  identiklik  və  ya  müstəmləkəçilik/post-

müstəmləkəçilik  nəzəriyyələrinə  əsaslanır  və  əlbəttə  ki,  çox  vaxt  hər  üç  komponentin  ayrı-ayrı  aspektlərini 

özündə birləşdirir. 

Hədəf auditoriyasından və müəyyən interpretasiya nəticəsində əldə edə biləcəkləri üstünlüklərdən asılı olaraq, 

tərəflər narrativlərini dəyişdirməyi davam edirlər. Əgər münaqişə tərəfləri bu yolla bir çox şeyləri özləri üçün 

asanlaşdırırlarsa, kənar şəxslərin məsələni anlamaqda çətinlik çəkməsi təəccüblü deyil. Nəticədə onlar əslində 

vəziyyətin əsas xüsusiyyətlərini əks etdirməyən məqamları yanlış olaraq məsələnin məğzi hesab edə bilərlər. 

Yohan  Qaltunqun  modelini  uyğunlaşdırmış  isveçli  münaqişə  və  sülh  məsələləri  üzrə  professor  Peter 

Vallensteen

3

 münaqişənin  üç  elementini  və  sülh  quruculuğunda  bu  elementlərin  üç  analoqunu  irəli  sürür: 



münaqişənin  yaradılması  (və  ya  bunun  əksi,  sülhün  yaradılması),  bunun  əsasında  tərəflərin  konsepsiyaları  və 

bir-birinə münasibəti formalaşır; mübahisə doğuran məsələlərin uyuşmamaqlığı (və ya uyuşmaqlığı); tərəflərin 

destruktiv və ya konstruktiv davranışı. 

                                                           

1

  F. Glasl (1999). Confronting conflict. Bristol: Hawthorn Press 



2

  J. Whyte (1991). Interpreting Northern Ireland. Oxford: Clarendon Press. 

3

  P. Wallensteen (1988). ‘Understanding conflict resolution: A framework’, in P. Wallensteen Peace research:  



Achievements and challenges. London: Westview Press 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə