Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   2   3   4   5   6   7   8   9   ...   33

 

11 


 

qəzəbləndirdi,  əhali  üsyanı  dövlətə  xəyanət  kimi  dəyərləndirdi.  Üsyanın  liderləri  cəzalandırıldı,  indiyə  qədər 

üsyançılara  fikir  verməyən  İrlandiya  əhalisini  isə  öz  növbəsində  liderlərin  cəzalandırılması  qəzəbləndirdi. 

Beləliklə, iki il sonrakı seçkilərdə İrlandiya Parlament partiyasını siyasi arenadan silib atan Respublika Hərəkatı 

yarandı.  Şinn  Feyn  Respublikaçılar  partiyası  yunionistlərin  qələbə  çaldığı  şimal-şərq  istisna  olmaqla 

Parlamentdəki  bütün  yerləri  qazandı.  Şinn  Feyn  partiyasının  deputatları  Britaniya  Parlamentindəki  yerlərini 

tutmaqdan  imtina  etdilər  və  bundan  sonra  1921-ci  ildə  Anqlo-İrland  müqaviləsinin  imzalanması  ilə  bitən 

Müstəqillik  Uğrunda  Müharibə  başladı.  Müqavilə  həmçinin  altı  şimal-şərqi  qraflıqdan  ibarət  olan  Şimali 

İrlandiyaya İrlandiya Azad dövlətinin tərkibindən çıxmaq imkanı verirdi və o bu imkandan yararlandı. 

Bu andan etibarən 50 il müddətində Birləşmiş Krallıq hakimiyyəti irland məsələsinə çox da maraq göstərmirdi, 

hərçənd  İkinci  Dünya  Müharibəsi  zamanı  Atlantika  uğrunda  döyüşlərdə  İrlandiya  önəmli  rol  oynadı.  İrlandiya 

Azad  dövləti  nəzəri  cəhətdən  Britaniya  Millətlər  Birliyinin  tərkib  hissəsi  olaraq  qaldığı  halda,  adanın  hər  iki 

tərəfini təmsil edəcək İrlandiya İcra Şurasının yaradılması təklif olunmuşdu. İrlandiyanın cənub hissəsi nə az- nə 

çox,  müstəqil  respublika  oldu,  hansı  ki  1939-cu  ildə  İrlandiya  Konstitusiyasında  tanındı.  Beləcə,  yeni  maraqlı 

münaqişə  tərəfi  ortaya  çıxdı.  Onun  əsas  vəzifəsi  yeni  dövlətin  yaradılması  idi  və  o  ən  çox  özünün  Birləşmiş 

Krallıqdan  asılı  olmadığını  nümayiş  etdirməyə  can  atırdı.  Respublika  İrlandiyanın  bölgüsünü  qanuni  hesab 

etmirdi,  amma  nəyisə  dəyişmək  imkanı  xaricində  idi.  Müstəmləkəçilik  tarixi  hələ  də  tərəflər  arasındakı 

münasibətlərə  təsir  edirdi.  İngilislər  ən  son  halda  irlandlar  üzərindəki  sarsılmaz  üstünlüklərini  nümayiş 

etdirirdilər,  irlandlar  isə  öz  növbəsində  adanın  bölüşdürülməsinin  qarşısını  almağa  gücləri  yetmədiyi  üçün 

natamamlıq  hissindən  qurtulmağa  çalışırdılar.    Bu  cür  münasibətlər  müəyyən  dərəcədə  1980-ci  illərə  qədər 

davam  etdi  və  İrlandiya  Avropa  millətləri  ailəsi  arasında  öz  qanuni  yerini  tutandan  sonra  münasibətlər 

dəyişməyə, qarşılıqlı hörmət mərhələsinə keçməyə başladı. Avropa birliyində İrlandiya artıq Böyük Britaniya ilə 

bərabər mövqedə idi və çox vaxt qonşusundan daha konstruktiv rol oynayırdı. Bu dəyişiklik münasibətlərin yeni 

nizamlanması ilə bağlı mümkün danışıqların məhək daşlarından biri oldu.  

Şimali  İrlandiyada  isə  respublikaçılıq  təhdidinə  və  adanın  birləşdirilməsi  cəhdlərinə  qarşı  çıxımaq  kimi  daxili 

məsələlərdən dolayı narahatlıq vardi,  baxmayaraq ki, bu istiqamətlərdə real ciddi addımlar atılmırdı. Əhalinin 

üçdə birini bütöv İrlandiya ideyasını dəstəkləyən katoliklər təşkil edirdi. 

Onlar  təhdid  kimi  qəbul  olunurdular,  buna  görə  də  yunionistlər  katoliklərin  təsirini  və  diskriminasiyasını 

məhdudlaşdıran  qayda  tətbiq  etdilər.  İrlandiya  və  Böyük  Britaniya  ittifaqının  saxlanması  uğrunda  hərəkatın 

lideri Edvard Karson adanın bölüşdürülməsindən məyus olmuşdu və bundan sonra irland məsələlərində iştirak 

etməmək  qərarı  aldı,  amma  siyasətdən  gedərkən  o,  Şimali  İrlandiya  administrasiyasına  müraciət  edib,  onları 

“Şimali  İrlandiyada  azlıqda  olan  katoliklərin  çoxluqda  olan  protestantlardan  qorxmayacaqları  bir  situasiya 

yaratmağa”  səslədi.  Şimali  İrlandiyanın  Baş  Naziri  Karsonun  müraciətinə  məhəl  qoymayaraq  bəyan  etdi: 

“Cənubda  katolik  dövlətilə  lovğalanırdılar.  Onlar  hələ  də  Cənubi  İrlandiyanın  katolik  dövləti  olmasıyla 

lovğalanırlar. Mən isə yalnız protestant parlamenti və protestant dövləti olduğumuzla qürurlana bilərəm”. Son 

nəsillərin  hafizəsinə  bu  ifadə  “protestantlar  üçün  olan  protestant  parlamenti”  olaraq  həkk  olub.  Təəccüblü 

deyil ki, bu sözlər tükənməyən kin mənbəyinə çevrildi. 

1960-cı illərdə katoliklərdən ibarət bir qrup sosial dövlətin övladları olan bir neçə protestantla birlikdə ABŞ-dakı 

insan  haqları  uğrunda  hərəkatdan,  1968-ci  il  Parisdə  və  digər  şəhər  və  ölkələrdə  baş  vermiş  tələbə 

etirazlarından  ilhamlanaraq,  yeni  Vətəndaş  Haqları  Uğrunda  Hərəkatı  təşkil  etdilər.  Onlar  təməlli  insan 

haqlarını  müdafiə  edir,  diskriminasiyaya  qarşı  çıxırdılar,  amma  konstitusiya  məsələlərinə  toxunmurdular. 

Hərçənd  onların  başladığı  kampaniya  protestant  icmasında  radikalizmə,  etirazlara,  respublikaçılığa  və 

katolikliyə  qarşı  qorxu  və  düşmənçilik  hissi  yaratdı.  Həmçinin  katolik  əhalidə  də  məruz  qaldıqları 

diskriminasiyaya  qarşı  narazılığı  artırdı.  İrlandiya  tarixinin  xarakterizə  olunduğu  ənənəvi  münaqişə  davranışı 

əsrlər  boyunca  eskalasiya  yolu  keçmişdi  –  düşmənçilikdən,  küçə  protestlərindən  “iğtişaşlara”  və  silahlı 

zorakılığa qədər. 




 

12 


 

Şimali  İrlandiyada  bir  çox  protestantlarla  katoliklərin  çiyin-çiyinə  çalışdığı,  bir-birilərini  dəstəklədikləri 

həqiqətini gözardı edərək, protestantlar və katoliklərin daima gərgin, düşmən münasibətdə olduğu təəssüratını 

asanlıqla  yaratmaq  olar.  Amma  fakt  odur  ki,  fermerlər  öz  qonşularına  yardım  edirlər,  onların  dini 

mənsubiyyətindən  asılı  olmayaraq;  protestantlar  və  katoliklər  xəstəxanalarda  qonşu  çarpayıları  bölüşürlər  və 

onlara hər iki dinə etiqad edən həkim və tibb bacıları qulluq edir; uzun illər boyunca həmkarlar ittifaqlarını eyni 

məqsəd  birləşdirir  -  əməkçi  haqlarının  qorunması;  artıq  qeyd  olunduğu  kimi,  hər  iki  icma  Birinci  Dünya 

Müharibəsində eyni tərəfdə döyüşüblər. 

Amma  hətta  icmalar  bu  cür  müştərək  fəaliyyət  göstərdikləri  zaman  da  mübahisə  və  gərginlik  doğurmamaq 

üçün  Şimali  İrlandiyanın  konstitusiya  quruluşu  və  ya  icmalar  arasındakı  münasibət  kimi  mövzulardan  yan 

ötməyə çalışırlar. Kolun Sendzin mahnısında oxunduğu kimi, “nə haqda danışsanız da, heç nə danışmayın”. Açıq 

zorakılıq  kifayət  qədər  lokal  xarakter  daşıyır,  amma  münaqişə  duyğusu  heç  vaxt  tam  yox  olmur,  bu  duyğu 

həmişə bizimlədir, hətta bilavasitə zorakılığı və “iğtişaşları” yaşamayanlarda da.  

Şimali İrlandiya əhalisi əvvəlki nəsillərin qavrayışı və öz yaşantıları ilə birlikdə qəbul etdikləri kəskin tarix hissinə 

malikdir. Ümumi mədəni assimilyasiya qorxusu ilə əzilən icmalar özlərində bir-birilə qarşıdurmadan keçən milli 

kimlik  hissi  tərbiyə  edirdilər.  Onlar  qorxurlar  ki,  digər  icmanın  münasibəti  və  davranışı  onların  mədəni 

assimilyasiyasına  gətirib  çıxaracaq,  bu  isə  özlüyündə  qarşı  tərəfin  siyasi  üstünlüyünə  səbəb  olacaq  və  bu 

vəziyyət  gələcəkdə  də  dəyişməz  qalacaq.  Yəqin  ki,  “ikili  azlıq”  ifadəsi  münaqişənin  hələ  də  yox  olmamasının 

səbəbini  izah  edən  ən  uğurlu  ifadədir.  Şimali  İrlandiyada  irland  millətçiləri  uzun  müddət  marginallaşdırılmış 

azlıq  durumunda  olub,  protestantlar  isə  öz  növbələrində  bütünlüklə  İrlandiyada  azlıq  olduqlarının 

fərqindədirlər. Tərəflər üçün Belfast Sazişinin imzalanmasını mümkün edən proses və mexanizmləri dərk etmək 

üçün  bu  təsəvvürləri  və  illərlə  qurulan  münasibətləri  anlamaq  çox  önəmlidir.  Bunlar  həmçinin  davam  edən 

tərəddüdləri və yeni gələcəyin qurulması prosesini başa çatdırmaq cəhdlərinə meylli qarşıdurmaları tam olaraq 

izah edir.   

Dəstək mexanizmlərinin yaradılması və qorunması 

Ənənəvi  münaqişəli  münasibətlər  üzündən  bütün  maraqlı  tərəflər  öz  düşərgəsi  daxilində  həmrəyliyi 

möhkəmləndirməyə, onlara rəğbət bəsləyən xarici subyektləri cəlb eləməyə və onları dəstəkləməyəcək olanları 

kənarlaşdırmağa çalışır. Vətəndaş cəmiyyəti təşkilatları fərqli düşüncənin, alternativ baxışın təşviqindən və ya 

digər  qruplarla  pozitiv  münasibətlərin  təbliğindənsə,  konformizmin  təminatında  və  öz  “identiklik  qrupunda” 

qəbul olunan yanaşmalara riayət edilməsində daha çox rol oynayırdılar. Müxtəlif zamanlarda ortaq maraqların 

diqtəsilə anqlikan kilsəsinin dövlətin tərəfdaşı kimi çıxış etdiyini, katolik kilsəsinin isə müxalifəti dəstəklədiyini 

artıq qeyd etmişik. Hər ikisi öz icmalarının dini identikliyinin qorunub saxlanmasına səy göstərirdi, bununla da 

fərqliliklərin möhkəmlənməsinə xidmət edirdi, baxmayaraq ki, kilsələr üçün ən böyük təhlükə məhz cəmiyyətin 

sekulyarlaşmasıdır.  

Çap kütləvi informasiya vasitələri əksərən tənqidçi kimi deyil, öz icmalarının fikrinin ifadəçisi kimi çıxış edirdilər. 

Qandi demişdi: “Jurnalistin xüsusi rolu ölkənin düşüncələrini oxuyub, bu düşüncələri dəqiq və cəsarətlə ifadə 

etməyi  bacarmaqdan  ibarətdir”

4

.  İrlandiyada  icmaların  “düşüncələri”  çox  vaxt  eksklüzivliyi  və  bir-birinə 



münasibətdə  düşmənçilik  xarakterli  olmasıyla  fərqlənirdi.  Qəzetlər  isə  həm  ideoloji,  həm  də  kommersiya 

maraqlarına  uyğun  olaraq  bu  cür  yanaşmanı  dəstəkləyirdilər.  Dublində  nəşr  olunan  “Irish  Times”  qəzeti 

dediklərimizə  İrlandiyada  mövcud  olan  ən  yaxşı  nümunədir.  Bu  qəzet  protestant-millətçilərin  nəşri  kimi 

yaradılmışdı,  amma  ötən  iyirmi  il  müddətində  irland  yunionizminin  ruporuna  çevrildi.  Ölkə  müstəqillik  əldə 

edəndən  sonra  isə  asanlıqla  siyasi  çalarını  dəyişərək  müstəqil  İrlandiyada  isteblişmentin  səsinə  çevrildi. 

Hərçənd  əvvəlki  kimi  etibarlı,  qərəzsiz  informasiya  mənbəyi  olaraq  qalmaqdadır.  Biz  artıq  dünyanın  fasiləsiz 

                                                           

4

Collected Works of Mahatma Gandhi, Vol. XXVI, p. 369, Delhi: Publications Division, Government of India. 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə