Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

 

56 


 

“Britaniyalıların  əksəriyyəti  Şimali  İrlandiyada  baş  verənlərlə  bağlı  təhrif  olunmuş  baxışı 

bölüşürlər,  –  deyə  o  yazır.  –  Bu  ona  görə  baş  verir  ki,  onlar  oxuduqlarına  inanırlar.  Əlbəttə, 

layiqli  istisnalar  da  baş  verirdi,  amma  reportajların  analizi  açıq-aydın  təhrif  modelini  ortaya 

çıxarır.  Bilərəkdən  və  ya  bilməyərəkdən  xəbərlər  mütəmadi  olaraq  Britaniya  isteblişmentinin 

ehtimallarına  və  mühakimələrinə  haqq  qazandıracaq  şəkildə  təqdim  olunurdu  və  bilavasitə 

Britaniya hökumətlərinin maraqlarına xidmət edirdi”

170

Makkannın bildirdiyə görə, IRA-nı tələsik şəkildə heç bir dəlil-sübutsuz  təsəvvür  edilə biləcək  bütün mümkün 

vəhşiliklərdə günahlandırmaq tendensiyası göz qabağında idi. Britaniya mətbuatı IRA-nı heç bir mövcud fakta 

əsaslanmadan təsvir edirdi, bu da mətbuat və ordu arasındakı xüsusi münasibətdən qaynaqlanırdı. Makkan çox 

sayda  misallar  gətirir.  Onlardan  biri  –  Belfastda  17  aylıq  Ancela  Hallaxer  və  Derridə  14  yaşlı  Annet 

Makqaviqanın  həlak  olması.  IRA-nın  hər  iki  qolu  bu  insidentlərlə  bağlılıqlarını  inkar  edirdi.  Ancela  Hallaxerlə 

bağlı  hadisə  katolik  rayonunda  baş  vermişdi,  buna  görə  də  qətlin  respublikaçı  irlandlara  rəğbət  bəsləyən 

birilərinin  işi  olduğunu  ehtimal  etmək  (ancaq  sadəcə  ehtimal  etmək)  məntiqli  ola  bilər.  Amma  bunu  qəti 

bildirmək üçün faktlara da ehtiyac vardı. 

Amma Makkannın yazdığı kimi:  



“IRA  əsas  düşmən  olaraq  müəyyən  ediləndən  sonra  faktların  dəqiqləşdirilməsi  qayğısı  harasa 

yox  olub  getdi.  IRA  tərəfindən  törədilmiş  kütləvi  qətllər,  soyğunçuluq,  zorbalıq,  IRA  üzvlərinin 

qatil-uşaqlar  yetişdirməsi  haqda  hekayələr  və  s.  –  bütün  bunlar  repressiv  tədbirlərə  haqq 

qazandırmağa  xidmət  edirdi.  Məhz  elə  bu  əsasla  özünü  Britaniyanın  liberal  ictimaiyyətinin 

vicdanı hesab edən “Gardian” tam xeyirxah motivlərlə internləşmə təcrübəsini dəstəkləyə bilirdi. 

Bu cür hekayələr sayəsində Britaniya hökuməti məlum siyasəti yürüdə bilirdi”

171

Bəs katoliklərə rəğbət bəsləyən İrlandiya mətbuatı və KİV-i qüsursuz idimi, onlar zamanın  əsas problemlərinə 

adekvat reaksiya verə bilirdilərmi? Sosial-Demokrat və Leyborist Partiyasının üzvü, sülh prosesində vasitəçi və 

partiyanın o zamankı rəhbəri Con Xyumun həmkarı Denis Hoqi maraqlı hadisə danışır:  



“Danışıqlar prosesində kritik məqam ortaya çıxanda və bununla bağlı Xyum ABŞ prezidenti Bill 

Klintonla  görüşəndə,  “

Irish  News

”  qəzeti  bu  çox  önəmli  görüşə  orta  səhifələrində  bir  neçə 

abzaslıq yer ayırdı, birinci səhifədə isə “Şinn Feyn qərargahının partladılması təhlükəsi” başlıqlı 

material  verdi. Məsələ isə ondan ibarət idi ki, Şinn Feyn lideri Cerri Adamsın cangüdənlərindən 

biri yaxınlıqda şübhəli maşın görmüşdü”

172

Müqəddəs Cümə vaxtı və ondan əvvəl 

60-cı  illər  vətəndaş  haqları  uğrunda  hərəkatlara  münasibətdə  əlverişli  zaman  idi,  bir  KİV  Belfasta  öz 

müxbirlərini  göndərirdi.  Katolik  rayonlarında  reportyorlara  və  fotoqraflara  yaxşı  münasibət  göstərirdilər.  KİV 

“ehtiyatlı  səlibçi”  kimi  tanınan  Terens  O`Nili  dəstəkləyirdi.  Hadisələrin  kobud  təhrif  olunması  halları,  demək 

olar  ki,  mövcud  deyildi.  Həmin  Makkannın  bildirdiyi  kimi,  müəyyən  dövrdə  Derridə  “Mirror”un  12  müxbiri 

işləyirdi. Onların çoxunun əsl vəziyyət barədə məlumatlara çıxışı yox idi. Onlardan bəziləri şəhərdə dolaşaraq, 

insanlardan  onları  diskriminasiya  qurbanları,  ya  da  gecəqonduların  katolik  məzhəbinə  ibadət  edən  işsiz 

sakinləri  ilə  tanış  etməyi  xahiş  edirdilər.  Amma  vətəndaş  haqları  uğrunda  kampaniyanın  xoşməramlı 

işıqlandırılmasına  baxmayaraq,  elə  bu  mərhələdə  istənilən  zorakılıq  aktına  görə  IRA-nı  günahlandırmaq 

                                                           

170


Eamonn McCann, The British Press and Northern Ireland

URL:


http://cain.ulst.ac.uk/othelem/media/mccann72.htm

 

171



Yenə orada. 

 

172



 Denis Hoqi ilə müsahibə, 24 iyun, 2013-cü il, (Belfast)

 



 

57 


 

tendensiyası başlamışdı. Məsələn, ehtimal olunurdu ki, O`Nilin istefaya getməsilə nəticələnən terror aktlarına 

görə IRA məsuliyyət daşıyır, amma yenə də məsələnin işıqlandırılması daha ölçülü-biçili və nəzakətli idi.  

Klemm Makkartni göstərir ki:  



“Şimali İrlandiyada diskriminasiya ittihamları yerli administrasiyanın üzərinə düşürdü, Britaniya 

hökuməti  isə  deyə  bilərdi  və  deyirdi  k,  bu  məsələlər  yerli  hakimiyyətə  həvalə  olunub  və  onun 

səlahiyyətləri  xaricindədir.  Beləliklə,  London  mətbuatı  öz  hökumətini  tənqid  etmirdi,  hərçənd 

özünə sual edə bilərdi ki, Britaniya hökuməti bu vəziyyətin inkişaf etməyinə niyə imkan verib?

173

İmonn Makkann iddia edir ki:  



“Әsl,  davamlı  və  sistemli  təhriflər  Britaniya  əsgərləri  küçələrə  çıxandan  sonra  başladı.  1970-ci 

illərin ortalarına doğru qoşunlar katolik təriqətli fəhlə sinfinin məskunlaşdığı rayonlarla, demək 

olar  ki,  mütəmadi  münaqişədə  olduğu  dövrdə  qəzetlərin  əksəriyyəti  artıq  xəbər  dərc  etmirdi; 

onlar  praktiki  olaraq  təbliğat  alətinə  çevrilmişdilər.  Bəzi  insidentlərə  göz  yumulur,  digərləri  isə 

şişirdilirdi.  Yarıhəqiqətlər  danılmaz  fakt  kimi  təqdim  olunurdu.  Britaniya  mətbuatının  rəyincə, 

əsgərlər  zorakılığa  qadir  deyildilər,  amma  qarşı  tərəfə,  “qiyamçılara”  qarşı  münasibət  tam 

fərqliydi”

174

İmonn Makkann maksimum obyektiv olmağa çalışır:  



“Mətbuatın real vəziyyəti tanınmayacaq dərəcədə təhrif etdiyini vurğulamağımız o demək deyil 

ki, Britaniya əsgərlərinə qarşı durmaq üçün küçələrə çıxanların davranışı liberalların xoşuna gələ 

bilər.  Əlbəttə,  yox.  /.../  Amma  Şimali  İrlandiyada  baş  verənlər  haqda  yalnız  mətbuatdan 

məlumat ala bilən britaniyalıların böyük əksəriyyəti artıq bunlar haqda şəxsi fikrini formalaşdıra 

bilmir – mətbuatda bu məsələnin işıqlandırılması bu dərəcədə birtərəfli aparılırdı”

175

Vətəndaş haqları uğrunda hərəkat başlayandan sonra Britaniyanın dövlət siyasətinin mərkəzi istiqaməti Şimali 

İrlandiyanın “demokratikləşdirilməsi” oldu.  

“Britaniyanın Respublikaya yatırdığı investisiyanın həcminin çoxalması, İrlandiyanın cənubunun 

ticarət  tərəfdaşı  kimi  önəminin  artması  nəticəsində  əvvəlki  hökumətlərin  ənənəvi  mövqeyi 

təhlükəli dərəcədə köhnəlmiş oldu. Anqlo-irland münasibətləri tarixində ilk dəfə idi ki, imperiya 

hakimiyyəti üçün “narıncılarla” (protestantlarla) yaşıllar (katoliklər) arasında balans yaradılması 

çox vacib olmuşdu. Bu, dərhal Şimala qarşı münasibətdə Britaniyanın siyasətində özünü göstərdi 

və  mətbuatda  öz  əksini  tapdı.  Mətbuatda  vətəndaş  haqlarını  müdafiə  edən  çox  sayda 

məqalələrin yer alması və katoliklərin mövqeyinin daha çox işıqlandırılması bununla izah oluna 

bilər.”

176

  

Denis Mürrey Müqəddəs Cümə danışıqları və sülh proseslərinin mətbuatda necə işıqlandırılması haqda maraqlı 

hekayələr danışır:  

”Stormontda,  nəhayət,  avtoparkda  kabinetləri,  portativ  tualetləri  və  s.  olan  KİV  mərkəzi 

yaradıldı.  Qərara  alındı  ki,  KİV-i  danışıqlar  prosesindən  çıxarsınlar,  amma  onları  danışıqlar 

                                                           

173

Müəllifin Klem Makkartni ilə müsahibəsi, 26 iyun 2013-cü il (Belfast). 



174

E. McCann, op. cit. 

 

175


E. McCann, op. cit. 

 

176



 E. McCann, op. cit. 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə