Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   25   26   27   28   29   30   31   32   33

 

60 


 

icmaların  nümayəndələrinin  parlamentdə  danışıqlar  aparmaqla  əsl  real  mənada  zorakılığın 

alternativini  həyata  keçirdiklərinin  fərqində  olmurlar,  -  deyə  o  yazır.  –  Dünyanın  stabil  və  dinc 

yerlərində icmaların nümayəndələrinin bir-birilə danışıqlar apardığı (həmçinin bir-birini dinlədiyi) 

parlamentlərin nəyə lazım olduğunu asanlıqla unutmaq olar.  

Qeyri-stabil, zorakılığa meylli cəmiyyətlərdə təhlükə ilə üz-üzə qalaraq danışıqlardan vaz keçmək 

asandır,    hansı  ki  qəti  addımlardan  fərqli  olaraq,  zəiflik  ifadəsi  kimi  qəbul  edilir.  Şimali 

İrlandiyada  30  il  müddətində  siyasi  fikir  ayrılıqları  sözlə  deyil,  zorakı  yollarla  ifadə  olunurdu; 

hərçənd  istənilən  cəmiyyətdə  əgər  icmalar  arasında  dərin  parçalanma  varsa,  həmişə  zorakılır 

danışıqların  alternativi  olur.  Cəmiyyətlərdəki  bu  cür  dərin  parçalanmaların  mənşəyilə  bağlı 

suallar  ətrafında  düşünmək  olar.  Amma  şübhəsizdir  ki,  bu  ziddiyyətlər  icmalar  arasında  və 

icmalar  daxilində  ciddi  və  uzunmüddətli  zorakılıqlara  yol  açır,  bunlar  düşünmək,  danışmaq  və 

adına  siyasət  dediyimiz  kollektiv  psixoloji  münasibətlərdə  iştirak  etmək  bacarığına  ağır  zərbə 

vurur. Siyasət yalnız bizi ayıran fərqlərə baxmayaraq razılıq əldə etmək vasitəsi deyil, həmçinin 

ziddiyyətləri bir-birini öldürmədən ifadə etmək imkanıdır”

182

Amma  Klem  Makkartni  Şimali  İlandiyada  30  il  müddətində  siyasi  ziddiyyətlərin  sözlə  deyil,  zorakı  əməllərlə 

ifadə  olunması  ilə  razı  deyil:  “Yalnız  zorakılıq  mövcud  deyildi.  Siyasətçilərin  əksəriyyəti  zorakılıqlarda  iştirak 

etmirdilər, loyalistlərin və respublikaçıların çoxu isə ictimai təşkilatlar vasitəsilə ünsiyyət saxlayırdılar. Müəyyən 

dərəcədə onlar həmçinin KİV vasitəsilə də ünsiyyətdə idilər”. Başqa sözlə desək, hər halda dialoq mövcud idi. 

Zənnimcə,  Şimali  İrlandiyada  qazanılmış  uğurun  əsasını  məhz  hərtərəfli  və  şərtsiz  dialoq  təşkil  edir.  Dialoq 

mövcud  olmayanda,  münaqişə  tərəflərinin  monoloqları  toqquşurdu.  Əsl  dialoq  isə  KİV-in  dəstəyi  olmadan 

aşağıdakı səbəblərə görə mümkün deyil.   

Mən Şimali İrlandiya dialoqunun üç səviyyəsini ayırmaq istərdim: 

 



daxili dialoq; 

 



icma daxilindəki dialoq; 

 



münaqişə tərəfləri arasındakı dialoq. 

Üçsəviyyəli dialoq onu nəzərdə tutur ki, əvvəlcə insan özü özü ilə (öz vicdanı və ya ikinci “mən”i ilə), sonra özü 

kimilərlə və nəhayət, qarşı tərəflə danışacaq. Məhz bu üçsəviyyəli və ya üçlü vahid dialoq sülh quruculuğunun 

uğur qazanmasının əsas şərtidir. Daxilən hazır olmadan nə öz icmanın daxilində, nə də qarşı tərəflə diskussiya 

aparmaq mümkün deyil.  

Öz-özü ilə dialoqda, icma daxilindəki müzakirələrdə, həmçinin münaqişə tərəfləri arasındakı ünsiyyətdə KİV-in 

rolu qiymətsizdir. Dialoqun birinci səviyyəsi üçün insanlar ən azı dolğun informasiyaya ehtiyac duyurdular, əks- 

halda  müxtəlif ştamp və stereotiplər düşünmək  və analiz etmək  qabiliyyətini əvəz  edərdi. İkinci səviyyə üçün 

meydan lazım idi ki, ən müxtəlif KİV buna xidmət edirdi. Və əlbəttə ki, münaqişə tərəflərinin ünsiyyətində KİV 

əvəzsiz rol oynayırdı. 

“Stavropol  vilayətində  regional  KİV-in  etno-siyasi  proseslərin  və  institutların  inkişafındakı  rolu” 

monoqrafiyasında Karine Ruşanyan yeni tendensiyaları çox doğru qeyd edib:  



“KİV yeni resursların realizəsi sayəsində ictimai-siyasi münasibətlərin fəal subyektinə çevrilir. Bu 

                                                           

182

 John, Lord Alderdice, Off the couch and round the conference table. Ch. 1, in Off the couch – Contemporary 



psychoanalytic applications, ed. by Alessandra Lemma and Matthew Patrick, Routledge, 2010.  


 

61 


 

resurslar  siyasətin,  hüququn,  idarəetmənin  yenilikləri  ilə  şərtlənib  ki,  KİV  burada  ictimai 

diskussiya  təşkilatçısı,  ictimai  rəy  moderatoru  rolunu  əldə  edir.  Siyasi  demokratik  tranziti,  o 

cümlədən  etno-siyasi  institutların  demokratik  tranzitini  əks  etdirməklə  KİV  ictimai-siyasi 

proseslərin tamhüquqlu iştirakçısıdır”

183

KİV və dinc zamanın tələbləri 

Təhlükəsizlik  hissi,  bərabərlik,  siyasi  proses  və  sosial  səfərbərlik  –  yeni  tələblər,  yeni  zamanın  indikatorları 

bunlardır. “Sülhün nizamlanmasının müşahidəsi haqda hesabata dair layihənin” direktoru Pol Nolan belə hesab 

edir.  Bu,    KİV  üçün  mütəmadi  işıqlandırılması  tələb  olunan  yeni  mövzuların  ortaya  çıxması  deməkdir,  çünki 

problemlər yetəri qədərdir. 

Özünüz fikirləşin: 2012-ci ildə Şimali İrlandiyada 313 intihar halı qeydə alınıb (yol qəzaları nəticəsində isə həmin 

il 59 nəfər həlak olub). İqtisadi şəraitin də məsələyə heç bir dəxli yoxdur, çünki statistika göstərir ki, intiharların 

sayı  iqtisadi  inkişaf  dövründə  artıb.  Üstəlik  intihar  edənlər  əsasən  impulsiv  gənclər  deyil,  35-40  yaşlarında 

yetkin  insanlardır.  Bu  mövzunu  xəbər  kimi  işıqlandırmaqla  kifayətlənmək  olmaz,  mütəmadi  araşdırmalara 

ehtiyac var.  

Başqa bir problem – siyasi elita və icmalar arasındakı “suayrıcı”. Belfastda həmsöhbətlərimizdən birinin dediyi 

kimi,  siyasi  qüvvələr  hakimiyyəti  öz  aralarında  böldülər,  amma  cəmiyyətlə  bölüşməyi  unutdular.  Jurnalist 

Brayan Rouan isə hesab edir ki, siyasi elita razılığa gəlsə də, cəmiyyətə çox şey dəyişməyib. Başqa sözlə desək, 

siyasi  meydanda  divarlar  yoxdur,  cəmiyyətdə  isə  hələ  də  var.  Britaniya  Parlamentinin  üzvü  Ceffri  Donaldson 

deyir  ki,  bu,  ideal  sülh  deyil,  üstəlik  sülh  prosesi  hələ  bitməyib,  amma  vəziyyətin  tam  transformasiyası 

ümidvericidir.  Onun  zənnincə,  “münaqişə  ərazi  ətrafında  deyil,  çünki  dağ  dağın  üstünə  deyil,  insan  insanın 

üstünə gedir. Buna görə də normal insani münasibətlərin bərpasından başlamaq lazımdır”

184



Həqiqətən  də,  münaqişəni  tam  transformasiya  etmək  mümkündür,  amma  transformasiya  özlüyündə 



problemin  həlli  demək  deyil.  Xu  Mayall  “Münaqişələrin  transformasiyası:  kompleks  məsələ”  araşdırmasında 

çox önəmli bir duruma diqqət çəkir:  



“Münaqişələrin  transformasiyası məktəbinin nəzəriyyəçiləri hesab edirlər ki, hazırda mövqeləri 

dəyişmək  və qarşılıqlı sərfəli həll yollarını  tapmaq yetərli deyil. Münaqişə tərəflərinin strukturu 

və  onların  münasibətləri  istənilən  lokal  situasiya  çərçivəsini  aşan  qarşılıqlı  münasibətlərin 

münaqişəsini  ifadə  edir.  Buna  görə  də  onların  transformasiyası  qarşılıqlı  münasibətlərin, 

maraqların, diskussiyaların və lazım gələrsə, bütünlükdə cəmiyyətin - əgər onun quruluşu zorakı 

münaqişənin davamını dəstəkləyirsə - yenidən formalaşdırılması prosesidir ”

185

V.Avksentyev  də  “Etnik  konfliktologiya:  elmi  paradiqmanın  axtarışında”  monoqrafıyasında  problemin  tam 

həllinə skeptik yanaşır:  

“Nə  qədər  arzuedilən  olsa  da,  Şimali  İrlandiya  münaqişəsinin  həllinin  mümkünlüyü  yaxın 

gələcəkdə  çətin  görünür.  Əksər  etno-siyasi  münaqişələrdə  olduğu  kimi,  onun  mürəkkəbliyi 

                                                           

183

K.Ruşanyan, Stavropol vilayətində regional KİV-in etno-siyasi proseslərin və institutların inkişafındakı rolu. 



URL:  

http://www.dissercat.com/content/rol-regionalnykh-smi-v-razvitii-etnopoliticheskikh-protsessov-i-institutov-

v-stavropolskom-k

 

184



Müəllifin Cefferi Donaldsonla müsahibəsi, iyun 2013-cü il (Belfast). 

185


H.Mayall, Münaqişələrin transformasiyası: kompleks məsələ, s. 78. URL:  

http://www.berghof-handbook.net/documents/publications/russian_miall_handbook.pdf

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə