Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   25   26   27   28   29   30   31   32   33

 

64 


 

5. Şimali İrlandiyanın vətəndaş cəmiyyəti sülh axtarışında 



Əvəz Həsənov 

Şimali İrlandiya münaqişəsinin öyrənilməsi, münaqişə tərəfləri və münaqişəyə cəlb olunmuş insanlarla görüşlər 

sübut  edir  ki,  münaqişələr  yalnız  zəif  inkişaf  etmiş  ölkələrdə  və  ya  ictimai  münasibətlərin  zəif  inkişaf  etdiyi 

cəmiyyətlərdə baş vermir. Adətən, belə ehtimal olunurdu ki, münaqişələr ciddi sosial xarakterli problemlərin və 

etnik qruplar arasında dərin qarşıdurmaların olduğu ölkələrdə özünü göstərir. Şimali İrlandiyada isə hətta İkinci 

Dünya Müharibəsinin ağır nəticələrindən sonra da həyat səviyyəsi yetəri qədər yüksək idi. Təhsilin səviyyəsinə 

görə ölkə Avropanın qabaqcıl yerlərindən birini tuturdu. Bu vəziyyətdə cəmiyyət daxilindəki yüksək münaqişə 

səviyyəsinin  mövcudluğu  təəccüb  doğurmaya  bilmir.  Şimali  İrlandiyadan  fərqli  olaraq,  Avropanın  digər 

ölkələrində  münaqişələr  zamanla  öz  həllini  tapdı  və  onlardan  heç  biri  qonşu  içmalar,  dini  qruplaşmalar 

arasındakı ziddiyyətin dərinləşməsinə gətirib çıxarmadı.  

Bütün  müddət  ərzində  münaqişənin  əsas  tərəflərinin  kimlər  olduğunu  anlamaq  oxucumuz  üçün  maraqlı  ola 

bilər.  Birinci  növbədə  sülhün  bərqərar  olmasında  Böyük  Britaniya  hökuməti  və  Şimali  İrlandiya  işləri  üzrə 

Nazirlik, Stormont (Şimali İrlandiya Parlamenti), Şimali İrlandiya Assambleyası kimi dövlət institutları xüsusi rol 

oynadılar

190

. İkincisi, siyasi sistemin formalaşdırılmasında və region əhalisinin münaqişənin həllinə cəlb edilməsi 



səviyyəsinin yüksəldilməsində Demokratik Yunionistlər Partiyası, Olster Yunionistlər Partiyası, Sosial-Demokrat 

Leyboristlər  Partiyası,  Şinn  Feyn  Partiyası  kimi  siyasi  quruluş  və  hərəkatların  da  rolu  az  olmadı

191

.  Üçüncüsü, 



İrlandiya Respublika Ordusu (IRA), Şimali İrlandiya Azadlıq qüvvələri, Loyalist Könüllü qüvvələri, Olster Könüllü 

qüvvələri, Osterin Müdafiəsi Assosiasiyası kimi terrorçu və hərbləşdirilmiş təşkilatlar da münaqişə tərəfləri idi 

və müxtəlif dönəmlərdə siyasi proseslərin gedişatı bu təşkilatların iki icmanın qarşılıqlı münasibətinə necə təsir 

edəcəklərindən asılı olurdu

192



Sülhün əldə edilməsində hərbləşdirilmiş qrupların və siyasi partiyaların rolu 



İrlandiya müstəqillik əldə etdikdən sonrakı dövrdə Şimali İrlandiyada insanlar arasındakı münasibətlər daha da 

gərginləşdi.  Amma  bu  gərginliyin  yaranmasında  daha  böyük  rolu  partiyalararası  yox,  konfessiyalararası 

ziddiyyətlər oynadı. Bəzən siyasi partiyalar təmsil etdikləri dini qrupların barışmaz mövqeyinin öhdəsindən gələ 

bilmirlər  və  cəmiyyətin  dəstəyindən  məhrum  olacaqları  qorxusu  onların  mövqeyini  icma  maraqlarından  asılı 

vəziyyətə salır. 

60-cı illərdən etibarən Şimali İrlandiyada modernləşmə prosesi gedirdi və bu, ikitərəfli danışıqların gedişatına, 

həmçinin  iki  icma  arasındakı  münasibətlərə  öz  təsirini  göstərirdi.  Yeni  siyasi  baxışların  və  nəsillərin  ortaya 

çıxması ilə əlarədar olaraq əvvəlki vahid protestant icması bir neçı siyasi partiyaya parçalandı. Katolik icmasında 

“Şimali  İrlandiyanın  konstitusiya  statusunun  ancaq  qanuni  yolla  dəyişməsini”  mümkün  sayan  partiyalar 

formalaşdı. 

1993-cü  ildə  İrlandiya  Respublika  Ordusunun  (IRA)  sələfi  olan  “İrlandiya  könüllüləri”  kimi  hərbləşdirilmiş 

millətçi  təşkilatın  yaranması  mütəmadi  üsyan  və  etirazlara  gətirib  çıxardı.  1916-cı  ildə  İrlandiyada  yeni  üsyan 

baş  qaldıranda,  qiyamçılar  İrlandiya  Respublikasının  yaranmasını  elan  etdilər.  Üsyan  yatırıldı,  amma  1919-cu 

ildə  İrlandiya  Respublikası  yenidən  elan  edildi.  Münaqişə  gedişatında  1921-ci  ildə  26  irland  qraflığının 

                                                           

190


Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi. Accord. Conciliation Resources, 1999, № 8.URL: 

http://www.c-r.org/sites/c-r.org/files/08_Northern%20Ireland_1999_RUS_F.pdf

 

 

191



Şimali İrlandiyanın partiyaları.URL: 

http://news.bbc.co.uk/hi/russian/uk/newsid_1325000/1325141.stm

 

192


Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi.

 



 

65 


 

ərazisində  İrlandiya  Azad  Dövlətinin  yaradılması  haqda  razılıq  əldə  edildi.  Altı  qraflıq  Böyük  Britaniyanın 

tərkibində qaldı, amma bu ideya IRA-nın xoşuna gəlmədi və nəticədə irland cəmiyyətində parçalanmaya səbəb 

oldu


193

İğtişaşlar  zamanı  bir  çox  hərbləşdirilmiş  təşkilatlar  öz  icmalarına  güclü  təzyiq  göstərirdilər.  Birləşmiş  Loyalist 



Hərbi  Komandanlığı  millətçilərə  qarşı  terror  kampaniyası  keçirir,  respublikaçılar  hərəkatının  üzvlərini  və 

yaraqlıları  gizlətdiklərini  bəhanə  edərək  icma  üzvlərini  təhdid  edirdilər.  Amma  müxtəlif  qruplaşmalarla 

əməkdaşlığın önəmini anlayaraq təşkilat atəşkəsə qoşuldu. 

 

Loyalistlərin ən böyük yarıhərbi təşkilatı Olsterin Müdafiə Assosiasiyasıdır. Bu təşkilatın siyasi baxışlarını Olster 



Demokratik  Partiyası  təmsil  edirdi.  Bu  təşkilatın  daxilində  ən  döyüşkən  qruplaşma  Olsterin  Azadlığı  Uğrunda 

mübarizlər idi, onlar da loyalistlərin elan etdiyi atəşkəsə qoşuldular. 

Şimali İrlandiya protestantlarının silahlı qrupu – Olsterin Müdafiəsi Assosiasiyası birinci dəfə silahı yerə qoydu. 

AB ölkələri, Böyük Britaniya və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınmış bu təşkilat təqribən 400 nəfərin 

ölümündə  günahkar  idi.  Təşkilatın  nümayəndələri  öz  hərbi  qüvvələrini  ləğv  etdikləri  zaman  bildirmişdilər: 

“Olsterin  Müdafiəsi  Assosiasiyası  hesab  edir  ki,  müharibə  bitib  və  bizi  daimi  siyasi  stabilliyə  gətirib  çıxaracaq 

demokratik  dəyişikliklər  dönəminə  girmişik”.  İkinci  böyük  terrorçu  qruplaşma  “Olster  Könüllü  qüvvələri”  də 

bəyan etdi ki, silahlı mübarizəyə son qoyur. 

Yarıhərbi qrupların atəşkəs elan etməsinə  1985-ci  ildə Xilsboro qəsrində (Şimali İrlandiya) Böyük  Britaniya  və 

İrlandiya Respublikası arasında əldə edilmiş Saziş təsir etmişdi

194

. Bu Sazişə əsasən, İrlandiya Respublikası Şimali 



İrlandiya işlərinə dair konsultativ status qazanmışdı. Davamlı sülh danışıqlarının ikinci mərhələsinin nəticəsi isə 

1993-cü  il  14  dekabrda  Böyük  Britaniya  və  İrlandiya  arasında  imzalanan  Dauninq-strinq  Deklarasiyası

195

 oldu. 


Burada  zorakılıqdan  imtina,  yerli  parlament  və  hökumətin  formalaşdırılması  prinsipləri  öz  əksini  tapmışdı. 

Amma  razılaşmaların  həyata  keçirilməsi  dondurulmuşdu.  IRA  qruplaşmasının  Londonun  Hitrou  hava  limanını 

minomyotlardan atəşə tutması buna səbəb olmuşdu

196


1985-ci il 15 noyabrda Hillsboroda Britaniya tərəfdən Marqaret Tetçer və İrlandiya tərəfdən Herret Fitscerald 

arasında anqlo-irland sazişi imzalanandan sonra qərara alındı ki, İrlandiyanın birləşməsi ancaq o halda baş verə 

bilər  ki,  bunu  Şimali  İrlandiya  əhalısının  böyük  əksəriyyəti  istəsin.  Məhz  bu  Saziş  yeni  baxışların,  müstəqil 

siyasət yürütmək uğrunda mübarizənin konstitusion yollarını üstün tutan yeni gənc liderlərin ortaya çıxmasına 

şərait yaratdı

197



Amma heç də bütün siyasi liderlər regionda sülhün bərqərar olması naminə öz mövqelərindən əl çəkmədilər. 



Şinn Feyn partiyası silahlı dəstələrlə əlaqələrini saxlayaraq, onun münaqişədəki mövqeyinin nəzərə alınmasına 

nail olmağa çalışırdı. 80-ci illərin sonlarında respublikaçılar hərəkatının həyata keçirdiyi zorakılıq kampaniyasına 

etiraz  əlaməti  olaraq,  konstitusiyalı  millətçilərin  liderləri  bu  partiya  ilə  istənilən  ünsiyyətdən  imtina  etdilər. 

Atəşkəsin  əldə  olunmasında  Sosial-Demokrat  və  Leyborist  Partiyasının  lideri  Con  Xyumun  sülh  danışıqları  ilə 

bağlı  təşəbbüsü  önəmli  rol  oynadı.  1987-ci  il  8  noyabr  -  həlak  olanların  xatirə  günündə  Enniskillendə 

                                                           

193

İrlandiya Respublika Ordusunun (IRA) tarixi. URL: 



http://www.azglobus.net/1151-istoriya-irlandskoy-

respublikanskoy-armii.html

 

194


Anglo-Irish Agreement 1985 between the Government of Ireland and the Government of the UK. URL: 

http://cain.ulst.ac.uk/events/aia/aiadoc.htm

 

195


The Joint Declaration of 15 December 1993 (Downing St. Declaration).Department of Foreign Affairs and 

Trade. Ireland. URL: 

http://www.foreignaffairs.gov.ie/home/index.aspx?id=8734

 

196



İrlandiya Respublika Ordusunun (IRA) tarixi.

 

197



Barnitski A.Q., Çupriko P.B., Müasir mərhələdə Şimali İrlandiya sülh prosesinin əsas amilləri. N.İ.Lobamevski 

adına Nijnenovqorod Universiteti, 2008-ci il

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə