Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   25   26   27   28   29   30   31   32   33

 

66 


 

protestantların  yürüşü  zamanı  törədilən  qanlı  hadisələrdən  sonra  onun  IRA  ilə  birbaşa  danışıqlara  başlamaq 

istəməsi  sülh  prosesinin  başlanğıcını  qoydu.  Baxmayaraq  ki,  əhali  millətçiləri  dəstəkləyirdi,  amma  Şinn  Feyn 

Şimali  İrlandiya  Assambleyasına  seçkilərdə  seçicilərin  10%-nin  səsini  alandan  sonra  onların  silahlı  mübarizəsi 

artıq  mənasını  itirmişdi.  Şinn  Feyn  siyasi  təcriddən  qurtulmalıydı.  Bu  prosesdə  ABŞ  prezidenti  Bill  Klinton 

mühüm rol oynadı. O, Şimali İrlandiyaya səfər etmiş ilk Amerika prezidenti idi. Seçki kampaniyası gedişatında 

irland  icmasının  səslərini  qazanmaq  üçün  o,  problemin  həllinə  müdaxilə  etməyi  vəd  etdi.  ABŞ-dakı  irland 

icmasının təzyiqi ilə Şinn Feyn Partiyasının sədri Cerri Adamsa ölkəyə gəlmək üçün viza verildi

198

. ABŞ-a səfəri 



zamanı Cerri Adams inandırmağa çalışdı ki, İrlandiya Respublika Ordusu zorakılıq  əməllərindən imtina etməyə 

hazırdır. Bu səfərdən dərhal sonra IRA birtərəfli şəkildə atəşkəs elan etdi. IRA-nı barışıq istiqamətində növbəti 

addımlara təşviq etmək üçün İrlandiya Respuiblikasında elektron KİV-də respublikaçıların nümayiş olunmasına 

qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı. 

1994-cü  ilin  sentyabrından  başlayaraq,  IRA  və  digər  yarıhərbi  qruplaşmalar  birtərəfli  şəkildə  atəşkəs  elan 

etdilər.  Eyni  zamanda  silahlı  qruplaşmalar  arasında  silahı  qoymaları  və  onları  dəstəkləyən  siyasi  partiyaların 

danışıqlar  prosesinə  cəlb  olunması  üçün  geniş  təşviqat  işi  aparılırdı.  IRA  öz  növbəsində  silahların  təhvil 

verilməsilə  bağlı  danışıqların  başlanmasını  gözləyirdi.  Şinn  Feyn  Partiyasının  yüksək  çinli  məmurlarla  və 

nazirlərlə  əlaqələrə  malik  olmasına  baxmayaraq,  danışıqlar  prosesinin  başlanması  hələ  ki  alınmırdı.  Bütün 

ümidlər Corc Mitçellin

199

 rəhbərlik etdiyi Tərk-silah üzrə Müstəqil Komissiyanın bəyanatına yönəlmişdi. Mitçel 



isə  danışıqlar  prosesinin  mürəkkəbliyini  dərk  edərək,  tərk-silah  məsələsini  ayırmağı  məsləhət  gördü  və  təklif 

etdi ki, yarısilahlı qruplaşmaların silahlarını təhvil verməsi siyasi partiyaların danışıqlar prosesinə cəlb olunması 

ilə  paralel  aparılsın.  Danışıqlar  prosesində  iştirak  etmək  istədiyini  bildirən  hər  bir  siyasi  partiya,  hər  şeydən 

əvvəl, münaqişənin sülh yolu ilə və danışıqlar vasitəsilə həllinə razılığını verməli idi, bütün hərbi qruplaşmalar 

isə silahlarını təhvil verməli və güc tətbiqindən imtina etməliydi.  

Mitçellin  təklifinə  etiraz  edən  və  hazırladığı  hesabatın  danışıqlar  prosesinə  xələl  gətirdiyini  deyən  Şinn  Feyn 

bomba  partlayışı  həyata  keçirdi  və  nəticədə  iki  nəfər  həlak  oldu.  Uzun  müddət  danışıqların  başlanmasını 

gözləyən  ictimaiyyət  bu  addımı  ağılsızlıq  kimi  qəbul  etdi,  “STOP-96”  təşkilatının  nümayəndələri  isə  Şinn  Feyn 

əleyhinə ölkənin müxtəlif yerlərində etiraz aksiyaları dalğasına başladılar. 

1996-cı ilin mayında Siyasi Dialoq uğrunda Şimali İrlandiya Forumuna seçkilər zamanı Olster Yunionist Partiyası 

(OYP)  24,17%,  Sosial-Demokrat  və  Leyborist  Partiyası  (SDLP)  21,37%,  Demokratik  Yunionist  Partiyası  (DYP) 

18,80%,  Şinn  Feyn  15,47%,  Alyans  Partiyası  6,54%,  Birləşmiş  Krallığın  Yunionist  Partiyası  (BKUP)  3,69%, 

Proqressiv  Yunionist  Partiyası  (PYP)  2,22%  səs  topladı

200


.  Beləliklə,  seçkilərdə  uğurlu  nəticəyə  nail  olan  Şinn 

Feyn katolik seçicilər qarşısında  mövqeyini möhkəmləndirdi və respublikaçılar hərəkatının sülh danışıqlarında 

iştirakını təmin edən mandat qazandı. 

 

1997-ci ildə Böyük Britaniyada və İrlandiyada seçkilər baş tutdu. Danışıqlar prosesi dayandırlmamışdan az əvvəl 



Şinn  Feyn  liderləri  Cerri  Adams  və  Martin  Makqinness  Britaniya  Parlamentinə  seçildilər.  Eyni  zamanda  Şinn 

Feyn  İrlandiya  Parlamentində  də  bir  mandat  qazandı.  Millətçi  seçicilərin  rəğbətini  qazanan  Şinn  Feyn  öz 

reytinqini  artırmaqla  məşğul  olmağa  başladı  və  paralel  olaraq  Amerikada  yaşayan  irland  lobbisinin  maliyyə 

mənbəyi kimi istifadəsinə meyllənmiş geniş fəaliyyətə start verdi

201



Böyük  Britaniyanın  baş  naziri  Toni  Blerin  Şimali  İrlandiya  ilə  münasibətlərin  normallaşdırılmasının  və 



münaqişənin  həllinə  maksimum  səy  göstərilməsinin  onun  hökuməti  üçün  əsas  prioritetlərdən  biri  olduğu 

haqda  bəyanatı  danışıqlar  prosesinə  güclü  impuls  verdi.  İlk  addım  olaraq,  Toni  Bler  1972-ci  ilin  yanvarında 

                                                           

198


Yenə orada

 

199



Yenə orada

 

200



Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi

 

201



Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi

 



 

67 


 

“Qanlı  bazar”  hadisələri  zamanı  Britaniya  əsgərləri  tərəfindən  14  nəfərin  güllələnməsi  ilə  bağlı  müstəqil 

araşdırmanın  başlanmasına  dair  sənəd  imzaladı.  Şimali  İrlandiyaya  səfəri  zamanı  o  bəyan  etdi  ki,  Böyük 

Britaniya  ilə  Şimali  İrlandiya  arasındakı  ittifaq  sonuncunun  təhlükəsizliyinə  xələl  gətirmir  və  bundan  belə  də 

gətirməyəcək.  Blerin  bu  bəyanatından  sonra  siyasi  partiyalar  qarşısında  əldə  olunmuş  razılaşmalara  əsasən, 

icmalar  arasındakı  əməkdaşlığı  təmin  etmək  üçün  öz  icmalarında  təşviqat  işinə  başlamaq  vəzifəsi  dayanırdı. 

Amma  danışıqlar  prosesindən  xaric  edilmiş  Şinn  Feynin  iştirakı  olmadan  millətçiləri  əməkdaşlığa  cəlb  etmək 

mümkün deyildi. 1997-ci ilin iyulunda Şinn Feyn atəşkəs elan etdi və bununla da sülh danışıqlarında iştirakını 

davam etdirdi.  

İki  onillik  müddətində  münaqişənin  sülh  yolu  ilə  nizamlanması  məsələsində  müəyyən  irəliləyiş  əldə  etmək 

mümkün  olmuşdu:  Şimali  İrlandiya  Assambleyası  öz  fəaliyyətini  bərpa  etdi,  hazırda  onun  işində  həm  katolik, 

həm  də  protestant  partiyalar  iştirak  edirlər.  Çox  az  siyasi  hadisələr  Şimali  İrlandiya  əhalisinə  insanların  həyat 

səviyyəsinin  yüksəldilməsilə  bağlı  bu  cür  ümid  verirdi.  Belfast  Sazişi  nəticəsində  yaradılmış  Şimali  İrlandiya 

Assambleyasına 1998-ci il 25 iyunda keçirilən birinci seçkilər onlar üçün parlaq hadisə oldu. Vahid ötürülən səs 

sistemi üzrə  və 69,88% fəallıqla  keçən  seçkilər nəticəsində  Assambleyaya  108 deputat seçildi.  Devid  Trimblın 

rəhbərlik etdiyi Olster Yunionist Partiyası assambleyada 28, Sosial_Demokrat və Leyborist Partiyası (Com Xyum) 

24, Demokratik Yunionist Partiyası (İen Peysli) 20, Şinn Feyn (Cerri Adams) 18, Alyans Partiyası (Con Olderdays) 

6, Birləşmiş Krallığın Yunionist Partiyası (Robert Makkartni) 5 yerdə qalanlar isə ümumilikdə 7 yer qazandılar

202



Vətəndaş cəmiyyətinin sülh təşəbbüsləri 



Dini  icmalar  və  siyasi  partiyalarla  yanaşı  vətəndaş  cəmiyyətinin  nümayəndələri  də  Şimali  İrlandiya 

münaqişəsinin  sona  çatması  və  icmaların  bu  prosesə  cəlb  olunmasında  mühüm  rol  oynadılar.  Vətəndaş 

cəmiyyəti  nümayəndələrinin  gərginliyin  azalmasına,  zorakılığın  qarşısının  alınmasına,  mövcud  olmuş 

münasibətlərin bərpasına və  yeni münasibətlərin yaradılmasına  yönəlmiş fəaliyyətləri onlara icmalar arasında 

öz  nüfuzlarını  qoruyub  saxlamağa  imkan  verdi.  İnsanlar  bəzən  onların  təşəbbüslərini  dəstəkləyirdilər,  amma 

siyasi partiyalar və aid olduqları kilsə onları inkar edirdi. Bununla belə, elə parlaq şəxsiyyətlər var idi ki, onların 

bu  və  ya  digər  dini  icmaya  aid  olması  insanlarda  xüsusi  bir  sual  doğurmurdu,  çünki  onlar  bu  şəxslərin  irəli 

sürdükləri təşəbbüslərin vacibliyini anlayırdılar. 

1976-cı  ildə  üç  uşağın  avtomobil  qəzası  nəticəsində  həlak  olması  və  Britaniya  əsgərləri  tərəfindən  qəzada 

günahkar  olan  sürücünün,  IRA-nın  qaçaq  həyatı  yaşayan  yaraqlısının  qətlə  yetirilməsi  İrlandiyada  ciddi 

etirazlara  və  polislə  sıravi  insanlar  arasında  qarşıdurmaya    səbəb  oldu.  Meyrid  Koriqan  və  Betti  Uilyams 

münaqişəni  yatırmağa  çalışaraq  ev-ev  gəzir,  insanları  zorakılıqdan  çəkindirməyə  çalışırdılar  və  bununla  da  

yaranmış  vəziyyətdən  çıxış  yollarının  tapılmasına  dair  təşəbbüs  nümayiş  etdirirdilər.  Onlar  “Dinc  insanların 

birliyi” adı altında təşkilat yaratdılar və bu təşkilatın imkanlarından yararlanaraq, protestant və katolik icmaları 

arasında sülh naminə və küçələrdə kütləvi zorakılıqlara qarşı petisiyaya imza toplamağa başladılar. İnsanlara bu 

təşəbbüsə  qoşulmaq  imkanı  verən  mərkəzləri  təşkil  etməklə  onlar  ölkədə  baş  verən  zorakılıqlara  dərhal 

reaksiya  mexanizmini  yaratmış  oldular.  Bundan  başqa,  onlar  icmaların  qarışıq  yaşadıqları  şəhərlər  arasında 

qardaşlıq  əlaqələrinin  qurulması  təşəbbüsü  ilə  çıxış  etdilər.  Bunun  nəticəsində  Betti  Uilyams  və  Meyrid 

Korriqan  Nobel  Sülh  Mükafatına  layiq  görüldülər  və  sonralar  onlar  digər  münaqişə  regionlarında  öz 

təcrübələrini  bölüşürdülər.  Betti  Uilyams  Nobel  sülh  Mükafatı  laureatları  tərəfindən  yaradılmış  Peace  Jam

203

 

təşkilatının fəal üzvüdür və bu təşkilat çərçivəsində öz sülhməramlı fəaliyyətini davam etdirir. 



Başqa bir fəal təşkilat icmalararası münasibətlər sahəsində fəaliyyət göstərən “Korrimila” xristian icmasıdır. Bu 

təşkilat  xristian  mərkəzlərini  icmalar  arasında  barışığa  və  silahlı  qarşıdurmadan  imtina  etməyə  çağırırdı.  Bu 

                                                           

202


Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi

 

203



LearnAboutPeaceJam. URL: 

http://www.peacejam.org/about.aspx

  



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə