Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   25   26   27   28   29   30   31   32   33

 

58 


 

gedən  məkanın  yaxınlığında  olmaq  imkanından  məhrum  etməsinlər.  Prosesin  sonuna  doğru 

siyasətçilər  efirə  yarım  saat  qalmış  küçəyə  çıxıb  kameralar  önündə  çıxış  etməyə  başlayanda, 

vəziyyət  lap  gülməli  hal  aldı.  Özünü  bu  cür  piar  etmək  üçün  kamera  önünə  ən  mütəmadi 

keçənlərdən  biri  Olster  Yunionist  Partiyasının  lideri  Con  Teylor  idi.  O,  güzəşt  barədə  təkliflərə 

barjı itələmək üçün lazım olan 40 futluq paya ilə də toxunmayacağı haqda bəyanatı ilə məşhur 

idi

177

.    Bu,  jurnalistləri  əməllicə  əyləndirirdi,  onlar  hər  dəfə  ondan  soruşurdular  ki,  “bu  gün 

payanın  uzunluğu nə qədər oldu, Con?”  Digər önəmli element  telefon idi  (aşkar, amma həyati 

önəmli).  Danışıqlarda  bu  və  ya  digər  dərəcədə  mütəmadi  iştirak  edən  jurnalistlər  tez  bir 

zamanda müxtəlif heyətlərin birbaşa telefon xətlərinin  nömrələrini əldə etdilər, nəticədə heç bir 

partiya  və  ya  hökumət  informasiya  axınını  nəzarətdə  saxlaya  bilmirdi.  Sazışın  imzalanmasına 

gətirib çıxaran bütün danışıqlar müddətində, həmçinin razılaşmaların həyata keçirilməsi ilə bağlı  

digər danışıqlar zamanı biz bu rejimdə işləyirdik. 

Yeganə  istisna  1999-cu  ilin  payızında  senator  Mitçellin  iqamətgahı  idi.  Müqəddəs  Cümə 

Sazişinin təşkilatçısı olan Corc Mitçell razılaşma əldə ediləndən sonra yaranmış çıxılmaz vəziyyəti 

çözmək  üçün  yenidən  dəvət  olunmuşdu.  İqamətgah  Londonun  Ricents  Parkında  yerləşirdi  və 

yaxşı  qorunurdu.  O  dönəmdə  siyasi  səhnənin  əsas  fiqurları  olan  Olster  yunionistləri  və  SDLP 

nümayəndələri  ora  gəldilər.  KİV-i  isə  praktiki  olaraq  küçədə  saxladılar.  Orada  olan 

reportyorlardan biri danışır ki, bu, KİV-ə arzu olunmadıqlarının və onların iştirakına qətiyyən yol 

verilməyəcəyinin açıq-aydın  göstərildiyi yeganə an idi”

178

Mürrey yenə də öz-özünə sual edir: KİV-i məsafədə saxlamaq, yaxına buraxmaq, yoxsa işə cəlb eləmək lazımdı?  



“İctimailiyin  tərəfdarı  olmağıma  baxmayaraq,  yenə  də  düşünürəm  ki,  ictimaiyyətə  açıq  olan 

danışıqların uğur qazanmaq üçün şansı azdır – kim danışıqları ictimai şəkildə aparar? Məsələn, 

bir dəfə Londonda aparteidin ləğvindən sonra mən CAR Afrika Milli Konqresinin ali komissarının 

müavinindən soruşdum ki, hər hansı bir məsələnin  adicə müzakirəsi belə siyasi ölümə bərabər 

olduğu hallarda onlar nə edirdilər? Onun cavabı belə oldu: “Biz kolluğa çəkilirdik

179

”. Danışıqları 

aparanlar (ehtimal edirəm ki, əsas danışıqları aparanlar iki nəfər idilər) sadəcə harasa yox olur, 

detalları müzakirə edir, sonra hazır qərarla geri dönürdülər”

180

Müxtəlif KİV-in sülhməramlılıq potensialı 

1960-cı  illərdə  televiziyada  qarşıdurmalar  geniş  işıqlandırılmağa  başlamışdı.  Bu  o  dönəm  idi  ki,  münaqişə 

özünün  inkişafının  mürəkkəb  mərhələsini  yaşadığı  üçün  xəbər  bülletenlərində  mütəmadi  görünməyə 

başlamışdı,  bu  xəbərlər  ictimaiyyətə  loyalistlərlə  respublikaçılar  arasındakı  olduqca  problemli  münasibətləri 

sərgiləyirdi.  Bu  reportajların  minusu  onda  idi  ki,  onlar  əsasən  hökumətin  mövqeyini  əks  etdirirdi.  Hökumət 

nöqteyi-nəzərinin  ağırlığına  son  qoyan  BBC-də  nümayiş  olunan  və  respublikaçıların  mövqeyini  əks  etdirən 

“başqa” Şimali İrlandiya  haqda  reportaj oldu.  Bundan sonra irlandların bütün səyləri regionda  tətbiq olunan 

dövri senzuraya qarşı və öz vətəndaş haqlarının bərqərar olması uğrunda mübarizəyə yönəldi.  Beləliklə, onlar 

əsas  siyasi  qüvvələrə  meydan  oxudular,  televiziya  isə  əhalinin  hər  bir  qrupunun  öz  haqlarını  müdafiə  etdiyi 

mübarizə  meydanına  çevrildi.  1970-ci  illərdə  münaqişənin  daha  çox  eskalasiyası  ilə  əlaqədar  olaraq  Şimali 

İrlandiyada  baş  verən  olayların  işıqlandırılması  daha  təmkinli  və  ehtiyatlı  xarakter  aldı.  Hətta  televiziya 

                                                           

177


Would not touch with a bargepole (ing.) – danışanın nəyəsə qarşı hədsiz ikrah hissini bildirən idiomatik ifadə. 

– Redaktor qeydi. 

178

.D. Murray, p. 23. 



179

Əhalinin məskunlaşmadığı ərazi (Cənubi Afrika) – Redaktor qeydi. 

180

D. Murray, p. 23–24.



 


 

59 


 

xidmətlərinə bir neçə dəfə siyası təzyiq halları da olmuşdu. İrlandiya Respublikasında senzura daha sərt idi. 

Bununla  belə,  dinc  əhalinin  həyatından  bəhs  edən,  hərbi  əməliyyatların  bütün  faciəsini,  bunların  sadə 

insanların həyatına necə təsir etdiyini göstərən reportajlar geniş yayılmışdı. Məsələn, Piter Teylor, Pol Hamman 

və Artur Makkreyq münaqişə və onun tərəflərinə əsl “daxildən baxış” nümayiş etdirirdilər. Günahsız insanlar, 

siyasi  məhbuslar,  Şimali  İrlandiya  regionunda  növbəti  onilliklərdə  sülhlə  bağlı  mövzular  birinci  plana  çıxdı. 

Televiziya yayımının yeni növü sənədli filmlər oldu ki, onlar da 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində 

geniş yayıldılar.  1996-cı ildə rejissor Maykl Kollinz 1921-ci il Anqlo-irland Sazişinin 70 illiyinə həsr olunmuş və 

XX  əsrdə  münaqişənin  bütün  inkişaf  tarixini  əks  etdirən  sənədli  film  çəkdi.  1990-cı  illərin  ortalarında 

reportajların əsas mövzusu Dauninq-stritdə imzalanan Deklarasiya ilə bağlı müvəqqəti atəşkəs, hərbləşdirilmiş 

qruplaşmaların tərk-silah edilməsi də daxil olmaqla sülh nizamlanması ilə bağlı ortaya çıxan problemlər oldu. 

Radioya  gəlincə,  Uolt  Kilroy  (Institute  for  International  Confliсt  Resolution  and  Reconstruction,  Dublin  City 

University)  hesab  edir  ki:  “Radionun  rolu  daha  konstruktiv  idi,  çünki  onlar  üçün  qanlı  səhnələri  göstərməyin 

cəlbediciliyi mövcud deyildi. Bundan başqa, radioların sakit, ideya söhbətləri aparmaq üçün daha çox imkanları 

vardı”

181


.  Klem  Makkartni  əlavə  edir:  “Siyasətçilər  həvəslə  onları  və  onların  məlumatlarını  KİV-in  necə 

işıqlandırdığı ilə maraqlanırlar və onlar həmçinin opponentlərinin nə dediklərini eşitmək istəyirlər. Bunu ən tez 

radioda eşidə bilərlər, amma televiziyaları da diqqətlə izləyirlər”. 

Yeni  medianın  rolunu  hələ  təzə-təzə  öyrənməyə  başlayıblar.  Sosial  şəbəkələrin  əsas  fərqləndirici  xüsusiyyəti 

televizora  baxmayan,  radio  dinləməyən,  qəzet  oxumayan  insanlarla  danışmaq  imkanıdır.  “Şimali  İrlandiyada 

sülhün bərqərar olması ilə bağlı müşahidələrə dair hesabat layihəsinin” direktoru Pol Nolanın sözlərinə görə, 

Müqəddəs  Cümə  Sazişinə  etiraz  edən  respublikaçılar  İnternetdə  daha  aktivdirlər.  Üstəlik  onlar  “iğtişaşlar” 

dönəmini görməmiş gənclərə tuşlanmış fəal iş aparırlar. Hesab sadədir – onlar gənc nəslin məlumatsızlığına və 

romantizminə vurğu edirlər.  

Başqa sözlə, mübarizə virtual aləmə - müxtəlif internet-forumlara və sosial şəbəkələrə transfer olunub, amma 

bu  fəaliyyət  insanları  fəallaşdırıb,  onları  virtual  ünsiyyət  xaricinə  çıxarmaq  məqsədilə  aparılır.  Parlamentin  və 

Demokratik  Yunionist  Partiyasının  üzvü  (danışıqlar  zamanı  Olster  Yunionistlər  Partiyasının  üzvü  olub)  Ceffri 

Donaldson  düşünür  ki,  sosial  şəbəkələr  cəmiyyətdə  razılığın  əldə  edilməsinə  kömək  edir,  insanlara  bilavasitə 

təsir edir, amma onlardan istifadə etmək üçün onlar haqda təsəvvürə malik olmaq gərəkdir, bunsuz elə həmin 

sosial şəbəkələr mina sahələrinə çevrilə bilər.  

İki monoloq əvəzinə üçsəviyyəli dialoq 

Belfast küçələrində katoliklər və protestantlar arasında hələ də divarlar qalmaqdadır, amma bu, dialoqa mane 

olmadı. Ona  görə  mane olmadı ki, müdrik  siyasətçilər bu real  divarların uçurulmasından yox, öncə insanların 

düşüncələrindəki,  qəlblərindəki  əsas  haçalanmanı  əmələ  gətirən  gözlə  görülməyən  maneələri  sökməkdən 

başladılar. Üstəlik siyasətçilərin sözlərinə görə, yerli əhali hələ ki bu divarların sökülməsini istəmir. 

“Həmişə danışmaq müharibə eləməkdən daha yaxşıdır”, - özünün “Divandan danışıqlar masasına” məqaləsində 

lord Con Olderdays belə yazır. Onun fikrincə, icmalar arasında zorakı münaqişə şəraitində onlar, demək onlar 

ki, bir-birini dinləmək iqtidarında olmurlar, ancaq mühakimələri möhkəmləndirən və özünüqoruma instinktini 

təşviq edən şeyləri eşidirlər.  



“Psixoanaliz  aləmində  danışmaq  və  dinləməyin  dəyəri  şəksiz  qəbul  edilir,  amma  tez-tez 

insanların  parlamenti  “boş-boş  çərənləməyə”  görə  tənqid  etdiyini  görürük,  bu  zaman  insanlar 

                                                           

181

Müəllifin Uolt Kilroyla müsahibəsi, iyun 2013-cü il (Dublin). 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə