Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   25   26   27   28   29   30   31   32   33

 

62 


 

əzəldən  olmasa  da,  münaqişənin  genişlənməsi  prosesinə  uyğun  olaraq  tədricən  dəyər 

münaqişəsi  xarakteri  almasındadır.  Buna  görə  də  Şimali  İrlandiya  çıxılmazından  qurtulmağın 

mümkün yolu olaraq münaqişənin nizamlanmasını, yəni onun latent mərhələyə keçməsini hesab 

etmək olar. Münaqişənin nizamlanması prosesində nə onun iştirakçıları, nə münaqişə predmeti 

və  obyekti,  nə  də  ziddiyyətlər  aradan  qaldırılmır.  Münaqişə  tərəflərinin  əsas  səyləri  münaqişə 

predmeti  və obyekti  ətrafında münasibətlər sisteminin dəyişdirilməsi üzrə konstruktiv qarşılıqlı 

fəaliyyət istiqamətinə yönəlir”

186

Şimali  İrlandiyada  sülh  sazişindən  bəhrələnməyən  yoxdur,  amma  baş  verənlərlə  razı  olmayan  az  sayda  insan 

var.  Bu  insanlar  müxtəlif  seçkilərdə  namizədliklərini  irəli  sürüblər,  amma  seçici  dəstəyi  əldə  edə  bilməyib  və 

seçilməyiblər.  Onlarla  nə  etməli  –  düşünmək  üçün  daha  bir  vacib  mövzu.  “Bu  insanları  təcrid  etmək  olmaz, 

onların  öz  fikirlərini  ifadə  etmək  haqqını  tanımaq  lazımdır.  Hamısının  dinc  və  siyasi  həyatda  iştirak  etmək 

imkanı  olmalıdır.  Vakum  yaranmamalıdır.  Silahlı  insanlar  vakumu  zorakı  mübarizə  ilə  doldururdular”,  –  sabiq 

baş nazir Berti Axern bizə danışırdı.  

İnsan haqları və imkan bərabərliyi,  həmçinin bərpaedici  ədalət: Amerikanın “Atlantik Filantropiya” Fondunun 

idarə rəisi Padrayq Kuerkin fikrincə, Şimali İrlandiya üzrə hazırkı məqamın əsas vəzifələri bunlardan ibarətdir. 

İctimai  xadim  və  gənclərin  işləri  üzrə  mütəxəssis,  loyalist  fəal  Reymond  Laveri  bizimlə  söhbətində  əsas 

problemlə bağlı öz  təsəvvürünü aydın şəkildə anlatdı: “Biz problemin bir hissəsiyik, amma  problemin həllinin 

bir hissəsi olmaq istəyirik. Burada kimin yaşadığı deyil, kimin yaşayacağı haqda düşünmək lazımdır”

187



İctimai  xadim  və  Proqressiv  Yunionist  Partiyasının  rəhbəri,  loyalist  silahlı  təşkilatının  və  Şimali  İrlandiya 



Assambleyasının  sabiq  üzvü  Billi  Hatçinson:  ”Həmçinin  mentaliteti  tərk-silah  etmək  lazımdır.  Silah  özlüyündə 

pis şey deyil, əgər pis əllərə düşmürsə”. 

Əgər  gələcəyə  köklənsək,  gələcək  nəsillər  divarlar  olmadan  yaşasınlar  deyə,  təhsil  sistemində  islahatlar 

aparmaq  çox  vacibdir.  Benjamin  Mellon  Qarabağın  “Analitikon”  jurnalında  dərc  olunan  məqaləsində  sülhə 

doğru irəliləməkdə təhsilin nə rolu ola bilər istiqamətində fikir yürüdür.  

“Birincisi, təhsil siyasəti və təcrübəsinin əhalinin daimiləşdirilməsinə öz töhfəsini verməsi faktını 

dürüst  dəyərləndirmək  lazımdır.  Əsasında  milli  tədris  proqramlarının  tərtib  olunduğu  model 

həmin bu modelin təbliğ etdiyi biliklər, bacarıqlar və anlayışlar məcmusunda mühüm əhəmiyyət 

kəsb  edir.  Təhsil  sistemlərinin  islahatları  zamanı  tarixi  və  daha  müasir  münaqişlərlə  bağlı 

müəyyən  fənnlər  çox  ciddi  diqqət  mərkəzində  saxlanılmalıdır.  Şimali  İrlandiya  situasiyasında 

sülhməramlı  təhsilin  təşəbbüs  və  ya  proqramlarının  rəsmi  qəbul  edilmiş  tədris  proqramlarının 

elementlərilə  əlaqələndiyinə  dair  misallar  az  deyil.  Bu  cür  tədris  proqramları  metodologiyada 

dəyişə  bilir,  amma  bütünlükdə  onlar  münaqişənin  nizamlanması,  cəmiyyətin  vəhdətinin 

möhkəmləndirilməsi  və  barışığın  təşviqi  bacarıqlarının  inkişafında  fokuslanıb.  Müəyyən 

proqramlar  tolerantlığın  möhkəmləndirilməsinə,  digərləri  isə  gənclərə  icmadaxili  birlik 

imkanlarının təqdim edilməsinə köklənib. Bəzən onların hədəfi transsərhəd dialoqu və görüşlərin 

(bir çox hallarda informasiya və kommunikasiya texnologiyalarının vasitəsilə) təşkili olur ”

188

Rusiyalı alim A.Matsnev “Etno-siyasi münaqişələr: təbiəti, tipologiyası və nizamlama yolları” başlıqlı elmi işində 

daha  bir  məqama  diqqət  yönəldir.  Onun  nəzər-nöqtəsinə  görə,  Olster  münaqişəsinin  sosial-siyasi  səbəbləri 

                                                           

186

V.A.Avksentyev, Etik konfliktologiya: elmi paradiqmanın axtarışında, Stavropol, 2001, s. 210. 



187

Müəllifin Reymond Laveri ilə müsahibəsi, iyin 2013-cü il (Belfast). 

188

B.Mellon


, Münaqişə və sülhün dərsləri, TheAnalyticon, iyul 2013-cü il URL: 

http://theanalyticon.com/?p=3506&lang=ru#more-3506

 



 

63 


 

sırasında tarixən yaşanmış  ədalətsizliklərin doğurduğu kin və irland millətinin milli qürur hissinin zədələnməsi 

mühüm  rol  oynayır.  O,  etnopolitoloq  E.Kissin  “millətçilik  və  insan  haqlarının  uyğunluğu  uğrunda  gedən 

mübarizədə siyasi institutlatın çərçivəsinə sığmayan həlledici bir elemet var. Onun mahiyyəti mədəni və sosial 

problemlərin güzəştsiz tənqidi analizinin həyata keçirilməsinin vacibliyindən ibarətdir”

189


.

 

Bütün  bunlar  yalnız  zamanın  yeni  tələbləri  deyil,  həm  də  KİV  üçün  yeni  mövzulardır.  Bu  mövzuların 



işıqlandırılması  üçün  yeni  yanaşmalar  gərəkdir.  Amma  yəqin  ki,  ən  əsası  bu  deyil.  Həmsöhbətimiz  olan 

jurnalistlərdən  birinin  dediyi  kimi:  “Biz  iğtişaşları  necə  səylə  işıqlandırırıqsa,  sülhü  də  o  cür  səylə 

işıqlandırmalıyıq”. 

Nəticələr 

 

Cəmiyyəti  münaqişə  və  onun  nizamlanması  ilə  bağlı  yaxşı  məlumatlandırmaq  lazımdır,  sülh  prosesi 



zamanı  KİV-in  əlçatan  olması  maneə  deyil,  danışıqlar  prosesinin  məxfiliyisə  ağlabatan  həddə 

saxlanılmalıdır. 

 

KİV münaqişənin nizamlanması üçün səmərəli mexanizm ola bilər, faktları vicdanlı işıqlandırmaqla sülh 



prosesinə öz töhfəsini verə bilər. KİV-in nizamlama prosesi üzərində müəyyən nəzarətinin olması çox 

vacib  məsələdir.  Amma  mass-medianın  əsas  missiyası  cəmiyyəti  operativ  və  qərəzsiz 

məlumatlandırmaqdan ibarətdir. 

 



KİV-in  öz  missiyasının  yerinə  yetirə  bilməsi  üçün  xüsusi  siyasi,  iqtisadi  və  digər  şərtlərin  olması 

lazımdır. Münaqişələrin qarşısının alınmasında, uğurlu həllində və  sülhün təminatında    KİV-in rolunu 

onun  işini  müəyyən  edən  və  onda  öz  əksini  tapan  ümumi  sosial  şərtlərdən  çıxış  edərək 

dəyərləndirmək  olar.  Müstəqil  KİV  institutunun  mövcud  olması  çox  önəmlidir.  KİV-in  öz  missiyasını 

yerinə  yetirə  bilməsi  üçün  iqtisadi  və  siyasi  cəhətdən  azad  olmalıdır.  Siyasi  müxtəliflik  iqtisadi 

müxtəlifliyin  zəmanəti  ola  bilər  ki,  bu  da  öz  növbəsində  KİV  resurslarının  diversifikasiyasına  şərait 

yaradar. 

 



Söz azadlığı olmadan cəmiyyətin demokratikləşməyi mümkün deyil, buna görə də KİV demokratiyanın 

mühüm elementidir və onun dəstəklənməsi vacibdir. 

 

Dialoq  münaqişənin  nizamlanması  və  cəmiyyətin  inkişafı  üçün,  həmçinin  KİV  öz  missiyasını  həyata 



keçirə  bilsin  deyə,  əlverişli  özülün  olması  üçün  mütləq  şərtdir.  Dialoq  çoxsəviyyəli  ola  bilər  və 

olmalıdır, bütün səviyyələrdə KİV-in rolu mühüm və əvəzedilməzdir. 

 

KİV ictimai diskussiyaların təşkilatçısı və ictimai rəyin moderatoru ola bilər və olmalıdır. 



 

İnformasiya sahəsinin müxtəlif seqmentləri münaqişənin nizamlanmasında fərqli rollara və spesifikliyə 



malikdir.  Həm  müsbət,  həm  də  mənfi  mənada  ən  təsiredici  alət  televiziyadır.  Radionun  sakit  və 

konstruktiv  dialoq,  müzakirələr  üçün  potensialı  daha  çoxdur.  Yeni  media,  sosial  şəbəkələr  ən 

demokratik yollarla vətəndaş iştirakını təmin edir, amma özündə çox sayda yeni tələblər gizlədir. 

 



İctimai  rəyin  moderatoru  qismində  KİV  siyasi  elita  və  cəmiyyət  arasındakı  haçalanmanın  aradan 

qaldırılmasına kömək edə bilər və etməlidir. 

 

                                                           



189

A.Mantsev, Etno-siyasi münaqişələr: təbiəti, tipologiyası və nizamlama yolları, Sosial-siyasi jurnal, M., 1996, 

№4, s.53. 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə