Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 

54 


 

iştirakı;  nizamlama  prosesini  davam  etdirmək  əzmi  və  KİV  tərəfindən  heç  olmasa  minimal 

nəzarət”

160

KİV-in  nəzarəti  ilə  bağlı  deyilənlə  hamı  razıdırmı?  Jurnalistlər,  şübhəsiz  ki,  bununla  razılaşacaqlar.  Məsələn, 

Brayan Rouan bildirir ki, bütün münaqişə tərəfləri ilə ünsiyyət qurmağa heç də hamı müvəffəq olmurdu:  

“1994-cü  ildə  respublikaçılar  atəşkəs  elan  edəndə,  ancaq  iki  jurnalisti  dəvət  etmişdilər.  Bu 

təşkilatlardan çoxu qapalı idi. Biz isə nəinki onların bəyanatlarını yayırdıq, həm də bunu bir neçə 

mənbədən dəqiqləşdirirdik. Hamı bizdən istifadə etmək istəyirdi, hakimiyyət isə sülh prosesinin 

nəticələrini ən yaxşı şəkildə təqdim etmək istəyirdi, baxmayaraq ki, Müqəddəs Cümə Sazişindən 

sonra hökuməti formalaşdırmaq üçün 18 ay lazım oldu. Əlbəttə, biz də yanılırdıq və üzr istəmək 

məcburiyyətində qalırdıq”

161

Bəs  cəmiyyət  KİV-in  fəaliyyətini  necə  dəyərləndirir?  Keçmişlə  barışığa  meylli  təşəbbüsləri  həyata  keçirən 

“Yaddaş vasitəsilə şəfa” (Healing Through Remembering) təşkilatının direktoru Keyt Terner KİV-in ümumilikdə 

sülh quruculuğu işinə və ayrıca olaraq onların təşkilatının fəaliyyətinə qarşı laqeydliyindən danışır. Bu, məsələn, 

mass-medianın təşkilatın hesabatları ilə maraqlanmamasında ifadə olunur.  Keyt həmçinin KİV-in eyni mövzuya 

və ya hadisəyə müxtəlif yanaşmaları haqda danışır və maraqlı müşahidəsilə bölüşür: “Eyni material bir qəzetdə 

birinci, digərində isə on səkkizinci səhifədə yer alır”

162


. Onun fikrincə, KİV güzəştlər üçün sahəni daraldırdılar: 

“Danışıqlar  prosesində  KİV-i  alət  kimi  istifadə  etmək  olmazdı,  çünki  Mitçell  sənədlərin  ictimailəşməsinə  qarşı 

idi”

163


Sülh  prosesində  vasitəçi  olmuş  Sosial-Demorkat  və  Leyborist  Partiyasının  üzvü  Şon  Farren  qeyd  edir  ki, 

demokratik  cəmiyyətlərdə  KİV  hamı  üçün  əlçatandır.  Onun  fikrincə,  kilsə  və  KİV  millətçilərin  zorakılığa  qarşı 

olan  iki  institutu  idi.  “Millətçi  KİV  bizi  dəstəklədi,  -  o  deyir.  –  Məsuliyyətli  KİV  bizim  partiyanın  sülhməramlı 

fəaliyyətini normal işıqlandırırdılar, amma  əsas hədəfləri sensasiya  və qan olan bulvar mətbuatı və tabloidlər 

əsl problem oldular”

164



İrlandiya Respublikasının sabiq xarici işlər naziri Dermot Axern xatırlayır:  



“Jurnalistlər  danışıqlar  prosesinə  anlayışla  yanaşırdılar,  düzdür,  bizdən  daha  çox  informasiya 

almağa  çalışırdılar,  eyni  zamanda  bu  işin  nə  qədər  mühüm  olduğunu  anlayırdılar.  Tabloidlər 

istisna olmaqla KİV yaxşı işləyirdi. Ümumilikdə cəmiyyət yaxşı məlumatlandırılırdı”

165

“Britaniya  mətbuatı  və  Şimali  İrlandiya”  araşdırmasının  müəllifi  İmonn  Makkann  jurnalistlərin  “rəsmi” 

mənbələrə hədsiz dərəcədə arxayın olmasından şikayətlənir, onun fikrincə, bu hal zaman-zaman bu və ya digər 

hadisənin  işıqlandırılmasındakı  heyrətamiz  bənzərliyi  izah  edir.  O,  “Mirror”  qəzetinin  keçmiş  əməkdaşından 

sitat gətirir:  

“Şimali İrlandiyadaki kimi vəziyyətlərdə insanlar ordunun mətbuat-xidmətilə sıx əlaqədə olmaq 

məcburiyyətində  qalırlar.  Onların  işi  ordunun  mətbuat  katiblərilə  mümkün  qədər  yaxın 

ünsiyyətdə  olmağı  tələb  edəcək  və  bu  da  özlüyündə  insanın  düşüncəsinə  təsir  edəcək.  Bundan 

başqa,    rəqiblərin  daima  səni  qabaqlayacağı  qorxusu  da  adamı  rahat  buraxmır.  Doğruluğu 

                                                           

160

D. Murray, p. 21. 



 

161


D. Murray, p. 23.   

162


Müəllifin Keyt Ternerlə müsahibəsi, iyun 2013-cü il (Belfast). 

163


Müəllifin Keyt Terner ilə müsahibəsi, iyun 2013-cü il (Belfast). 

164


Müəllifin Şon Farren ilə müsahibəsi, iyun 2013-cü il (Belfast). 

165


 İrlandiyanın sabiq Xarici İşlər naziri Dermot Ahern ilə müsahibə, 24 iyun, 2013-cü il, (Dublin)

 



 

55 


 

diqqətlə yoxlanılmamış, yaxşı araşdırılmamış, böyük əmək sərf edilməmiş məqalə hazırladığına 

görə  “Mirror”dan  heç  kimi  işdən  çıxarmayacaqlar,  amma  rəqib  qəzet  qabağa  düşərək  IRA 

haqqında qalmaqallı material dərc etmiş olsa, çoxları öz işini itirəcək”

166

Denis Mürrey məsələnin bu cür qoyuluşu ilə qismən razıdır, amma yenə də diqqəti jurnalistin əlində olan seçim 

haqqı və bunun vacibliyinə cəmləşdirir:  

“Mənim Toni Blerin  kommunikasiya üzrə direktoru, tanınmış “spin-doktor” Alister  Kempbell ilə 

yaxşı  işgüzar  münasibətlərim  vardı...  Bir  dəfə  axşam  mənimçün  telefonda  brifinq  keçirirdi:  o 

Dauninq-strinqdə  idi,  mən  isə  Müqəddəs  Cümə  Sazişi  ilə  nəticələnən  danışıqların  getdiyi 

Stormont qəsrində idim. Bir anda mənə dedi: “Bizə çox köməyi dəyərdi, əgər sən desəydin ki...” – 

“Elə burda sözünü saxlasan yaxşı olar, Alister! Əgər sən, məsələn, desən ki “Hökumətin siyasəti 

aşağıdakılardan ibarətdir...” və ya “baş nazir hesab edir ki...”, ya da “onun şəxsi mətbuat katibi 

bəyan  edir  ki...”,  o  zaman  mən  bunu  yayacam,  amma  mən  burda  sizə  kömək  etmək  üçün 

oturmamışam”. O gülüb çox həssas olduğumu söylədi, mən isə cavab verdim ki: “Bəs necə! Mən 

Şimali  İrlandiyada  mobil  telefonla  danışıram!”  –  “Okey,  -  o  dedi  və  sözünə  davam  etdi: 

“Hökumətin mövqeyi aşağıdakılardan ibarətdir...”. Ümumilikdə bu, zərərsiz, müəyyən qədər də 

əyləncəli hadisə idi, bununla belə, məlum hadisə çox önəmli məqamı üzə çıxarır: Alisterin mənə 

söylədiyi haqda reportaj hazırlaya bilərəm, amma lazım gələrsə onun sözlərinə tənqidi yanaşa, 

onun özünəməxsus tərzdə dediklərini analiz edə bilərəm”

167

London,  Belfast  və  Dublində  jurnalistlərlə  və  ictimai-siyasi  xadimlərlə  görüşlərdən  və  söhbətlərdən  belə  bir 

nəticəyə  gəldim  ki,  cəmiyyət  problemin  nizamlanması  ilə  bağlı  yetərincə  məlumatlandırılıb,  üstəlik  insanlar 

jurnalistlərin  işinə  anlayışla  yanaşırdılar.  Bu  haqda  bizimlə  tanınmış  müstəqil  jurnalist  Fionulla  O`Konnor 

danışdı:  “Jurnalistlər  üçün,  demək  olar  ki,  heç  bir  təhlükə  yox  idi.  Qarşıdurmalar  zamanı  ancaq  bir  jurnalist 

həlak oldu”

168

. Ümumilikdə nizamlama prosesində jurnalistlərin işi yetərincə qiymətləndirilmişdi. Və qətiyyən 



təsadüfi  deyil  ki,  Müqəddəs  Cümə  Sazişi  imzalanandan  sonra  danışıqlardakı  əsas  şəxs  Mitçell  prosesi  izləyən 

bütün  jurnalistlərə  məktub  ünvanlayaraq,  onlara  faktları  dürüst  işıqlandırmaqla  sülh  prosesinə  verdikləri 

töhfəyə görə minnətdarlığını bildirmişdi.  

“Faktların dürüst işıqlandırılması”na diqqət yetirin. Eyni zamanda cəmiyyətdə danışıqlara ciddi və məsuliyyətli 

münasibət  dəstəklənirdi,  yəni  danışıqlar  prosesinin  gedişatına  xələl  gətirəcək  hər  şeydən  imtina  olunmasına 

çağırış  vardı.  Denis  Mürrey  yazır:  “Hesab  edirəm  ki,  cəmiyyət  danışıqlar  prosesinin  gedişatı  barədə 

məlumatlanmaq  haqqına  malikdir,  amma  münaqişələrin  qarşısının  alinması  naminə  bu  cür  danışıqları 

parlament forumlarının tam açıq formatında  keçirmək lazım deyil”

169



Britaniya və İrlandiya standartları 



İrlandlar  Britaniya  qəzetlərinin  öz  yüksək  jurnalistika  standartları  ilə  öyünməsini  lağa  qoymağı  xoşlayırlar. 

Onların  fikrincə,  Britaniya  ictimaiyyətini  inandırmağa  çalışırlar  ki,  onların  mətbuatı  dünyanın  ən  yaxşı 

mətbuatıdır,  “azadlıq  keşikçisidir”.  Bu  arada  isə  İonn  Makkanın  “Britaniya  mətbuatı  və  Şimali  İrlandiya” 

araşdırmasında  yazdığı kimi, yüksək  təbəqənin redaktorları öz  etik təmizliklərinin hayına  qaldıqları müddətdə 

Şimaili İrlandiyadan gələn xəbərlərin idarə olunması və onların təhrif edilməsi üzərində iş davam edirdi.  

                                                           

166

İstinad. İmonn MakKann, “Britaniya mətbuatı və Şimali İrlandiya” 



http://etheses.whiterose.ac.uk/1839/1/DX193726_1.pdf

  

167



 D. Murray, p. 24. 

168


Müəllifin Fionulla O`Konnor ilə müsahibəsi, iyun 2013-cü il (Belfast). 

169


D. Murray, p. 24. 

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə