Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 

44 


 

hazırlanan  və  məxsusi  olaraq  Amerika  investisiyasına  hədəflənmiş  “Makbrayd  prinsiplərinin”

117

 (MacBride 



Principles) lobbiçiliyi ilə məşğul idi.  

“Yunionistlərin  və Britaniya  hakimiyyətinin  müqavimətinə baxmayaraq, “Makbrayd  prinsipləri” 

ABŞ-ın  bir  neçə  ştatında  təsdiqlənmişdi.  Qəbul  edilmiş  qanunvericilik  Amerika  şirkətlərindən 

onlara  əməl  olunmasını  tələb  edirdi.  1989-cu  ildə  Britaniya  hökuməti  özünün  yeni  qanunu  – 

Şimali  İrlandiyada  ədalətli  məşğulluq  haqqında  Akt  qəbul  etdi  və  Şimali  İrlandiyada  əmək 

diskriminasiyasının  qarşısını  almaq  üçün  ədalətli  məşğulluq  məsələləri  üzrə  Komissiya 

yaratdı”

118

.  

1992-ci ildə öz prezident kampaniyası dönəmində Bill Klinton həmçinin bəyan etdi ki, “Makbrayd prinsiplərini” 

dəstəkləyir. 

ABŞ-ın vasitəçi qismində Şimali İrlandiya münaqişəsinin həlli prosesinə cəlb 

olunmasında Amerikanın irland diasporunun rolu 

ABŞ-ın  vasitəçi  qismində  Şimali  İrlandiya  münaqişəsinin  nizamlanmasına  cəlb  olunması  münaqişənin 

transformasiyasında həlledici məqam oldu. Bu prosesdə ABŞ-ın irland diaspor strukturları və irland lobbisi vacib 

rol oynadı.  

İstənilən  halda  münaqişənin  sülh  yolu  ilə  transformasiyasının  mümkünlüyünü  əks  etdirən  impuls  Belfastdan 

gəlirdi. 1994-cü ilə doğru respublikaçılar və yunionistlər atəşkəs elan etmişdilər. Bu zamana qədər tərəflər 3500 

nəfərdən  çox  itki  vermişdilər.  Britaniya  Ordusu  silahlı  qruplaşmaların  axırına  çıxa  bilməyəcəyi  qənaətinə 

gəlmişdi. Bir müddət əvvəl isə IRA zor gücü ilə İrlandiyanın birləşməsinə nail ola bilməyəcəyini anlamışdı. Uilyan 

Zartmanın  qeyd  etdiyi  kimi,  münaqişə  tərəfləri  eyni  zamanda  “travmatik  çıxılmaza”

119


 dirənmişdilər  və  artıq 

danışıqlar üçün yetişmişdilər.  

Sosial-Demokrat və Leyborist Partiyasının (SDLP) yaradıcısı və lideri Con Xyum zamanı yaxaladı və hər iki tərəfi 

təmsil edən partiya və qruplaşmalarla danışıqlara başladı

120

. Məlum olanda ki yunionistlərin mövqeyi üzündən 



Şimali İrlandiyanın daxilində  həll yolu tapmaq mümkün deyil, xarici oyunçuları,  əsasən də  Böyük  Britaniya  və 

AB-ni danışıqlar prosesinə cəlb eləmək qərarı alındı. Amma ən vacib xarici sponsor ABŞ oldu.  

1979-cu  ildən  2004-cü  ilə  qədər  Avropa  Parlamentinin  üzvü  olan  Con  Xyum  Avropa  Birliyinin  Şimali  İrlandiya 

münaqişəsinin  nizamlanması  prosesinə  cəlb  olunması  üçün  fəal  iş  görürdü.  O,  bir  sıra  Avropa  ölkələrinin 

liderləri  və  sosialist  partiyalarının  rəhbərləri  ilə  yaxşı  münasibətlər  yaratmışdı.  1982-ci  ilin  martında  Avropa 

Parlamentindəki həmkarlarının dəstəyilə Nils Xoqerupun Avropa Parlamentinin Şimali İrlandiya üzrə məruzəçisi 

təyin  edilməsinə  nail  oldu

121


.  Məruzəçinin  təyin  olunması  və  Şimali  İrlandiya  probleminin  Avropa 

Parlamentində  müzakirəsi  baş  nazir  Marqaret  Tetçerin  qəzəbinə  səbəb  oldu

122

.  Bu  o  demək  idi  ki,  Şimali 



                                                           

117


Şon Makbrayd (Seán MacBride), irlandiyalı siyasi və ictimai xadim, beynəlxalq hüquqşünas. İrlandiya 

Respublikaçılar Partiyasının yaradıcısı (1946-ci il) və lideri. 1948-1951-ci illərdə xarici işlər naziri, 1974-1976-cı 

illərdə Namibiya üzrə BMT komissarı olub. Nobel Sülh Mükafatı laureatıdır (1974-cü il). 

118


A. Guelke, p. 204.

 

119



W. Zartman, Negotiating Internal Conflict: Incentives and Intractability, 

International Negotiation Vol. 6, No. 3 (March 2001), p. 298. 

120


Müəllifin Con Xyumun tərəfdaşları və həmkarları Şon Farren (SeanFarren) və Denis Hoqi (DenisHaughey) ilə 

müsahibəsi, 27 iyun 2013-cü il (Belfast). 

121

European Parliament Working Documents, Report drawn up on behalf of the Political Affairs Committee  



on the situation in Northern Ireland, Rapporteur: Mr N. J. Haagerup, Document 1-1526/83, 19 March 1984. 

122


Müəllifin Şon Farrenlə (SeanFarren) və Denis Xoqi ilə (Denis Haughey) müsahibəsi. 


 

45 


 

İrlandiya problemi artıq Böyük Britaniyanın daxili işi deyil və Şimali İrlandiya sülh prosesinə başda ABŞ olmaqla 

digər xarici oyunçuların cəlb edilməsinə şərait yaranırdı. 

ABŞ  administrasiyasının  Şimali  İrlandiya  münaqişəsinin  nizamlanması  prosesinə  cəlb  olunması  bir  neçə 

mərhələdə  baş  tutdu.  Hələ  1970-ci  illərdən  Con  Xyumun  irland  mənşəli  Amerika  siyasətçiləri  ilə  qarşılıqlı 

etimad yaranmışdı və o bu siyasətçilər arasında nüfuza malik idi.  



“Xyum  İrlandiyanın  Vaşinqtondakı  səfiri  Şon  Donlonla  birgə  Amerikanın  irland  elitasını 

konstitusiyalı  millətçiliyin  ayrılmasının  vacibliyinə  inandırmağa  çalışırdılar.  Hansının  ki 

istiqamətvericiləri  Con  Xyumun  rəhbərlik  etdiyi  SDLP  və  İrlandiya  hökuməti,  yaraqlılardan  isə 

Şinn Feyn və IRA idi”

123

Xyum  və  Donlon  amerikalı  siyasətçiləri  Şimali  İrlandiyada  respublikaçılara  verdikləri  dəstəyi  məhdudlaşdırıb, 

islahat məqsədlərinin real nailiyyətlərini dəstəkləməklə irland Amerikasının Britaniya siyasətini dəyişmək üçün 

daha  çox  şans  əldə  edə  biləclərinə  inandırdılar.  Bu  strateqiyanı  geniş  şəbəkə  strukturuna  malik  mülayim 

mövqeli  “İrlandiyanın  Dostları”  QHT-si  də  dəstəklədi.  Beləliklə,  İrlandiyadakı  konstitusiyalı  millətçilik, 

Vaşinqtondakı siyasi elita və Şimali İrlandiyada Britaniya siyasəti arasında qarşılıqlı əlaqə quruldu. 

ABŞ-ın  irland  diasporunun  strategiyasının  dəyişməsində  İrlandiya  Respublikası  hökumətinin  də  müəyyən  rolu 

oldu. İrlandiya hakimiyyəti mütəmadi olaraq diasporun fəal nümayəndələri ilə görüşlər keçirirdi. Bundan başqa, 

diaspor qrupları ilə müvafiq işin aparılması üçün hər il Müqəddəs Patrik Günündə İrlandiyanın nazirləri ABŞ-a 

səfər edirdilər

124



“”İrlandiyanın Dostları” kimi diaspor şəbəkələri Şimali İrlandiyanın siyasi təkamülünün və 1985-



ci  ildə  Anqlo-irland  Sazişinin  imzalanmasına  gətirib  çıxarmış  islahatların  vacib  elementləri  idi. 

SDLP  və  İrlandiya  hökumətinin  sıx  əməkdaşlığı  sayəsində  “İrlandiyanın  Dostları”  Anqlo-irland 

Sazişinin əldə olunmasında önəmli rol oynadı”

125

.  

Qeyd  etmək  lazımdır  ki,  sazişi  imzalayan  ölkələrin  hakimiyyətlərinin  bu  razılaşmanı  əldə  etmək  üçün  tutarlı 

səbəbləri vardı

126


. İrland mənşəli amerikalı siyasətçilərin müəyyən mərhələlərdə göstərdikləri təzyiq və təsir bu 

sazışın ərsəyə gəlməsinə təkan verdi

127

.  


“Sazişin imzalandığı gün ABŞ prezidenti Ronald Reyqan və Konqresin Nümayəndələr Palatasının 

spikeri Tip O`Nil Ağ Evin Oval Kabinetdə mətbuat konfransı keçirdilər. Onlar İrlandiya və Böyük 

Britaniya  arasında  bu  sazişin  imzalanması  təşəbbüsünü  dəstəklədiklərini  bəyan  etdilər  və  yeni 

“İrlandiya üçün Beynəlxalq Fonda” (İBF)

128

 maliyyə yardımı edəcəklərinə söz verdilər”.  

Bu addım irland diasporunun mərkəzi rolunu ifadə etdi,  fondun bundan sonrakı  fəaliyyəti  isə iqtisadi vasitəçi 

kimi 1990-cı illərin danışıqlar prosesi gedişatında “sülh dividentləri” gətirirdi. ABŞ-da irlandların lobbi fəaliyyəti 

                                                           

123

R. J. Briand, Bush, Clinton, Irish America and the Irish Peace Process, Political Quarterly 73(4) 



(April–June, 2002), p. 174.

 

124



Müəllifin İrlandiyanın sabiq baş naziri Berti Ahernlə (BertieAhern) müsahibəsi, 24 iyin 2013-cü il. (Dublin). 

125


F. Cochrane, B. Baser & A. Swain, p. 692. 

126


Klem Makkartni ilə müsahibə. 

127


A. J. Wilson, The Congressional Friends of Ireland and the Anglo-Irish Agreement», ch. 9, in Irish-America and 

the Ulster Conflict 1968–1995 (1995), URL: 

http://cain.ulst.ac.uk/events/aia/wilson95.htm#chap9

 

 

128



F. Cochrane, B. Baser & A. Swain, p. 692. 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə