Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

 

40 


 

“1845-ci ildən 1855-ci ilə qədər olan dövrdə dəfələrlə təkrarlanan əsas yerli qida məhsulu olan 

kartof  qıtlığı

90

 üzündən  irland  əhalinin  sayı  üçdə  birə  qədər  azaldı.  Milyon  nəfərdən  çox  insan 

aclıqdan  və  aclığın  gətirdiyi  xəstəliklərdən  dünyasını  dəyişdi,  1,5  milyon  nəfərsə  Birləşmiş 

Ştatlara üz tutdu. İrland mühacirlərin çoxu hesab edirdi ki, aclığın qarşısını almaq olardı. “Kartof 

xəstəliyini, həqiqətən də, Yaradan göndərmişdi, - irland millətçisi və siyasi sürgünə göndərilmiş 

Con  Mitçell  yazırdı,  -  amma  aclığı  ingilislər  yaratdılar”.  Nəticədə  Amerikadakı  irlandların 

xarakterinə təklənmə, qovulma hissi çökdü.”

91

.  

İrlandiyadakı  kartof  aclığı  və  ya  Böyük  aclıq  (An  Gorta  Mór)  ölkənin  əsasən  ingilis  və  şotland  köçkünlərinin 

yaşadığı şimal hissəsinə

92

 daha az təsir etmişdi. 



Şimali  İrlandiya  Assambleyasının  Şinn  Feyn  partiyasından  olan  deputatı  Pata  Şixananın  fikrincə,  800  il  əvvəl 

İrlandiyaya  britaniyalılar  gələndən  sonra  adada  iğtişaşlar  səngimir

93

.  Britaniya  və  “Zümrüd  ada”  arasında 



tarixən mövcud olmuş, irlandlar üçün faciəylə nəticələnmiş  və diasporun yaranması üçün vacib səbəb

94

 olmuş 



gərgin münasibətlər ölkədən getmiş irlandların və onların xələflərinin davranış istiqamətinin əsas aspektlərini 

müəyyənləşdirdi.  

Keçmişdən  qalma  kin  üzündən  diasporun  Şimali  İrlandiya  münaqişəsinə  münasibəti  radikal  xarakter  aldı. 

Konfliktoloq Terens Layons hesab edir ki, münaqişələr və vətəndə gedən siyasi proseslər nəticəsində yaranan 

diasporlar  özlüyündə  münaqişə  və  ya  repressiyalar  vasitəsilə  sərhəd  üzərindən  hərəkət  eləmək 

məcburiyyətində  olan  şəbəkəni  ifadə  edir.  Çünki  spesifik  travmatik  yaddaş  dəstinə  sahibdir  və  vətənlə 

nümunəvi rəmzi əlaqələri qoruyub saxlayır

95

. Travmatik yaddaş öz növbəsində kollektiv identikliyin səfərbərlik 



resursu rolunda çıxış edir.  

Münaqişə tərəflərinin diasporlar tərəfindən dəstəklənməsi 

Şimali  İrlandiya  münaqişəsinin  tərəfləri  –  respublikaçılar  və  yunionistlər  –  öz  diasporlarindan  bir-birilə 

müqayisə  olunmayacaq  qədər  fərqli  həcmdə  yardım  alırdılar.  Yunionistlərə  xaricdən  göstərilən  dəstək 

respublikaçılara  onların  diasporu  tərəfindən  edilən  maliyyə  və  siyasi  yardımdan  qat-qat  az  idi.  Bu  fakt  Olster 

protestantlarının  nümayəndələrinin  xaricdə  çox  az  sayda  olması  ilə  izah  olunur:  XVIII  əsrdə  250  minə  yaxın 

Olster  protestantları  Amerikaya  mühacirət  etdilər,  amma  onların  əksər  hissəsi  assimilyasiya  olundu  və  artıq 

keçmiş  vətəndə  baş  verən  siyasi  hadisələrə  maraq  göstərmirdilər

96

.  Bundan  başqa,  protestant  diasporunun 



köklərinin  gəldiyi  cəmiyyətlə  əlaqələri  və  identikliyi  zəif  idi

97

.  Digər  tərəfdən  isə,  katolik  icması 



nümayəndələrinin  fikrincə,  status-kvonun  saxlanması  tərəfdarı  olan  yunionistlər  Böyük  Britaniyanın  himayəsi 

altında idilər, çünki Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində saxlanması məsələsində yunionistlərin və 

Britaniya hakimiyyətinin maraqları üst-üstə düşürdü. Amma 1985-ci il 15 noyabrda Hillsboroda (Hillsborough, 

                                                           

90

Məhsul qıtlığı 1845, 1846, 1847 və 1848-ci illərdə olmuşdu (Klem Makkartninin müsahibəsindən).  



91

 K. Kenny, Irish Immigrants in the United States. URL: 

http://photos.state.gov/libraries/amgov/30145/publications-english/EJ-immigrants-mainstream-0208.pdf

  

 



92

Müəllifin Dini İcmalar Forumundan (Community Faiths’ Forum) Rob Fermaykl ilə (Rob Fairmichael) 

müsahibəsi, 22 iyun 2013-cü il (Belfast). 

93

Müəllifin Pat Şihanla (PatSheehan) müsahibəsi, 25 iyun 2013-cü il (Stormot, Belfast). 



94

Bilavasitə səbəb aclıq idi, amma onsuz da İrlandiya çoxsaylı kasıb kəndlilərin ölkəsi idi və bu cür vəziyyətlərdə, 

adətən, kəndli icmalarının nümayəndələri köç edirlər (Klem Makkartni ilə müsahibədən).  

95

T. Lyons, Diasporas and Transnational Politics in Ethiopia, in Diasporas Armed Conflicts and Peace-building in 



Their Homeland, Uppsala University, Department of Peace and Conflict Research Report No. 79, 2007, p. 

32.Həmçinin bax: 

http://www.gvpt.umd.edu/davenport/dcawcp/paper/mar0304.pdf

 

 



96

 A.J. Wilson, The Billy Boys Meet Slick Willy: The Ulster Unionist Party and the American Dimension to 

the Northern Ireland Peace Process, 1994–9, Irish Studies in International Affairs, Vol. 11 (2000), pp. 121–136. 

97

Klem Makkartni ilə müsahibə. 




 

41 


 

Şimali İrlandiya) anqlo-irland  sazişi bağlanmışdı ki, bu sazişin də bəzi müddəaları yunionistləri təmin etmirdi

98



Bu sənədi qəbul etməklə rəsmi London göstərdi ki, heç də həmişə protestant icmasını dəstəkləməyəcək



99

Bununla belə, münaqişə zamanı yunionistlər “ağ” Cənubi  Afrikadan



100

, Kanada  və  ABŞ-dan

101

 müəyyən qeyri-



formal  və  qeyri-institutlaşdırılmış  dəstək  aldılar.  Loyalistlər  IRA-nın

102


 elədiyi  kimi,  başqa  ölkələrdəki  müxtəlif 

şəxslər vasitəsilə silah alveri həyata keçirməyə cəhd edirdilər. 

Şimali İrlandiyada respublikaçılar hərəkatına nəhəng yardımı ABŞ-da  möhkəmlənmiş irland diasporu göstərdi. 

Kevin Kenni qeyd edir ki: 



“Әvvəlcə irland mühacirlər ixtisaslaşmamış fəhlə idilər və cüzi maaşla işlədilirdilər, çox vaxt da 

tətillər zamanı əsas işçi qüvvəsini əvəz etmək üçün ehtiyat işçilər kimi istifadə olunurdular... Çox 

zaman  Birləşmiş  Ştatlara  girişləri  məhdudlaşdırılan  və  bu  ölkədə  vətəndaşlıq  ala  bilməyən 

afroamerikalılar və asiyalılardan fərqli olaraq, irlandlar heç vaxt irqçiliklə qarşılaşmayıblar. 

İrlandlar  ingilis  dilində  danışdıqları  və  Birləşmiş  Ştatlara  gələn  ilk  nəhəng  katolik  axınını  təşkil 

etdikləri  üçün  onlar  qısa  zamanda  bu  ölkədə  katolik  kilsəsini  öz  nəzarətləri  altına  aldılar.  El 

arasında deyildiyi kimi, Birləşmiş Ştatlarda kilsə “vahid, müqəddəs, apostol və irland” kilsəsidir. 

Amerikada  katoliklik  irlandların  özünüdərkinin  əsas  tərkib  hissəsi  oldu.  Katolik  olmalarını  öz 

üstünlüklərinə çevirən və İrlandiyada əlləri yetməyən siyasi imkanlardan istifadə edən irlandlar 

tədricən Amerika cəmiyyətində yuxarı doğru irəliləyirdilər”

103

Kokreyn, Sveyn və Baser yazırlar: 



“ABŞ-da  yalnız  polisdə  və  inşaat  sahəsində  deyil,  həmçinin  hakimiyyət  daxilində  və  vətəndaş 

cəmiyyətində  nüfuz  qazanmış  amerikalı  irlandların  tam  şəbəkəsi  yaradılmışdı.  Böyük  biznesdə, 

qeyri-hökumət  və  dövlət  sektorlarında  onların  nüfuzu  artırdı.  Həmkarlar  ittifaqlarında  onlar 

bərabər,  bəlkə  də  üstün  mövqeyə  sahib  idilər  və  şəhərlərdə  Demokrat  partiyası  sıralarında 

üstünlük  təşkil  edirdilər.  Bu  üstünlüyə  misal  olaraq  Nyu-Yorkda  fəaliyyət  göstərən  “Tammani-

xoll”u  göstərmək  olar

104

.  İrlandlar  qarşılıqlı  dəstəyin  özlərinəməxsus  siyasi  və  mədəni 

mexanizmlərini  formalaşdırmışdılar  ki,  bunların  da  sırasına  hibernialıların  Qədim  Ordeni 

(Ancient Order Of Hibernians, AOH) və Kelt Atletika Assosiasiyası (GAA) daxil idi.”  

                                                           

98

1985-ci ildə Marqaret Tetçer regiondakı gərgin vəziyyətə baxmayaraq, Anqlo-irland sazişini imzaladı ki, onun 



da şərtlərinə görə, Britaniya hökuməti tarixdə ilk dəfə olaraq Şimali İrllandiyanın idarə olunmasında İrlandiya 

Respublikasına konsultativ funksiyalar təqdim etdi. İmzalanmış saziş yunionistlərin kəskin tənqidinə tuş gəldi. 

Sonuncular əsasən Olsterin Böyük Britaniyanın tərkibində qalmasını istəyən və İrlandiyanın Şimali İrlandiyanın 

daxili işlərinə qarışmasına qarşı çıxan protestant əhalinin maraqlarını təmsil edirdilər. Klem Makkartinin 

zənnincə, 1985-ci il Sazişi respublikaçıların da xoşuna gəlməmişdi, çünki onların İrlandiya hökumətinin dəstəyini 

almadıqlarını göstərdi. 

99

Müəllifin yazıçı-jurnalist Deqlan de Bredunla (Deaglán de Bréadún) müsahibəsi, 24 iyun 2013-cü il (Dublin). 



 

100


M. O’Doherty, Piece by Peace, Belfast Telegraph, 11 June 2013.

 

101



Müəllifin Kler Haketlə (Clair Hackett) müsahibəsi, 27 iyun 2013-cü il (Belfast). 

102


Klem Makkartni ilə müsahibə. 

103


 K. Kenny, Irish Immigrants in the United States. URL: 

http://iipdigital.usembassy.gov/st/english/publication/2008/03/20080307131416ebyessedo0.6800043.html

  

104


Klem Makkartni ilə müsahibə. 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə