Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

 

32 


 

Respublikası  arasındakı  münasibətlər  (Britaniya-İrlandiya  Şurası;  Britanitya-İrlandiya  hökumətlərarası 

konfrans). 

Nəhayət,  1995-ci  il  28  noyabrda  İrlandiya  Respublikasının  və  Böyük  Britaniyanın  baş  nazirləri  Con  Bruton  və 

Con  Meycor  tərəfindən  Corc  Mitçelin  sədrliyi  altında  Tərk-silah  üzrə  Beynəlxalq  Komissiyanın  yaradıldığını 

bəyan  edən  müştərək  ingilis-İrland  kommünikesi

52

 qəbul  edildi.  Sənəddə  paralel  proseslərin  («twin-track») 



aparılması  nəzərdə  tutulurdu,  yəni  silahların  təhvil  verilməsi  məsələsi  və  çoxpartiyalı  danışıqların  aparılması 

eyni  zamanda  baş  tutmalı  idi.  Beləliklə,  Tərk-silah  üzrə  Müstəqil  Komissiyanın  yaradılması  ilə  münaqişə 

beynəlxalq xarakter aldı. 

Eyni  zamanda  1997-ci  ildə  Böyük  Britaniyada  Toni  Blerin  rəhbərliyi  altında  leyboristlərin,  İrlandiya 

Respublikasında isə Berti Ahernin rəhbərliyi altında Fianna Faylın hakimiyyətə gəlməsi ilə Şimali İrlandiya sülh 

prosesində  əhəmiyyətli  dəyişikliklər  baş  verdi.  Fövqəl  siyasi  iradə  və  strateji  baxışa  malik  bu  liderlər  Şimali 

İrlandiya münaqişəsinin nizamlanmasına çox böyük töhfə verdilər. İki mühüm sənəd – Belfast və Sent-Endryus 

Sazişləri məhz onların onillik hakimiyyəti (1997-2007) dövründə imzalandı. 

Xarici aktorların Şimali İrlandiya sülh prosesinə töhfəsi  

1973-cü  ildə  Birləşmiş  Krallıq  və  İrlandiya  Respublikası  Avropa  İqtisadi  İttifaqına  daxil  olduqdan  sonra  bu 

dövlətlərin  inkişafında  yeni  mərhələ  başladı.  Ötən  qırx  il  ərzində  Aİ    bu  ölkələrə  fəal  dəstək  verərək,  “Şimali 

İrlandiyada  yaşam  şərtlərinin  yaxşılaşdırılması,  orada  normal  vəziyyətin  yaradılması  üçün  küllü  miqdarda 

maliyyə  yardımı  göstərmişdir”

53

.  Beləliklə,  Aİ  1986-cı  ildə  xarici  maliyyə  yardımlarının  bölüşdürülməsi  kanalı 



kimi  Britaniya  və  İrlandiya  hökumətləri  tərəfindən  birgə  yaradılan  “İrlandiya  üçün  Beynəlxalq  Fond” 

(International  Fund  for  Ireland,  İBF)  müstəqil  təşkilatının  əsas  sponsorlarından  biri  idi.  O,  sülh  prosesinin 

stimullaşdırılması, bu regionun davamlı inkişafı və sosial birliyi məqsədilə 1989-cu ildən 2010-cu ilə

54

 qədər hər 



il bu fonda icmalararası və transsərhəd layihələr üçün 15 milyon avro

55

 ayırmışdır. 



Bundan əlavə, 1995-ci ildə Aİ tərəfindən Şimali İrlandiya və İrlandiya Respublikasının sərhədyanı bölgələrində 

sülh  quruculuğu  və  barışıq  üzrə  həyata  keçirilən  xüsusi  proqram  yaradıldı.  Bu  proqram  dinc  və  davamlı 

cəmiyyətin  formalaşdırılması  və  eləcə  də  regionda  barışığa  nail  olmaq  üçün  irəliləyişin  əldə  edilməsinə 

yönəlmişdi. Bu maliyyənin böyük hissəsi münaqişə nəticəsində təcrid olunmuş insanların icmalar səviyyəsində 

birgə işləməsinə töhfə vermək məqsədi daşımış və yerli qeyri-hökumət təşkilatları tərəfindən reallaşmışdır. Bu 

proqramın ikinci mərhələsini (2000-2004) həyata keçirmək üçün nəzərdə tutulmuş maliyyə vasitəsi 708 milyon 

avro

56

 təşkil edirdi. 



Beləliklə,  ABŞ,  Aİ,  Kanada,  Avstraliya  və  Yeni  Zelandiyadan  alınan  və  İBF-da

57

 toplanan  maliyyənin  ümumi 



məbləği  890  milyon  avro  təşkil  etdi.  Bu  illər  ərzində  Şimali  İrlandiyada  və  İrlandiya  Respublikasının  cənub 

                                                           

52

British and Irish Governments. Joint Communiqué, 28 November 1995. URL: 



http://cain.ulst.ac.uk/events/peace/docs/com281195.htm

 

53



Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi, s. 18. 

54

Community Transformation. Strategic Framework for Action 2012-2015. URL: 



http://www.internationalfundforireland.com/images/stories/documents/Strategic_Framework/ifi_strategic_fr

amework_for_action.pdf

 

55

 The 11th Dudley Senanayake Memorial Lecture on the topic Risks, Rights and Respect – Essential Elements of 



the Irish Peace Process given by Lord John Alderdice, 24 September 2008, p.12. URL: 

http://www.lordalderdice.com/sitebuildercontent/sitebuilderfiles/srilankalecturesept2008.pdf

 

56

The 11th Dudley Senanayake Memorial Lecture, p.12. 



57

International Fund for Ireland. URL: 

http://www.internationalfundforireland.com/background/47-

background

 



 

33 


 

qraflıqlarında  (Kavan,  Doneqol,  Litrim,  Laut,  Monaxan  və  Slayqo)  fəaliyyət  göstərən  təşkilat  5800-dən  çox 

layihəni maliyyələşdirmişdir.  

Eyni zamanda Birləşmiş Krallıq və İrlandiya Respublikasının Aİ-ə daxil olması onların ikitərəfli münasibətlərinin 

yaxşılaşmasına və balanslaşmasına səbəb oldu. Rəsmi şəxslərin mütəmadi səfərləri və ünsiyyəti, Aİ çərçivəsində 

müxtəlif müştərək tədbirlərdə və görüşlərdə iştirak etməsi nəticəsində ingilis-irland münasibətlərinin konteksti 

də  dəyişdi.  İşgüzar  münasibətlər  inkişaf  etdikcə  qarşılıqlı  hörmət  də  artırdı

58

,  bu  isə  Şimali  İrlandiya 



münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişinə də müsbət təsir göstərirdi. 

ABŞ  Şimali  İrlandiya  sülh  prosesinə  fəal  təsir  göstərən  daha  bir  xarici  aktordur.  İBF  1986-cı  ildən  başlayaraq 

ABŞ-dan 500 milyon dollar məbləğində maliyyə yardımı alınmışdır ki, bu da təşkilatın ümumi büdcəsinin yarısını 

təşkil edir

59

. ABŞ həmçinin Şimali İrlandiyanın iqtisadi inkişafına da maliyyə vəsaiti xərcləyir: məsələn, 2002-ci 



ildən 2007-ci ilə qədər Amerika şirkətləri tərəfindən Şimali İrlandiyaya 1,1 milyard ABŞ dolları yatırım qoyulmuş  

və  4  mindən  artıq  iş  yeri  açılmışdır.  2009-cu  ildən  2011-ci  ilə  qədər  ABŞ-ın  Şimali  İrlandiya  üzrə  iqtisadi 

nümayəndəsi ABŞ və Şimali İrlandiya arasında iqtisadi münasibətlərin inkişafına təkan verərək və sülh prosesini 

dəstəkləyərək,  bu  bölgənin  iqtisadiyyatının  çiçəklənməsinə  şərait  yaratmışdır.  İri  miqdarda  amerikan 

investisiyalarının  Şimali  İrlandiyaya  cəlb  edilməsi  məqsədilə  2010-cu  ilin  oktyabrında  Vaşinqtonda  iqtisadi 

konfrans təşkil edilmişdir

60



Lord  Olderdaysın  sözlərinə  görə,  ABŞ  tərəfindən  göstərilən  dəstək  iqtisadi,  ekspert  və  vasitəçilik  sahələrində 



yardımı  nəzərdə  tuturdu.  Şimali  İrlandiya  siyasətçiləri  üçün  oxşar  münaqişələrin  həlli  təcrübəsini  öyrənmək 

üçün dünyanın digər bölgələrinə səfərlər təşkil olunurdu

61



ABŞ-ın  eks-prezidenti  Bill  Klintonun  Şimali  İrlandiya  sülh  prosesinə  verdiyi  şəxsi  töhfəsini  xüsusi  olaraq  qeyd 



etmək lazımdır. Klinton Şimali İrlandiyaya səfər etmiş ilk Amerika prezidenti idi. Bu səfər zamanı 1995-ci il 30 

noyabrda  Belfast Şəhər  Şurasının  binasında çıxış edərkən  o,  Şimali İrlandiya  sülh prosesinin faydası və önəmi 

haqqında  danışmışdı.  Öz  çıxışıında  o,  terrorçuları  “dünənin  insanları”  adlandırmışdı

62

.  1994-cü  ildə  IRA-nın 



siyasi qanadı olan Şinn Feynin lideri Cerri Adamsa ABŞ vizasının verilməsi Bill Klintonun müəyyən dərəcədə IRA-

nın  1994-cü  ilin  avqustunda  birtərəfli  şəkildə  atəşkəs  elan  etməsinə  və  Şinn  Feynin  dünya  ictimaiyyəti 

tərəfindən terrorçu təşkilat deyil, siyasi partiya kimi qəbul edilməsinə səbəb olmuşdur. 

Bill  Klintonun  Birləşmiş  Krallığa  səfərindən  bir  gün  öncə,  yəni  1995-ci  il  28  noyabrda  Britaniya  və  İrlandiya 

hökümətləri  tərəfindən  qəbul  edilmiş  İngilis-İrland  kommünikesi  çərçivəsində  sabiq  Amerika  senatoru  Corc 

Mitçelin sədrliyilə Tərk-silah üzrə Beynəlxalq Komissiyanın yaradılması elan edildi. Komissiya 1996-cı il yanvarın 

ortalarına  qədər  vəziyyəti  öyrənib  bu  məsələ  ilə  bağlı  tövsiyələr  verməli  idi.  Bill  Klinton  bu  təşəbbüsü 

dəstəkləyərək,    Corc  Mitçeli  ABŞ-ın  Şimali  İrlandiya  üzrə  Xüsusi  Nümayəndəsi  təyin  etdi.  Mitçel  və  Tərk-silah 

üzrə  Beynəlxalq  Komissiyanın  digər  iki  üzvü  –  Finlandiyanın  sabiq  baş  naziri  Xarri  Xolkeri  və  kanadalı  general 

Con de Çasteleyn 1996-cı ilin yanvarında hesabatı təqdim etdilər.. Bu hesabatda onlar yarıhərbi qruplaşmalar 

tərəfindən  qeyri-qanuni  silahların  təhvil  verilməsi  və  çoxpartiyalı  danışıqların  paralel  aparılması  fikrini 

dəstəklədilər

63



                                                           



58

 The 11th Dudley Senanayake Memorial Lecture, p.6. 

59

 U.S. Department of State, Background Note: Ireland, November 2011; Акт 1986-cı il. Anqlo-irland sazişinin 



dəstəklənməsi haqda (P.L. 99-415) İBF-da ABŞ-ın maddi iştirakını sanksiyalaşdırır. 

60

 K. Archick, Northern Ireland: The Peace ProcessCongressional Research Service, January 10, 2013, p.14  



61

 The 11th Dudley Senanayake Memorial Lecture, p.7. 

62

Bill Clinton and the Northern Ireland Peace Process.Presidential History Geeks. URL: 



http://potus-

geeks.livejournal.com/294798.html

 

63

Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi, s. 41.



 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə