Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

 

26 


 

siyasi yolla nizamlanması prosesinin əsasını qoyan Belfast Sazişinin (Müqəddəs Cümə sazişinin) imzalanması ilə 

nəticələndi.  

Bu  məqalədə  Britaniya  və  İrlandiya  hökumətlərinin,  eləcə  də  Avropa  İttifaqı  (Aİ)  və  ABŞ-ın  timsalında  xarici 

aktorların Şimali İrlandiya münaqişəsinin nizamlanmasına verdiyi töhfələr nəzərdən keçirilmişdir. 

Danışıqlar prosesində Britaniya və İrlandiya hökumətlərinin qarşılıqlı fəaliyyəti 

1972-ci ilə qədər Şimali İrlandiya Birləşmiş Krallıq tərəfindən 1920-ci il İrlandiya hökumətinə dair Akt əsasında 

idarə  olunurdu

18

.  Region  senat  və  icma  palatasından  ibarət  yerli  parlamentə  (Stormont)  malik  idi,  Britaniya 



monarxı isə burada qubernatorla təmsil olunurdu.   

Şimali  İrlandiyanın  protestant  əhalisi  cəmiyyətdə  daha  böyük  siyasi  gücə  sahib  idi,  çünki  katolik  icmasının 

nümayəndələri  legitim  saymadıqları  seçki  orqanlarının  işində  iştirak  etmirdilər.  Yunionistlər  Parlamentdə  və 

yerli  hökumətdə,  həmçinin  Şimali  İrlandiyanın  məhkəmə  sistemində,  yerli  polis  qüvvələrinin  tərkibində 

üstünlük  təşkil  edirdilər  (The  Royal  Ulster  Constabulary  (RUC)  və  Ulster  Special  Constabulary  («B-Specials»)). 

Amma  özünü  bütünlükdə  İrlandiya  adasında  azlıqda  hiss  edən,  katoliklər  tərəfindən  assimilyasiyaya 

uğramaqdan  və  İrlandiya  Respublikasının  irrendentizm  iddialarından  çəkinən  protestant  əhali  sosial-siyasi, 

iqtisadi, təhsil və s. sahələrdə katolik azlığına qarşı ayrı-seçkiliyə yol verirdi. 

Tədriən  bu  vəziyyət  millətçilərin  narazılığını  artırırdı.  1967-ci  ildə  “Şimali  İrlandiyada  Vətəndaş  Haqlarının 

Müdafiəsi Assosiasiyası” katolik hərəkatının fəalları bir sıra nümayişlər keçirdilər, onların əsas tələbləri katolik 

və  protestantların  bərabər  vətəndaş  haqları  ilə  təmin  olunmasından  ibarət  idi.  Bu  aksiyalar  öz  növbəsində 

protestantların cavab olaraq küçə yürüşləri keçirməsinə səbəb oldu.  



“Mitinqlər  və  əks-mitinqlər  məhdud  miqyasda  zorakılıq  doğururdu  və  toqquşmalara  hər  iki 

icmanın ən döyüşkən əhvallı təbəqələri qarışırdı.  Vəziyyəti nəzarət altına almaq istəyən polis və 

onun  ehtiyat  qüvvəsi  «B-Specials»  qərəzsizlik  nümayiş  etdirə  bilmirdilər.  Əsasən 

protestantlardan  ibarət  olduqları  üçün  yunionistlərə  qarşı  daha  anlayışla  davranır,  vətəndaş 

haqları uğrunda kampaniya iştirakçılarına qarşı isə sərt münasibət göstərirdilər”

19

.  

Yaranmış  vəziyyətin  öhdəsindən  gəlmək  üçün  yerli  hökumət  Britaniya  hökumətinə  müraciət  etməyə  məcbur 

oldu  və  nəticədə,1969-cu  ilin  avqustunda  Şimali  İrlandiyaya  nizami  ordu  hissələri  yeridildi.  1970-ci  ildən 

etibarən  Britaniya  Ordusunun  əsasən  protestantlardan  ibarət  Olsterin  Müdafiə  Alayı  (The  Ulster  Defence 

Regiment (UDR)) yerli polisin ehtiyat qüvvələrini («B-Specials») əvəz etdi. 

Lakin  ordunun  yeridilməsi  münaqişənin  eskalasiyasına  və  konfessiyalararası  düşmənçiliyin  daha  da 

kəskinləşməsinə səbəb oldu. 

“Britaniya  qoşunlarının  ərazidə  mövcudluğu  və  onların  icmalarında  keçirdiyi  əməliyyatlar 

respublikaçılar  üçün  Böyük  Britaniyanın  yunionist  sisteminin  dəstəklənməsindəki  rolunu 

qabardır  və  britaniyalılara  və  onların  hamilik  etdiyi  yunionistlərə  qarşı  silahlı  mübarizə 

arqumentini gücləndirirdi”

20

.  

                                                           

18

 Government of Ireland Act, 23 December 1920. 10 & 11 George 5 Ch. 67. URL: 



http://www.bailii.org/nie/legis/num_act/1920/192000067.html

 

19



Tarazlıq axtarışında.Şimali İrlandiyada sülh prosesi. Accord.ConciliationResources, 1999, № 8, с. 23.URL: 

http://www.c-r.org/sites/c-r.org/files/08_Northern%20Ireland_1999_RUS_F.pdf

 

20

Yenə orada. 




 

27 


 

Loyalistlər isə hesab edirdilər ki, "dövlətin fövqəladə səlahiyyətlərə malik olmasına və mülki əhaliyə qarşı ordu 

hissələrindən  istifadə  etməsinə”

21

 baxmayaraq,  qanunvericilik  çərçivəsini  aşmalı  və  özünümüdafiə  dəstələri 



yaratmalıdırlar.  

Öz  növbəsində  İrlandiya  Respublikası  Ordusunun  (IRA)  daxilində  baş  vermiş  parçalanma  Şimali  İrlandiyada 

vəziyyəti  daha  da  ağırlaşdırdı  və  bu  təşkilatın  daxilində  Müvəqqəti  IRA  adı  altında  yeni,  daha  sərt  qanadın 

formalaşmasına  səbəb  oldu.  Bu  qanad  Şimali  İrlandiya  ərazisində  Britaniya  qoşunlarına  qarşı  partizan 

müharibəsi  aparmağa  başladı.  1971-ci  ilin  avqustunda  Britaniya  hakimiyyətinin  tətbiq  etdiyi  istintaqsız, 

məhkəməsiz kütləvi cəzalandırmalara, həmçinin Britaniya Ordusunun və yerli polisin heç bir əsas olmadan güc 

tətbiq  etməsinə  cavab  olaraq,  həm  Şimali  İrlandiyanın  katolik  azlığı,  həm  də  İrlandiya  Respublikasının  mülki 

əhalisi tərəfindən IRA-nın fəaliyyəti dəstəklənməyə başlandı. 1972-ci il 30 yanvarda “Qanlı Bazar” günü (Bloody 

Sunday)

22

 Britaniya  qoşunları  tərəfindən  Derridə  “Şimali  İrlandiyada  Vətəndaş  Haqlarının  Müdafiəsi 



Assosiasiyası”nın təşkil etdiyi marşa gələn yerli əhalinin güllələnməsindən və bunun nəticəsində 14 nəfər dinc 

nümayişçinin vəfatından sonra IRA və Britaniyanın nizami qoşunları arasında qarşıdurma daha da kəskinləşdi.  

Vəziyyətin mürəkkəbliyini anlayan və Stormont parlamentinin fəaliyyətsizliyini nəzərə alan Edvard Xit hökuməti 

onun işini müvəqqəti dayandırıb, qanunverici hakimiyyəti Britaniya parlamentinə, icra hakimiyyətini isə Şimali 

İrlandiya  üzrə  dövlət  katibinə  təhvil  vermək  və  1972-ci  ilin  martından  birbaşa  idarəetmə  rejimi  tətbiq  etmək 

məcburiyyətində qaldı. 1972-ci il martın 28-də Şimali İrlandiya parlamenti son iclasını keçirdi və Brayan Folkner 

hökuməti istefaya getdi. Yunionist hökumətlərin Şimali İrlandiyadakı əlli illik hakimiyyəti beləcə sona çatdı

23



Britaniya  hökuməti  anlayırdı  ki,  böhranın  qarşısını  almaq  üçün  bir  sıra  siyasi  addımlar  atılmalıdır.    Bu  zaman 

İrlandiya hökumətinin vətəndaş və insan haqlarının lazımı səviyyədə qorunmasına dair tələbləri nəzərə alınmalı 

və eləcə də siyasi proseslərdə millətçilərin nümayəndələrinin iştirakına şərait yaratmaq üçün Şimali İrlandiyada 

qərarların qəbulu proseduru yenidən işlənməli idi

24



Bununla  əlaqədar  olaraq  növbəti  illərdə  Şimali  İrlandiya  münaqişəsinin  nizamlanmasına  dair  irəli  sürülmüş 



təşəbbüslərdə Britaniya hökuməti əsas diqqəti bir-birilə əlaqəli olan iki məqsədin əldə olunmasına yönəldirdi: 

a) həm yunionistlərin, həm millətçilərin təmsil oluna biləcəyi proporsional qaydada formalaşan Şimali İrlandiya 

hökumətinin  yaradılması;  b)  millətçiliyi  yatırmaq  məqsədilə  İrlandiya  Respublikasının  Şimali  İrlandiyanın 

işlərində  iştirakının  təmin  edilməsi  (yəni  “irland  ölçüsü”).  Amma  real  vəziyyət  belə  idi  ki,  ”yunionistlər  ikinci 

məqsədə  tam  əhəmiyyət  verməyərək  müəyyən  dərəcədə  birinci  məqsədlə  razılaşa  bilərdilər,  millətçilər  isə 

ikinci məqsədi nəzərə almadan birinci məqsədə böyük şübhəylə yanaşardılar”

25



Bundan  başqa,  proporsional  təmsilçilik  əsasında  yerli  hökumətin  yaradılması  çox  mürəkkəb  məsələ  idi,  çünki 



yunionistlər çoxluq prinsipi ilə formalaşan Britaniya hökumət sistemini (yəni parlamentdə ən çox yer qazanan 

partiya  hökuməti  formalaşdırır)  daha  demokratik  hesab  edirdilər  və  istənilən  digər  sistemə  qarşı  çıxırdılar. 

Xüsusən də yunionistlər hökumətin proporsional təmsilçilik (yəni müxtəlif icmaları təmsil edən partiyaların cəlb 

                                                           

21

Yenə orada 



22

İlkin istintaqın nəticələrinə görə, baş verənlərin məsuliyyəti nümayişçilərin üzərinə qoyulmuş, bu isə həlak 

olan və zərərçəkənlərin yaxınlarının etirazına səbəb olmuşdu. 12 il sürən (1998-2010) ikinci istintaqdan sonra 

nümayişçilərin güllələnməsinin qeyri-qanuni olaraq baş verildiyi etiraf edilmiş və 2010-cu il iyunun 15-də  

Britaniyanın baş naziri Devid Kemeron dövlət adından “Qanlı Bazar gününə” görə rəsmi şəkildə üzr istəmişdir. 

23

Northern Ireland Constitutional Convention – Background Information. URL: 



http://cain.ulst.ac.uk/events/convention/back.htm

 

24



 S. Farren, p.159. 

25

Northern Ireland. In Democracy and deep-rooted Conflict: Options for Negotiators, ed. by P. Harris and B. 



Reilly. Handbook Series, IDEA, 1998, p.126. 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə