Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

 

28 


 

olunması)  əsasında  formalaşmasına  etiraz  edirdilər,  çünki  bu  yolun  qeyri-demokratik  olduğunu  və  yalnız  zəif 

hökumətlər formalaşdırmağa qadir olduğunu düşünürdülər

26



Yuxarıda sadalanan bütün məsələlər üzrə konsensus əldə etmək üçün Britaniya hökuməti “Şimali İrlandiyanın 

gələcəyi:  müzakirə  üçün  hesabat”

27

 (Green  paper)  adlı  sənəd  hazırladı  və  bu  sənəd  1972-ci  ilin  oktyabrında 

Şimali İrlandiya məsələləri üzrə dövlət katibi Uilyam Uaytlou tərəfindən Şimali İrlandiyanın Olster Yunionistlər 

Partiyası,  Alyans  Partiyası  və  Leyboristlər  Partiyasına  təqdim  edildi.    Bunlar  Şimali  İrlandiya  Parlamentində 

təmsil  olunan  yeddi  partiyadan  üçü  idi.  Məhz  bu  partiyalar  1972-ci  ilin  sentyabrında  Şimali  İrlandiyada 

konstitusiya  islahatlarının  gələcək  istiqamətlərinə  həsr  olunmuş  üç  günlük  konfransa  Uaytlounun  dəvətini 

qəbul etmişdilər

28

. Müzakirə üçün hesabatda Şimali İrlandiyanın müxtəlif siyasi partiyalarının regionun gələcək 



inkişafına  dair  təklifləri  yer  almışdı,  həmçinin  burada  gələcəkdə  Şimali  İrlandiya  Assambleyasının 

formalaşdırılması,  səlahiyyətlərin  Birləşmiş  Krallıq  və  Şimali  İrlandiya  arasında  bölüşdürülməsi  məsələləri  və 

İrlandiya  Respublikasının  Şimali  İrlandiyanın  işlərində  iştirakını  nəzərdə  tutan  “İrlandiya  ölçüsü”  müddəası 

qaldırılmışdı.  

Bundan  əlavə  1949-cu  ildə  İrlandiya  özünü  respublika  elan  edərək,  Millətlər  Birliyindən  çıxdıqdan  sonra, 

Britaniya  parlamenti  Birləşmiş  Krallıq  və  İrlandiya  Respublikasının  münasibətlərini  müəyyən  edən  İrlandiya 

haqqında  1949-cu  il  Aktını

29

 qəbul  etdi.  Bu  akta  əsasən,  Şimali  İrlandiya  Əlahəzrətin  və  Birləşmiş  Krallığın 



dominionlarının bir hissəsi olaraq qalırdı və Şimali İrlandiya parlamentinin razılığı olmadan Şimali İrlandiyanın 

və ya onun istənilən hissəsinin bütün hallarda Əlahəzrətin və Birləşmiş Krallığın dominionlarının bir hissəsi kimi 

qalacağı təsdiqlənirdi. Amma 1972-ci ildə Edvard Xit hökuməti Stormont parlamentinin fəaliyyətini müvəqqəti 

olaraq  dayandırdığı  üçün  Şimali  İrlandiyanın  statusunu  təsdiqləməkdən  ötrü  hər  hansı  bir  vasitənin  tapilması 

zəruri  idi  və  buna  görə  də  1973-cü  il  martın  8-də  müvafiq  referendumun  keçirilməsi  haqqında  qərar  qəbul 

edildi


30

.  Referendumda

31

 Şimali  İrlandiya  əhalisi  Şimali  İrlandiyanın  Birləşmiş  Krallığın  tərkibində  qalıb-



qalmaması  və  ya  İrlandiya  Respublikasının  tərkibinə  daxil  olub-olmaması  ilə  bağlı  suala  öz  münasibətlərini 

bildirdilər.  Katoliklər  bu  referendumu  boykot  etdikləri  üçün  səslərin  əksəriyyəti  (58,66%  seçici  iştirakıyla 

seçicilərin 98,92%) Şimali İrlandiyanın Birləşmiş Krallığın tərkibində qalmasının lehinə verilmişdi. Bununla belə, 

referendum regionun statusunu təsdiqləmiş olsa da, Şimali İrlandiyada böhran davam edirdi. 

Tezliklə  1973-cü  il  martın  20-də  Britaniya  hökuməti  Şimali  İrlandiyanın  Konstitusiya  quruluşuna  dair  Təkliflər 

(White  paper)

32

 dərc  etdirdi.  Bu  təkliflər  30  oktyabr  1972-ci  il  tarixli  müzakirə  üçün  hesabatı  əsasında  işlənib 



hazırlanmışdı.  Sənəddə  İrlandiya  Şurasının  və  proporsional  təmsilçilik  əsasında  seçilməli  və  Stormont 

parlamentini əvəz etməli olan yeni Şimali İrlandiya Assambleyasının yaradılması təklif olunurdu. Bu təkliflərin 

əsasında  1973-cü  il  mayın  3-də  Britaniya  hökuməti  tərəfindən  Şimali  İrlandiya  Assambleyası  təsis  edildi  və 

1973-cü  il  iyunun  28-də  onun  üzvləri  seçildi,  1973-cü  il  iyunun  31-də  isə  Şimali  İrlandiya  Assambleyasının  ilk 

toplantısı keçirildi.  

                                                           

26

 S. Farren, p.159. 



27

The Future of Northern Ireland: A Paper for Discussion (Green Paper; 1972) URL: 

http://cain.ulst.ac.uk/hmso/nio1972.htm

 

28



S. Wolff, Context and Content: Sunningdale and Belfast Compared. URL: 

http://www.stefanwolff.com/files/sunningdaletobelfast.pdf

 

29

Ireland Act, 1949. URL: 



http://cain.ulst.ac.uk/hmso/irelandact1949org.pdf

 

30



 V. Bogdanor, Western Europe. In Referendums around the world: the growing use of direct democracy, ed. 

by D. Butler, A. Ranney, AEI Press, 1994, pp. 37-38. 

31

Referendum ('Border Poll') (NI) – Thursday 8 March 1973. URL: 



http://cain.ulst.ac.uk/issues/politics/election/ref1973.htm

 

32



Northern Ireland Constitutional Proposals (White Paper; 1973). URL: 

http://cain.ulst.ac.uk/hmso/cmd5259.htm

 



 

29 


 

1973-cü il iyulun 18-də Şimali İrlandiya Konstitusiyası haqqında Akt qüvvəyə mindi,

33

 bu sənəd əhalinin böyük 



hissəsinin  razılığı  olmadan  Şimali  İrlandiyanın  Birləşmiş  Krallıqdan  ayrılmayacağını  və  bu  məsələ  ilə  bağlı 

referendumun yalnız 10 ildən bir

34

 keçirilə biləcəyini təsdiqləyirdi. Aktda proporsional əsasda formalaşan Şimali 



İrlandiya  Assambleyasının,  həmçinin  həm  Şimali  İrlandiyanın,  həm  də  İrlandiya  Respublikasının 

nümayəndələrinin  daxil  olduğu  İrlandiya  Şurasının  təsis  edilməsi  nəzərdə  tutulmuşdu.  Əvvəlki  parlament  və 

qubernator vəzifəsi ləğv olundu, 1973-cü il noyabrın 21-də

35

 isə proporsional təmsilçili icra orqanı təsis edildi. 



1973-cü il dekabrın 6-dan 9-a qədər Sanninqdeyldə (İngiltərə)

36

 proporsional təmsilçili icra orqanının təsisi ilə 



bağlı açıq qalmış çətin məsələlərin həlli üçün üçtərəfli konfrans təşkil edildi. Konfransda Böyük Britaniyanın baş 

naziri  Edvard  Xit,  İrlandiya  Respublikasının  baş  naziri  Liam  Kosqreyv,  həmçinin  nazirlər,  Olster  Yunionistlər 

Partiyasının,  Sosial-Demokrat  və  Leyborist  Partiyasının,  Şimali  İrlandiya  Alyans  Partiyasının  nümayəndələri 

iştirak edirdilər.   

İştirakçılar müxtəlif mövzuları müzakirə edirdilər, amma əsas müzakirə Şimali İrlandiyanın gələcək hökumətinin 

“İrland  ölçüsü”  ətrafında  aparıldı.  İrlandiya  Şurasının  iki  hissədən  –  Nazirlər  Şurası  və  Məşvərət 

Assambleyasından  ibarət  olacağı  nəzərdə  tutulurdu.  İcra  və  əlaqələndirici  funksiyaları  yerinə  yetirən  Nazirlər 

Şurasının tərkibinə Şimali İrlandiya icra orqanının yeddi üzvü və İrlandiya Respublikası hökumətinin yeddi üzvü 

daxil ola bilərdi. Məşvərət  və təftiş funksiyasını yerinə yetirən, Məşvərət  assambleyasının  tərkibinə isə Şimali 

İrlandiya  Assambleyasının  otuz  üzvü  və  İrlandiya  Respublikası  Parlamentinin  aşağı  palatasının  30  üzvü  qatıla 

bilərdi.  Mayın 9-da konfrans bitəndən sonra yekun kommünike

37

 dərc olundu. 



Amma  Olster  Yunionist  Partiyası  üzvlərinin  əksəriyyəti  bu  razılaşmanın  əleyhinə  çıxdılar,  bu  da  son  nəticədə 

partiyanın  parçalanmasına  və  onun  lideri  Brayan  Folknerin  istefasına  gətirib  çıxardı.  1974-cü  il  mayın  15-də 

İrlandiya  Şurasının  formalaşdırılmasına  dair  tədbirlər  Şimali  İrlandiya  Assambleyasında  təsdiq  ediləndən  cəmi 

bir  gün  sonra  Olster  Fəhlə  Şurası  tərəfindən  təşkil  olunan  tətil  başladı.  Nəticədə  1974-cü  il  mayın  28-də 

proporsional  təmsilçili  icra  orqanı  istefaya  getməli  oldu,  1974-cü  il  mayın  30-da  isə  Şimali  İrlandiya 

Assambleyasının fəaliyyəti də dayandırıldı

38



Həmçinin  1975-ci  ilin  mayında  seçilmiş  Konstitusiya  konventinin  fəaliyyəti  də  uğursuzluqla  başa  çatdı.  Onun 



fəaliyyəti  cəmiyyətdə  geniş  dəstək  qazanmadığı  üçün  Britaniya  hökuməti  1976-cı  il  martın  9-da

39

 Konventi 



buraxdı və birbaşa idarəetmə rejiminin qeyri-müəyyən müddətə uzadıldığını elan etdi.  

Bu  uğursuzluqlara  baxmayaraq,  Britaniya  və  İrlandiya  hökumətləri  növbəti  illərdə  də  Şimali  İrlandiya 

münaqişəsinin nizamlanması yönündə birgə səylərini davam etdirmək əzmində idilər. Bu kontekstdə İrlandiya 

və  Britaniya  baş  nazirləri  Herret  Fiçcerald  və  Marqaret  Tetçer  tərəfindən  imzalanan  1985-ci  il  15  noyabr 

Hillsboro İngilis-İrland sazişi

40

 ən vacib sənədlərdən biridir.  



İki hökumət arasındakı bu razılaşmanın birinci maddəsinə əsasən:  

                                                           

33

Northern Ireland Constitution Act 1973. URL: 



http://cain.ulst.ac.uk/hmso/nica1973.htm

 

34



Amma nə 1983-cü, nə də növbəti on illiklərdə referendum keçirilməmişdir. 

35

A Chronology of the Conflict – 1973. URL: 



http://cain.ulst.ac.uk/othelem/chron/ch73.htm

 

36



The Sunningdale Agreement (December 1973). URL: 

http://cain.ulst.ac.uk/events/sunningdale/agreement.htm

 

37

Yenə orada 



38

A Chronology of the Conflict – 1974. URL: 

http://cain.ulst.ac.uk/othelem/chron/ch74.htm

 

39



Northern Ireland Constitutional Convention – A Chronology of Main Events. URL: 

http://cain.ulst.ac.uk/events/convention/chron.htm

 

40

Anglo-Irish Agreement 1985 between the Government of Ireland and the Government of the UK. URL: 



http://cain.ulst.ac.uk/events/aia/aiadoc.htm

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə