Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

 

21 


 

adi cinayətkar sayır. Amma məğlubiyyət siyasi qələbə ilə nəticələndi: aclıq aksiyası müddətində etirazçılardan 

biri  respublikaçı  Bobbi  Sendz  Britaniya  parlamentinə  deputat  seçildi.  Bobbi  Sendz  öz  kürsüsünə  elə  də  otura 

bilmədi,  yaxın  zamanda  digər  məhbuslar  kimi  aclığa  son  verməyərək  dünyasını  dəyişdi.  Bunların  nəticəsində 

IRA  bütün  dünyada  insanların  gözündə  çox  sayda  günahsızın  ölümünə  səbəb  olmuş  terrorçu  təşkilatdan 

imperializmlə mübarizə rəmzinə çevrildi. 

Aclıq aksiyasının doğurduğu səs-küy IRA rəhbərliyinə göstərdi ki, siyasi mübarizə zorakılıqdan daha effektiv ola 

bilər.  Əlbəttə,  silahlı  mübarizədən  siyasi  arenaya  keçmək  asan  deyildi.  IRA  tərəfdarları  strateji  dəyişiklikləri 

qəbul  etməyə,  bu  da  təşkilat  daxilində  növbəti  parçalanmalara  səbəb  ola  bilərdi.  IRA  tarixində  əvvəllər  də 

parçalanmalar olmuşdu. Bu isə öz  növbəsində yenidən zorakılığa  gətirib  çıxarardı. IRA-nın atəşkəs  elan etdiyi 

vaxtdan  Müqəddəs  Cümə  Sazişinə  qədər  çox  vaxt  keçmişdi,  bu  müddətdə  atəşkəs  dəfələrlə  pozulmuşdu. 

Amma IRA-nın növbəti parçalanması baş tutmadı və təşkilatın əksər tərəfdaşı zorakılıqdan imtinanı qəbul etdi. 

Düzdür,  bu  gün  IRA-dan  qopmuş  terrorçu  üsullardan  imtina  etməmiş  qruplar  var,  amma  onlar  marginal 

xarakter daşıyır. 

Sülh prosesinin müvəffəqiyyətində loyalların hərbləşdirilmiş təşkilatlarının öz mövqeyini dəyişməsi də böyük rol 

oynadı.  Münaqişə  illərində  bir  çox  loyalist  yaraqlı  həbsə  düşmüşdü.  Onlardan  bəziləri  məhbəsə  gənc  yaşında 

atılmışdı, çıxanda isə artıq təcrübə ilə müdrikləşmişdilər və problemin sülh yolu ilə həll edilməli olduğuna böyük 

əminlikləri  vardı.  Öz  düşüncəsilə  uğrunda  “döyüşdükləri”  Birləşmiş  Krallığın  onlarla  cani  kimi  davranması 

əksəriyyətini  yunionizmin  siyasi  doqmalarını  tənqidi  yanaşma  ilə  yenidən  dəyərləndirməyə  məcbur  etdi.  Eyni 

zamanda  məhbəsdə  keçirdikləri  illər  onlara  loyallar  arasında  mənəvi  nüfuz  qazandırmışdı  və  zəiflik,  satqınlıq 

kimi  ittihamlara  qarşı  dayanıqlı  etmişdi.  Danışıqlar  dövründə  İen  Peysli  keçirdiyi  mətbuat  konfransında 

loyalların liderini hədsiz güzəştçilikdə günahlandıranda, keçmiş məhbus olan bir neçə loyal onun sözünü kəsib 

“Sən  bizi  hara  aparırsan,  İen?  Sənin  nömrən  hanı,  İen”  -  deyə  qışqırmağa  başlamışdılar.  Bununla  da  İen 

Peyslinin  onlardan  fərqli  olaraq  heç  vaxt  silahlı  toqquşmalarda  iştirak  etmədiyinə,  məhbəsdə  olmadığına  və 

buna  görə  də  şəxsi  məhbus  nömrəsi  ilə  qürurlana  bilmədiyinə  eyham  vururdular.  Bütün  bunlar  dərhal  mass-

mediada tirajlandı və sülh prosesini qəbul etməyən yunionistlər üçün fəlakət effektli piar oldu

11



Sülh prosesi: qaliblər və məğlublar 



Nəticədə dəfələrlə pozulmaq təhlükəsilə üz-üzə qalan sülh prosesi Müqəddəs Cümə Sazişinin (həm də Belfast 

Sazişi  kimi  tanınır)  bağlanması  ilə  yekunlaşdı.  Sazişdə  bir  çox  məsələlər  üzrə  “yaradıcı  ikimənalılıq”  (creative 

ambiguity)  saxlanılmışdı,  bu  da  tərəflərə  imkan  verirdi  ki,  öz  icmalarında  razılaşmaların  dəstəklənməsi 

məsələsini  asanlaşdırsınlar.  Bəzi  məsələlər  üzrə  razılıq  əldə  etmək  mümkün  olmadı  və  həmin  məsələləri 

gələcəyin öhdəsinə buraxmaq qərara alındı. Bütün bunlara baxmayaraq, İen Peyslinin DYP-i sazişi qəbul etmədi 

və  protestantlar  arasında  ona  müxalifət  yaratdı.  Katoliklər  əsasən  sənəddən  razı  qalmışdılar,  amma  yenə  də 

Şinn Feyn razılaşmanı dəstəkləməkdə təmkin nümayiş etdirirdi. 

Sazişin  şərtlərinə  əsasən,  Şimali  İrlandiyanın  müştərək  idarə  edilməsi  tətbiq  olunmağa  başladı.  İcra 

Hakimiyyətinin  başında  baş  nazir  və  onun  müavini  dayanır,  hakimiyyət  kürsülərində  isə  yerlər  Qanunverici 

Assambleyaya proporsional sistemlə keçirilmiş seçkilərdə ən çox səs toplayan partiyalar arasında bölüşdürülür. 

Beləliklə də, hakimiyyətdə hər iki icmanın nümayəndələrinin təmsil olunması təmin edilir. Ən vacib məsələlər 

üzrə  səsvermə  icmalar  arasında  konsensus  prinsipinə  əsasən  keçirilməlidir.  Yəni  qərarın  qəbul  edilməsi  üçün 

ayrı-ayrılıqda  hər  iki  icma  daxilindəki  çoxluq  nəzərə  alınmalıdır.  Bu,  faktiki  olaraq  idarəetmə  məsuliyyətinin 

yunionistlər  və  katoliklər  arasında  bölünməsi  deməkdir.  Həmçinin  əsasən  konsultativ  funksiya  daşıyan, 

İrlandiyanın  iki  hissəsi  arasında  və  onlarla  London  arasında  kommunikasiya  yaratmalı  olan  digər  orqanlar  da 

yaradıldı.  Artıq  dediyimiz  kimi,  Sanninqdeyl  Sazişinin  uğursuzluğunun  səbəblərindən  biri  seçicilərin  dəstəyini 

                                                           

11

F. Cochrane, p. 181-182. 




 

22 


 

qazana  bilməməsindən  ibarət  idi.  Bu  dəfə  tarixin  dərsləri  nəzərə  alınmışdı  və  referendum  keçirmək  qərarına 

gəlinmişdi. Üstəlik referendum adanın hər iki hissəsində keçirilməli idi: Şimalda referendum mövzusu sazişlərin 

özü idi, Cənubda isə İrlandiya Konstitusiyasına Şimali İrlandiyaya qarşı ərazi iddialarını ləğv edən dəyişikliklərin 

edilməsi. 

Şimali İrlandiyada vətəndaş cəmiyyəti referendumu dəstəkləyən kampaniya təşkil elədi ki, bu da onun uğrunda 

böyük  rol  oynadı.  Belfast  Sazişi  81%  seçici  iştirakıyla  keçən  referendumda  71%  lehinə  səs  qazandı

12

.  Siyasi 



partiyaların,  yumşaq  desək,  sazişi  fəal  şəkildə  dəstəkləmədiyini  nəzərə  alsaq,  bu  yekun  məhz  vətəndaş 

cəmiyyətinin səylərinin nəticəsi idi.  

Bununla belə, referendumun nəticələri müəyyən qədər narahatlıq doğururdu. Sosial araşdırmaların nəticəsinə 

görə, katoliklərin, demək olar ki, 99%-i sazişi dəstəklədiyi halda, protestantlar arasında çoxluq daha az təsirliydi 

- 57%

13

. Bu, sülh  prosesi üçün pis xəbər idi,  amma  Trimblın  Olster  Yunionistlər Partiyası üçün daha betər idi. 



2003-cü  ildə  keçirilən  seçkilərdə  onun  partiyası  məğlub  olmuşdu:  protestantların  çoxu  sazişin  əleyhinə  çıxan 

Peyslinin  DYP-na  səs  vermişdi.  Koalisiya  kabinetinin  yaradılması  ilə  bağlı  DYP  və  Şinn  Feyn  arasında  aparılan 

danışıqlar nəticə vermirdi. 

Elə bil ki tarix təkrarlanırdı. Amma Şimali İrlandiyada vəziyyətin dinamikası dəyişdi. Nəticədə 2006-cı ildə Sent-

Endryusda  razılaşma  imzalandı.  Bu  razılaşma  nəinki  Şinn  Feyn  və  DYP-nin  daxil  olduğu  yeni  kabinetin 

yaradılmasına imkan verdi, hətta Belfast Sazişinin üstündən ötdüyü məsələləri (misal üçün, Şimali İrlandiyada 

polis  islahatları  məsələsini)  həll  etdi.  Yunionist  siyasətçilər  arasında  ən  güzəşt  tanımayan  Peyslinin  (onun  ən 

məşhur  şüarı  “Olster  “yox”  deyir”  sözləri  idi)  Şinn  Feynlə  hakimiyyəti  bölüşməyə  razı  olması  çoxlarını 

təəccübləndirmişdi. Amma reallıq məhz bu cür idi: yeni hökumətə vaxtilə nəinki kəskin düşmən olmuş, hətta 

bir-birilə  münaqişədə  olan  iki  ideologiyanın  rəmzləri  sayılan  iki  nəfər  rəhbərlik  edirdi:  yunionist  İen  Peysli  və 

respubliksçı  Martin  Makqinness  (çox  çəkmədən  yaşlı  Peyslini  bu  kürsüdə  onunla  eyni  partiyadan  olan  Piter 

Robinson əvəz elədi). 

Ümumilikdə sülh sazişlərində Şimali İrlandiyada bütün tərəflər uddular. Amma əgər sırf siyasi nəticələr haqda 

danışsaq, bəzi siyasi qüvvələr üçün saziş acı nəticələr verdi. Katolik seçicilər sülhün əldə edilməsində SDLP və 

Xyumun səylərini gözlənildiyi qədər yüksək dəyərləndirmədilər. Artıq 2001-ci il seçkilərində Şinn Feynin böyük 

populyarlıq əldə etdiyi məlum oldu. Hətta onun IRA ilə bəlli əlaqəsi də buna mane olmamışdı, üstəlik bəlkə də 

kömək etmişdi.  

Gördüyümüz  kimi,  Trimblın  partiyası  daha  radikal  DYP  tərəfindən  məğlubiyyətə  uğradıldı.  Beləliklə,  hər  iki 

icmada  mülayim  partiya  mövqeyini  daha  radikal  partiyaya  təslim  etdi.  Hətta  Trimbl  və  Xyumun  layiq 

görüldükləri Nobel Sülh Mükafatı da köməklərinə gəlmədi. Üstəlik əgər katolik icmasının seçimini IRA-nın sülhə 

meylli  siyasi  mübarizəyə  keçməsini  dəstəkləməsi  kimi  qiymətləndirmək  mümkündüsə,  DYP-nin  elektoral 

müvəffəqiyyəti radikal mövqeyinin daha da kəskinləşməsi ilə bağlıdı (partiya radikallığından ancaq seçkilərdən 

sonra imtina elədi). 

Bütün  bunlar  ondan  xəbər  verir  ki,  sülh  prosesində  iştirak  güzəştə  gedənlər  üçün  ciddi  siyasi  risklə  müşaiyət 

olunur: seçicilər çox vaxt siyasətçiləri mülayimliyə görə cəzalandırıb, radikallığa görə mükafatlandırır. Buna görə 

də  sülh  sazişinin  siyasi  taleyinin  bu  və  ya  digər  siyasətçi,  ya  partiyanın  siyasi  aqibətilə  mümkün  qədər  bağlı 

olmaması vacibdir. Və məhz  buna  görə də sülh təşəbbüslərinin vətəndaş cəmiyyəti tərəfindən dəstəklənməsi 

böyük əhəmiyyət kəsb edir. Şimali İrlandiya təcrübəsindən öyrənilməsi vacib olan dərslərdən biri də budur. 

 

                                                           



12

Yenə orada, s. 198. 

13

Yenə orada, s. 201. 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə