Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

 

23 


 

Nəticələr və tövsiyələr 

Şimali  İrlandiyada  münaqişənin  dinamikası  digər  regionlarda  münaqişələrin  transformasiyasının  uğuruna 

yardım edə biləcək bir sıra amilləri müəyyən etməyə imkan verir: 

 

üçüncü  dövlətlərin  qarışmaması  və  ya  onlar  arasında  münaqişənin  həllinə  dair  konsensusun  əldə 



edilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Şimali  İrlandiyada  dünya  və  regionun  super  güclərinin 

maraqlarının toqquşması, demək olar ki, mövcud deyildi. Prosesdə super güc olaraq bircə ABŞ iştirak 

edirdi və o, münaqişənin həllində maraqli idi, özünün vasitəçi missiyasına ciddi yanaşırdı; 

 



münaqişənin həll olmasına təsir edən vacib amillərdən biri də insan haqları, söz və vicdan azadlığı kimi 

demokratik mədəni və siyasi dəyərləri bölüşmək (ən azı nəzəriyyədə) idi. Əlbəttə ki, təcrübədə bütün 

tərəflər  bu  dəyərləri  dəfələrlə  tapdalayırdılar.  Amma  bütünlükdə  Qərb  və  Avropanın  demokratik 

ənənələrinə  əsaslanan  ümumi  ideoloji  sahə  mövcud  idi  ki,  bu  da  qarşıdurmanın  müəyyən  həddi 

aşmağına imkan vermirdi; 

 



demokratik  institutların  mövcud  olması  münaqişənin  həllinə  öz  töhfəsini  verirdi:  bu  institutlarda 

təcrübədə  öz  icmaları  qarşısında  cavabdehlik  daşıyan  siyasətçilər  çalışırdılar.  Bu  isə  o  demək  idi  ki, 

onlar özlərinin dar maraqlarını deyil, öz icmalarının maraqlarını təmsil edirdilər. Düzdür, onu da qeyd 

etmək lazımdır ki, Şimali İrlandiyada demokratik institutların fəaliyyəti Londondan birbaşa idarəetmə 

tətbiq  ediləndən  sonra  məhdudlaşdı.  Amma  bu  vəziyyət  münaqişənin  bütün  aktorları  tərəfindən 

müvəqqəti və anormal kimi qəbul edilirdi, onlardan hər biri özünəməxsus yollarla normal demokratik 

institutlara qayıdışa nail olmağa çalışırdılar (bunu fəqrli təsəvvür etsələr də) və öz icmaları ilə əlaqəni 

itirmirdilər. 

Bu  ümumi  mülahizələrdən  başqa  Şimali  İrlandiyada  sülh  prosesinin  icmalı  istənilən  digər  sülh  prosesi  üçün 

faydalı ola biləcək bəzi tövsiyələr irəli sürməyə imkan verir: 

 

münaqişəyə  cəlb  olunmuş  müxtəlif  qrupları  subyekt  kimi  tanımaq  lazımdır.  Kənar  müşahidəçiyə 



münaqişə  tərəfləri  monolit  görünə  bilər,  amma  əslində  hər  bir  tərəfin  daxilində  fərqli  qavrayış  və  

maraqlara  sahib  müxtəlif  qruplar  mövcud  ola  bilər.  Bu  cür  unikal  yanaşması  olan  müxtəlif  qrupların 

mövcudluğunun tanınması sülh prosesinin uğur qazanmasının şərtidir; 

 



tərəflər  bir-birini  klişe  və  stereotiplər  çərçivəsində  görməkdən  vaz  keçməlidirlər.  Qarşı  tərəfin 

motivasiyasını anlamaq lazımdır. Bu, həmin motivasiyanı haqlı qəbul etmək demək deyil, belə olsaydı, 

münaqişə  olmazdı  zatən.  Amma  qarşı  tərəfin  düşüncə  tərzini  anlamaq  lazımdır  ki,  sülh  prosesindəki 

vəzifələrini  daha  adekvat  və  real  dəyərləndirə  biləsən.  Həmçinin  onu  da  anlamaq  vacibdir  ki, 

motivasiya bir çox hallarda rasional hesaba deyil, mülahizələrə əsaslanır ki, bu da proqmatik nöqteyi--

nəzərdən “irrasional” görünə bilər; 

 

müvəffəqiyyətin  digər  vacib  şərti  sülh  prosesinin  inklüzivliyidir  ki,  bu  da  münaqişəyə  cəlb  olunmuş 



bütün aktor və qrupların iştirakını təmin etmək üçün lazımdır. Amma inklüzivlik həmçinin sülh prosesi 

formatının  çevikliyini  nəzərdə  tutur.  Əgər  bütün  qrupların  cəlb  olunması  sülh  prosesi  gedişatında 

problemlər doğurarsa (məsələn, Y qrupu iştirak etdiyi təqdirdə X qrupu danışıqlarda iştirakdan imtina 

edir),  o  zaman  bu  maneələri  aşmaq  üçün  yollar  tapılmalıdır.  Bu  cür  mümkün  həll  yollarından  biri 

müxtəlif səviyyələrdə paralel danışıqların aparılmasıdır; 

 



sazişin  demokratik  legitimliyinin  təminatı  məqsədilə  demokratik  səsvermənin  effektiv  prosedurunu 

nəzərə almaq vacibdir. Təbiidir ki, demokratik  legitimliyi  olmayan sazış uzunömürlülük  şansına  sahib 




 

24 


 

ola  bilməz.  Konkret  formalara  referendumun  müxtəlif  növlərini  aid  etmək  olar,  amma  alternativ 

vasitələr də mümkündür; 

 



sazişin demokratik  legitimliyinin təminatı mexanizmini işləyib hazırlayanda, onun bu  sazişi imzalayan 

konkret  siyasi  qüvvələrin  elektorial  perspektivlərilə  bağlı  olmaması  çox  vacibdir.  Şimali  İrlandiya 

nümunəsindən  göründüyü  kimi,  əhali  sazişi  bağlayan  siyasi  qüvvələri  dəstəkləmədiyi  halda,  sazişin 

özünü dəstəkləyə bilər; 

 

vətəndaş  cəmiyyətinin  sülh  təşəbbüslərini  dəstəkləməsi  həlledici  rol  oynaya  bilər,  xüsusən  də  Şimali 



İrlandiyada baş tutan referendum misalında olduğu kimi: bağlanmış sazişin demokratik dəstəklənməsi 

proseduru həyata keçirildiyi mərhələdə. 

Və  nəhayət,  nəzərə  almaq  lazımdır  ki,  münaqişənin  mahiyyətinə,  onun  tarixinə,  ideal  həll  yoluna  və  s.  dair 

müxtəlif  yanaşmalar  bir  qayda  olaraq  uğurla  nəticələnən  sülh  prosesindən  sonra  da  qalır.  Sülh  prosesi 

münaqişənin  müxtəlif  tərəflərində  mövcud  olan  fərqli  reallıq  ifadələri  arasındakı  toqquşmaları  aradan 

qaldırmağa qadir deyil. Amma Şimali İrlandiya nümunəsindən göründüyü kimi, sülh prosesi keçmişə dair fərqli 

konsepsiyalar  arasındakı  toqquşmaların  elə  baxışlararası  münaqişə  mərhələsində  qaldığı,  zorakılıq  və 

qarşıdurmalara gətirib çıxarmayan demokratik formatların formalaşmasına səbəb ola bilər.  

 



 

25 


 

2. Şimali İrlandiya münaqişəsinin nizamlanmasında rəsmi 

diplomatiyanın və xarici aktorların rolu  

Gülşən Paşayeva 

Giriş 


Şimali İrlandiya münaqişəsi Avropanın uzunmüddətli etno-ərazi münaqişələrindən biri olaraq, on illiklər ərzində 

Böyük Britaniya və İrlandiya arasındakı münasibətlərdə sabitliyi pozmuşdur..  

Məlum  olduğu  kimi,  1922-ci  ilin  dekabrında  imzalananmış  İngilis-İrland  Sazişinə

14

 əsasən,  İrlandiya  adasının 



cənubunda  26 qraflığı  əhatə  edən İrlandiya  Azad Dövləti (The Irish Free State) yaradılmışdır.  Bu zaman tarixi 

irland əyaləti olan Olsterin altı qraflığından (Antrim, Arma, Daun, Fermana, Londonderri (Derri) və Tiron) ibarət 

Şimali İrlandiya Birləşmiş Krallığın tərkibində qalmışdır. 

Əsas məqsədləri adanı vahid bir dövlətin tərkibində birləşdirmək olan Şimali İrlandiya millətçiləri bu qərarla razı 

olmayaraq,  hesab  edirdilər  ki,  İrlandiyanın  parçalanması  yalnız  yunionistlərin  (Birləşmiş  Krallıqla  ittifaqın 

saxlanmasını  dəstəkləyən  protestantlar)  müdafiəsi  üçün  deyil,  həm  də  Böyük  Britaniyanın  iqtisadi  və  strateji 

maraqlarının  təminatı  üçün  həyata  keçirilmişdir

15

.  Onların  iddiaları  İrlandiya  Respublikasının  bütün  sonrakı 



hökumətləri və əksər partiyaları tərəfindən dəstəklənmişdir. İrlandiya Respublikasının Böyük Britaniyaya qarşı 

irredentist  (ərazi)  iddiaları  həmçinin  1937-ci  il  Konstitusiyasının  ikinci  və  üçüncü  maddələrində  də  öz  əksini 

tapmışdı.  Orada  göstərilirdi  ki,  İrlandiya  adası  bütünlükdə  vahid  “milli  ərazini”  təşkil  edir

16

.  Digər  tərəfdən, 



“İrlandiyanın  parçalanması  yunionistlər  üçün  də  ən  arzuolunan  nəticə  deyildi.  Onlar  İrlandiyanın  Birləşmiş 

Krallığın tərkibində qalmasını istəyərdilər. Lakin ayrı bir İrlandiya dövlətinin yaradılması təqdirində onlar onun 

tərkibində qalmaq istəmirdilər”

17



Beləliklə,  növbəti  illərdə  yunionistlər  bir  tərəfdən  Böyük  Britaniyaya  qarşı  irredentist  iddiaları  ilə  çıxış  edən 

düşmən mövqeli İrlandiya dövlətindən, digər tərəfdən isə Şimali İrlandiyada katolik azlığını təmsil edən millətçi 

qonşularından  ehtiyat  edirdilər.  Eyni  zamanda  protestantlar  Britaniya  hökumətinə  etibar  etmirdilər,  onlar 

ehtimal  edirdilər  ki,  lazım  gələrsə  Britaniya  hökuməti  bu  icmanın  maraqlarını  qurban  verə  bilər.  Londondakı 

mərkəzi hökumətə gəlincə, o, XX əsrin 80-ci illərinə qədər bu münaqişəni daxili məsələ kimi qəbul edir və onun 

nizamlanması  istiqamətində  birtərəfli  addımlar  atirdı.  Yalnız  1985-ci  il  15  noyabrda  Xilsboroda  İngilis-İrland 

sazişi imzalandıqdan sonra İrlandiya hökuməti Şimali İrlandiya məsələsində formal şəkildə məsləhətçi rolunda 

danışıqlar prosesinə cəlb edildi. 

Məlum  olduğu  kimi,  təqribən  50  il  müddətində  latent  formada  cərəyan  edən  bu  münaqişə  XX  əsrin  60-cı 

illərinin  sonu  -  70-ci  illərinin  əvvəllərində  hərbi  qarşıdurmanın  açıq  mərhələsinə  keçdi.  Tarixə  “İğtişaşlar 

dönəmi”  («The  Troubles»)  adı  ilə  daxil  olan  bu  mərhələ  30  il  davam  etdi  və  Şimali  İrlandiyada  münaqişənin 

                                                           

14

 Excerpts of the Articles of Agreement for a Treaty between Great Britain and Ireland as signed in London, 6 



December 1921, in Documents on Irish Foreign Policy Volume I, 1919-1922. URL: 

http://www.nationalarchives.ie/topics/anglo_irish/dfaexhib2.html

 

15

 S. Farren, The Northern Ireland Experience. Does changing the question make agreement more possible? In 



Caucasus International. Vol. 1, no. 1, Summer 2011, p.156. 

16

Yenə orada; həmçinin bax Constitution of Ireland (1937), URL : 



http://en.wikisource.org/wiki/Constitution_of_Ireland_(original_text)

 

17



 J. Powell, Great Hatred, little room. Making Peace in Northern Ireland, London: The Bodley Head, 2008, p.53. 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə