Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 

34 


 

Eyni zamanda Şimali İrlandiya siyasi forumuna seçkilərin keçirilməsi və deputatlar seçilməsi tövsiyə olundu ki, 

nəticədə  tərəflər  seçilənlər  arasından  qarşıdan  gələn  çoxpartiyalı  danışıqlar  üçün  öz  heyətlərini  irəli  sürə 

bilsinlər.  Tərk-silah  üzrə  Beynəlxalq  Komissiya  həmçinin  danışıqların  bütün  iştirakçıları  üçün  mütləq  olan  altı 

prinsipi tövsiyə etdi (bunları “Mitçell prinsipləri” də adlandırırlar): 

 



mübahisəli siyasi məsələlərin demokratik və yalnız sülh yolu ilə həll edilməsinə üstünlük vermək

 



bütün hərbi qruplaşmaları tam tərk-silah etmək; 

 



tərk-silah nəticələrinin müstəqil komissiyanı təmin edəcək şəkildə yoxlanılması ilə razılaşmaq; 

 



çoxpartiyalı danışıqların gedişatına və ya nəticəsinə təsir etmək məqsədilə güc tətbiq olunması və ya 

güc tətbiq olunması ilə hədələmə cəhdlərindən imtina etmək və bu yöndə digərlərinin cəhdlərinə qarşı 

çıxmaq; 

 



çoxpartiyalı  danışıqlarda  əldə  olunmuş  razılaşmanın  şərtlərini  qəbul  etmək  və  bu  nəticənin  razı 

olmadıqları  istənilən  aspektini  dəyişmək  məqsədilə  yalnız  demokratik  və  dinc  vasitələrdən  istifadə 

etmək; 

 



“cəzalandırmaq” məqsədilə qətllərə və fiziki zorakılığa son qoyulmasına səsləmək və bu cür əməllərin 

qarşısını almaq üçün əməli addımlar atmaq

64

Beynəlxalq Komissiyanın bütün tövsiyələri Britaniya hökuməti tərəfindən qəbul edildi və nəticədə reallaşdırıldı. 

Eyni zamanda 1996-cı il 10 iyundan etibarən Corc Mitçell əsas müstəqil həmsədr qismində Xarri Xolkeri və Con 

de  Çasteleynlə  birlikdə  on  partiya  və  iki  hökumətin  –  Böyük  Britaniya  və  İrlandiya  Respublikası  –  iştirakı  ilə 

rəsmi  danışıqlar  prosesini  başladı.  Bu  danışıqlar  1998-ci  il  10  apreldə  İrlandiya  Respublikasının  və  Böyük 

Britaniyanın  baş  nazirləri  Berti  Ahern  və  Toni  Bler  tərəfindən  Şimali  İrlandiya  münaqişəsinin  sülh  yolu  ilə 

nizamlanması  haqqında  Belfast  Sazişinin

65

 imzalanması  ilə  başa  çatdı.  Sazişi  Şimali  İrlandiya  partiyalarının 



əksəriyyəti dəstəklədi (bu Sazişə qarşı çıxan yeganə partiya İen Peyslinin rəhbərlik etdiyi Demokratik Yunionist 

Partiyası oldu). 



“Bu  Sazişlə  Şimali  İrlandiyada  Qanunverici  Assambleya  və  partiyalararası  əsasda  təşkil  olunan 

icra  hakimiyyəti  də  daxil  olmaqla  yeni  hakimiyyət  strukturlarının  binövrəsi  qoyuldu.  Sazış 

çərçivəsində həmçinin Şimali İrlandiya administrasiyasının və İrlandiya Respublikası hökumətinin 

nümayəndələrinin  iştirakı  ilə  müştərək  idarəetmə  strukturlarının  yaradılması  da  nəzərdə 

tutulmuşdu”

66

Belfast Sazişi bir daha təsdiq etdi ki, Şimali İrlandiyanın konstitusion statusu ancaq həmin regionun əhalisinin 

böyük əksəriyyətinin iradəsi ilə dəyişə bilər. Sənəd həmçinin İrlandiya Respublikası Konstitusiyasında Şimali 

İrlandiyaya ilə bağlı ərazi iddiaları ilə bağlı müddəalara və Britaniyanın regionda yerli özünüidarə orqanlarının 

səlahiyyətlərini məhdudlaşdıran 1920-ci il Şimali İrlandiya üzrə Konstitusiya Aktına dəyişiklik edilməsini də 

nəzərdə tuturdu.  

                                                           

64

Yenə orada.



 

65

 Agreement reached in the multi-party negotiations (10 April 1998), available at  



http://cain.ulst.ac.uk/events/peace/docs/agreement.htm

  

66



Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi, s. 4.

 



 

35 


 

Bununla  bağlı  Belfast  Sazişinin  reallaşdırılmasının  vacib  tərkib  hissələrindən  biri  1998-ci  il  22  mayda  iki 

referendumun  keçirilməsi  oldu.  Şimali  İrlandiyada  Belfast  Sazişinin  nəticələrini  səsverənlərin  71,1%-i  (81,1% 

seçki  fəallığı)  dəstəklədi

67

,  İrlandiya  Respublikasında  isə  Sazişə  əsasən  ölkənin  Konstitusiyasına  dəyişiklik 



edilməsinin lehinə səs verənlər 94,39% (56,26%  seçki fəallığı)

68

 təşkil etdi. Beləliklə, İrlandiya Respublikasında 



keçirilən  referendum  Şimali  İrlandiyayaya  dair  bu  ölkənin  Konstitusiyasında  əks  edilmiş  ərazi  iddialarını 

sənəddən çıxartdı. 

Amma Belfast Sazişinin həyata  keçirilməsi təcrübədə bir sıra problemlərlə üzləşdi ki, onların həll edilməsi bir 

neçə  il  çəkdi.  Onlardan  ən  mürəkkəbləri  qanunsuz  yarıhərbi  qruplaşmaların  və  ilk  növbədə  İRA-nın  tərk-silah 

edilməsi və hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində islahatların aparılması oldu. Belfast Sazişinə 

əsasən  Şimali  İrlandiyadakı  qanunsuz  yarıhərbi  qruplaşmaların  tərk-silah  edilməsinin  referendumdan  sonra 

yaxın iki il ərzində başa çatacağının zənn edilməsinə baxmayaraq, reallıqda bu proses xeyli uzun çəkdi və IRA da 

daxil olmaqla bütün qruplaşmaların tam tərk-silah edilməsi ancaq 2005-ci ildə mümkün oldu. 

2001-ci il 11 sentyabr terror aktından sonra beynəlxalq terrorçuluqla genişmiqyaslı mübarizəyə başlayan Corc 

Buş Administrasiyası bu prosesdə müsbət rol oynadı. Məhz bu dönəmdə ABŞ-ın Şimali İrlandiya münaqişəsinin 

nizamlanması prosesinin mümkün qədər tez başa çatmasına marağı artdı

69

.  



Corc Mitçelli ABŞ-ın Şimali İrlandiya üzrə xüsusi nümayəndəsi vəzifəsində əvəz edən davamçıları – Riçard Xaas 

(2001-2003),  Mitçell  Rays  (2003-2007),  Pola  Dobryanski  (2007-2009)  və  Deklan  Kelli  (2009-2011)  IRA-nın  və 

digər  yarıhərbi  qruplaşmaların  tərk-silah  edilməsi  prosesini  davam  etdirməklə,  həmçinin  yunionistlər  və 

respublikaçılar  arasında  güc  balansının  yaradılmasına  çalışmaqla  Şimali  İrlandiya  sülh  prosesinə  öz  əvəzsiz 

töhfəsini verdi

70



2007-ci  ilin  martında  Şimali  İrlandiya  Assambleyasına  yeni  seçkilər  keçirildi,  bu  isə  İrlandiya  Respublikası  və 

Böyük  Britaniyanın  baş  nazirləri  Berti  Ahern  və  Toni  Blerin,  həmçinin  Demokratik  Yunionist  Partiyası  və  Şinn 

Feyn  də  daxil  olmaqla  Şimali  İrlandiya  partiyalarının  iştirakı  ilə  Şotlandiyada  2006-cı  il  11-13  oktyabrda  baş 

tutmuş danışıqlar zamanı işlənib hazırlanmış Sent-Endryu Sazişi

71

 nəticəsində mümkün oldu. Bununla da 2007-



ci  il  8  mayda  beş  illik  fasilədən  sonra  Şimali  İrlandiya  Assambleyasının  fəaliyyəti  bərpa  olundu,  Şimali 

İrlandiyanın  yeni  icra  hakimiyyəti  formalaşdı,  həmçinin  Şimali  İrlandiyanın  hüquq-mühafizə  və  məhkəmə  

sistemlərində islahatlar Şinn Feyn tərəfindən dəstəkləndi. 

Brayan Kouen (İrlandiya) və Qordon Braunun (Böyük Britaniya) növbəti hökumətləri əldə olunmuş nailiyyətlərə 

əsaslanaraq,  hakimiyyətin  yerli  hüquq-mühafizə  və  məhkəmə  orqanlarına  ötürülməsi  prosesinin  ikinci 

mərhələsini  reallaşdırmaq  istiqamətində  öz  fəaliyyətlərini  davam  etdirdilər.  Lakin  2009-cu  ilin  martında  IRA-

                                                           

67

The 1998 Referendums. URL: 



http://www.ark.ac.uk/elections/fref98.htm

 

68



Referendum on the Nineteenth Amendment of the Constitution Bill 1998 (British-Irish Agreement). In: 

Referendum results 1937 – 2012, Published by the Department of the Environment, Community and Local 

Government, Dublin, p. 59. URL: 

http://www.environ.ie/en/LocalGovernment/Voting/Referenda/PublicationsDocuments/FileDownLoad,1894,e

n.pdf

 

69



 D.W. Brady, C. Volden, Revolving Gridlock. Politics and Policy from Jimmy Carter to George W. Bush, Boulder 

& Oxford: Westview Press, 2006, р. 191. 

70

M.-A Clancy.The United States and Post-Agreement Northern Ireland, 2001-6, Irish Studies in International 



Affairs, 2007, Vol. 18, р. 173. 

71

Agreement at St. Andrews. URL: 



https://www.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/136651/st_andrews_agree

ment-2.pdf

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə