Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

 

36 


 

dan  ayrılan  qruplaşmalar  tərəfindən  bir  sıra  terror  aktları  həyata  keçirildi  və  bu  Şimali  İrlandiyada  vəziyyəti 

yenidən gərginləşdirdi

72



Hazırkı  məqamın  Şimali  İrlandiya  sülh  prosesi  üçün  mürəkkəbliyini  nəzərə  alaraq,  ABŞ  mümkün  neqativ 

nəticələrin qarşısını almağa çalışdı. 17  mart  Müqəddəs Patrik günündə ABŞ prezidenti  Barak Obama  Ağ Evdə 

İrlandiya  Respublikasının  baş  naziri  Brayan  Kouen,  Şimali  İrlandiyanın  birinci  naziri  Piter  Robinson  və  onun 

müavini Martin Makqinnessi qəbul etdi. ABŞ-ın dövlət katibi Hilari Klinton da Şinn Feyn partiyasının lideri Cerri 

Adamsla görüşdü. Görüşlər zamanı Obama baş vermiş zorakılıq hallarının olmasına baxmayaraq, hər kəsi Şimali 

İrlandiyada sülhü qorumağa çağırdı

73



Nəhayət,  səlahiyyətlərin  Şimali  İrlandiyanın  hüquq-mühafizə  və  məhkəmə  orqanlarına  verilməsi  ilə  bağlı  on 



ildən  çox  sürən

74

 mürəkkəb  danışıqlar  2010-cu  il  5  fevralda  Hillsboroda  Sazişin  imzalanması  ilə  başa  çatdı



75

Daha sonra 2010-cu il 9 fevralda İrlandiya Milli Azadlıq Ordusu, “rəsmi” IRA və cənub-şərqi Antrimin ərazisində 



yerləşən Olsterin Müdafiəsi Assosiasiyası tərk-silah olacaqlarını bəyan etdilər

76



Hillsboro  Sazişinin  1-ci  maddəsinə  əsasən,  hakimiyyətin  yerli  hüquq-mühafizə  və  məhkəmə  orqanlarına 

verilməsi  məsələsi  2010-cu  il  9  martda  Şimali  İrlandiya  Assambleyasında  icmalararası  səsverməyə  çıxarılmalı 

idi.  Bu  qərar  uğurla  həyata  keçirildi  və  2010-cu  il  12  apreldə  hüquq-mühafizə  və  məhkəmə  səlahiyyətləri 

Belfastın  sərəncamına  verildi.  Elə  həmin  gün  Şimali  İrlandiya  Assambleyasında  icmalararası  səsvermə 

nəticəsində yeni ədliyyə naziri seçildi. 

Beləliklə,  Şimali  İrlandiya  münaqişəsinin  nizamlanmasına  dair  Böyük  Britaniya  və  İrlandiya  Respublikası 

hökumətlərinin son onilliklər ABŞ Administrasiyası və Aİ ilə birgə sıx əməkdaşlıq çərçivəsində həyata keçirdikləri 

birgə və davamlı səyləri münaqişənin siyasi nizamlanmasını mümkün etdi. 

Nəticə 

Şimali  İrlandiyadakı  uzunmüddətli  etno-ərazi  münaqişənin  bütün  tərəflərə  sərf  edən  siyasi  həll  yollarının 



axtarışındakı çətinliklərə baxmayaraq, ümumilikdə əsas problemlərin artıq geridə qaldığını ehtimal etmək üçün 

bütün əsaslar var.  

Bununla belə, lord Olderdaysın haqlı olaraq qeyd etdiyi kimi:  

“Şimali İrlandiyada hər iki tərəfi təmsil edən siyasətçiləri bir masa arxasına oturtmaq üçün altı 

illik  diplomatik  fəallıq  lazım  oldu.  Hətta  onda  da  yarıhərbi  qruplaşmalarla  əlaqələri  olan 

partiyalar  bu  danışıqlarda  təmsil  olunmamışdılar  və  bu  partiyaları  da  danışıqlara  cəlb  etmək 

üçün  daha  beş  il  tələb  olundu.  Bu  müddət  ərzində  Londonda  və  ya  Dublində  kimin  baş  nazir, 

hansı  partiyanın  hakimiyyətdə  olmasından  asılı  olmayaraq,    sülh  prosesi  davam  edirdi. 

Marqaret  Tetçer,  Çarlz  Hoqi,  Qarret  Fiçcerald,  Albert  Reynolds,  Con  Meycer,  Con  Bruton,  Toni 

Bler,  Berti  Ahern  –  onların  hamısı  Londonda  və  Dublində  müxtəlif  hökumətlərə  rəhbərlik 

                                                           

72

 Real IRA claims' murder of soldiers in Northern Ireland. The Guardian, 8 March 2009. URL: 



http://www.theguardian.com/uk/2009/mar/08/northern-ireland-soldiers-killed-antrim

 

73



 Obama to meet Irish leaders, emphasize peace. USA today, 17 March 2009. URL: 

http://usatoday30.usatoday.com/news/washington/2009-03-17-obama-st-patricks-day_N.htm

 

74

 Timeline: Devolution of policing and justice. BBC News Channel, 5 February 2010. URL: 



http://news.bbc.co.uk/2/hi/uk_news/northern_ireland/8457650.stm

 

75



Agreement at Hillsborough Castle. 5 February 2010. URL: 

http://www.nidirect.gov.uk/castle_final_agreement15__2_-3.pdf

 

76

The Hillsborough Agreement. URL: 



http://www.parliament.uk/briefing-papers/SN05350.pdf

 



 

37 


 

edirdilər  və  onlardan  hər  biri  sülh  prosesinə  konkret  partiyanın  siyasi  prioritetlərindən  asılı 

olmayan milli öhdəlik və maraq kimi yanaşırdı”

77

Bu mənada Kraliça Ülyahəzrət İkinci Elizabetin İrlandiya prezidenti Meri Makelisin dəvətilə bu ölkəyə 2011 -ci il 

mayın  17-dən  20-ə  qədər  davam  edən  səfəri  önəmli  rəmzi  məna  daşıyırdı

78

.  Səfər  zamanı  Kraliça  Ülyahəzrət 



İkinci  Elizabet  Dublindəki  Xatirə  bağında  İrlandiyanın  müstəqilliyi  uğrunda  mübarizəsində  həlak  olmuş 

insanların  xatirəsinə  ucaldılmış  memoriala  və  eləcə  də  Birinci  Dünya  müharibəsində  Britaniya  Ordusunun 

tərkibində  döyüşərək,  öz  həyatlarını  qurban  vermiş  irlandların  xatirəsinə  həsr  edilmiş  «Island  Bridge» 

memorialına gül çələngləri qoydu.    

Dublin  qəsrində  təntənəli  şam  yeməyi  zamanı  Britaniya  Kraliçası  çıxış  etdi  və  İrlandiya  və  Böyük  Britaniya 

arasındakı  münasibətlərin  mürəkkəb  keçmişinin  olduğunu  qeyd  edərək,  hər  iki  ölkənin  “ürək  ağrısı,  qeyri-

sabitlik  və  itkilər”  yaşadığını  etiraf  etdi

79

.  Ayrı-ayrı  siyasi  qüvvələrin  nümayəndələri  bu  səfərin  əleyhinə  çıxış 



etməsinə baxmayaraq, çoxları hesab edir ki, İrlandiyanın 1922-ci ildə müstəqillik əldə etdikdən sonra Britaniya 

monarxının  bu  ölkəyə  ilk  dəfə  etdiyi    bu  səfər  uğurlu  keçmiş  və  mürəkkəb  Britaniya-İrlandiya  münasibətləri 

tarixində dönüş nöqtələrindən biri olmuşdur.  

Yekunda Şimali İrlandiya münaqişəsinin nizamlanmasına Britaniya və İrlandiya hökumətlərinin, eləcə də xarici 

aktorların  verdiyi töhfələri dəyərləndirərkən aşağıdakı amilləri xüsusi qeyd etmək lazımdır: 

 



Birləşmiş  Krallıq  və  İrlandiya  Respublikasının  Aİ-yə  daxil  olması  onların  ikitərəfli  münasibətlərinin 

balanslaşdırılmasına səbəb oldu; 

 

Nizamlama  prosesində  əsas  rolu  Şimali  İrlandiya  əhalisinin  böyük  əksəriyyətinin  iradəsilə 



razılaşacaqlarını, həmçinin bir-birinin milli maraqlarına və ərazi bütövlüyünə hörmətlə yanaşacaqlarını  

bəyan etmiş Britaniya və İrlandiya hökumətləri oynadı; 

 

ABŞ  müstəqil  və  obyektiv  vasitəçi  kimi  nizamlama  prosesinin  bir  sıra  mərhələlərində  münaqişə 



tərəflərinə  praktiki  çətinliklərin,  xüsusən  də  yarıhərbi  qruplaşmaların  tərk-silah  edilməsilə  bağlı 

problemin həll edilməsində kömək etdi; 

 

ABŞ və Aİ-nin maliyyə yardımı münaqişə zonasında sosial-siyasi ziddiyyətlərin aradan qaldırılmasına, 



münaqişə iştirakçıları arasında etimadın yaradılması istiqamətində bır sıra humanitar layihələrin 

həyata keçirilməsinə şərait yaratdı. 

                                                           

77

The 11th Dudley Senanayake Memorial Lecture on the topic Risks, Rights and Respect – Essential Elements of 



the Irish Peace Process given by Lord John Alderdice, 24

th

 September, 2008, p.7 



78

Ireland 'will remember Queen's symbolic visit' 

http://www.bbc.co.uk/news/uk-13473379

 

79



Queen's Ireland state banquet speech 

http://www.bbc.co.uk/news/world-europe-13450099

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə