Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 

42 


 

“Katolik  kilsəsi  öz  növbəsində  amerikalı  irlandların  birləşməsinə  və  güclənməsinə  təkan  verən 

əlaqələndirici həlqə rolunu oynayırdı”

105

BBC-dən Olqa Smirnovanın fikrincə:  



“[Ә]gər  bugünkü  terminologiyanı  tətbiq  etsək,  onlar  “iqtisadi”  mühacirlər  idilər,  amma  həm 

siyasət, həm hərb sahəsində zirvələrə yüksəldilər: Corc Vaşinqtonun ordusunda 20 irland general 

vardı, Vaşinqtonun öz əcdadları da əslən Zümrüd adasından idilər. Öz irland köklərilə fəxr edən 

prezidentlər arasında Ronald Reyqan, Con Kennedi və Bill Klinton var idi”

106

.  

ABŞ-ın  22-ci  prezidenti  Barak  Obamanın  da  əcdadları  arasında  irlandlar  var.  Amerikanın  ictimai  və  siyasi 

xadimlərinin köklərinin İrlandiyadan gəlməsi siyasi əlverişli oldu. Tarixçi Con Robert Qrin bildirir ki, İrlandiyaya 

olan sevginin əsas səbəbi Amerikanın katolik elektoratıdır

107



ABŞ-ın  irland  diasporunun  Şimali  İrlandiya  münaqişəsinə  qarşı  marağı  həmişə  dalğavari  xarakter  daşıyıb  və 



daşıyır,  Şimali  İrlandiyanın  özündə  katolik  və  protestant  icmaları  arasındakı  gərginliyin  səviyyəsindən  asılı 

olaraq  dəyişir

108

.  ABŞ-dakı  bəzi  irland  diaspor  təşkilatları  Şimali  İrlandiyanın  Böyük  Britaniyanın  tərkibindən 



çıxaraq,  İrlandiya  Respublikası  ilə  birləşməsini  istəyən  respublikaçıları  dəstəkləyirdilər.  Strukturların  bir  qismi 

İrlandiya  Respublika  Ordusunu  maliyyələşdirməklə  məşğul  idi.  Birləşmiş  Ştatlardan  gələn  pul  ianələri  1970-ci 

illərdə IRA-nın genişlənməsini mümkün etdi

109


Bir  müddət  əvvələ  qədər  ötən  əsrdə  İrlandiyanın  Böyük  Britaniyadan  ayrılaraq  müstəqil  olması  uğrunda 

müharibədə iştirak edən irlandlar hələ də Ştatlarda yaşamaqdaydılar.  

“Və onlar “IRA-nın uşaqlarına” kömək eləməyi vətənpərvərlik borcu hesab edirdilər. “Əl-Kaidə” 

və  IRA  yaraqlıları  arasında  nə  fərq  var?”  sualının  cavabında  isə  “Onlar  aralarında  heç  bir  

oxşarlıq  yoxdur”,  -  deyə  bildirirdilər.  Axı  irlandlar  özlərini  partlatmırlar,  onlar,  ümumiyyətlə, 

yaraqlı deyillər, onlar İrlandiyanın azadlığı uğrunda mübarizə aparırlar”

110

.  

2002-ci ilin yanvarında Amerika hakimiyyəti beş Şimali Amerika qruplaşmasının hesablarını dondurdu. 



“1970-1980-ci  illərdə  Şimali  İrlandiya  münaqişəsinə  gizli  maraq  ABŞ-da  Şimali  İrlandiyadakı 

respublikaçıların hərbləşdirilmiş qruplaşmalarına pul axınını təmin edən bir neçə irland QHT-nin 

yaradılmasına  gətirib  çıxardı.  1970-ci  ildə  yaradılan  İrlandiya  şimali  yardım  komitəsi  (Irish 

Northern  Aid  Committee  –  Noraid)  Şimali  İrlandiyada  respublikaçı  hərbləşdirilmiş 

qruplaşmaların məqsədlərini və vasitələrini dəstəkləyirdi. 1970-ci ildən 1991-ci ilə qədər Noraid 

İrlandiyaya rəsmi olaraq 3,5 milyon ABŞ dolları verib”

111

.  

                                                           

105

F. Cochrane, B. Baser & A. Swain, Home Thoughts from Abroad: Diasporas and Peace-Building in Northern 



Ireland and Sri Lanka, Studies in Conflict & TerrorismVol. 32, Issue 8, 2009, pp. 688.

 

106



 ABŞ - İrlandiya: irs və mübahisələr. URL: 

http://news.bbc.co.uk/hi/russian/news/newsid_1870000/1870613.stm

 

107


 T. Geoghegan, Why are US presidents so keen to be Irish? URL: 

http://www.bbc.co.uk/news/world-us-canada-13166265

 

 

108


 Müəllifin Kler Haketlə müsahibəsi (Clair Hackett), 27 июня 2013 г. (Belfast).  

109


İrlandiya – Kolumbiya – ardınca da hər yanda?. URL: 

http://news.bbc.co.uk/hi/russian/uk/newsid_1492000/1492885.stm

 

110


ABŞ - İrlandiya: irs və mübahisələr.  

111


F. Cochrane, B. Baser & A. Swain, p. 689.

 



 

43 


 

Bu pulların hesabına Şinn Feynin nəzarət etdiyi xeyriyyə təşkilatları məhbus respublikaçıların ailələrinə yardım 

edirdilər

112


.  Məbləğ  çox  olmasa  da,  ailələrə  yardım  faktının  özü  respublikaçıların  vəziyyətinə  dair  fəal 

beynəlxalq piarla  müşayiət olunurdu. Bəzi araşdırmaçıların, o cümlədən Benedikt Anderson, Pol Kollier, Anke 

Xöfflerin hesab etdiyi kimi, Şimali İrlandiyada  münaqişə zamanı Noraid öz  vətənində silahlı zorakılıq və  siyasi 

radikalizm tərəfdarlarını dəstəkləməyə meylli idi

113



ABŞ-ın  diaspor  təşkilatları  Şimali  İrlandiyada  respublikaçılara  yalnız  maliyyə  yardımı  deyil,  həmçinin  siyasi 



dəstək verirdilər. Münaqişə dönəmində Amerika-irland icmasını təkcə Noraid təmsil etmirdi.  

“1974-cü  ildə  Vaşinqtondan  olan  fəalların  formalaşdırdığı  “İrland  Milli  Qrupu”  (Irish  National 

Caucus  –  INC),  Britaniya  hakimiyyətinin  Şimali  İrlandiya  ilə  bağlı  dövlət  siyasətini  mütəmadi 

olaraq tənqid atəşinə tuturdu və Britaniyanın təhlükəsizlik qüvvələri tərəfindən insan haqlarının 

pozulmasını  vurğulayırdı.  INC-nin  müəyyən  nailiyyəti  nəinki  ianələrin  toplanması  ilə  məşğul 

olmaq  iqtidarında  olan,  həmçinin  daha  önəmli  rol  oynamağı  bacaran  diasporun  potensialını 

ifadə edir.    

Hibernialıların  Qədim  ordeni  (AOH)  və  İrland  Milli  Qrupu  (INC)  Şimali  İrlandiyadakı  siyasi 

münaqişə  ilə  fəal  şəkildə  maraqlanırdılar,  amma  qəti  olaraq  qeyri-zorakı  vasitələrə  üstünlük 

verirdilər

114

.  Millətçi  katolik  icmasına  meylli  diskriminasiya  və  Britaniya  hakimiyyəti  tərəfindən 

insan  haqlarının  pozulması  onların  diqqət  mərkəzində  idi.  Ümumilikdə  bu  QHT-lər  Britaniya 

hakimiyyətinin  Şimali  İrlandiyada  mövcudluğuna  qarşı  kampaniya  həyata  keçirirdilər  və 

İrlandiyanın birləşməsilə bağlı siyasi məqsədə lobbiçilik edirdilər. 

1970-ci  illərin  əvvəllərində  Amerikanın  irland  əsilli  siyasətçiləri,  o  cümlədən  senator  Edvard 

Kennedi və Konqres nümayəndələri Palatasının spikeri Tip O`Nil tez-tez Britaniya hakimiyyətinin 

mövqeyini açıq  şəkildə tənqid edirdilər, hansı ki, problemlə bağlı Amerikanın  siyasi xadimlərini 

razı salacaq həll yollarını təklif edə bilmirdi”

115

1971-ci  ildə  Kennedi  ABŞ  Senatına  İrlandiyanın  birləşməsinə  və  Britaniya  qoşunlarının  dərhal  Şimali 

İrlandiyadan çıxarılmasına  səsləyən qətnamə layihəsi təqdim etdi. Nyu-Yorkdan olan konqrescmen (sonradan 

qubernator) Hyu Keri isə Britaniya ordusunu “quldur” adlandırdı

116

. Ferqal Kokrey və həmkarları hesab edirlər 



ki,  “bu  iki  misal  o  zamanın  “siyasi  ab-havasını”  göstərir”.  Bü  cür  çıxışlar  ABŞ  siyasi  çevrəsində  dəstək 

qazanmasalar da, bununla belə, Şimali İrlandiyadakı respublikaçı irland icma üçün önəmli siyasi dəstək mənbəyi 

idi. 

İrland Milli Qrupu qeyri-zorakı fəaliyyət proqramı irəli sürürdü və siyasi münaqişənin həlledici problemlərindən 



biri,  eyni  zamanda  Şimali  İrlandiyanın  katolik  icmasının  əsas  narazılıq  səbəbi  olan  əmək  diskriminasiyasını 

vurğulayırdılar.  1980-ci  illərdə  INC  Şimali  İrlandiyada  ədalətli  əmək  bölgüsünə  şərait  yaradılması  üçün  işlənib 

                                                           

112


 A. Guelke, Northern Ireland: International and North/South Issues, in Ireland and the Politics of Change, ed. 

by W. Crotty and D. SchmittLondon: Longman, 1998, p. 203.

 

113


Paul Collier and Anke Hoeffler, Greed and Grievance in Civil War,  

OxfordEconomicPapers56(4) (2004), pp. 563–595.

 

114



INC-ni IRA ilə sıx əlaqələrdə günahlandırırdılar, baxmayaraq ki, bu təşkilat diplomatik fəaliyyət həyata 

keçirirdi (Klem Makkartninin müsahibəsindən). 

115

F. Cochrane, B. Baser & A. Swain, p. 692.



 

116


Richard Finnegan, Irish American Relations, in Ireland on the World Stage, ed. by W. Crotty and D. 

Schmitt,London: Pearson, 2002, p. 99.

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə