“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə10/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

*** 
İkinci  dünya  müharibəsində  nasizmə  qarşı  vuruşan  Azərbaycan  oğullarından  4 
mini c
əlilabadlı olub. Öz şücaətləri ilə xalqının adını həmişə yüksəklərə qaldıran 
bu q
əhrəmanlardan biri Fərəməz  Quliyevdir.  87  yaşlı  veteran  erməni 
qorxaqlığının, hiyləgərliyinin böyük Vətən müharibəsi illərində də şahidi olub.  
*** 
VMZ – VETERAN 
Titr – F
ərəməz Quliyev – müharibə veteranı 
Tema – Müharib
ə həm də millətlərin sınaq meydanı idi.. 
*** 
İkinci dünya  müharibəsində  qələbənin 67-ci ildönümü ilə  bağlı  Moskvada parad 
keçirilib.  Paradı  ölkə  prezidenti Vladimir Putin qəbul edib. Paradda 14 mindən 
çox 
əsgər və  zabit tribuna önündən  keçib.  Onların  ardınca  100-ə  yaxın  hərbi 
texnikan
ın keçidi olub. Rusiya vaxtı ilə saat 19:00-da isə ikinci dünya müharibəsi 
zamanı həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.  
*** 
Heyd
ər Əliyev Fondunun dəstəyi ilə inşa edilən bir neçə sosial obyekt istifadəyə 
verilib. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun 
Prezidenti Mehriban Əliyeva iştirak edib.   
*** 
VMZ – FOND 
Tema: Heyd
ər Əliyev Fondunun yeni layihələri 
*** 
PEREBİVKA 
*** 
Suriyada növb
əti terror aktının hədəfi BMT müşahidə missiyası olub. Hadisə Dera 
şəhərində baş verib. Bölgədə səfərdə olan müşahidəçilər qrupu ərazidən keçərkən 
yolda  quraşdırılmış  bomba  işə  salınıb.  Partlayış  nəticəsində  BMT  missiyasının 
üzvl
ərini  müşayiət edən 8 əsgər  yaralanıb.  Onlardan  bəzisinin vəziyyətinin  ağır 


olduğu bildirilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir terror qruplaşması öz 
üz
ərinə götürməyib.  
*** 
Liviyada g
ərginlik davam edir. 42 il sürən Qəddafi rejimi devrildikdən sonra belə
ölk
ədə daxili çəkişmələr bitmək bilmir. Bu dəfə Qəddafinin devrilməsində xidməti 
olan 
üsyançılar hökumət binasına hücum ediblər.  
*** 
VMZ – 
LİVİYA 
Titr – 
Nasir Əl-Manii – Liviya hökumətinin sözçüsü 
Tema – Liviyada g
ərginlik davam edir. 
*** 
Ukraynada keçirilm
əsi nəzərdə  tutulan Avropa ölkələrinin regional əməkdaşlığa 
dair sammiti t
əxirə  salınıb.  Ölkənin  xarici  işlər  nazirinin  açıqlamasına  görə, 
t
ədbirin təxirə salınması barədə prezident Viktor Yanukoviç göstəriş verib. Amma 
toplantıya  qatılması  gözlənilən 20-ə  yaxın  dövlətin nümayəndələri bəyan ediblər 
ki, onlar sammitd
ə  iştirakdan imtina  ediblər. Bəyanatda sammitin boykot edilmə 
s
əbəbi  kimi  keçmiş  baş  nazir  Yuliya  Timoşenkonun  hələ  də  həbsdə  saxlanılması 
göst
ərilir. 
*** 
Tanınmış  maliyyəçi Corc Soros Birləşmiş  Ştatlar  prezidenti  Barak  Obamanın 
seçkiönc
əsi kampaniyasına 2 milyon dollar vəsait ayırıb. Bu pullar “Amerika səs 
verir” v
ə  “21-ci  əsrə  körpü”  adlı  fondlara  yatırılacaq.  Məlumat üçün deyək ki
Obama, bu m
əqsədlə artıq 147 milyon dollar toplamağa müvəffəq olub.  
*** 
İnternetdə yayılan video-görüntülər Birləşmiş Ştatlarda polis zorakılığını yenidən 
günd
əmə gətirib. Videoda əvvəlcə iki polis əməkdaşının bir nəfərə hücum edərək, 
döydüyü görünür. Daha sonra polisl
ər həmin  şəxsi yerə  yıxaraq,  əl  –  qolunu 
bağlayıblar. Yumruq və dəyənəklə yenidən döyməyə başlayıblar. Bir müddət sonra 
daha bir neç
ə polis əməkdaşının hadisə yerinə  gəldiyi görünür. Hadisə ötən ilin 
iyul ayında, Kaliforniya ştatında baş versə də, görüntülər yeni yayılıb. Məlumata 


gör
ə, döyülən  şəxs  –  Kelli Tomas, hadisədən  5  gün  sonra  aldığı  xəsarətlərdən 
h
əyatını itirib. Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Tomasın döyülməsində əli 
olan polisl
ər həbs edilib.  
*** 
Meksika  polisi  qaçaqmalçılıq  yolu  ilə  ölkəyə  gətirilən küllü miqdarda kimyəvi 
madd
ə  aşkarlayıb.  Polisin  apardığı  əməliyyat  zamanı  təxminən  32  tona  yaxın 
metilamin madd
əsi tapılıb. Maddənin əsasən narkotik vasitələrin hazırlanmasında 
istifad
ə  edildiyi bildirilir. Məlumata görə, iki müxtəlif konteynerə  yüklənmiş 
kimy
əvi maddə  bir neçə  gün  əvvəl Çindən  yola  salınıb.  Metilaminin 
narkokartell
ərdən biri tərəfindən sifariş olunduğu iddia edilir.  
*** 
PEREBİVKA 
*** 
Gec
ə  saatlarında  Kürdəmirə  yağan  aramsız  leysan  yağışlar  nəticəsində  rayonun 
12 min hektar 
əkin sahəsinə  xeyli ziyan dəyib.  Carlı  kəndinə  düşən  yağıntı  isə 
h
əyətyanı  sahələri  su  altında  qoyub.  Sakinlərə  məxsus iri və  xırda buynuzlu 
heyvanlar arasında tələfat var. Rayon Fövqəladə Hallar Komissiyası dəyən zərəri 

əyyənləşdirir. Həyətlərin sudan təmizlənməsi üçün əraziyə nasos və ağır texnika 
c
əlb olunub.  
*** 
SİNXRON 
Titr – Vasif M
əmmədov – Rayon İcra Hakimiyyətinin başçısının müavini 
*** 
Yevlax v
ə  Neftçala  rayonları  ərazisində  ağır  yol-nəqliyyat hadisələri  baş  verib. 
Q
əzalarda ölən və yaralananlar var.  
*** 
VMZ – 
QƏZA 
Tema – 3 yol q
əzasında 2 nəfər ölüb, 7 nəfər yaralanıb.  
*** 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə