LüĞƏTİ Müəllif qrupu


Hesabdan  çıxarış  (extract  from  account)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   23   24   25   26   27   28   29   30   ...   53


H
Hesabdan  çıxarış  (extract  from  account)  –  müştərinin  hesabı  üzrə 
əməliyyatları  əks  etdirən  və  onun  xahişi  ilə  bank  tərəfindən  təqdim 
edilən arayış.
Hesablama  Palatası  (Chamber  of  Accountant)  –  ölkədə  ali  büdcə-
maliyyə  nəzarətini  həyata  keçirən  dövləl  orqanıdır.  “Hesablama 
Palatası  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  1999-cu 
ildə  qəbul  olunub  və  2001-ci  ildə  ona  müəyyən  dəyişikliklər  edilib. 
Qanuna  müvafiq  olaraq  Hesablama  Palatasının  əsas  funksiyaları 
əsasən bunlardır: dövlət büdcəsınin büdcədənkənar dövlət fondlarının 
təsisatlarının, büdcələrinin layihələrinə rəy vermək; dövlət büdcəsi və 
icmal  büdcənin  auditini  aparmaq;  dövlət  əmlakının  özəlləşdirilməsi 
və  idarə  olunmasından  vəsaitlərin  dövlət  büdcəsinə  daxil  olmasının 
təmin  edilməsinə  nəzarəti  həyata  keçirmək;  dövlət  büdcəsinin, 
büdcədənkənar  dövlət  fondlarının  büdcələrinin  gəlir  və  xərc 
maddələrinin  strukturu  və  təyinatı  üzrə  vaxtında  icrasına  nəzarəti 
həyata keçirmək; dövlət büdcəsinin icrası barədə Milli Məclisə rüblük 
məlumatlar  hazırlamaq  və  illik  icra  hesabatı  haqda  müvafiq  qanun 
layihələrinə  rəy  vermək;  dövlət  büdcəsindən  maliyyələşmələrin 
təsdiq  olunmuş  büdcədə  müəyyən  edildiyi  kimi  aparılmasını  təhlil 
edib kənarlaşmaların aradan qaldırılmasına nail olmaq və s. Nəzarət 
tədbirlərinin həyata keçirilməsinin nəticəsi olaraq Hesablama Palatası 
özünün yekun rəylərini hazırlayır və sonra Milli Məclisə təqdim edir.
Hesabların  icazəsi  (clearance  of  accounts)  –  konkret  olaraq  AB-
də  üzv  dövlətlər  (ümumi  idarəetmə  altında)  və  ya  üçüncü  ölkələr 
(mərkəzləşdirilməmiş  idarəetmə  altında)  tərəfindən  xərclərin 
yoxlanılmasına yönəlmiş prosedur AB büdcəsinə yüklənə bilər.
Hesabatlılıq (accountability)  idarəetmə subyektinin yuxarı idarəetmə 
instansiyası  və  ya  idarəetmə  obyekti  (məsələn,  dövlət  idarəçiliyində 
xalq) qarşısında mütəmadi olaraq öz fəaliyyətinin kəmiyyət və keyfiyyət 
parametrlərini  bəyan  etməsindən  ibarət  mexanizmlər  toplusu.  Bu 
siyasətin və ya fəaliyyətin öncədən proqnozlaşdırıla bilməsinə və icranın 
qiymətləndirilməsinə xidmət edir. Hal-hazırda kompaniyalar və ölkələr 
üçün  hesabatlılığın  qiymətləndirilməsini  nəzərdə  tutan  hesabatlılıq 
reytinqi  (accountability  rating)  işlənib  hazırlanmışdır.  Hesabatlılığın 
qiymətləndirilməsi  zamanı  strategiya,  idarəetmə,  cəlbetmə  və  təsir 
qiymətləndirilir.
Hədiyyə vermək (gift giving) – hədiyyə vermək bir çox cəmiyyətlərdə 
adətdir,  onun  vasitəsilə  lokal  adətlərə  uyğun  olaraq  insanlar  müxtəlif 
vəziyyətlərdə  hədiyyə  təklif  edirlər.  Problem  o  zaman  əmələ  gəlir 


0
H
ki,  məmurlar  tərəfindən  hədiyyə  vermək  peşəkarlıq  və  qərəzsizlik 
prinsiplərinə  zidd  olur.  Sinonimləri:  Swindle,  deceit,  double-dealing, 
cheat, and bluff.
Həyat  tsikli  modeli  (lyfe-cycle  model)  –  verilmiş  il  ərzində  fərdlərin 
istehlakı və qənaət etməsini planlaşdırma prosesinin nəticəsi.
Holistik yanaşma (holistic approach) – korrupsiyaya effektli müraciət 
etmək üçün bütöv yanaşmaya ehtiyac duyulur. Belə yanaşma verilmiş 
ölkə  çərçivəsində  ədalətli  hakimiyyəti  və  özəl  sektoru  qorumağa 
münasib bütün institutları və təcrübələri tədqiq edir. Bunlara icraedici, 
qanunverici və məhkəmə hakimiyyəti, şirkətlər, media və ictimai birliklər 
aiddir. 
“Holland xəstəliyi” (Dutch Disease)  ölkədə təbii xammal resurslarının 
genişmiqyaslı hasilatı və ixracı nəticəsində milli valyutanın bahalaşması 
ölkənin  iqtisadi  rəqabətqabiliyyətliliyini  azaldır,  idxalı  stimullaşdırır, 
qeyri-ticari  sektor  məhsullarının  (əsasən  xidmətlərin)  qiymətini  daxili 
bazarda yüksəldir və deindustralizasiyaya səbəb olur. “Core model”inə 
əsasən, “holland xəstəliyi”nin mühüm göstəricisi və ya əlaməti sektorlar 
arasında istehsal resurslarının hərəkətidir. Termin Hollandiyanın Şimal 
dənizində qaz yataqlarını istifadəyə verməsi ilə yaranan situasiyadan 
sonra meydana çıxıb.
Horizontal cəmləmə (horizontal summation)  bazar tələbi əyrisinin 
hər qiymətdə hər adam tərəfindən tələb olunan miqdarları cəmləməklə 
qurulması.
Hökumətə  orqanik  yanaşma  (organic  view  of  government)  – 
cəmiyyətin dövlətin ürəyi olduğunu ifadə edən siyasi fəlsəfə.
Humanitar  yardım  (humanitarian  assistance)  –  miqrantlara, 
qaçqın  və  məcburi  köçkünlərə,  təbii  fəlakət  qurbanlarına,  silahlı 
qarşıdurmalardan  zərər  çəkərək  hadisə  zonasında  qalan  insanlara 
kömək etmək məqsədilə onların ərzaqla, tibbi ləvazimatlar, müvəqqəti 
sığınacaq  vasitələri  ilə  təchiz  edilməsi  (təmin  edilməsi).  Humanitar 
yardım problemin xarakterindən asılı olaraq müxtəlif müddətdə davam 
edə bilər. 
Hüquqi  şəxs  (juridical  person)  –  rəsmi  qanunvericiliyə  əsasən, 
Azərbaycan  Respublikasının  və  ya  xarici  dövlətin  qanunvericiliyinə 
uyğun  olaraq  hüquqi  şəxs  statusunda  yaradılmış  müəssisə  və 
təşkilatlar. 


1
X
X
Xаlis  əlаvə  dəyər  (net  added  value)  –  əsаs  каpitаlın  istehlакı 
çıхıldıqdаn sоnrа yerdə qаlаn ümumi əlаvə dəyəri ifаdə edir. 
Xаlis кreditləşdirmə (net crediting) – mаliyyələşmə mənbələrinin qeyri-
mаliyyə  акtivlərinin  хаlis  əldə  edilməsi  хərclərinə  nisbətən  аrtıqlığını 
və  yа  çаtışmаzlığını  özündə  əкs  etdirir.  Bütövlüкdə,  iqtisаdiyyаt 
səviyyəsində хаlis кreditləşdirmə və yа хаlis bоrcаlmа ölкənin “qаlаn 
dünyа”nın sərəncаmınа, yахud “qаlаn dünyа”nın ölкənin sərəncаmınа 
verdiyi resurslаrın аrаsındа dəyər ifаdəsində yаrаnаn fərqi göstərir. 
Xalis mənfəət (net income)  şirkətin ümumi gəlirindən bütün vergilər, 
yığımlar və digər məcburi ayırmalar çıxıldıqdan sonra qalan məbləğ.
 
Xаlis mənfəət və хаlis qаrışıq gəlirlər əsаs каpitаlın istehlакı çıхılmаqlа 
ümumi mənfəətə və ümumi qаrışıq gəlirlərə bərаbərdir. 
Xarici iqtisadi fəaliyyətdən əldə edilən gəlirlər (income generated 
foreign  economic  activity)    mərkəzləşdirilmiş  ixracdan  və  xarici 
iqtisadi  əlaqələrdən  əldə  edilən  sair  daxilolmalardan  ibarətdir  və 
aşağıdakıları  özündə  birləşdirir:  idxal  əməliyyatlarından  əldə  edilən 
gəlirləri;  ixrac  rüsumlarını;  gömrük  nəzarətinin  həyata  keçirilməsi  ilə 
əlaqədar  daxilolmaları;  gömrük  əməliyyatlarının  aparılmasına  görə 
ödəmələri; sair daxilolmaları. 
Xarici  yardım  (foreign  aid)  –  inkişaf  etmiş  ölkələrdən  inkişafda  olan 
ölkələrə,  iqtisadi  inkişafı  dəstəkləmək  üçün  resursların  idarə  edilmiş 
transferidir. Beynəlxalq institutlar və dövlətlər tərəfindən İOÖ-lərə rəsmi 
yardım formasında edilən yardımlar yardımların cəmi transferinin üçdə 
biri qədər hesablanır. 
Xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə 
təşkilatı  tərəfindən  həyata  keçirilən  və  maddi  və  ya  digər  köməyə 
(yardıma)  ehtiyacı  olan  fiziki  şəxslərə  və  ya  bilavasitə  bu  cür  kömək 
(yardım)  göstərən  təşkilatlara,  o  cümlədən  xeyriyyə  təşkilatlarına, 
birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən 
əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər 
naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı 
hallarda  kömək  (yardım)  göstərilməsi  xeyriyyəçilik  fəaliyyəti  sayılmır: 
bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin 
qarşısında  mülkiyyət  və  ya  qeyri-mülkiyyət  xarakterli  öhdəlik  (alınan 
vəsaitdən  və  ya  əmlakdan  məqsədli  təyinatla  istifadə  olunmasına 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə