M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə30/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

 
97
qəbul  edər  və  qiymətli  kağız  alışı  və  kredit  satma  yolu  ilə  fond 
kəsiri  olanlara  fond  təmin  edirlər.  Bu  əməliyyatların  finans 
bazarlarında rəğbət görməsinin səbəblərini aşağıdakışəkildə sıra-
laya bilərik: 
1.  fond  çoxluğuna  sahib  olanların  yığımlarınıəmanət 
formasına çevirmək; 
2.əmanətlərdən  saxlanan  fondların  tələblərə  uyğun  şəkildə 
paketləmə və marketinqini həyata keçirirlər. Beləliklə, fond kəsiri 
olanların  ehtiyac  duyduqları  miqdar  və  müddətlərdə  kreditlərin 
сатышыныnı gerçəkləşdirirlər.  
Finans  bazarlarındakıəmanət  toplayan  qurumları:  kommer-
siya  bankları,kredit  ittifaqları,əmanət  bankları,  əmanət  və  kredit 
birlikləri və pочт-bank qurumlarıolmaqla beş  qrup altında toplaya 
bilərik. 
Depozit  institutu  olan  kommersiya  bankları,  demək  olar 
ki, bütün ölkələrdə iqtisadiyyatın finansmanıüçün başlıca  mən-
bədir.  Banklar  fiziki  şəxslərdən,  firmalardan,  dövlət  orqanl-
arından  tələb  edilənədək  və  müddətli  hesablar  qəbul  edir  vəöz 
növbəsində onları kredit olaraq təqdim edir və ya ayrı-ayrı iqti-
sadi subyektlərin qiymətli kağızlarını yerləşdirir, investisiyaların 
həyata keçirilməsində iştirak edir.  
Kommersiya  banklarının  fəaliyyəti  hər  bir  ölkənin  bank 
qanunvericiliyi ilə tənzimlənir. Bəzi ölkələrdə onların fəaliyyə-
tinə  daha  məhdud  hüquqi  çərçivədə,  bəzilərində  isə  bir  qədər 
genişçərçivədə imkan verilir. 
Kommersiya bankları topladıqları müddətli və müddətsiz 
əmanətlərlə  bərabər,  dolay
ı  finans  alətlər  qarşılığında  fond 
toplayaraq səhm, istiqraz vəçeşidli kredit alətlərinə yatıran fi-
nans qurumlarıdır. "Kommersiya bankı" adı bankların ticarət-
lə yaxından əlaqədar olmasını xəbər verir. Kommersiya bank-
ları qurulduqları ilk günlərdən bəri şirkətlərə kredit verməəmə-
liyyatını həyata keçirirlər. Son illərdə kredit verilən qrupların 
sırası  genişlənsə  də,  bu  bankların  təməl  kreditləшdirdikləri 
qruplar  hələ  dəşirkətlərdir.  Bütün  kommersiya  banklarının 
başlıca iki funksiyası vardır: borc almaq və borc vermək. Borc 


 
98 
almaq çox zaman əmanət şəklində, borc vermək isə kredit şək-
lində ortaya çıxır. Kommersiya banklarının bank sistemi içəri-
sindəən  önəmli  fəaliyyətlərindən  biri  də  bank  pulunu  yarada 
bilməsidir.  Bank  pulu  banka  qoyulan  əmanətin  məcburi 
ehtiyat  normalarına  ayrılan  miqdarıçıxıldıqdan  sonra,  təkrar 
kredit  olaraq  verilməsi  nəticəsində  yaranır.  Bank  pulu  çek 
sisteminin tətbiq edildiyi ölkələrdə böyük rol oynayır. Kommer-
siya banklarının fond qaynaqlarını müddətsiz və müddətli əma-
nət  hesabları,  Mərkəzи  bankın  avansları  və  банкын  mənfəəti 
təşkil  edir.  Kommersiya  banklarıçoxçeşidli  əmanət  hesabları 
təklif etməklə fond çoxluğuna sahib olanlara xidmət göstərirlər. 
Əmanətlərdən  təşkil  edilən  fondlar  və  həqiqətən  verilən 
kreditlər və ya qiymətli kağız alımı ilə fond kəsri olanlara fond 
transfer  edirlər.  Kommersiya  banklarıəmanət  və  borcvermə 
xidmətləri,  fərdlərə,  şirkətlərə,  dövlət  qurumlan  tərəfindən 
verilən  kredit  əmanət  servisləri  kimi,  özəl  və  ya  dövlət 
sektorlarına xidmət göstərirlər. 
Əmanət  banklar
ı  -  ipotekli  kreditlər  yolu  ilə  kiçik 
yatırımçılara  yönəlik  borcverməəməliyyatlarında  ixtisaslaşmış 
qurumlardır.  Bu  məqsədlə  kiçik  yığım  əmanətləri  dəyərlən-
dirilir və bu əlamətinə görəəmanət və kredit birlikləri bir-birinə 
oxşardırlar.  Əmanət  banklarının  əsas  funksiyası  kiçik  inves-
torların əmanətlərinin toplanması və bu əmanətlərin iqtisadiy-
yata yönləndirilməsidir. Bank topladıqları fondların böyük bir 
hissəsini müştərilərinə verirkən, bir hissəsini də kredit şəklində 
ipotek  qarşılığı  olaraq  inşaat-mənzil  krediti  kimi  kiçik  şir-
kətlərə  verir.  Əldə  edilən  mənfəətin  10-15%-i  вя  йа  зяманят 
fondunu  təşkil  edir,  qalan  hissəsi  isəəmanətçilərə  faiz  forma-
sında  verilir.  Əmanət  banklarında  faiz  dərəcələri  kommersiya 
banklarına nisbətən aşağıdır. Əmanət banklarının passivlərini 
əmanətlər təşkil edir.  
Əmanət  və  kredit  бирликляри    (ЯКБ)  -  kommersiya  banklar
ı 
ticari  kreditlər  üzərində  ixtisaslaşarkən,  əmanət  və  kredit 
qurumları  ev,  avtomobil  kimi  istehlak  kreditləri  sahəsində 
ixtisaslaşırlar.Əmanət  və  kredit  birlikləri,  xalqları  topladıqla-


 
99
rıəmanətləri inşaat-mənzil finansmanını axtaran quruluşlar olub, 
bu  xüsusiyyəti  iləəmanət  qəbul  edən  qurumlar  arasında  yer 
alır.ƏKB  mənzil  tikintisi  sahəsinin  finansmanı  mövzusunda 
ixtisaslaşır  və  bunların  xidmətindən  başlıca  olaraq  orta  gəlirə 
sahib  olan  fərdlər  istifadə  edir.ƏKB  balansının  aktivindəən 
böyük payı kreditlər və ipotekəəsaslanan qiymətli kağızlar təşkil 
edir (ümumi aktivlərin 70%-i).  
Kredit  ittifaqları  -  mənfəət  məqsədi  daşımırlar  və  fəaliy-
yətləri sadəcəüzvləri ilə məhdudlaşır. Kredit ittifaqları daha çox 
üzvlərinin istehlak kreditləri ehtiyacına yatırım edirlər. 
Azərbaycan  Respublikasında  "kredit  ittifaqları  haqqında" 
Qanun  2  may  2000-ci  ildə  qəbul  edilmişdir  və  kredit  ittifaqları  
könüllü,  mənafe  əsasında  birləşən  fiziki  şəxslərin,  kiçik 
sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini 
cəmləşdirmək  yolu  iləözlərinin  qarşılıqlı  kreditləşdirilməsi  üçün 
yaratdıqları bank olmayan kredit təşkilatıdır. 
Почт-bank  qurumları.  Avropa  ölkələrində  poçt  sistemi 
müəssisələrindəəhaliyə  direkt  geniş  spektirli  və  keyfiyyətli 
bank-maliyyə  xidmətləri  təklif  edilməkdədir.  Poçt  sistemi 
tərkibində bank-maliyyə xidmətlərinin spektrləri aşağıdakılar-
dır: 
1. nağd pulların saxlanması və inkassasiya xidmətləri; 
2. hesab açmadan pul köçürmələri; 
3.  korporativ  bank  xidmətləri  (korporativ  banking)  – 
proce maliyyələşməsi, faktorinq və lizinq əməliyyatları; 
4.  pərakəndə  bank  biznesi  –  cari  hesabların  açılması, 
əmanət  xidmətləri,  istehlak  kreditləri,  investisiya  fondlar
ı, 
sığorta, ipoteka kreditləri və mobil müшaвirlik xidmətləri; 
5. hesablaşma əməliyyatı (transajtion banking) – müş- 
tərinin hesabından ödəmələrin köçürülməsi əməliyyatı; 
6. plastik kart xidmətləri - debet və kredit kartları; 
7. sığorta xidmətləri; 
8.  yığım  və  investisiya  xidmətləri  və  kapital  bazarında  – 
aktivlərin meneъmenti. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə