205
6. Səhmdarların yığıncağında səsvermə hüququna malik
olan bütün səhmdarlar təmsil olunmuşdursa, yığıncaq onun
çağırılması vaxtından və üsulundan asılı olmayaraq səlahiyyətli
sayılır. Səsvermə hüququna malik olan səhmdarların hamısı
yekdilliklə razılıq verərsə, bu yığıncaq gündəliyə daxil edilməmiş
məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
Müşahidə Şurası( Maddə 25).
Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar
aiddir:
1.1. bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata
keçirmək, o cümlədən bankın darə Heyətindən hesabat almaq;
1.2. səhmdarların ümumi yığıncağı və darə Heyəti üçün
tövsiyələr vermək;
1.3. səhmdarların ümumi yığıncağının hər bir iclasını
bildirişlər göndərmək yolu ilə çağırmaq və səhmdarların, habelə
Audit Komitəsinin və darə Heyətinin tələbi ilə və onların
gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla,
hər bir iclasın gündəliyini qəbul etmək;
1.4. bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozul-
ması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların
ümumi yığıncağını, Audit Komitəsini və darə Heyətini xəbərdar
etmək, Mərkəzi Bankııa isə bank qanunvericiliyinin pozulması
faktları barədə bildiriş göndərmək;
1.5. bu Qanuna müvafiq olaraq darə Heyəti üzvlərini
vəzifədən kənarlaşdırmaq, səhmdarların ümumi yığıncağında
təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 10-cu
maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;
1.6. bank ilə darə Heyətinin bir və ya bir neçə üzvü arasında
mənafelər toqquşması olduğu hallarda bankı idarə və təmsil
etmək;
1.7. bankın etibarlı və prudensial idarə olunmasını təmin
etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul
etmək;
1.8. bankın kapital ehtiyatları yaradılması haqqında qərar
qəbul etmək;
206
1.9. bankın nizamnamə kapitalının 50 faizindən artıq
məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda
bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;
1.10. banka aidiyyatı şəxslər və aidiyyatı şəxs adından
hərəkət edən şəxslər ilə əqdlər bağlanmasını təsdiq etmək;
1.11. bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı
sahələrinin yoxlanması barədə qərar qəbul etmək;
1.12. kənar və daxili auditorların, habelə Mərkəzi Bankııın
yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların
yekunlarına dair tədbirlər görmək;
1.13. bu Qanunla, bankın nizamnaməsi və Mərkəzi Bankııın
normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər
səlahiyyətləri həyata keçirmək.
Müşahidə Şurası bu Qanunun 25.1.6-cı maddəsində nəzərdə
tutulan səlahiyyəti icra etməzdən əvvəl Mərkəzi Bankııa əsasları
göstərməklə yazılı bildiriş göndərir və səhmdarların ümumi
yığıncağının növbədənkənar iclasını çağırır. Mərkəzi Bankıı
Müşahidə Şurasının qərarına dair öz münasıbətini bildirə bilər.
Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci
maddələrinə əsasən qəbul etdiyi qərarlar səhmdarların ümumi
yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməli və
müzakirə olunmalıdır.
2. Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək
sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının
ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar
şə
xslərdən 4 ildən çox olmayan müddətə təyin edilən fiziki
şə
xslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə
bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının
üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir.
Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş
mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında
səhmdarların ümumi yığıncağında təyin edilə bilər.
3. bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun
gəlməyən fiziki şəxslər bankın Müşahidə Şurasının üzvü ola
207
bilməz və bank səhmdarlarının ümumi yığıncağının qərarı ilə
Müşahidə Şurasının üzvləri vəzifəsindən azad edilməlidirlər.
4. Müşahidə Şurası onun iclasında üzvlərinin yarısından
çoxu iştirak etdikdə səlahiyyətlidir. claslarının keçirilməsi
qaydası bankın nizamnaməsində və ya Müşahidə Şurası haqqında
ə
sasnamədə müəyyən edilir.
5. Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə
keçirilir.
clasların nəticələrinə dair protokol Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.
6. Müşahidə Şurasının qərarları yığıncaqda iştirak edən
üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs
hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına
icazə verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin
səsi həlledici sayılır.
darə Heyəti( Maddə 26).
. Bankın darə Heyəti bankın idarə olunması və fəaliyyətinin
həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
26.2. darə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda
üzvlərdən ibarətdir. darə Heyətinin üzvləri bank səhmdarlarının
ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin
edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər.
Səhmdarların ümumi yığıncağı darə Heyətinin üzvlərindən birini
darə Heyətinin sədri təyin edir.
darə Heyəti sədrinin
səlahiyyətləri darə Heyətinin əsasnaməsində müəyyən edilir.
26.3. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə
uyğun gəlməyən fiziki şəxslər bankın darə Heyətinin üzvü ola
bilməz və səhmdarların ümumi yığıncağının qərarı ilə darə
Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər.
26.4. darə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu
iştirak etdikdə səlahiyyətlidir.
26.5. darə Heytəinin qərarları yığıncaqda iştirak edən
üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs
hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına
icazə verilmir. Səslər bərabər olduqda darə Heyətinin sədrinin
səsi həlledici sayılır.
Dostları ilə paylaş: |