208
Maddə 27. Audit Komitəsi və daxili audit
27.1. Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit
bölməsi (departament, şöbə və s.) fəaliyyət göstərir.
27.2. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir
27.2.1. bankın audit siyasətini və strategiyasını müəyyən
etmək;
27.2.2. daxili audit planlarını təsdiq etmək və audit
bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
27.2.3. kənar auditin təyin edilməsi ilə əlaqədar bankın
səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;
27.2.4. kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və
tövsiyyələrinin həyata keçirilməsinə yardım emək;
27.2.5. bankın idarəetmə orqanları ilə kənar auditorlar,
habelə nəzarət orqanları arasında əlaqələr qurmaq;
27.2.6. daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair
Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflər
vermək.
27.2.7. Mərkəzi Bankııın normativ xarakterli aktları ilə
nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
27.3. Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək
sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri Səhmdarların
Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin
edilir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər.
Səhmdarların Ümumi Yığıncağı Komitənin üzvlərindən birini
Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək
haqqı formasında muzdu Səhmdarların Ümumi Yığıncağı
tərəfindən təyin edilir.
27.4. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə
uyğun gəlməyən fiziki şəxslər bankın Audit Komitəsinin üzvü ola
bilməz və Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Audit
Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər.
27.5. Audit Komitəsi onun iclasında üzvlərinin yarısından
coxu iştirak etdikdə səlahiyyətlidir. clasların keçirilməsi qaydası
Audit Komitəsi haqqında təsdiq edilmiş əsasnamədə müəyyən
edilir.
209
27.6. Audit Komitəsinin qərarları yığıncaqda iştirak edən
üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs
hüququna malikdir, üzvlərin səsvermə zamanı bitərəf qalmasına
icazə verilmir. Səslər bərabər olduqda Audit Komitəsi sədrinin
səsi həlledici sayılır.
27.7. Daxili audit bölməsi (departament, şöbə və s.) Audit
Komitəsinin nəzarəti altında fəaliyyət göstərir və bankın icra
orqanı ilə qarşılıqlı surətdə bankda daxili nəzarət və risklərin idarə
edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz
nəzarəti həyata keçirir;
27.8. Daxili audit bölməsinin rəhbəri və əməkdaşları Audit
Komitəsinin təqdimatı ilə bankın Müşahidə Şurası tərəfindən
vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
27.9. Bankda Audit Komitəsinin və daxili audit bölməsinin
fəaliyyətinin standart və qaydalarını Mərkəzi Bankıı müəyyən
edir.
210
FƏS L 33.BANKЛАРДА МЯЪМУ КАПИТАЛЫНЫН
СТРУКРУРУ
Banklarda Məcmu kapitalın strukturuna birinci (I) dərəcəli
və ikinci (II) dərəcəli kapital daxildir. I dərəcəli kapital bankın
ə
sas kapitalı hesab olunur və onun məbləği (aparılan "tutulmalar-
dan" sonra) bankın hesablanmış məcmu kapitalında 50 faizdən az
olmamalıdır.
I dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir: döv-
riyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı
adi səhmlər çıxılmaqla); dövriyyəyəburaxılıb tam ödənilmiş qeyri-
kumulyativ müddətsiz imtiyazlı səhmlər; səhmlərin emissiyasın-
dan əmələ gələn əlavə vəsait (kapital artıqlığı); keçmiş illərin bö-
lüşdürülməmiş xalis mənfəəti; bankın konsolidasiya olunmuştö-
rəmə cəmiyyətlərində azlıq təşkil edən səhmdarların (payçıların)
kapitalı. Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə aşağı-
dakılar daxil edilir: cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin
yığılıb bölüşdürülməmiş mənfəəti və kapital ehtiyatları, yəni əv-
vəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fond-
lar.
II dərəcəli kapital əlavə kapitaldır. Bankın hesablanmış məc-
mu kapitalında II dərəcəli kapitalın məbləği I dərəcəli kapitalın
məbləğindən (aparılan "tutulmalardan" sonra) çox olmamalıdır.
Bundan artıq olan hissə məcmu kapitalın hesablanması zamanı nə-
zərə alınmır. II dərəcəli kapitala aşağıdakı komponentlər daxil edi-
lir: cari ilin bu tarixə olan mənfəəti; ümumi ehtiyatlar (balans ak-
tivlərinin və balansdankənar öhdəliklərin risk dərəcəsi üzrə ölçül-
müş məbləğinin (aparılan "tutulmalar"dan sonra) 1,25 faizinədək,
lakin "adi" ehtiyatların məbləğindən çox olmayan hissəsi); kapita-
lın digər komponentləri: kumulyativ müddətsiz imtiyazlı səhmlər;
ə
n azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri
211
(ödənişinə qalan son 5 ildə II dərəcəli kapitala daxil edilmək üçün
onların məbləği hər il 20 faiz azaldılır). II dərəcəli kapitalın
hesablanmasında nəzərə alınan subordinasiya borc öhdəliklərinin
məbləği I dərəcəli kapitalın (aparılan "tutulmalar"dan sonra) 50%-
dən çox olmamalıdır.
2007-ci ildə bankların məjmu nizamnamə kapitalı 689,5
mln. manatdan yuxarı idi. II-ci dərəcəli kapital 2007-ci il ərzində
165,5 mln. manat (və ya 118,3%) artaraq 305,4 mln. manat təşkil
etmişdir. Bankın kapitalının idarə edilməsi üçün aşağıdakılar
təmin etməlidir:
1. Likvidlik və kapital tələblərini nəzərə alaraq, kapital
gəlirliyi dərəcələrinin müəyyənləşdirilməsini;
2. Kapitalın biznes bölmələri və göstərilən xidmətər arasında
"bölüşdürülməsi"ni;
3. Bankın əlavə kapitala cəlb edilməsi (məbləğinə və növünə
görə) ilə əlaqədar tövsiyələrin verilməsini (məsələn, səhmlərin
buraxılışı və ya subordinasiya borclar vasitəsilə).
Dostları ilə paylaş: |