M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə74/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

 
238 
zamanda  banklarla əlaqəsi olan real sektoru və ev idarələrini  də 
ə
hatə  etdi.  2008-ci  ilin  II  yarısı  -  fond  indekslərində  azalma:  70-
80%,  global  maliyyə  sektorunda  itkilər:  3  trln.  $    və  ya  qlobal 
ÜDM-in 4.3%-i təşkil etmişdir. 
Beynəlxalq  təcrübə  göstərir  ki,  bank  böhranının  aradan 
qaldırılmasına yönəlik çəkilən məsrəflər orta hesabla ÜDM-un 15-
20%-ni təşkil edir. Məlumdur ki, əksər ölkələrdə bank böhranının 
qarşısının  alınması  çox  böyük  məsrəflər  tələb  olunmuşdur: 
spaniya  və  Macarıstanda  15%-ə  qədərini,  Malayziyada  20,5%-i 
həcmində,    Meksikada    isə  30%-dən  yuxarı  səviyyəyə  çatmışdı. 
Bir  sıra  ölkələrdə  bu  göstərici  40-50%-ə  çata  bilər.  Türkiyənin 
bank  sektorunun  yenidən  kapitallaşmasına  və  struktur 
yenilənməsinə dövlətin sərf etdiyi məsrəflər 40-50 mlrd. dollar və 
ya  ÜDM-un  üçdəbirini  təşkil  edirdi.  Türkiyədə  hətta  bank 
sektorunun  25%-nin  öhdəliklərini  öz  üzərinə  götürəcək  yeni 
tənzimləyici orqan (BDDK) yaradıldı.  
Rusiyada bankların struktur yenilənməsinə sərf olan birbaşa 
maliyyə  məsrəfləri  1998-  ci  ildə    ÜDM-un  0,2%-ni  təşkil  etdiyi 
halda, 2009- ci ilin aprel ayına  bu göstərici 21,7% təşkil etmişdi. 
2007 – 2008 ci   il böhranından sonra   ABŞ   höküməti bankların 
struktur  yenilənməsinə  sərf  etdiyi  birbaşa  maliyyə  məsrəfləri 
ÜDM-un  38,7  %-ni  təşkil  edir,  yəni  rəqəmlə  ifadə  etsək-  5500 
mlr. $. Avrozonada  isə, böhranın qarşısının alınması ilə əlaqədar 
məsrəflər  ÜDM-un  23,4%-i  həcminə  çatmışdı(3285mlr.  $),  o 
cümlədən  AFR    hökümətinın  antiböhran  proqramının  həcmi  500 
mlr.  Avro,  Fransada  360    mlr.  Avro,  rlandiyada  400  mlr.  Avro 
təşkil etmişdir.. 
Son  məlumatlara  görə  hazırki  finans  böhranı  nəticəsində 
dünya üzrə bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil 
edir,  bunlardan  yarıya  qədəri  Amerika  banklarının  payına  düşür. 
Banklar  bu  məbləğin  təxminən  50%-ni  artıq  yeni  kapitalın  cəlb 
olunması  hesabına  kompensasiya  edə  biliblər.  Lakin  BMF-nun 
son hesablamalarına görə bankların itkilərinin məbləği iki dəfədən 
də çox-1,6 trln. dollaradək arta bilər. 


 
239
Beləliklə,  Qlobal  maliyyə    böhranı  (2008)  və  postkrizis 
ssenarisinin inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 
1.  ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 
2.  kredit həcminin azaldılması və kredit xəttinin açılmasına ciddi 
nəzarət; 
3.  Fond indekslərinin aşağı doğru meyli; 
4.  büdcə defiçitlərinin artımı; 
5.  Real sektorda geriləmə; 
6.  işsizliyin güclənməsi; 
7.  istehlak xərclərinin azalması. 
Məlum  olduğu  kimi,  dünya  maliyyə  böhranı  Amerikanın 
daşınmaz  əmlak  bazarında  möhtəkirlikdən  başlanmışdır.  Bundan 
başqa,  törəmə  maliyyə  alətlərinin  yaranma  səbəblərindən  biri 
risklərdən  qorunmaq  olsa  da,  onların  spekulyativ  məqsədlə 
istifadəsi  sürətlə  artdı.  poteka  “köpüyü”  partlayaraq,  bütün 
dünyada bank sektorundakı böhrana  təkan vermişdir ki, bu da öz 
növbəsində,  dünyanın  bütün  dövlətlərinin  iqtisadiyyatında  real 
sektorda  resesiyya  səbəb  olmuşdur.  Bütün  bunlar  maliyyə 
bazarlarında  güvən  amilinin  itməsinə  və  panikanın  yayılmasına 
gətirib  çıxardı.  Amerikanın  bank  sistemində  başlayan  böhran 
sürətlə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə 
yayıdı. 
Beləliklə,  2007-  2008  –ci  illərdə  başlanan  və  indiyədək 
davam edən  qlobal  maliyyə böhranını 4 mərhələyə bölmək olar: 
1.  Anglo- saksonmaliyyə böhranı ( 2007 –ci ilin  yaz ayın-
dan 2008- ci ilin mart ayınadək).  Qlobal  böhranının ilk mərkəzi 
ABŞ ipoteka bazarında problemlərin yaranması ilə meydana çıxdı 
və ABŞ-ın ən iri ipoteka Bankının “Bear Stearns” qurtarılmasına 
yönəlik başlanan əməliyyat oldu. 
2.  Hüdüd  çəkmə  vəya  sərhəd  çəkmə  (decoupling,  mart- 
avqust  2008-  ci  il).  Böhran  bütünlüklə    iqtisadi  cəhətdən  inkişaf 
etmiş ölkələrə yayıldı, ancaq bununla yanaşı ümid varqlmaqda idi 
ki,  böhran    inkişaf  etməkdə  ölkələrə  təsir  etməyəcək  və  nəticədə 
onların  dinamik    iqtisadi  inkişafı    burulğan  içində  olan  ölkələrin 
xilas edilməsində əsas katalizator olacaqdır. 


 
240 
3.  Kredit  daralma  əməliyyatı  (de-  leveraging,sentyabr- 
noyabr  2008  ci  il).  Qlobal  böhranın    inkişaf  etməkdə  ölkələrə 
bulaşması  və  inkişaf  etmiş  ölkələrdə  resesiyanın  başlanması 
haqqında rəsmilərin etirafları. Dünyanın bir çox ölkələrində bank 
sisteminin kollaps təhlükəsinin başlanğıcı. 
4.  Emissionla  vurulmaq  vəya  doldurmaq  (  quantitative 
easing,  noyabr  2008  –ci  ilin  sonundan  indiyədək  olan  müddətə).  
Dünya  ökələrinin  əksər  hökümətləri  istehsalat  kollapsına    yol 
verməmək üçün monetar və fiksal xarakterli çox çesidli tədbirlər 
paketi  hazırladı  və  məqsəd  ilk  növbədə,  pul  təklifini  artırmaqla 
tələbi stumallaşdırmaqdır. 
Qlobal  böhranın  Azərbaycana  təsir  kanallari.  Qlobal 
maliyyə  böhranın Azərbaycana təsir kanalları aşağıdakılardır: 
1.neft  və  digər  yanacaq  ixrac  məhsullarının  qiymətinin 
dünya bazarında azalması. 
xracın 90%-dən, büdcə gəlirlərinin isə 60%-dən  çoxu neft 
sektoru hesabına formalaşır. AR MB hesablamalarına görə, neftin 
qiymətinin  hər  1%  azalması  qeyri-neft  ÜDM-ni  0.13%  azaldır, 
büdcə xərclərinin hər 1% azalması isə ÜDM-i 0.3% azaldır. 
2.Beynəlxalq  maliyyə  bazarında  likvidlik  çatışmamazlığı 
vəya  banklararası  kredit  böhranı  nəticəsində  xarici  maliyyə 
mənbələrinə çıxış imkanlarının məhdud vəziyyətə düşməsi. 
3.Pul  baratlarının  azalması.Baratların  azalması  istehlak 
fəallığına  mənfi  təsir  edir  (baratların  hər  1%  azalması  qeyri-neft 
ÜDM-in 0.06% azalması effektini verir)  
4. ABŞ və AB ölkələrində resessiya. Qlobal tələbin azalması 
nəticəsində  (əsasən,  ABŞ  və  AB  ölkələrində  resessiyaqeyri-xam-
mal  ixracı  azalmaqdadır  ixracın  azalması  qeyri-neft  sənayesində 
artıma mənfi təsir göstərir).    
 
 
 
 
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə