M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə75/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

 
241
 
 
 
 
FƏS L 39. BANK  S STEM NDƏ 
ANT BÖHRAN TƏDB RLƏR  PROQRAMI  
 
Bir  çox  ölkələrin  hökumətləri  və  mərkəzi  bankları  bank 
böhranının həlli və öz bank sistemlərinin struktur yenilənməsi ilə 
müxtəlif üsullarla məşğul olurdular. Təcrübə göstərdi ki, nə struk-
tur yenilənməsinin ideal forması, nə də bank sektorunda vəziyyə-
tin  normallaşdırılmasının  universal  strategiyası  mövcud  deyil  və 
bir  çox  hallarda  bu  və  ya  digər  fəaliyyət  konkret  vəziyyətlərdən 
asılıdır.  Vaxt  keçdikcə  banklar  da,  dövlətlər  də  böhran  hallarının 
mənfi nəticələrinin qarşısının alınmasına yönəlmiş bütöv tədbirlər 
kompleksləri,  o  cümlədən,  kredit  münasibətlərinin  təkmilləşdiril-
məsi və Mərkəzi Bank infrastrukturlarının bütövlükdə etibarlılığı-
nı yüksəldən tədbirlər işləyib hazırladılar. 
Bir  qayda  olaraq  əsas  maliyyə  yükü  birbaşa  və  ya  dolayı 
yolla,  o  cümlədən,  restrukturizasiya  üçün  yaradılan  dövlət  agent-
liklərinin fəaliyyətinin maliyyələşdirmək dövlət büdcəsinin üzəri-
nə  düşdü.  Bank  sisteminin  struktur  dəyişikliklərinin  həyata  keçi-
rilmə  zamanı  əksər  ölkələrdə  bu  prosesin  həyata  keçirilməsinin 
həvalə edildiyi xüsusi institutlar yaradıldı. Ənənəvi olaraq dövlət-
lər bank böhranlarının nəticələrinin aradan qaldırılması prosesində 
aktiv  rol  oynayırlar.  Onlar  bank  sisteminin  problemlərinin  həlli 
üçün  maliyyə  resursları  ayırmaqla  özlərinin  təşkilatçı  rolunu  təs-
diqləmiş  olurlar.  Bu  məqsədlər  üçün  görülən  tədbirlər  müxtəlif 
amillərdən, hər şeydən əvvəl bank böhranlarının konkret səbəblə-
rindən  və  onların  yarandığı,  inkişaf  etdiyi  ümumi  iqtisadi  vəziy-
yətdən  asılıdır.  Böhranın  səbəbləri  bəzi  ölkələrdə  üst-üstə  düşür-
dü, bəzilərində öz spesifikası ilə fərqlənirdi, lakin onun qarşısının 
alınması formaları hər yerdə bir çox cəhədən oxşar idi: sabitləşdi-
rici kreditləşdirmə, rekapitalizasiya və s. 


 
242 
Bununla belə digər ölkələrin təcrübəsi, dövlət strukturlarının 
bank böhranlarının nəticələrinin aradan qaldırılmasında fəaliyyəti-
nin təhlili bank sisteminin struktur dəyişikliklərinin üç əsas istiqa-
mətini qeyd etməyə imkan verir:  
1. Əsas vəzifəsi bank sisteminin likvidliyinin saxlanması və 
onun  hesablaşmaların  həyata  keçirilməsində  vasitəçilik  funksiya-
larının bərpa edilməsi olan antiböhran tədbirləri; 
2. Bank sisteminin struktur dəyişiklikləri (kredit təşkilatları-
na tətbiq olunan və ödəmə qabiliyyətinin bərpa olunmasına və ya 
ləğvetmə prosesinin həyata keçirilməsinə yönəlmiş tədbirlər kom-
pleksi); 
3. Bank sisteminin tənzimlənməsi və bank nəzarəti sistemi-
nin möhkəmləndirilməsinə yönələn islahat. 
Beynəlxalq təcrübədən çıxış edərək bankların struktur yeni-
lənməsinin dörd əsas prinsipini göstərmək olar: 
1.  Struktur  yenilənməsi  sürətlə  və  diqqətlə  aparılmalıdır  ki, 
finans bazarları vasitəçik funksiyasının yerinə yetirilməsinə müm-
kün qədər tez başlaya bilsinlər; 
2.  Vergi  ödəyicilərinin  üzərinə  düşən  maliyyə  yükü  mütləq 
minimumda saxlanmalıdır; 
3.  Problemli  banka  yardım  edərkən  yaranan  mənəvi  risk 
problemindən qaçmaq üçün  səhmdarlar, menecment və işçi heyət 
bankın üzləşdiyi vəziyyətə görə məsuliyyəti bölüşməlidirlər; 
4. Gələcəkdə məhkəmə çəkişmələrilə üzləşməmək üçün ban-
kın  struktur  yenilənməsi  şəffaf    və  obyektiv  kriteriyalara  uyğun 
şə
kildə aparılmalıdır. 
 
Ölkələr üzrə açıklanan maliyyə paketleri (UDM nisbəti,%) 
 
Ölkələ
2008 
2009 
2010 




Çin 
0,4 
3,1 
2,7 
G. Koreya  1,1 
3,9 
1,2 
Rusiya 

4,1 
1,3 
ABD 
1,1 

1,8 


 
243
G.Afrika 
1,7 
1,8 

Kanada 

1,9 
1,7 
Almaniya  0 
1,6 

Meksika 

1,5 





Yaponya 
0,3 
2,4 
1,8 
Fransa 

0,7 
0,8 
Hindistan  0,6 
0,6 
0,6 
Türkiyə 

0,8 
0,3 
Brаzilya 

0,6 
0,8 
 
 
Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən  qəbul 
edilmiş  mühüm  pul  siyasəti  və  makro  –  prudensial  idarəetmə 
qərarları aşağıdakı kimi olmuşdur: 
 
14. Oktyabr 2008- ci il. 
•Uçot  dərəcəsi  15%-dən  12%-ə  endirilmiş,  faiz  dəhlizinin 
yuxarı həddi 20%-dən 17%-ə salınmışdır; 
•Milli  və  xarici  valyutada  öhdəliklər  üzrə  məcburi  ehtiyat 
normaları  12%-dən  9%-ə,  bankların  xarici  öhdəlikləri  üzrə 
məcburi  ehtiyat  norması  5%-  dən  0%-ə  endirilmişdir.  Bununla 
bank sisteminə 220 mln. manat likvidlik verilmişdir. 
•  Həm  manat,  həm  də  xarici  valyutada  məcburi  ehtiyat 
normalarının ortalama müddəti 1 ayadək uzadılmışdır. 
 
31. Oktyabr 2008 ci il 
•Uçot dərəcəsi 12%-dən 10%-ə endirilmişdir; 
•Faiz  dəhlizinin  yuxarı  həddi  15%,  aşağı  həddi  isə  1% 
müəyyən edilmişdir; 
 
1.12.2008. 
•Uçot  dərəcəsi  10%-dən  8%-ə,  faiz  dəhlizinin  yuxarı  həddi 
13%-ə endirilmişdir; 


 
244 
•Milli  və  xarici  valyutada  öhdəliklər  üzrə  məcburi  ehtiyat 
normaları  9%-dən  6%-  ə  endirilmişdir.  Bununla  bank  sisteminə 
125 mln. manatlıq likvidlik dəstəyi verilmişdir. 
1.02.2009. 
•Uçot dərəcəsi 5%-ə, faiz dəhlizinin yuxarı həddi 10%-ə 
endirilmişdir; 
•Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat 
normaları 6%-dən 3%- ə endirilmişdir. Bununla bank sisteminə 
135 mln. manatlıq likvidlik dəstəyi verilmişdir. 
 
10.02.2009 
•Mərkəzi Bank tərəfindən valyuta svopu əməliyyatlarının 
aparılmasına başlanılmışdır. 
02. Mart 2009. 
•Uçot dərəcəsi 3%-ə, faiz dəhlizinin yuxarı həddi 8%-ə 
endirilmişdir; 
•Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat 
normaları 3%-dən 0, 5%-ə endirilmişdir. Bununla bank sisteminə 
111 mln. manatlıq likvidlik verilmişdir. 
 
25. May.2009. 
•Uçot dərəcəsi 2%-ə, faiz dəhlizinin yuxarı həddi 7%-ə 
endirilmişdir. 
 
Pul Siyasəti alətlərinin dərəcələri üzrə qəbul edilmiş qərarlar 
 
 
Faiz dəhlizi 
Məcburi 
ehtiyat 
norması 
Yuxarı 
həddi 
Uçot 
dərəcəsi 
Aşağı həddi 
14.10.08 
17% 
12% 
3% 
9% 
31.10.08 
13 



01.12.08 
13 



01.02.09 
10 



01.03.09 



0.5 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə