M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə77/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   98

 
248 
 
 
 
 
 
 
IV BÖLMƏ.  F NANS BAZARI: PUL VƏ  
KAP TAL BAZARI 
 
FƏS L  40.  F NANS BAZARININ STRUKTURU  
 
Fond  təklif  və  tələbi  arasındakı  axınları  nizamlayan 
qurumlar, axını saxlayan finans alətləri və bunları nizamlayan 
hüquqi və idari qaydaların mövcud olduğu və finans alətlərinin 
doğrudan və ya dolaylı olaraq, fond transfer əməliyyatlarının 
gerçəkləşdiyi  bazarlara  "Finans  bazarları"  adı  verilmiş  və  
finans bazarları tərkibinəpul və  kapital bazarları daxildir.  
Finans 
bazarlarınıçeşidliyinə 
görə 
qruplaşdırmaq 
mümkündür: 
1)  bu  bazardan  faydalananlar  baxımından:  iqtisadi 
cəhətdən  inkişaf  etmişölkələrdə  fond  tələb  etmək  üzrəşəxslər, 
şirkətlər,  mərkəzi  h
ökümət,  bələdiyyə  idarələri,  xarici 
sərmayədarlar  kimi  5  çeşid  yatırımçı  gəlir.  Şirkətlər  kapital 
bazarına istiqraz vəşirkətin səhmlərini satmaq üçün gəlirlər.  
2)  alətin  tipi:  borcа  və  ya  капитала  эюря,  йяни  istiqraz  və 
aksiya; 
3)  alətin  müddəti:  bir  ilədək  aşağı  müddətli,  5-10  ilədək 
ortamüddətli və daha uzunmüddətli alətlər; 
4)  mərkəzləşmə  dərəcəsi:  bəzi  bazarlar  regional,  bəzi 
bazarlar ölkəəhəmiyyətlidir. Buraya ölkənin hər yerindən təklif 
və tələb gələ bilir; 


 
249
5) Ы və II bazarlar. ЫЫ Bazardakıəməliyyatların çoxu daha 
öncə  bazara  çıxarılan  alətlərin  investorlar  tərəfindən  alqı-
satqısıdır, yeni fondlar saxlanması deyildir. Bunlara II işləmlər 
deyilir.  Aksiya  və  istiqraz  bazarlara  çıxarılarkən,  bunlar  ilk 
bazara  gəlir  və  ilk  satış  orada  aparılır.  Bunları  satın  alanlar 
satmaq istədikləri zaman II bazara gəlirlər. 
Müddətindən  asılı  olaraq  finans  bazarı  pul  bazarı  və 
sərmayə bazarı kimi iki yerə bölünür: 
1)  Pul  bazarı    qısa  fond  təklifləri  ilə  qısa  müddətə  olan 
fond  tələblərinin  qarşılaşdığı  bir  bazardır.  Ümumiyyətlə, 
qısamüddətli  fondlar  hüquqi  və  fiziki  şəxslərin  dövriyyə 
vasitələrinə olan ehtiyaclarıüçün tələb olunur. 
2)  Sərmayəbazarı    uzunınüddətli  fond  təklifləri  ilə  uzun 
müddətə  olan  fond  tələblərinin  qarşılaşdığı  bir  bazardır. 
Burada  uzunınüddətli  fondlar  satılır  və  alınır.  Uzunınüddətli 
fondlar  sonradan  hüquqi  şəxslərin  amortizasiya  ayırmalan  və 
mənfəətləri hesabына ödənilir.  
Qısa  müddətli  fond  təklif  və  tələbinin  bir  araya  gəldiyi 
bazarlara  "pul  bazarları"  (money  markets)  deyilir.  Diqqət 
edilməsi lazım gələn ən önəmli nöqtə, bu bazarın qısamüddətli 
fondlardan  təşkil  edilməsidir.  Burada  göstərilən  müddət, 
prinsipcə, bir ildən yuxarı ola bilməz. 
Banklar  pul  bazarlarında  fəaliyyət  göstərən  ən  önəmli 
qurumlardır. Kommersiya banklarının mənbələrini təşkil edən 
əmanətlər  q
ısamüddətli  olduğu  üçün  bankların  satdıqları 
fondlar  da  (kreditlər)  qısamüddətli  olmaqdadır.  Pul  bazarı 
alətləri  sırasına  hökümətlərin  ixrac  etdiyi  xəzinə  bonoları  
dövlət istiqrazları, özəl sektor qurumlarının ixrac etdiyi xəzinə 
bonoları,  dövlət  istiqrazları,  özəl  sektor  qurumlarının  ixrac 
etdiyi  finansman  fondları,  bankların  ixrac  etdiyi  depozit 
sertifikatları, repo anlaşmaları daxil edilə bilir. 
Pul    bazarında  əldə  edilən  fondlar  şirkətlərin  finansma-
nında istifadə edilir.Bu bazarda şirkətlərin gerçəkləşdirilməsin-
də istifadə edilən alətlər isə ticari sənədlər vəəmanətlərdir. Pul 


 
250 
bazarında gerçəkləşdirilən əməliyyatlarda müddət qısa, risk və 
faiz nisbətləri aşağıdır.  
Orta  və  uzun  müddətli  fond  təklif  və  tələbinin  bir  araya 
gəldiyi  bazara  "kapital  bazarları"  adı  verilir. Kapital  bazarını 
pul  bazarından  ayıran  ən  əsas  xüsusiyyət    orta  və  uzunmüd-
dətli (bir ildən çox olmaq şərti ilə) fondlardan meydana gəlmə-
si  və  bu  fondların  şirkətlərin  сабит  сярмайя  qarşılanmasında 
istifadəsidir.  Qaynaqlar  pul  bazarlarındakı  kimi  yığım  olub, 
alətləri  isə  aksiya  və  istiqraz  kimi  qiymətli  kağızlardır.  Bu 
bazardakıəməliyyatlarda  müddət  uzun,  risk  və  faiz  nisbətləri 
də aşağıdır. 
Uzunmüddətli  fond  ehtiyaclarının  qarşılaşdığı  sərmayə 
bazarlarının  ən  təməl  iki  aləti  isə  istiqrazlar  və  aksiya 
sənədləridir. Şirkətlər finans bazarından 2 şəkildə qaynaq əldə 
etmək  imkanına  malikdirlər.  Ən  çox  istifadə  olunan  metod 
borc aləti (bono kimi) ixrac etməkdir. Bu alətlə firma borc alə-
tini  (bonoyu)  alan  quruma,  məlum  bir  ödəmə  zamanında 
(müddət  sonunda)  məlum  bir  gəlir  ilə  birlikdəəsas  pulu 
ödəməyi  öhdəlik  edir.  Borcun  müddət  sonu  bir  ildən  az  isə 
"qısa  müddətli",  bir  illə  on  il  arasında  ödəmə  tarixi  olan  bo-
nolara    "orta  müddətli",  müddəti  on  ildən  daha  uzunüddətli 
qiymətli kağızlara isə "uzunmüddətli" bonolar дейилир. Şirkətlə-
rin cəlb edə biləcəkləri başqa bir finans mənbə aləti səhmlərdir. 
Səhm  olan  qurum  və  ya  fərd,  səhmi  çıxaran  şirkətə  ortaq  ol-
maqdadır. Şirkət il sonunda mənfəət əldə etməsi halında səh-
mиdarlara  "divident"  verir.  Səhmləri  bono  və  ya  istiqrazdan 
ayıran ən önəmli xüsusiyyətlər: səhmlərin müddətinin olmama-
sı  və  ya  müəyyən  edilmiş  olan  bir  gəlir  nisbətinə  sahib  olma-
masıdır.  
 
 
 
 
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə