M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 

41

     1)  Birölçülü  proqnozar:  bir  kəmiyyət  və  yaxud  keyfiyyət 



göstəricisi üzərində qurulur. 

     2)  Çoxölçülü  proqnoz:  bir  və  yaxud  bir  neçə  kəmiyyət  və 

keyfiyyət göstəriciləri üzərində qurulur. 

VI  qrupa  əhatə  dairəsinə  görə  aşağıdakı  proqnozları  daxil 

edirlər: 

1.  Lokal: hər hansı bir dövlət daxilində regionun bir hissəsi. 

2.  Regional: verilən dövlətin hər hansı bir regionunu. 

3.  Regionlararası. 

4.  Dövlət. 

5.  Dövlətlərarası. 

6.  Qlobal. 

VII  qrupa  xalq  təsərrüfatının  quruluşuna  görə  aşağıdakı 

proqnozları daxil edirlər: 

1.  Sahəvi. 

2.  Sahələrarası. 

3.  Ərazi istehsal təyinatına görə. 

Bazar  iqtisadiyyatında  proqnozların  sayı,  göründüyü  kimi 

həddən artıq çoxdur, lakin onlardan 20-si geniş tətbiq olunur. Bütün 

proqnozlar 3 metodlar qrupunda cəmlənir: 

     I  qrup:  bu  riyazi  üsullarla  hesablanan  proqnozlardır 

(faktoqrafik). 

     II  qrup:  mütəxəssis  rəyi  əsasında  təyin  edilən  proqnozlar 

(Ekspert metodu). 

     III  qrup:  proqnozların  dəqiqliyini  yoxlayan  metodlar 

(yoxlama metodları). 

  1) Faktoqrafik metoda məxsus olan proqnozlar faktiki infor-

masiyaya  əsaslanır.  Onlar  sosail  iqtisadi  proqnozların  riyazi  hesab-

lamalar əsasında həyata keçirilirməsinə xidmət edir. Bu qrupda aşa-

ğ

ıdakı metodları misal  göstərmək  olar: tarixi  analogiya,  riyazi  ana-



logiya,  avtoreqresiya,  arqumentlərin  qrup  şəklində  nəzərə  alınması, 

interpolasiya və s. 

 

2) Ekspert metodlarına aid olan metodlar sırf ekspert- mütə-



xəssis  məlumatının  üzərində  qurulur  və  bu  metodlar  riyazi  hesab-

lamalar  mümkün  olmadıqda  tətbiq  edilir.  Bunlara  misal  olaraq 

 

42

aşağıdakıları göstərmək olar: Delfi metodu, fərdi ekspert qiymətlən-



dirilməsi  metodu,  ekspert  komissiyası  metodu,  məhkəmə  metodu, 

intervyu metodu və s. 

 

3)  Yoxlama  metodları  çox  vaxt  proqnozların  dəqiqliyini 



müəyyən  edərkən  tətbiq  edilir  və  bu  metodlar  həm  riyazi,  həm  də 

ekspert məlumatları əsasında təyin edilə bilir. 

Makroiqtisadi  səviyyədə  proqnozlaşdırılan  obyektin  gələcək 

vəziyyətini müəyyən etmək üçün makroiqtisadi ssenarilərdən istifa-

də  olunur.  Ssenarilər  proqnozlaşdırmaların  bütün  mərhələlərində 

istifadə  edilir  və  işlənib  hazırlanır.  Bazar  iqtisadiyyatında  onlardan 

uzunmüddətli  perspektivə  və  ölkənin  istehsal  potensialını  müəyyən 

etmək  üçün  istifadə  olunur.  Bu  zaman  aşağıdakı  2  əsas  metodlara 

üstünlük verilir: 

     1) stehsalın  həcmini  istehsal  amilləri  ilə  əlaqələndirilən  istehsal 

funksiyaları metodları. 

     2)Biramilli modelllər. 

stehsal funksiyalarına aşağıdakıları aid edirlər: 

     1)Kobb-Duqlas  istehsal  funksiyası  modeli:  bu  model  ən  sadə 

model  olmaqla  məhsul  buraxılışının  həcminin  istehsal  amillərinin 

ehtiyyatları  ilə  əlaqəsini  və  onların  istifadəsinin  səmərəliliyini  əks 

etdirir. Bu funksiya aşağıdakı kimi ifadə olunur: 

 

 



Y = A ×  K

µ

 × L



1-µ

 

                          ( 1 ) 



 

Burada: Y - buraxılan məhsulun həcmini;  

 

K – kapitalı;  



 

L - əmək ehtiyyatlarını;  

 

A - əmsal olmaqla istehsalın miqyasının məhsul buraxılışına 



təsirini əks etdirir. 

 

µ



 və 1-µ - isə uyğun olaraq məhsuldarlığın həddini göstərir. 

 

Artım tempi zamanı bu düstur aşğıdakı formanı alır: 



 

y =  k × µ + l × (1-µ)   

 

     ( 2 ) 



 

Burada, y – məhsul buraxılışının həcminin orta illik artım 

tempini; 

 

k – kapitalın orta illik artımını əks etdirir; 



µ

 - istehsalın həcminin kapitala görə elastiklik əmsalıdır; 

 

l - əməyə görə artım tempini əks etdirir. 




 

43

 



1-µ - əməyə görə istehsalın həcminin elastikliyi əmsalıdır. 

Bu  funksiyanın  çatışmayan  cəhəti  odur  ki,  o,  istehsal  amil-

lərinin səmərəliliyini vahidə bərabər götürür, yəni istehsalın artımını 

ə

mək  və  kapitalın  artımı  ilə  ciddi  əlaqələndirir,  elmi-texniki  tərəq-



qinin nailiyyətlərinin təsərini nəzərə almır. Ona görə də bu funksiya 

digər alimlər tərəfindən təkminləşdirilmişdir. 

2)Tinbergenin istehsal funksiyası. Tinbergen yuxarıda 

göstərilən asılılığı aradan qaldıraraq aşağıdakı düsturu irəli 

sürmüşdür: 

 

 



 

 

Y = A × K



α

  × L


β

 

  ( 3 ) 



Ə

gər α və β -nın cəmi vahidə bərabər olarsa, onda funksiya 

Kobb-Duqlas funksiyanın formasını qəbul edir. Əgər α+β vahiddən 

böyük  olarsa  bu  iqtisadi  proqresi  (inkişafı)  əks  etdirir  və  məhsul 

buraxılışının  həcmi  istehsal  amillərinin  istehsalını  üstələyir.  Əgər 

α

+β  vahiddən  kiçik  olarsa,  bu  iqtisadi  geriləməni  əks  etdirir  və 



istehsalın nəticələri istehsal amillərinin istehsalından aşağı olur. 

 

Artım tempi zamanı, yəni göstəricilərin maksimal həddi 



olduqda bu formula aşağıdakı şəkli alır: 

 

 



y = k × α + l × β 

                         ( 4 ) 

α

 - kapitala görə istehsalın həcminin elastikliyi əmsalıdır,  



β

 - əməyə görə istehsalın həcminin elastikliyi əmsalıdır. 

 

3)Solounun istehsal  funksiyası. Solou  Kobb-Duqlas istehsal 



funksiyasını  elmi-texniki  tərəqqinin  təsiri  altında  dəyişməsini  əks 

etdirmişdir. Bu zaman funksiya aşağıdakı şəklə düşmüşdür: 

 

 

Y = A × K



µ

  × L


1-µ

  × e


λ

 

 



( 5 ) 

Burada,  e  natural  loqarifmadır,  λ  isə  elmi-texniki  tərəqqi 

hesabına  məhsulun  məcmu  buraxılışının  artım  tempini  əks  etdirir. 

Artım tempi zamanı formula aşağıdakı şəkli alır. 

 

 

 



y = k µ + l ( 1-µ) + λ   

 ( 6 ) 


 

4)ançişkinin  istehsal  funksiyası.  Ançişkin  elmi-texniki 

tərəqqinin (ETT) təsirini iki hissəyə bölür: 

     1)asılı olmayan ETT ( λ ) təsiri və 2)məhsulun bölüşdürülməsinin 

xarakterindən asılı olan ETT ( v ). Ona görə düstur aşağıdakı şəkli 

alır: 


 

 

Y = A × K



µ

  × L


1-µ

  × e


λ

+v            

 ( 7 ) 

 

44



Artım tempi zamanı düstur aşağıdakı şəkli alır: 

 

 



y = k µ + l ( 1-µ ) + λ + v 

  ( 8 ) 


 

qtisadiyyatda  sabit  iqtisadi  artımı  saxlamaq  üçün  müəyyən 

şə

rtlərin təyin edilməsi lazım gəlir. Bu şərtlərin təyini Harrod-Domar 



modeli vasitəsilə həyata keçirilir. Model 2 formada ifadə oluna bilər: 

 

I forma: 



 

 

 



H × K = C 

              ( 9 ) 

 

Burada,  H  - milli  gəlirin  artım tempini  göstərir.  K -  kapital 



ə

msalıdır  (yığımın  həcminin  milli  gəlirin  artımına  bölünməsi  ilə 

tapılır). C - milli gəlirdə yığımın xüsusi çəkisini əks etdirir. 

 

II forma: 



 

 

 



P × K

H

 = C 



 

( 10 ) 


Burada,  P  -  iqtisadiyyatda  tarazlığı  saxlamağa  imkan  verən 

zəruri artım tempidir. K - 1% milli gəlirin artımını əldə etmək üçün 

tələb edilən kapitalın ölçüsüdür. 

Proqnozların  müxtəlif  xarakterli  olmasına  baxmayaraq  onlar 



fərdi  və  kompleks  proqnozlara  bölünür,  fərdi  proqnozlar  da,  öz 

növbəsində  sosial  iqtisadi  həyatın  aşağıdakı  sahələrində  mövcud 

dəyişiklikləri əks etdirir: 

     1)Ölkədəki demoqrafik vəziyyəti. 

     2)Ətraf mühitin və təbii ehtiyyatların vəziyyəti. 

     3)Elmi-texniki  nailiyyətlərin  vəziyyəti  və  onların  istehsala 

tətbiqinin səviyyəsi. 

     4)Əhalinin  əmtəə  və  xidmətlərə  olan  tələbinin  həcmi  və 

dinamikası. 

     5)Əsas istehsal amillərinin vəziyyəti. 

     6)Xalq  təsərrüfatının  ayrı-ayrı  sahələrinin  inkişaf  səviyyəsinin 

vəziyyəti. 

  Kompleks  proqnozlar  ölkə  iqtisadiyyatının  ümumi  inkişaf 

səviyyəsini  xarakterizə  etdiyindən  onlara  regional  proqnozların, 

ə

razi-istehsal  komlekslərin  proqnozları  və  fərdi  proqnozların  məc-



musu  kimi  də  baxmaq  olar.  Ümumiyyətlə,  bazar  iqtisadiyyatında 

proqnozların işlənib hazırlanması 2 əsas məqsədə xidmət edir: 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə