M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 

45

 



1)  lk  növbədə,  kompleks  iqtisadi  proqnozların  nəticələri 

hakimiyyət  orqanları  üçün  sosial-iqtisadi  siyasətin  qəbul  edilməsi 

zamanı inflyasiya mümkünlüyünü aşkara çıxarmağa imkan verir. 

 

2)  Kompleks  iqtisadi  proqnozların  göstəriciləri  büdcənin 



layihəsi hazırlanan zaman istifadə olunur. 

 

II.  Dövlətin  iqtisadiyyata  təsiri  alətləri  içərisində  ən  geniş 

tətbiq edilənləri aşağıdakılar hesab olunur: 

     I)Sahibkarlığın səmərəli inkişaf etdirilməsində istiqamətverici rol 

oynayan  indekativ  planlar:  Bu  zaman  dövlət  orqanları  tərəfindən 

dövlətin  rasional  inkişafının  siyasətini  həyata  keçirmək  üçün  əsas 

kimi  götürülən  indeqativ  planlar  təkcə  milli  iqtisadiyyat  səviy-

yəsində deyil, həmçinin regional səviyyələrdə də işlənib hazırlanır. 

     2) Milli iqtisadiyyatın  inkişafında tətbiq edilən proqramlar (elmi-

texniki proqramlar, sosial proqramlar, ekoloji proqramlar və s.). 

     3) Sosial-iqtisadi sferanın inkişafına birbaşa dövlət təsirini həyata 

keçirməyə imkan verən investisiya layihələri. 

     4) qtisadi  inkişafa  dolayı  təsir  sistemi  (gömrük,  vergi,  kredit 

güzəştləri və s.). 

 

Bazar  iqtisadiyyatına  dövlətin  ən  əsas  təsir  alətlərindən  biri 



planlardır.  Bazar  iqtisadiyyatında  tətbiq  olunan  planların  aşağıdakı 

növləri var: 

     1) Makroiqtisadi planlar – bütün iqtisadiyyatın kompleks şəkildə 

inkişaf  etməsini  nəzərdə  tutan  cari  və  ortamüddətli  tədbirlər 

məcmusudur. 

     2)  Strateji  planlar  –  bazar  iqtisadiyyatında  ölkənin  inkişaf  pres-

pektivlərini  və  milli  iqtisadi  təhlükəsizliyini  nəzərdə  tutan  uzun-

müddətli tədbirlər məcmusudur. 

     3)  ndekativ  planlar  –  dövlət,  regional,  sahə  səviyyəli  olmaqla 

iqtisadi inkişafda məsləhət xarakteri daşıyan planlardır. 

     4)  mperativ  planlar  –  dövlət  bölməsinə  aid  olan  müəssisələrin 

inkişafının planlaşdırılmasını nəzərdə tutulan aşağı səviyyədən yük-

sək  səviyyəyə  kimi  tərtib  edilən  və  məcburi  yerinə  yetirilən 

planlardır. 

 

Ölkənin  iqtisadi  inkişafını  planlaşdırmadan  onun  gələcək 



vəziyyətini obyektiv müəyyən etmək və dünya iqtisadiyyatında ölkə-

 

46



nin tutacağı yeri təyin etmək mümkün deyil. Planların, proqnozların 

və  proqramların  dövlət  idarəetmə  alətinə  aid  olmasına  baxmayaraq 

onların bir-birindən fərqini də qeyd etmək lazımdır. Əgər proqnozlar 

gələcəyi  görməyə  imkan  verirsə,  proqramlar  konkret  məqsədə  nail 

olmağı  təmin  edirsə,  planlarda  bir  neçə  məqsəd  nəzərdə  tutularaq 

həyata  keçirilir.  Bunlar  arasında  yalnız  reallaşdırılması  nəzərdə 

tutulan proqramlar maliyyələşdirilir. 

  7) ndekativ  və  imperativ  planlar.  ndekativ  planlar 

kompleks sənəd olmaqla aşağıdakı konkret göstəriciləri özündə əks 

etdirir: 

     1) Sosial iqtisadi inkişafın məqsədləri. 

     2)  Onlara  nailolma  üçün  tələb  edilən  tədbirlərin  və  vəsaitlərin 

həcmi və ölçüsünü. 

     3) Zəruri olan maliyyə və maddi ehtiyyatlar. 

  ndekativ planların əsas xüsusiyyətlərinə aiddir: 

     1)  Məsləhət  xarakteri  daşıyaraq  yerinə  yetirilməsinin  məcburi 

olmaması.  Bununla  yanaşı    dövlət  onların  yerinə  yetirilməsi  üçün 

stimullaşdırıcı amillərdən istifadə edir. Onlara aşağıdakılar aiddir: 

     1)  Hüquqi  tədbirlərin  qəbul  edilməsi  (qanunların  qəbul  edilməsi 

və s.). 


     2) Qanunların yerinə yetirilməsinə ciddi nəzarətin təşkil edilməsi. 

     3)  qtisadi  tədbirlərin  tətbiqi  (vergi,  kredit  güzəştləri,  onlardan 

azad edilmə və s.). 

 

ndekativ  planlar  bir  neçə  variantda  hazırlanır.  Onların  bir 



neçə  variantda  hazırlanmasının  əsas  səbəbi  dəyişən  sosial-iqtisadi 

şə

raitdə uyğun gələnin tətbiq edilməsi ilə bağlıdır.  ndeqativ planlar 



10 bölmədən ibarət olur. Bunlar aşağıdakılardır: 

     1)  Makroiqtisadi  göstəricilər  bölməsi.  Bu  bölmədə  ölkənin  10 

ə

sas makroiqtisadi göstəricisi əks edilir (ÜDM, ÜMM, milli gəlir və 



s.).  Bu  bölmədə,  həmçinin  ölkə  iqtisadiyyatında  nəzərdə  tutlacaq 

struktur dəyişiklikləri də göstərilir. 

     2)  Sosial  inkişaf  bölməsi.  Burada  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsi,  sosial  minimumların  və  sosial  xidmətlərin  gös-

təriciləri verilir (səhiyyə, təhsil, mənzil-təsərrüfat və s. xərclər). 



 

47

     3)  stehsalın  inkişaf  göstəriciləri  bölməsi.  Burada  sahələrin, 



sahələrarası komplekslərin və iri müəssisələrin xidmət sferası müəs-

sisələrinin inkişaf istiqamətlərini əks etdirir. 

     4)  stehlak bazarı bölməsi. Əhaliyə satılan əmtəə və xidmətlərin 

istehsal  və  reallaşdırılması  göstəricilərini,  həmçinin  xarici  iqtisadi 

ə

laqələrdə və regionlar arasında mallar mübadiləsini əks etdirir. 



     5)  Əmək  ehtiyyatları  bölməsi.  Əhalinin  əmək  ehtiyatlarının  və 

ölkənin əmək potensialının formalaşmasının və istifadəsinin mərhə-

lələrini əks etdirir. Burada məşğulluq, işsizlik, kadrların hazırlanması 

və  yenidən  hazırlanması,  yerləşdirilməsi  və  s.  kimi  məsələlər 

açıqlanır. 

     6) Elmi və elmi xidmət bölməsi. Burada ölkənin elmi potensialı, 

onun inkişafı və səmərəli istifadə edilməsi istiqamətləri göstərilir. 

     7)  nvestisiya  bölməsi.  Bu  bölmədə  dövlətin  birbaşa,  dolayı 

investisiyaların,  xarici  investisiyaların  yerləşdirmə  istiqamətləri  və 

qədəri göstərilir. 

     8)  Regional  iqtisadi  inkişaf  bölməsi.  Burada  ölkənin  inkişaf 

etmiş, zəif inkişaf etmiş və depressiv (böhranlı) regionlarının vəziy-

yətini xarakterizə  etməklə onların inkişafında  prioritetləri və dövlət 

himayədarlığı göstərilir. 

     9)  Xarici  iqtisadi  əlaqələr  bölməsi  xarici  iqtisadi  fəaliyyətdə 

nəzərdə  tutulan  yeniliklər  və  əsas  istiqamətlər,  tarif  və  qeyri-tarif 

metodlarında dəyişikliklər və  s.bu bölmədə əks olunur. 

     10) Maliyyə planı. Bu bölmədə dövlət büdcəsinin gəlir və xərc-

lərinin istiqamətləri göstərilir. 

 

Bazar iqtisadiyyatında dövlət sektoru iqtisadiyyatın aparıcısı 



rolunu oynayır. 

Ona  görə  də,  onun  fəaliyyətinin  planlaşdırılması  vacib  hesab 

edilir.  Bazar  iqtisadiyyatında  dövlət  bölməsinə  məxsus  olan 

müəssisələrin fəaliyyəti imperativ planlar tərəfindən tənzimlənir. Bu 

planlar  müəssisənin  özləri  tərəfindən  tərtib  olunmaqla  dövlət  ida-

rəetmə orqanlarının təsdiqindən sonra reallaşdırılır. Bu planlar məc-

buri  olmaqla  dövlət  hakimiyyət  orqanları  tərəfindən  korrektə 

(düzəliş) edilə bilər. 

 

48

III.  qtisadi  inkişafın  proqramlaşdırılması  milli  iqtisadiyyatın 



və eləcə də onun ayrı-ayrı sahələrin, sferaların inkişafının proqramla-

rının  işlənib  hazırlanması  və  reallaşması  prosesini  əhatə  edır.  Pro-

qramlar  dövlətin  birbaşa    iqtisadiyyata  fəal  müdaxiləsinin  aləti  ol-

maqla  təkrar  istehsal  prosesinə  xidmət  edir.  Hal-hazırda  dövlət  or-

qanları  iqtisadiyyatın idarə edilməsində proqram metodlara üstünlük 

verirlər. Bu metodun əsasında proqram sistemi qoyulmuşdur ki, bu 

sistem də ya dövlət hakimiyyət orqanları tərəfindən, ya da müxtəlif 

səviyyəli idarəetmə orqanları, habelə dövlətin himayədarlığı ilə özəl 

bölmələr  tərəfindən  reallaşdırılır.  Proqramlar  büdcə  siyasətinin 

həyata  keçirilməsində  əsas  rol  oynayaraq  iqtisadiyyatda  mövcud 

olan  sosial-iqtisadi  məqsədləri  müəyyən  etmək  və  bu  məqsədlərə 

nail  olmaq  üçün  tədbirlərin  işlənib  hazırlanmasını  təşkil  edir. 

Proqramları işləyib hazırlayarkən aşağıdakı prinsipləri əsas tuturlar: 

 

1)  Məqsədyönlülük  –  yəni  əvvəlcədən,  kəmiyyət  etibarilə 



müəyyənləşdirilən  məqsədlərə  nail  olmaq  üçün  tədbirləri  təyin 

etmək. 


 

2) Sistemlilik – göstərilən məqsədlərə nail olmaq üçün qar-

ş

ılıqlı  əlaqəsi  olan  tədbirləri  (texnoloji,  iqtisadi,  təşkilati,  inzibati, 



qanunverici  və  s.)  sistem  şəklində  ölkənin  iqtisadiyyatı  ilə  əlaqə-

ləndirmək. 

 

3)  Resurs  təminatı  (ehtiyyatlarla  təmin  olunma)  –  hər  bir 



proqramı  işləyib  hazırlayarkən  onu  maliyyə,  əmək  ehtiyyatları  və 

maddi ehtiyyatlarla təminini həyata keçimək vacibdir. 

 

4)  Prioritetlik  –  proqramları  işləyib  hazırlayarkən  qarşıya 



qoyulan  məqsədin  və  həll  edilən  problemin  nə  dərəcədə  ölkə 

ə

həmiyyətli  və  vacib  olması  təyin  edilir.  lk  növbədə,  ən  vacibləri 



reallaşdırılır. 

  Proqramların  maliyyə  təminatı  ya  büdcə  xərclərində,  ya  da 

məqsədli  fondlar  hesabına  həyata  keçirilməklə  nəzərdə  tutulur.  Bu 

zaman  maliyyə,  əmək  və  maddi  ehtiyyatların  verilməsi  məsələsi 

qtisadi  nkişaf  Nazirliyi  tərəfindən  təsdiq  edilərək  təmin  edilir. 

Proqramlar  səviyyəsindən  asılı  olaraq  sosial-iqtisadi  problemlərin 

həlli vəzifəsi yerinə yetirir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə