M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 

49

  5)Proqramın  növləri  və  tərtibi  mərhələləri.Sosial  iqtisadi 



inkişafın  proqramlaşdırılması  üçün  aşağıdakıları  fərqləndirirlər: 

dövlət  səviyyəli  proqramlar,  regional  səviyyəli  proqramlar,  sahə 

səviyyəli proqramlar və məqsədli proqramlar. 

Çox  vaxt  regional  səviyyəli  proqramlar  dövlət  əhəmiyyətli 

olduğundan buna dövlət proqramının statusu verilir. Dövlət sturuktur 

siyasəti həyata keçirmək üçün məqsədli proqramlardan geniş istifadə 

edir.  Bu  zaman  iqtisadi  proseslərin  gedişinə  və  iqtisadiyyatın 

strukturuna təsir göstərməklə dövlət vacib olan problemləri həll edir. 

Bu  zaman  məqsəd  kimi  ümummilli  səviyyəli  məsələlər,  məsələn: 

sahibkarlığın  inkişaf  etdirilməsi,  texnoloji  infrastrukturun  inkişaf 

etdirilməsi və tətbiqi ilə milli iqtisadiyyatın səmərəli inkişafına nail-

olma  və  s.  kimi,  yaxud  da  kiçiksəviyyəli,  məsələn:  konkret  müəs-

sisənin  inkişaf  probleminin  həlli.  Müəyyən  qrup  əmtəələrlə  dünya 

bazarına  çıxış  və  s.  kimi  məsələlər  qoyula  bilər.  Proqramlaşdırma 

prosesi  bazar  iqtisadiyyatının  formalaşması  mərhələsindən  asılı 

olaraq müəyyən inkişaf mərhələlərindən keçir. 

Ə

gər ölkəmizdə kecidin ilkin mərhələsində   proqramlaşdırma 



inzibati  amirlik  sisteminə  xas  olan  tədbirlər  vasitəsilə  həyata  keçi-

rilirdisə,  artıq  formalaşan  bazar  iqtisadiyyatı  şəraitində  o  daha  çox 

iqtisadi tədbirlərə üstünlük verərək işlənir. Proqramlar işlənib hazır-

lanarkən aşağıdakı mərhələlər həyata keçirilir: 

 

1)  Problemin  təyin  edilməsi  və  onun  aktuallığının  müəy-



yənləşdirilməsi. 

 

2)  Problemin  aid  olduğu  obyektin  gələcək  vəziyyətinin 



proqnozlaşdırılması. 

 

3) Əsas məqsədlərin müəyyən edilməsi. 



 

4)  Problemlərin  mövcud  olduğu  sosial-iqtisadi  sistemin 

təhlilinin aparılması. 

 

5)  Problemin  həlli  yollarının  araşdırılması  və  bu  zaman 



maksimal alternativ yolların müəyyənləşdirilməsi. 

 

6) Ən optimal həll yolunun seçimi. 



 

7) Seçilmiş həllin səmərəliliyinin təyini və proqramın reallaş-

dırılması üzrə təkliflərin hazırlanması. 

 

50



 

Hər bir proqramın həyata keçirilməsi onun dəqiq təhlilindən 

sonra başlanılır. 

 

Mövzu 6.  Dövlətin antiinhisar siyasəti və iqtisadi 

kоnyunkturanın tənzimlənməsi 

 

Plan: 

 

1.  Antiinhisar  siyasətin  mahiyyəti  və  iqtisadiyyatın  dövlət 

tənzimləməsi sistеmində оnun yеri. 

2.  Antiinhisar  siyasət  və  milli  iqtisadiyyatın  rəqabət 

qabiliyyətliliyi. 

3.  qtisadi kоnyunkturanın tənzimlənməsi. 

 

1.  Bazar  sistemində  rəqabət  səmərəli  fəaliyyət  göstərən  milli 

iqtisadiyyatın formalaşdırılması və inkişafında mühüm tənzimləyici 

və  təkanverici  qüvvəsi  olduğundan,  ölkədə  effektiv  rəqabət  mühi-

tinin  yaradılması, gözlənilməsi dövlətin ən başlıca funksiyalarından 

biridir.  nhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırıl-

ması və aradan qaldırılmasının təşkilati və hüquqi əsasları Azərbay-

can Respublikasının 4 mart 1993-cü il tariхli "Antiinhisar fəaliyyəti 

haqqında" qanunla müəyyən еdilir. Bu qanun məlum dünya qanun-

vericilik təcrübəsinə və milli reallıqlar nəzərə alınaraq işlənmişdir.  

Qanun  ölkəmizin  ərazisində  fəaliyyət  göstərən  bütün  fiziki  və 

hüquqi şəхslərə şamil еdilir. Bununla yanaşı təsərrüfat subyеktlərinin 

iхtiralara, əmtəə nişanlarına və оnların müəlliflik hüquqlarından irəli 

gələn münasibətlər, оnlar tərəfindən rəqabəti məhdudlaşdırmaq məq-

sədlərilə  bu  hüquqlardan  bilərəkdən  istifada  еtmələri  halları  istisna 

о

lunmur. 


Qanunda  Azərbaycanda  bazar  subyektlərinin  fəaliyyəni  ilə 

bağlı inhisarçılığın aşağıdakı növləri nəzərdə tutulur: 

- dövlət inhisarçılığı; 

- sahə inhisarçılığı; 

- yerli inhisarçılıq; 

- təsərrüfat subyеktlərinin inhisarçılığı; 




 

51

- maliyyə-krеdit inhisarçılığ; 



-  bazar  subyеktlərinin  üfüqi  və  şaquli  sazişləri  nəticəsində 

yaranan inhisarçılıq; 

- təbii inhisarçılıq; 

- patеnt-lisеnziya inhisarçılığı. 

Ə

gər  hər  bir  sahibkarın  öz  gəlirini  artırmaq  marağı  onun 



fəaliyyətinin inhisara çevrilməsinə təkan verirsə, bu zaman rəqabətin 

təmin  edilməsi  onun  maraq  və  vəzifəsinə  çevrilməlidir.  Bu  baxım-

dan bazar iqtisadiyyatında inhisar və təbii inhisarı bir-birindən fərq-

ləndirmək lazımdır. Çünki  onların mövcudluğu fərqli tələb, zərurət 

və  şəraitdən  irəli  gəlir.  Əgər  inhisarçılıq  iqtisadiyyatda  müəyyən 

maneələr,  problemlər  yaradırsa,  təbii  inhisarlar  birincisi,  məhsulun 

və  xidmətin  istehsalı  və  reallaşdırılması,  habelə  cəmiyyət  üçün 

onların  strateji  xarakter  daşıması,  çox  zaman  məhsul  istehsalının 

həcminin artması onun xərclərinin azalmasına gətirib çıxardığından 

iqtisadi inkişaf üçün müsbət rol oynayır. Bu baxımdan, dövlət ölkədə 

qiymətlərin səviyyəsinə təsir göstərməklə özünün iqtisadi funksiya-

larını səmərəli yerinə yetirmək üçün bir çox hallarda strateji məhsul 

və  xidmət  sahələrini  əhatə  edən  təbii  inhisarları  öz  əlində  saxlayır. 

Təbii inhisarların məhsulları və göstərdikləri xidmət  digər sahələrin 

məhsullarının istehsalında xammal kimi çıxış etdiyindən, bu sahədə 

qiymətlərin  yüksəldilməsi  bütünlükdə  iqtisadiyyatda  zəncirvari 

olaraq  digər  sahələrin  məhsullarının  qiymətlərinin  artmasına  səbəb 

olur. Təbii inhisardan fərqli olaraq təkrar istehsal prosesində bazarda 

yaranan  inhisarlar    müxtəlif  sövdələşmələrin,  birləşmələrin  nəticə-

sində  yaranmaqla  ümumən  milli  iqtisadiyyatın  inkişafına  rəqabət-

qabiliyyətliliyə təsir göstərir.  

2.Dövlət  inhisarların  tənzimlənməsində  birbaşa  və  dolayı 

tənzimləmə vasitələrindən istifadə edir. Antiinhisar tənzimləmə siya-

səti  təbii  bir  proses  kimi  müvəqqəti  olmadığından,  onun  mexa-

nizmləri də çox vaxt daimi xarakter daşıyır. Antiinhisar tənzimləmə 

zamanı aşağıdakı birbaşa metodlardan istifadə olunur: 

1) Bəyannamələrin (deklarasiyaların) tətbiq olunması. Bəyan-

namələrdə dövlət inhisarçı müəssisədən məhsulun  adını və  həm də 

inhisarçı  mövqeli  məhsulun  xərc  və  mənfəətini  açıq  şəkildə 

 

52

maddələr üzrə göstərilməsini tələb edir. Süni azaltma (mənfəətin) və 



artırmanın  (xərc  maddələrinin)  olmasının  qarşısını  almaq  üçün 

Nazirlər kabinetinin 1996-cı ildə  “Məhsulun (işin, xidmətin) maya 

dəyərinə daxil olan xərc maddələri haqqında” qərarı qəbul edilmişdir 

ki, bu da inzibati hüquqi və brbaşa təsir vasitəsi hesab olunmalıdır. 

       2)  Qiymətlərin  dövlət  tərəfindən  təyin  edilməsi  və  yaxud  satış 

həcminin  müəyyənləşdirilməsi.  Çox  vaxt  dövlət  özü  qiymətləri 

preysquranta əsasən tətbiq edir. 

       3) Qiymətlərin dondurulması. Bu zaman əhalinin sosial maraq-

ları  və  problemlərini  nəzərə  alsaq  dövlət  tərəfindən  müəyyən  vaxt 

dövrünə  inhisarçı  müəssisələrin  məhsullarına  qiymətləri  saxlaması 

və ödənilməyən hissəsi özü tərəfindən dotasiya kimi verilir. 

Dolayı tənzimləmə vasitələrinə aiddir: 

       1) Dövlət tərəfindən vergi güzəştlərinin və yaxud kəskin vergi-

qoymanın  tətbiq  edilməsi,  cərimələrin  tətbiq  edilməsi.  Cərimələrin 

tətbiqi özü maddi formada və inzibati formada ola bilər: 

Maddi  formada  müəyyən  pul  məbləğində  cərimənin  tətbiq 

edilməsi və yaxud məhsulun müsadirəsi çıxış edir. 



nzibati  formada  müəyyən  məçburiyyətə  cəlbetmə,  ictimai 

təsir, informasiya vasitəsilə təsir və s. 

Vergi güzəştləri xüsusilə təbii inhisarlarda tətbiq olunur. Eyni 

zamanda  təbii  inhisar  sahələrinə  (məsələn:  metropolitenə,  dəmir 

yoluna)  dövlət  tərəfindən  birbaşa  investisiyalar  qoyula  və  kreditlər 

verilə bilər. 

Yüksək  vergilərin  tətbiqi  cərimə  kimi  vergidən  yayınma  hal-

larına qarşı istifadə edilməklə yoxlamalardan sonra tətbiqi mümkün 

hesab olunur. 

       2)  Haqsız  rəqabət  formalarını  müəyyən  etməklə  tənzimləmə 

vasitələrindən  istifadə  edilir.  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericiliyinə görə bu gün ölkəmizdə 10 inhisar növü və 6 haqsız 

rəqabət forması müəyyənləşdirilmişdir. 

Təsərrüfat  subyеktlərinin  hökmran  mövqеlərindən  sui-istifadə 

və  ya  rəqabəti  məhdudlaşdıran  hərəkətlərin  qarşısını  almaq  məqsə-

dilə  dövlət  aşağıdakılar  üzərində  nəzarəti  həyata  kеçirir:  tasərrüfat 

subyеktlərinin birləşdirilməsi, əgər bu müvafiq əmtəə bazarında payı 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə